Азярбайжан республикасы дахили ишляр назирлийи


Adətin qanunla nisbəti özünü aşağıdakı kimi göstərir



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   2   3   4   5   6   7   8   9   ...   17
186 movzu 10 huquq sosial normalar sisteminde

Adətin qanunla nisbəti özünü aşağıdakı kimi göstərir: 
1) qanundan 
kənar adət; 
2) qanun 
və adət; 
3) qanunazidd 
adət. 
Hüquq və dini normalar. 
Dinin 
təyinatı insana bu və ya digər 
şəkildə yaşadığı aləmə alışmaq və dünyada öz yerini tapmağa imkan 
verən «mənalar»ın hazırlanmasıdır. Bu nöqteyi-nəzərdən, din yaxşı 
davranışın mizan-tərəzisidir. Müxtəlif inancların yaratdığı və bu və ya 
digər dinə itaət edənlər üçün məcburi məna daşıyan dini normalar sosial 
normaların bir növüdür. Zahirən bu normalar hüquqi göstərişlərlə 
oxşarlığa (forma və məzmunca) malikdir. Onlar Tövrat, İncil və Quranda 
və s. əksini taparaq sənədləşmişdir. Bəzi hallarda hüququn mənbələri də 
olurlar (
müsəlman dövlətlərini, kontinental Avropanın bəzi dövlətlərini, o 
c
ümlədən kilsə-kanonik hüququn milli hüquq sisteminin bir hissəsinə 
çevrildiyi Almaniyanı belə illüstrasiyalar kimi göstərə bilərik). 
Eyni zamanda 
hüquqla din arasında prinsipial fərqlər mövcuddur. 
İctimai həyatın sekulyarizasiyası (dünyəviləşdirilməsi), vicdan azadlığının 
təsdiqlənməsi, artıq dini normaların fəaliyyətinin dairəsinin daralması 
deməkdir. Bundan başqa, məsələn, Tövratın göstərişləri yalnız iudaizm 
ardıcıllarına aiddir, Quran normaları isə müsəlmanlara və s. Din və 
hüququn təsir mexanizmləri də müxtəlifdir. Məsələn, dinlər müqəddəs 
kitablarında özlərinin davranış məcəllələrindəki mütləq göstərişləri 
Allaha, yaxud filosoflar 
və ilahiyyatçıların təbirincə,
«dünyanın 
transedental 
başlanğıcı»na istinadla əsaslandırırlar. 
Hüququn dinə təsiri müəyyən mənada yetərincə spesifikdir. Vicdan 
azadlığı haqqında qanun vicdan və din azadlığına, məzhəblərin 
bərabərliyinə və s. təminat verir. Eyni zamanda hüquq dindən müəyyən 



«ecaskar» məqsədlər, o cümlədən totalitar sektalar üçün istifadəsinə 
biganə qalmamalıdır. 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin