Азярбайжан республикасы дахили ишляр назирлийи


Hüquq və korporativ normalar



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   2   3   4   5   6   7   8   9   ...   17
186 movzu 10 huquq sosial normalar sisteminde

Hüquq və korporativ normalar.
Korporativ normalara o normalar 
aiddir ki, onlar ictimai 
birliklərin (ictimai təşkilatlar, fondlar, siyasi 
partiyalar 
və s.) üzvləri, iştirakçıları arasındakı münasibətləri 
tənzimləyirlər. Bu normalar nizamnamələrdə (habelə digər sənədlərdə) 
əks olunur, ümumi iclaslarda, konfrans və qurultaylarda qəbul edilirlər. 
Korporativ 
normaların fəaliyyət sferası bununla şərtlənir ki, onların 
ictimai 
birliklərin üzvlərinin təcəssüm etdirməsi və məcburi xarakter 
daşıması ilə şərtlənir.
Korporativ normalar 
hüquq normaları ilə müəyyən oxşarlığa 
malikdir. Onlar 
hüquq normaları kimi nizamnamələrdə qeydə alınırlar və 
yetərincə detallaşdırılırlar. Məsələn, ictimai birliyin nizamnaməsində onun 
üzvlərinin hüquq və vəzifələri rəsmiləşdirilir, onlara təsir tədbirləri 
müəyyənləşdirilir və bunlar intizam-əxlaq tədbirlərinə oxşardırlar.
Hüquq və əxlaq. 
Hüquq və əxlaq arasında əlaqə sonuncunun 
normativ 
tənzimləmə sistemində tutduğu rolla əsaslanır. Hüquqla 
bərabər əxlaq da bu sistemdə dominionluq edir. Digər sosial normalarla 
müqayisədə onun fəaliyyət sahəsi genişdir. Sosial gerçəkliyin yalnız kiçik 
sahələri əxlaqi dəyərləndirmədən azaddır. Bu, hüquq və əxlaqın fəaliyyət 
sahələrinin kəsişməsi deməkdir. Lakin eyni sahələrdə hərəkət etsələr də, 
hüquq və əxlaq sərbəst, suveren normativ-tənzimləyici olaraq qalırlar.
Əxlaq (mənəviyyat) normativ tənzimləmənin xüsusi tipidir, o, 
özündə mənəvi dəyərlər daşıyaraq hər şeyə və hər nəyə təsirini göstərən 
normalar 
və 
prinsiplərin 
məcmusunda 
ifadə 
olunur. 
Onun 
ümumiləşdirilmiş şəkildə ümumbəşəri məzmunu «qızıl qayda»da əks 
olunmuşdur: «başqaları ilə münasibətdə özünə rəva görmədiyini tətbiq 
etmə». Əxlaq (mənəviyyat) öz normalarında mütləq dəyərləri ifadə edir 
və əxlaq normaları və dəyərləndirmələr yüksək davranış meyarlarıdır. Bu 
səbəbdən də əxlaq hüququ onun ədalət və əxlaqi gözlənti tələblərinə 
uyğunluğu baxımından dəyərləndirmək səlahiyyətinə malikdir.

Əxlaq təbii-tarixi prosesdə formalaşır. İnsanın həyat fəaliyyətindən 


ayrılmaz olan, insan birgəyaşayışı təcrübəsində sınaqdan çıxarılmış bu 
prosesdə dəyərlər və ideyallar, müəyyən baxışlar, əxlaqi gözləntilər 
ümumi və fərdi təfəkkürdə möhkəmlənirlər. Subyekt əxlaq normalarını 
formalaşdırır və onları özünə tərəf çevirir. Hüququn formalaşması da 
təbii-tarixi əsasa malikdir. Bununla birgə pozitiv hüquq (dövlətin 
hüquqyaradıcı orqanlarının aktlarındakı hüquq) tez-tez dəyərlərə və 
insan 
şəxsiyyəti prioritetlərinə zidd normaları özünə daxil edir. Bu 
səbəbdən hüquq və əxlaq prinsipial fərqlərini saxlayırlar.
Hüquq və əxlaq davranışı fərqli dəyərləndirirlər. Əxlaq insanların 
əməlləri və hərəkətləri əxlaqi imperativlər mövqeyindən dəyərləndirir: 
«yaxşılar», «pislər», «ədalətlilər» və «ədalətsizlər», «pak adamlar» və s. 
«Qanunauyğun» və «qanunazidd», «qanuni» və «qanunsuz», «hüquqi 



ic
azəli» və «hüquqi qadağalı» isə hüququn dəyərləndirici kateqoriyaları 
kimi 
çıxış edir.
Hüquqdan fərqli olaraq əxlaqda normalar və prinsiplərin 
ixtisaslaşmışdaşıyıcıları yoxdur. O, inam güclü, vərdişlər, mənəvi 
borcdan 
və s. təkrarən yaranır. Hüquq dövlətin ixtisaslaşmış 
müəssisələrində xüsusi vasitələr və mexanizmlər yardımı ilə tətbiq edilir. 
Lakin 
hüququn əxlaqdakı kimi vicdan adlı güclü daşıyıcısı yoxdur. Hüquq 
qanunçuluq hissinə etibar edir, lakin sonuncu vicdandan fərqli olaraq 
insanın status keyfiyyətinə daxil deyil. 
Əxlaq - universal tənzimləyicidir və onun təsiri bütün insanların, 
yaxud 
demək olar ki, hamının əməl və hərəkətləri sferasına şamil edilir. 
Doğrudur ki, elə sahələr var ki, onun təsirindən uzaqdır, ya da onun təsiri 
yetərincə spesifikdir. Məsələn, xristian əxlaqının hamıya və hər kəsə 
ünvanlanmış «anna və ataya ehtiram göstər» tələbi hüquqda 
özünəməxsus tərzdə əksini tapmışdır. Hüquqdan bundan özgə heç nə 
tələb etmək olmaz, yoxsa o özünün hüquqi özünəməxsusluğunu itirə, 
tövsiyəedici norma və məsləhətlərin toplusuna çevrilə bilər. 
Hüququ əxlaqdan fərqləndirən cəhətlərdən biri də dövlət 
təminatıdır. 
Fikrimizc
ə, 
onun 
əxlaqdan, 
həm 
digər 
sosial 
tənzimləyicilərdən prinsipial fərqi də bundadır. Fiziki və hüquqi şəxslər 
üzərində məsuliyyət qoyaraq hüquq elə təsir alətlərinə malik olur ki, onlar 
vasitəsilə tələb olunan davranışa nail olmaq mümkündür. 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin