Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə145/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   141   142   143   144   145   146   147   148   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Ordu quruculuğu. Heydər Əliyevin yenidən 
rəhbərliyə gəldiyi vaxtdan əvvəlki bütün iqtidarlar, demək 
olar ki, əsil mənada Azərbaycan ordu quruculuğu ilə 
məşğul olmurdular. Onların səriştəsiz siyasəti nəticəsində 
respublika ərazisinin 20 faizi düşmən əlinə keçmişdi. 
Ermənilər "torpağı viran qoymaq" taktikasından istifadə 
edirdilər. İşğal olunmuş ərazilərdə evlər, müəssisələr, 
kommunikasiya vasitələri, təbii sərvətlər talan edilir, 
dağıdılır, yandırılırdı. Müharibədə 20 min azərbaycanlı 
şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə 


401 
çevrilmişdi. Qaçqın və köçkünlərin sayı milyon nəfəri 
ötmüşdü. 
Azərbaycan Ordusu bərbad vəziyyətdə idi, 
parçalanmışdı, hərbi hissələr ayrı-ayrı siyasi qrupların 
təsiri altına düşmüşdü. Silah, sursat, geyim və ərzaqla 
təminat yarıtmaz halda idi. Korrupsiya geniş yayılmışdı. 
Xalq orduya yadlaşır, fərarilik artırdı. 1991-1992-ci illərdə 
ordunu 30 min döyüşçü özbaşına tərk etmişdi.
Prezident Fərmanı ilə 1993-cü il noyabrın 1-də 
Dövlət Müdafiə Şurası yaradıldı. Onun həmin gün 
keçirilən ilk iclasında ordu quruculuğu, müdafiə 
məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul 
edildi. 
Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də 
televiziya və radio vasitəsilə xalqa müraciət etdi, onu 
ölkənin qeyrət və azadlığı uğrunda birləşib düşmənə 
qarşı mübarizəyə qalxmağa çağırdı. 
Prezidentin çağırışı xalqı silkələdi, hərəkətə gətirdi, 
orduya 
könüllü 
yazılanların 
sayı 
minlərlə 
idi. 
Könüllülərdən 
ibarət 
taburlar 
yaradılıb 
cəbhəyə 
göndərildi. Əfqanıstanda xidmət etmiş keçmiş döyüşçülər 
Prezidentə müraciət edib, alay yaratmaq təşəbbüsü irəli 
sürdülər. Bu təcrübəli döyüşçülərdən ibarət hərbi hissə 
yaradıldı. 
1993-
cü il noyabrın ortalarında cəbhələrdə intensiv 
hücuma başlamış ermənilər Azərbaycan Ordusunun 
güclü müqavimətinə rast gəldilər. Dekabrın ortalarında 
Beyləqan istiqamətində milli ordunun əsgərləri böyük 
rəşadət göstərdilər. Birinci tabura hücum edən 15 
düşmən tankının 7-si məhv edildi. Azərbaycan 
döyüşçüləri 
hücuma 
keçib 
30 
km 
irəlilədilər. 
Minomyotçular komandiri Akif Xanəliyev döyüşdə 50-yə 
qədər düşmən əsgərini məhv etdi. Xankəndi tərəfə 
kəşfiyyata getmiş hərbi hissə qəfildən düşmənlə üzləşsə 
də, mərdliklə vuruşmuş, ermənilər xeyli itki vermişdilər. 


402 
Etibar İsmayılov tank əleyhinə qumbara ilə özünü 
düşmənə köməyə gələn tankın altına ataraq onu partlatdı 
və həyatı bahasına döyüşçü yoldaşlarını ölümdən xilas 
etdi. Ölümündən sonra ona Azərbaycanın Milli 
Qəhrəmanı adı verildi.
1994-
cü il yanvarın 5-də Azərbaycan Ordusu 
müvəffəqiyyətli 
əməliyyatlar 
nəticəsində 
Füzuli 
rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22 
kəndi işğaldan azad etdi, hücumu genişləndirib Cəbrayıl 
rayonu ərazisinin bir hissəsini, Kəlbəcər rayonunda 
Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çənli, Susuzluq, 
Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, 
Bağırlı yaşayış məntəqələrini azad etdi. 
1993-
cü il dekabr - 1994-cü il yanvar döyüşlərində 
düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 
artilleriya qurğusu və s. itirdi. Azərbaycan tərəfinin itkisi 
bundan 1-
1,5 dəfə az idi. 
Ordunun möhkəmlənməsi, NATO-ya tərəf əməli 
addımlar respublikada müstəqilliyin dönməzliyinə şərait 
yaradırdı. Bunun qarşısını nəyin bahasına olursa-olsun 
almaq 
istəyən 
nüfuzlu 
imperiyapərəst 
qüvvələr 
ermənilərə köməyi daha da artırdılar. Bu səbəbdən 1994-
cü ilin fevralında Kəlbəcərdə uğurla həyata keçirilməyə 
başlanan 
"Murovdağ" 
əməliyyatı 
məğlubiyyətlə 
nəticələndi. 
Rusiya 1994-
cü ilin aprelində regionda mövqelərini 
qoruyub 
saxlamaq, 
qoşunlarını 
atəş 
xəttində 
yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə 
etmək məqsədilə Azərbaycana münasibətdə alçaldıcı bir 
saziş layihəsi təklif etdi.63 Azərbaycanı artıq Ermənistan 
tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa məcbur 
etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə 
güclü hücuma başladılar. Azərbaycan Ordusu düşmənin 
hücumunu müvəffəqiyyətlə dəf etdi. Goranboy rayonunun 


403 
Talış və Gülüstan kəndləri uğrunda döyüşlərdə 
Azərbaycan əsgərləri qalib gəldilər, düşmən 150 əsgər və 
zabitini itirib geri çəkildi. Tərtər rayonunun İlxıçılar və 
Göyarx kəndləri tərəfdə gedən ağır döyüşlərdə düşmənin 
200-
dən çox canlı qüvvəsi məhv edildi. Lakin arxalı 
ermənilər Ağdam rayonunun daha 18 kəndini, Ağdərə 
bölgəsində bir neçə kəndi işğal edə bildilər. Bərdə üçün 
ciddi təhlükə yarandı. Azərbaycan Ordusu buraya əlavə 
qüvvələr gətirməklə düşmən hücumunun qarşısını aldı və 
əks-hücuma keçib bir neçə yaşayış məntəqəsini azad 
etdi. Bel
əliklə, imperiyapərəst qüvvələrin təklif etdiyi plan 

döyüşən tərəflərin ayrılmasında ATƏM-in iştirakı 
olmadan yalnız Rusiyanın vasitəçiliyini nəzərdə tutan 
plan baş tutmadı. Bu işdə ABŞ-ın və ATƏM-in Minsk 
qrupunun mühüm rolu oldu.
Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində 
qonşu Rusiyanın atəşkəsə nail olmaq sahəsində 
səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də 
münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq 
Qarabağın azərbaycanlı və erməni icmalarının, habelə 
Rusiya Federasiyasının bu niyyətini təsdiq edən Bişkek 
protokolu Azərbaycan Respublikası tərəfindən də 
imzalandı. 
Azərbaycan Respublikası Prezidenti Heydər 
Əliyevin uğurlu diplomatiyası, milli ordunun yaradılması 
və güclənməsi nəticəsində düşmən və onun havadarları 
artıq münaqişəni zorakı vasitələrlə həll etmək cəhdlərinin 
perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də 
cəbhələrdə atəşkəsə nail olundu.
Gündəlik dövlət qayğısı sayəsində Azərbaycan 
Ordusu getdikcə inkişaf etdi, müasir hərbi texnika və 
bacarıqlı kadrlarla təchiz olundu, silahlı qüvvələrin şəxsi 
heyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-
intizam möhkəmləndi. Bu işdə Azərbaycanın NATO ilə 


404 
sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində həyata 
keçirilən tədbirlərin, qardaş Türkiyə Respublikası 
hərbçilərinin köməyi böyük idi. Azərbaycan xalqının 
orduya yardımını tənzimləmək məqsədilə 2002-ci il 
avqustun 17-
də Prezident Heydər Əliyevin Fərmanı ilə 
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım 
Fondu" təsis edilmişdi. 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin