Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə148/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   145   146   147   148   149   150   151   152   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Aqrar 
islahatlar. 
İqtisadiyyatda 
struktur 
dəyişikliklərinin mühüm istiqamətlərindən biri də torpaq 
islahatının həyata keçirilməsi idi. İlk vaxtlar kənd 
təsərrüfatında sahibkarlıq çox ləng inkişaf edirdi. 1992-ci 
ildə 320, 1995-ci ilin əvvəllərində isə 830 müstəqil və 
kollektiv fermer təsərrüfatı vardı. 


408 
1995-
ci ilin fevral ayında "Aqrar islahatların 
əsasları" və "Kolxoz və sovxozların islahatı haqqında" 
qanunlar qəbul edildi. Bu mühüm qanunların həyata 
keçirilməsi 
ilk 
növbədə 
torpağa 
mülkiyyət 
münasibətlərinin yenidən müəyyənləşdirilməsindən çox 
asılı idi. 1995-ci ilin mart ayında "Dövlət Aqrar İslahatı 
Komissiyası" yaradıldı.
1996-
cı il iyulun 16-da ölkənin aqrar sektorunda 
radikal bir 
addım atıldı. Prezident Heydər Əliyevin 
rəhbərliyi altında hazırlanan, onun təfəkkürünün və siyasi 
iradəsinin məhsulu olan "Torpaq islahatı haqqında" 
Qanun qəbul edildi. Bu qanuna görə, bütün postsovet 
respublikalarından fərqli olaraq, torpaq sosial ədalət 
prinsipinə əsasən kənddə yaşayan vətəndaşların xüsusi 
mülkiyyətinə pulsuz verildi. Respublikanın vahid torpaq 
fondu əsasında üç - dövlət, bələdiyyə və xüsusi torpaq 
mülkiyyəti forması müəyyən olundu. Bütün rayonlarda 
torpaq istifadəçilər üzrə inventarlaşdırıldı və iqtisadi 
cəhətdən qiymətləndirildi. Özəl qurumların tələbatını 
təmin etmək üçün 1996-cı ilin iyul ayında Aqrar kredit 
kassaları təşkil olundu. 
2001-
ci ilin əvvəllərində 1 milyon 329 min 285 ha 
torpaq özəlləşdirilmiş, kənddə yaşayan 830 min ailədən 
818 mini (3 milyon 238 min adam) torpaq payını almışdı. 
1996-
cı ilin oktyabr ayında "Sudan pulla istifadə haqqında 
Əsasnamə" qəbul olunması meliorasiya xidmətlərinin 
yaxşılaşmasına imkanlar açdı. Meliorasiya qurğularının 
bərpası və genişləndirilməsinə başlanıldı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin