Азярбайжан республикасы дахили ишляр назирлийи


Sosial  normaların növləri



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   2   3   4   5   6   7   8   9   ...   17
186 movzu 10 huquq sosial normalar sisteminde

Sosial 
normaların növləri 
Sosial normalar 
çox saylı olub, müxtəlifdir. Bu, ictimai 
münasibətlərin eynicinsli olmaması ilə əlaqədardır. Hüquq elmi sosial 
normaları təsnif edərkən onların formalaşması üsulları, fəaliyyət sahəsi 
və sosial yönümündən çıxış edir. Bu nöqteyi-nəzərdən onları aşağıdakı 
kimi 
təsnif etmək olar: 
1. 
hüquq normaları; 
2. siyasi normalar; 
3. 
əxlaq normaları; 
4. dini normalar; 
5. koorporativ normalar
6. 
adət-ənənə normaları; 
7. etiket (
nəzakət) qaydaları. 
Hüquq və adətlər. 
«Adətlər»
 
sözü ilə az və ya çox, yaxud uzun 
zaman 
kəsiyində dəfələrlə tətbiq etmə nəticəsində insanların vərdişlərinə 
çevrilmiş və beləliklə onların münasibətlərini tənzimləyən davranış 
qaydaları başa düşülür. Bu qaydalar adət və vərdiş halını alan 
normalardır. Daha geniş mənada bu normalara təkcə adətlər deyil
dəbləri, ənənələri, ayinləri, ritualları da aid edirlər. Ənənələrin, ayinlərin 
əksəriyyətinə hüquq indifferentdir (laqeyddir). Eyni zamanda o, vərdiş 
halını alan davranış formalarına dayaqlanır, bəzi hallarda isə onları öz 
normalarında möhkəmləndirir. Məsələn, böyük ictimai mənaya malik olan 
dövlət başçısının andiçmə mərasimi buna aiddir. 
Hüququn adətlərə təsirinin ümumi sxemi belədir: mütərəqqi adətlər 
hüquqla stimullaşdırılır, qanuna zidd olanlar isə hüquqpozmalar kimi 
qiymətləndirilir. Hüququn təsirini öz üzərində hiss edərək adətlər də 
hüquqa təsir göstərirlər. Müəyyən hallarda adətlər hüququn mənbələri 
kimi 
tanınırlar. 
Adət ilk sosial norma hesab olunur.Adətin formalaşmasında əsas 
mexanizm 
təkrarolunmadır. Adət kollektiv vərdiş halını alan davranışdır. 
Adət-ənənədən bir sıra əlamətləri ilə fərqlənir: 
1) 
adət gündəlik əhəmiyyət kəsb edir,ənənənin isə təqvim 
bağlılığı var. 



2) 
ənənədə heç bir mənafeyə toxunulmur. Ənənə sırf mərasim 
xarakteri
daşıyır. 
Hüquq yaranarkən, adət formasında yaranıb. Adət həmişə hüququ 
yaşadan bir formadır. Çünki hüquq da gündəlik səciyyə daşıyır. Amma 
hüququn adətdən fərqi hüquqda mənafeyin olmasıdır. 
 
Adət ilk sosial norma hesab olunur. Adətin formalaşmasında 
əsas mexanizm təkrarolunma
z
dır. Adət kollektiv vərdiş halını alan 
davranışdır. Adət-ənənədən bir sıra əlamətləri ilə fərqlənir: 
1) 
adət gündəlik əhəmiyyət kəsb edir, ənənənin isə təqvim 
bağlılığı var. 
3) 
ənənədə heç bir mənafeyə toxunulmur. Ənənə sırf mərasim 
xarakteri 
daşıyır. 
Hüquq yaranarkən, adət formasında yaranıb. Adət həmişə 
hüququ yaşadan bir formadır. Çünki hüquq da gündəlik səciyyə daşıyır. 
Amma 
hüququn adətdən fərqi hüquqda mənafeyin olmasıdır. 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin