Азярбайжан республикасы дахили ишляр назирлийи


Demokratik, hüquqi dövlət və vətəndaş



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə150/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   145   146   147   148   149   150   151   152   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Demokratik, hüquqi dövlət və vətəndaş 
cəmiyyəti quruculuğu. Ölkədə real imkanlar, xalqın 
mentaliteti nəzərə alınmaqla demokratiya, qanunçuluq, 
plüralizm münasib yollar və vasitələrlə inkişaf edirdi. Bu 


411 
proses 
90-
cı 
illərin 
ikinci 
yarısında 
xüsusən 
intensivləşmişdi. 1995-ci il iyun ayının 2-də Milli Məclisin 
qərarına 
əsasən 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasını hazırlamaq üçün Prezident Heydər 
Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya 
Komissiyası təşkil edildi. Komissiyanın hazırladığı 
"Azərbaycan Respublikasının Konstitusiyası" - müstəqil 
Azərbaycan dövlətinin ilk Əsas Qanunu 1995-ci il noyabr 
ayının 12-də referendumla qəbul olundu. 
Azərbaycan 
Respublikası 
Konstitusiyası 
maddələrinin üçdə bir hissəsi (158 maddədən 48-i) insan 
hüquqlarına və onların təminatlarına həsr edilmişdi.
Hakimiyyət bölgüsü konsepsiyasına uyğun olaraq 
Konstitusiya təsbit etdi ki, icra hakimiyyəti Azərbaycan 
Res
publikası Prezidentinə mənsubdur, qanunverici 
hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi, 
məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata 
keçirirlər. 
1998-ci 
il 
aprelin 
28-
də Naxçıvan MR-in 
Azərbaycan 
Respublikası 
Konstitusiyası 
əsasında 
haz
ırlanmış yeni Konstitusiyası Muxtar Respublikanın Ali 
Məclisində qəbul edildi və həmin il dekabrın 29-da 
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 
təsdiq olundu. 
2002-ci 
il 
avqustun 
24-
də 
referendumla 
Konstitusiyaya edilmiş dəyişikliyə görə Milli Məclisə 
seçkilər daha da demokratikləşdirildi, "mojaritar və 
proporsional" seçki sistemi ləğv edildi, ümumi "mojaritar" 
seçki sistemi müəyyən olundu. 2009-cu il martın 18-də 
keçirilən 
referendumla 
Konstitusiyaya 
edilmiş 
dəyişikliklərlə 
Əsas 
qanun 
zamanın 
tələblərinə 
uyğunlaşdırıldı. 


412 
1995-
ci il noyabrın 12-də müstəqil Azərbaycan 
Respublikası parlamentinə mojaritar (100 deputat) və 
proporsional (25 deputat) sistemlə ilk seçkilər keçirildi. 
Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət 
quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına, 
Avropa Şurası və dünya demokratik qanunvericilik 
təsisatlarının tələblərinə uyğun hazırlanması üçün 
Azərbaycan Respublikası Prezidenti yanında 1996-cı ilin 
fevral ayında xüsusi "Hüquqi İslahatlar Komissiyası" 
yaradılmışdı. 
1998-
ci ilin fevral ayında Azərbaycan Prezidenti 
Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və 
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər 
haqqında" fərman verdi. 1998-ci il iyunun 18-də "İnsan 
hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq 
edildi, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini 
artırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının 
İnsan Hüquqları İnstitutu yaradıldı, beynəlxalq qurumlarla 
əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssis 
kadrlar hazırlanması üçün əməli addımlar atıldı. 
2001-
ci 
ilin 
dekabrında 
Azərbaycan 
Respublikasının Milli Məclisi "İnsan hüquqları və əsas 
azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı və onun 
1, 4, 6 və 7 saylı protokollarını təsdiq etmək barədə 
Qanun və "Azərbaycan Respublikasının insan hüquqları 
üzrə müvəkkili (ambudsman) haqqında" Azərbaycan 
Respublikasının Konstitusiya Qanununu qəbul etdi. 2002-
ci ildə respublikada Ambudsman İnstitutu yaradıldı. 
1998-ci 
il 
avqustun 
6-
da 
"Azərbaycan 
Respublikasında söz, fikir və mətbuat azadlığının təmin 
edilməsi sahəsində əlavə tədbirlər haqqında" Prezident 
Fərmanı ilə hələ 1992-ci il aprelin 12-də Y.Məmmədov və 
1993-
cü il aprelin 15-də Ə.Elçibəy iqtidarları dövründə 
sərbəst 
informasiya 
fəaliyyətinə 
qoyulmuş 


413 
məhdudiyyətlər aradan qaldırıldı, mətbuatda və digər 
kütləvi informasiya vasitələrində dövlət sirlərini qoruyan 
idarə, senzura ləğv edildi. 
Azərbaycan Respublikası Şərqdə ölüm cəzasını 
ləğv etmiş ilk ölkə oldu. 1993-cü ildən burada ölüm 
cəzasına faktiki moratorium qoyuldu. 1996-cı ildə 
Pre
zident Heydər Əliyev Cinayət Məcəlləsində 21-ci 
maddənin sanksiyasından ölüm cəzasını götürmək 
təşəbbüsünü irəli sürdü. Qadınlara və 65 yaşından yuxarı 
kişilərə ölüm cəzası qadağan edildi. 1998-ci ilin fevral 
ayında Prezidentin təşəbbüsü ilə respublikada ölüm 
hökmü tamamilə ləğv olundu. 
Dövlətçiliyin 
təmin 
olunmasının 
mühüm 
vasitələrindən biri də hüquq-mühafizə orqanlarının inkişaf 
etdirilməsi və möhkəmləndirilməsi idi.
1997-
ci 
ilin 
oktyabr 
ayında 
"Konstitusiya 
Məhkəməsi haqqında" Azərbaycan Respublikasının 
Qanunu qəbul edildi. 1998-ci ildə Konstitusiya 
Məhkəməsi təşkil olundu. 
2002-
ci ilin avqustunda Konstitusiyaya edilmiş 
dəyişikliklərə 
görə 
hər 
bir 
şəxs 
Konstitusiya 
Məhkəməsinə müraciət edə bilərdi.
2002-
ci ilin sentyabr ayından Azərbaycanda 
üçpilləli məhkəmə sistemi formalaşdı. Yeni, ikinci 
instansiya - 
apellyasiya məhkəməsi yarandı. 
Yeni Konstitusiyanın tələbinə görə, ölkədə 
demokratik cəmiyyətin mühüm elementi kimi yerli 
özünüidarə - seçkili bələdiyyələr sistemi qurulmağa 
başlanmışdı. 1999-cu il dekabr ayının 12-də Azərbaycan 
Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. Beləliklə, 
Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin