AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

QAN ATƏġLĠ MOSKVA 
 
Bundan  sonrakı  həyatında  adını  həmişə  nifrətlə  çəkəcəyi  bu  şəhərə  ikinci 
dəfə  idi  ki,  gəlirdi.  İndi  Moskva  bolşevik  Moskvası,  proletar  Moskvası  idi.  Qanlı 
terrorun  yuvasına  çevrilmiş  bu  şəhərin  yerində  Leninin,  Trotskinin  şəkilləri 
asılmışdı. 
Stalinin  məsləhəti  ilə  ilk  günlər  vaqonda  qaldılar.  Stalin  onların  yeməyini 
verməkdən  ötrü  bir  aşpazı  da  orada  saxlatdı.  Üç  gündən  sonra  Stalinin  katibinin 
mənzilində  onlara  yer  ayırdılar.  Sonra  da  ümumi  yeməkxanadan  hər  gün  bir  qab 
şorba alıb içə bilmələri üçün «İşçi dəftəri» adlı şəhadətnamə verdilər. 
Moskvada  yaşayışı ağır keçirdi.  Doğrudur,  Stalin  köhnə  dostunu unutmur, 
yada  salırdı.  Amma  ümumi  güzəran  çətin  idi.  Moskvada  qış  idi.  Havalar  sərt  və 
soyuq  keçirdi.  Ayağında  isə  hələ  Lahıc  dağlarında  geydiyi  nazik  ayaqqabı  vardı. 
Ayaqqabısının  olmaması  ucbatından  şəhərdə  məşğul  olduğu  kitabxanaya  min  bir 
əzabla gedib-gəlirdi. 
Bir  gün  eşitdi  ki,  Amerika  fəhlələri  Rusiyadakı  fəhlələrə  satmaq  üçün  bir 
gəmi  ayaqqabı  göndəriblər.  Əmisi  oğlu  Məmməd  Əli  ilə  birlikdə  ayaqqabıların 
satılacağı  yerə—«Suxarovkaya»  getdilər.  Pulları  çatmadığından  əlavə  bir  neçə 
iynə, bir qədər tikiş sapı, bir az da duz verib ayaqqabını aldılar. 
Məmməd Əmin Rəsulzadənin acı xatirəsi: 

133 
 
«...Nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən 
öndə, Məmməd Əli arxada addımlayırdıq. Məmməd Əlinin səsini eşitdim: 
— Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!» 
...Moskvada  maraqlı  hadisələrlə  üzləşdi.  Bir  gün  yanına  üç  azərbaycanlı 
tələbə  gəldi.  Bu  tələbələr  o  zaman  Moskvada  yeni  yaradılmış  «Şərq  xalqlarının 
Kommunist  Universiteti»ndə  oxuyurdular.  Onlar  Məmməd  Əmin  Rəsulzadəyə 
qəribə  təklif  etdilər.  Dedilər  ki,  universitetin  «Şərq  ellərində  inqilab  hərəkatları» 
kafedrası  boşdur.  İstəyirik  ki,  siz  orda  professor  işləyəsiniz.  Məmməd  Əmin 
Rəsulzadə təklifi qəbul etmir. Tələbələr təəccüblənib səbəbini soruşurlar. O özünə 
məxsus ciddiliklə deyir: 
-  Ola  bilməz,  çünki  müəllimlə  tələbə  arasında  hər  şeydən  əvvəl 
səmimiyyətin  olması  vacibdir:  Mənim  söylədiklərimi  siz  daim  etirazla  qəbul 
edəcək  və  əcəba,  bu  müsavatçı  hadisələri  doğru  şərh  edirmi?»  deyə 
düşünəcəksiniz. Mən də  həmişə  «söylədiklərimi,  əcəba, bu kommunistlər tam bir 
etimadla  dinləyirlərmi?»  deyə  fikirləşəcəyəm.  Odur  ki,  nə  məndən  sizə  yaxşı 
müəllim, nə də sizdən  mənə yaxşı tələbə ola bilməz. 
Moskvada bir əhvalat da başına gəlir. Stalin və Çiçerinin göstərişi ilə xarici 
İşlər  komissarlığından  bir  məmur  gəlib  onun  tərcüməçi  sifətiylə  Əfqanıstandan 
gələn  heyəti  qarşılamağını  xahiş  edir.  Məmməd  Əmin  Rəsulzadə  qəti  etirazını 
bildirir. Tərcüməçi məmur təəccüblənir:  

 
Şərqdən  gələn  qonaqları  sovet  hökuməti  adından  qarşılamaq  bir 
şərəfdir. Niyə bu fürsətdən istifadə etmirsiniz? 
O  zaman  həqiqəti  məmura  başa  sala  bilməmişdi.  Və  şura  hökumətinin  də 
məmuru  anlaya  bilməmişdi  ki,  azad  bir  dövlətin  başçısı  olmuş  adam  indi  gedib 
düşməninə adi tərcüməçilik etməz. 
Bu «xatadan» da belə sovuşdu Moskvada. 
Moskvada qəribə şayiələr dolaşırdı: Rəsulzadəni guya Nərimanovun yerinə 
(Azərbaycan SSR Komissarları Sovetinin sədri) qoyacaqlar. Bu söhbətə dilxor olub 
belə cavab vermişdi: 

 
Siz ağlınızı itiribsinizmi? Bu qeybətlərə  necə  qulaq asırsınız?... Doktor 
Nərimanın  yerinə  bir  müsavatçı  Rəsulzadənin  gətiriləcəyi  necə  söhbət  mövzusu  
ola bilər? 
1921-ci ildə başına min bir oyun açılan Azərbaycanda əlifba məsələsi ciddi 
müzakirə  olunurdu.  İki  müxtəlif  fikir  irəli  sürülürdü:  birinci  qrup  ərəb  hərflərini 
latınla dəyişmək, ikinci qrup isə ərəb hərflərini saxlayıb müəyyən islahatlar etmək 
istəyirdi. 
Bu  müzakirəyə  münasibətini  bildirmək  üçün  bir  məqalə  yazıb,  millətlər  
komissarlığının  nəşri olan «jizn natsionalnostey» qəzetində çap  etdirdi.  Məqalədə 
latın hərflərinə keçmək fikrini müdafiə edirdi. 
..Amma  məqaləsində  qısa  dəyişiklik  edilmişdi.  Cəmiyyəti  getdikcə 
ölgünləşdirib  romantik  düşüncələrinin  əsirinə  çevirən  bolşevik  qəzetçilər  onun  da 

134 
 
yazısını standart qəlibə salıb axırda bu cümləni əlavə etmişdilər: «Əlifbanın islah 
edilməsi  fikirlərimizin  kommunizmi  müvəffəqiyyətlə  yaymaq  niyyətindən  irəli 
gəlir».  Məmməd  Əmin  Rəsulzadə  etiraz  əlaməti  olaraq  qəzetə  narazılıq  dolu 
məktub göndərmişdi. Amma məktub çap olunmadı. 
Stalin  köhnə  dostu  Məmməd  Əmin  Rəsulzadəni  unutmurdu.  Yaşayışı, 
vəziyyəti  ilə  maraqlanırdı.  Hər  dəfə  görüşəndə  aralarında  canlı,  amma  müxtəlif 
baxışlardan, mövqelərdən irəli gələn söhbətlər olurdu: 
Stalinlə Moskvada, ayrı-ayrı görüşlərdə aralarında olmuş söhbət dialoq: 
Stalin:  Azərbaycanda  bir  az  hökmranlıq  etdiniz.  Amma  çox  dərin  bir  iz 
buraxdınız. Bu izlə hələ mübarizədəyik... Xüsusilə ziyalılarınız millətçilik ruhu ilə 
aşılanmışlar... Sizcə bu millətçilik təsirinin əsas amili nədir? 
Məmməd  Əmin  Rəsulzadə:  Millətçilik  deyilən  hadisə  insan  cəmiyyətinin 
öz  varlığını  müdafiə  etməkdən başqa  bir  şey deyildir.  Fərdlərdə  nəfsin  müdafiəsi 
təbii və qanuni olduğu kimi, milli kollektivin öz xüsusiliklərini müdafiə etməsi də 
təbii bir hadisədir. 
Stalin:  Broydamın  təklifini  qəbul  etməmisiniz.  Niyə  şərqi  öyrənən 
cəmiyyətə daxil olmaq istəmədiniz? 
Məmməd  Əmin  Rəsulzadə:  O  elmi  deyil,  siyasi  bir  cəmiyyətdir. 
Üzvlərinin əksəriyyətinin kommunist olması şərti var. 
Stalin:  Kamenevin  başçılığı  altında  Rusiya  inqilab  hərəkatını  tədqiq  edən 
bir  cəmiyyət  var.  Tədqiqlərini  nəşr  etmək  üçün  bu  cəmiyyət  bir  jurnal  da  çıxarır. 
Siz bu jurnalın redaksiyasına  girsəniz, sizin üçün də  yaxşı olar. Sovetlərdəki türk 
ellərini  tədqiq  edər,  redaksiya  adından  müxtəlif  yerlərə  tədqiqat  üçün  səyahətlərə 
gedərsiniz.  Bu  minvalla  müsavatçı  fikirlərinizi  yayar  və  yerlərdə  özəklər  də  təsis 
edərsiniz. 
Məmməd  Əmin  Rəsulzadə:  Üzünə  mənalı-mənalı  baxdım,  içimdə 
Azərbaycan  xalq  danışığında  «aldada  bilməzsən»  mənasını  verən  «keçəl  suya 
getməz»  təbirini  təkrarlayaraq  Stalinə  «yeni  iltifatı»  üçün  təşəkkür  edərək  dedim 
ki, mən özümə sadiq adamam. Nə özümü, nə də başqalarını aldatmaq istəmirəm. 
Stalin:  Qəribə  insandır  bu  Rəsulzadə.  İdealizm  ona  mane  olur. 
Mütəvəkkilanə oturub durur. Heç bir arzusunu, heç bir ehtiyacını dilə gətirmir. 
Stalin: Mamed Saltan kimdir? 
Məmməd Əmin Rəsulzadə: Mamed Saltanmı? Bu adı harada gördünüz? 
(Stalin həmin adı haradan öyrəndiyini xatırlaya bilmir). 
Stalin: Yoldaş Rəsulzadə, siz Kaşqar proletariatını tanıyırsınızmı? 
Məmməd Əmin Rəsulzadə: Orada  proletariat nə gəzir? 
Stalin: Axmağın biri gəlib özünü mənə Kaşqar proletariatının nümayəndəsi 
kimi təqdim etdi, - belə bir proletariatdan xəbərim yoxdur,— deyə onu rədd etdim. 
Məmməd  Əmin  Rəsulzadə  keçmiş  mübarizə  dostu  Stalinlə  Moskvadakı 
söhbətlərindən onun terrora olan əvvəlki həvəsinin daha da artdığını hiss edir. 

135 
 
Stalin Məmməd Əmin Rəsulzadənin terrorun faydasız olmağını izah edəndə 
deyir: 
—Yox,  —  dedi,  —  yanılırsınız, terrorun, üstəlik  kütləvi terrorun tarixdəki 
rolu  mühümdür. Biz  bolşeviklər təbii ki,  şəxsi terroru qəbul edə  bilmərik. Bunun 
faydası yoxdur. Bu eserlərin sistemidir. Fəqət kütləvi terror tamamilə başqa şeydir, 
onu qəbul və tətbiq edirik. Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz. Çoxlu 
adamı birdən öldürməli ki, kütləvi bir təsir olsun. 
Məmməd  Əmin  Rəsulzadə  Stalinin  bu  sözlərini  eşidəndə  şübhəsiz  ki, 
təəccüb  hissi  keçirmirdi.  Çünki  o  hələ  çoxdan  bolşeviklərin  çirkin  ideyasını  başa 
düşüb  onlardan  ayrılmışdı.  İndi  dövran  gəlib  çatmışdı  və  bolşeviklər  çoxdan 
həsrətlə  gözlədikləri  terrora  başlamışdılar.  Amma  Stalin  bu  terrordan  hələ  narazı 
idi.  Ürəyi  istəyən  o  qanlı  terroru  az  sonra  ölkənin  mütləq  hakimi  olanda  həyata 
keçirəcəkdi. 
Getdikcə  onsuz  da  nifrət  etdiyi  Moskva  mühitində  qala  bilmirdi.  Doğma 
Azərbaycanında xalqı qırılırdı. O isə burda işsiz,  fəaliyyətsiz qalmışdı. Doğrudur, 
Stalinin  köməyi  ilə  işlə  təmin  olunmuşdu,  Millətlər  komissarlığında  mətbuat 
müvəkkili  işləyirdi.  Amma  belə  yaşaya  bilməzdi.  Əsarətdə  inləyən  xalqını  xilas 
etməliydi.  Nəhayət,  «Gizli  müsavat»dan  xəbər  gəlib  çatdı:  Moskvadan—qanlı 
terror  yuvasından  qaçıb  getmək  lazım  idi.  Bəs  necə?  Onun  necə  qaçması  planını 
«Gizli müsavat» əvvəlcədən hazırlamışdı. 
Məmməd  Əmin  Rəsulzadənin  qaçmaq  planını  hazırlayanlardan  birinin, 
«Gizli müsavat» təşkilatı başçısının müavini Əbdül Vahab Yurdsevərin xatirəsi: 
«Müsavat 
partiyasının 
gizli 
mərkəzi 
komitəsinin 
ən 
mühüm 
təşəbbüslərindən biri M. Ə. Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə 
bir  yoldaş  vasitəsi  ilə,  sonra  isə  sabiq  parlament  üzvü,  mərhum  Rəhimbəy 
Vəkilovu  və  Bakı  əsgəri  təşkilatının  rəisi,  şəhid  yoldaşımız  doktor  Dadaş 
Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək sürətiylə M. Ə. Rəsulzadə ilə 
təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat 
adı  ilə  Leninqrada  getsin.  Onun  oradan  rəhmətlik  tatar  maarifçilərindən  Musa 
Cərullah Bigiyevin  müyəssər  yardımı  ilə və qayıqla Fin körfəzi üzərindən üzərək 
Finlandiyaya qaçırılması təmin edilmişdir». 
M.  Ə.  Rəsulzadə  əvvəlcə  Finlandiyanın  Helsinki  şəhərinə  gəldi.  Burdakı 
tanışları onu böyük sevinc və həyəcanla qarşıladılar. Elə həmin gün onun şərəfinə 
bir  böyük  çay  ziyafəti  verildi.  Sonra  özü  çıxış  etdi.  Hərarətli  sözlər  söylədi.  O  
zamanlar Helsinkidə olan Peterburq imamı Lütfi İshaqi  əfəndi də Məmməd Əmin 
Rəsulzadə haqqında çox səmimi sözlər söylədi. 
Helsinkidə  olduğu  zaman  Parisdəki  köhnə  dostları  ilə  əlaqə  saxladı.  Az 
keçməmiş ona pasport hazırlandı, dəvət göndərildi. Fransada bir müddət qaldıqdan 
sonra Türkiyəyə keçdi. 
«Gizli müsavat» Məmməd Əmin Rəsulzadənin əmisi oğlu Məmməd Əli və 
dostu Abbasqulu Kazımzadənin də xaricə qaçmasına şərait yaratmışdı. 

136 
 
Məmməd Əli Rəsuloğlunun xatirəsi: 
«Məmməd  Əmin  Rəsulzadə  bəyin  Avropaya  keçməsi  təmin  olunandan 
sonra milli müsavat partiyasının yeraltı (gizli) təşkilatı  bizim  də dəniz    yolu  ilə  
İrana    keçməmizi planladı. Plana görə bir türkmən qayıqçı tapıldı. Amma bizlərin 
kim olduğu ona bildirilmədi. Başqa adlarla qayığa mindik. Danışığımıza çox diqqət 
edirdik.  Bir-birimizə  müraciətimiz  də  başqa  adlarla  idi.  Türkmən  qayıqçı  Xəzərin 
dalğaları ilə bəlkə yüzlərlə dəfə üzləşmiş mahir, işinin ustası olan bir adam idi. Biz 
danışırdıq,  o  da  qulaq  asırdı.  Təhlükə  keçib  getmişdi.  Güney  Azərbaycan 
sahillərinə  çıxmaq  üzrə  idik.  Yalnız  kürək  çəkən,  qonuşmalarımıza  bəzən  bığaltı 
gülümsəyən  bu  mahir  mərd  türk  övladı  birdən  dilləndi.  Hamımıza  öz  adımızla 
müraciət  edərək  müvəffəqiyyətlər  dilədi.  Emin  bəyi  nəzərdə  tutaraq  «məndən  də 
kişiyə çox-çox salam söyləyin» dedi. Heyrətdən donub qaldıq». 
 
ĠSTANBULDА 
 
İstanbula  gəlib  çıxanda  1922-ci  il  idi.  Az  sonra  nəşr  edəcəyi  «Yeni 
Qafqaziya» jurnalında Stalinə geniş məzmunda açıq bir məktub yazacaqdı.  
Məmməd Əmin Rəsulzadə İstanbula gəldiyi ilk gündən Azərbaycan istiqlalı 
uğrunda  mübarizəyə  başladı.  1923-cü  ildə  İstanbulda  Məmməd  Əmin  Rəsulzadə 
«Azərbaycan  respublikasının  keçmişi,  təşəkkülü  və  indiki  vəziyyəti»,  «Əsrimizin 
Səyavuşu», «İstiqlal məfkurəsi və gənclik» kitablarını çap etdirir. 1923-cü ilin iyun 
ayından onun redaktorluğu ilə «Yeni  Qafqaziya» məcmuəsi  nəşrə başlayır. 
«Yeni  Qafqaziya».  Jurnalın  ünvanı:  Cığaloğlu  küçəsi,  Amdı  mətbəəsi. 
Jurnal hər on beş gündən bir nəşr olunurdu. Abunə şəraiti: illik qiyməti 120 quruş; 
altı  aylığı  60  quruş;  xaricdə  bir  nüsxəsi  5  quruş.  Ədəbi-ictimai  və  siyasi  bir 
jurnaldır. Jurnalın ilk nömrəsinin başlığında yazılıb: Məsləkimizə müvafiq yazılır, 
məmnuniyyətlə qəbul və nəşr olunur. 
1923-cü  il,  iyulun  26-sı.  «Yeni  Qafqaziya»  jurnalının  ilk  nömrəsi  çapdan 
çıxıb. Yüzlərlə yurdundan qovulmuş, bolşevik istilasına dözməyib Azərbaycandan 
didərgin  düşmüş  Azəri  türkləri  sevincdən  ağlayıb  göz  yaşı  tökür.  Yox,  ümid  işığı 
sönməyib,  işğal  olunmuş  vətənlərini  geri  qaytaracaqlar.  Onlar  yalqız  deyillər. 
Söykəndikləri, arxalanıb inandıqları dağ kimi qüvvət var. O «Yeni Qafqaziya»dır! 
O  dağıdılmış  hökumətlərinin  başçısı  Məmməd  Əmin  Rəsulzadədir!  O  burdadır, 
onların  arasındadır,  işləyir,  fəaliyyət  göstərir,  yenidən  istila  olunmuş  yurduna 
azadlıq aparmaq əzmindədir. 
Vətənlərindən  qovulmuş  mühacirlərin  gözlərinə  işıq  gəlir,  qolları 
qüvvətlənir.  Bu  gün  sanki  qanad  açıb  uçurlar.  İki  ildir  ki,  susan  bir  səs  yenidən 
ucalmağa başlayıb: «Yeni Qafqaziya»da onların sevimli vətənlərinin, indi bolşevik 
işgəncəsində inləyən yurdlarının  nəfəsi dolaşır. 

137 
 
Jurnalın  lap  birinci  səhifəsində  hamısının  yaxşı  tanıdığı,  ürəkdən  sevdiyi 
Məmməd Əmin Rəsulzadənin «Atəş çalan prometey» (proqram məqaləsi əvəzinə) 
yazısı çap olunub. 
Məmməd  Əmin  Rəsulzadə  «Yeni  Qafqaziya»nın  ilk  nömrəsindəki 
məqaləsində yazırdı: 
«İlk  nüsxənin  baş  məqaləsi  proqram  məqaləsi  olmalı  idi.  Burada 
məcmuəmizin təsisi ilə təqib etdiyimiz məqsəd şərh olunmalı idi. 
Mövzumuzu düşünərkən Qafqaziya, bu gözəl məmləkət bəhri — Xəzər ilə 
Qara  dəniz  arasındakı  bu  tarix  bərzəx,  əski  yunanlıların  altun-yük  deyə  təbil 
etdikləri bu zəngin ölkə gözümüzün önündə canlandı. O, pək zəngin keçmişi ilə və 
hətta çox parlaq istiqbalı ilə məxiləmiz qarşısında sərt bir keçid yapdı. 
Bəhri—Xəzər  sahilindən  başlayan  ilk  mənzərə  qüvvətli  bir  aydınlıq  təşkil 
edirdi. Bu səmalara doğru yüksələn bir atəş idi. Azərbaycan isminin mücəmməsini 
təşkil  edən  atəş,  o  atəş  ki,  mədəniyyəti  bəşəriyyət  ilk  əvvəl  onun  yaxdığı  ocaq 
başında təsis edilmiş. O atəşi müqəddəs ki,  «prometey» özünü çalaraq, yer üzünə 
qaçırdığı üçün hələ əzab çəkməkdə, cəsarət və üsyanının cəzasını görməkdədir. 
Məlum  olduğu  vəch  ilə  prometey,  apollon  mənzuməsindən  əsatiri  bir 
ilahədir.  Atəşi  səmalardan  çalaraq  insanlara  gətirdiyi  üçün  Zevs  tərəfindən 
Qafqaziya dağlarında zəncirbənd olmuş və bir siyah qartal onu didməyə müvəkkəl 
olmuşdur. 
Bu  qartal  hər  gün  zavallının  köksünü  dələrək  ürəyini  parçalarsa  da, 
Prometey təkrar kəsbi-afiyət edər, təkrar parçalanar. 
Əsatir,  atəşi-sariqi  bulunan  bu  üsyankar  aləhyi  atəş  yurdu  Azərbaycana 
nazil  bulunan  Qafqaziya  dağlarında  deyil,  başqa  yanda  zəncirbənd  etmiş  olseydi, 
onu  bulub  təkrar  buraya  gətirməli  idi.  Çünki  Qafqaziyanın  tarixini,  son  əsirdəki 
güzəran  edən  əhalini  və  bir  xassə  indiki  vəziyyətini  tərmiz  etmək  üçün  bundan 
daha bir rəmz bulunmaz. 
Zevsin  haqqı  vardır.  Asimanlardan  çalınan  atəş  yerə  gəlincə  özünə  rəqib 
çıxmış, insanlar ona tapınmış, özünü təqdis eləmişlərdir. 
Tarixi-qədimin  təqdis  elədiyi  atəşə  məmaili-əsr  hazırın  elan  elədiyi  şey 
neftdir. 
Atəşpərəstlik dövrünün ən böyük atəşgədələri Qafqaziyada—Azərbaycanda 
bulunduğu kimi, neftpərəstlik əsrinin ən səhal ocaqları da buradadır. 
Prometeyi didən xunxar quş bir əsrdən bəri Qafqaziyanın köksünü didən və 
cigərini parçalayan Rusiya imperiyasının doğrusu, dəxi bir qartal deyilmidir? 
Prometey təkrar parçalanır, təkrar afiyət kəsb edirdi. Qafqaziya əqvamı da, 
zaman-zaman  hərəkətə  gəlir,  zindəki  əsəri  göstərir,  təkrar  ikibaşlı  rus  qartalına 
qarşı zəbun oluyorlardı...» 
Məmməd  Əmin  Rəsulzadə  elə  ilk  məqaləsindəcə  jurnalın  məqsədini, 
ideyasını  bildirirdi:  düşmənə  qarşı  mübarizəni  davam  etdirmək!  «Yeni 
Qafqaziya»da əsarət altında əzilib inildəyən Azərbaycanın ağrıları eşidilirdi. 

138 
 
Məmməd Əmin Rəsulzadə «Yeni Qafqaziya»dakı məqalələrində bir fikrinə 
həmişə sadiq qalıb təkrar edirdi: 
«Qafqazlıların  məqsədi  Rusiyadan  ayrılmaqdır.  Heç  bir  düşüncəli 
qafqazlının  ağlına  belə  bir  fikir  gəlməməlidir  ki,  qırmızı    Rusiyadan    ayrılıb  ağ 
Rusiyaya  birləşsin». 
Məmməd  Əmin  Rəsulzadə  fikrini  bir  az  da  sərt  halda  oxuculara  çatdırırdı: 
İlanın ağına da lənət, qarasına da. 
«Yeni Qafqaziya» azadlığı əlindən alınıb əsarətə salınmış  Azəri  türklərinin 
ümidi,  pənahı  idi.  Bu  jurnal azad Azərbaycanı yaşadırdı öz səhifələrində. Hərdən 
ötən  günlərdən  o  üç  rəngli  bayrağın  Bakı  küçələrini  bəzədiyi  xoşbəxt  dövrandan 
danışır,  arzuları  boğulub  ölməyə  qoymurdu.  Çalışırdı  ki,  azərilər  inansınlar, 
inansınlar  ki,  o  istiqlal  günəşi  Vətəninin  başı  üzərində  yenə  gülümsəyəcək.  Yenə 
bəxtəvər ömür yaşayacaq. 
Bununla  bərabər  «Yeni  Qafqaziya»  od  içində  alışıb  yanan  Azərbaycandan 
dəhşətli  xəbərlər  verirdi.  Vətəni  çapılıb  talan  olur,  insanlar  nahaqcasına    qətlə 
yetirilirdilər. 
«Yeni Qafqaziya»nın səsi azərbaycanlı bolşevikləri və hər əmrinə müntəzir 
dayandıqları şura hökumətini çox narahat edirdi. Bu sərt həqiqətlər yazan azadlıq 
carçısını susdurmaq yollarını axtarırdılar. 
Məmməd  Əmin  Rəsulzadə  İstanbulda  jurnal  çıxarıb,  Azərbaycanın 
ağrılarını bütün dünyaya çatdırırdı. 
Bakıda  isə  bolşeviklər  onu  nifrətlə  yad  edir,  adına,  ünvanına  böhtanlar 
yağdırırdılar. 
Azərbaycan  günahsız  qanlar  dənizində  boğulurdu.  Hər  gecə  yüzlərlə  gənci 
gəlib aparır, güllələyir; ayaqlarına daş bağlayıb dənizə atırdılar. Xəzər dənizi insan 
cəsədləri  ilə  dolu  idi.  Bakının  mahir  üzgüçülərindən  biri  Xəzər  dənizində  saysız-
hesabsız insan cəsədi gördüyünü dəhşətlə adamlara danışırmış. 
Bolşeviklər  Bakıda  baş  qaldıran  hər  kəsi  gecə  ilə  aradan  götürürdülər. 
Bakılıların  var-dövlətini  Mikoyan  gəlib  yığırdı,  düşünən  başları  isə  yerli 
bolşeviklərlə  Pankratov,  bir  də  «Osobı  otdel»in  erməni  çekistləri  qırıb 
öldürürdülər.  «Osobı  otdel»in  guya  şura  hökumətinə  qulluq  göstərən  erməniləri 
əslində  azərbaycanlılardan  qisas  alırdılar.  Bu  xain  ermənilər  şura  hökumətinin 
havadarı  kimi  çox  təhlükəli  oyuna  girmişdilər:  Azərbaycan  Demokratik 
Respublikasının keçmiş başçılarını aradan götürmək. Tiflisdə bu işi uğurla həyata 
keçirmişdilər.  Ermənilərdən  biri  Fətəli  xan  Xoyskini  arxadan  güllə  ilə  vurub 
öldürmüşdü.  Həsən  bəy  Ağayevi  də  «Osobı  otdel»in  erməni  çekistləri  güllə  ilə 
vurmuşdular. Onun yanında olan bir aktyoru elə qorxutmuşdular ki, o bütün ömrü 
boyu susub bir kəlmə də danışmamışdı. 
Bakıda isə xalqı əsarətdən qurtarmaq istəyən müsavatçılara qarşı güclü işlər 
görülürdü: 
 
Qəzetlər yazırdı: 

139 
 
«Müsavatçılar»  hökuməti  devirməyə  çalışır,  təşkilatlarını  genişləndirirlər. 
Hökumət «müsavatçı»ların bu təşəbbüslərini xəbər almış, başçılarını yaxalamış və 
özlərindən  bir  daha  sovetlər  əleyhinə  çalışmayacaqlarına  dair  söz  alaraq  özlərini 
sərbəst buraxmışdır. Halbuki sonra «müsavatçılar» arasında təkrar bir fəaliyyət və 
hərəkət  olduğu  sezilmiş  və  kəşf  olunan  gizli  bir  mətbəədə  hökumət  əleyhində  bir 
qəzetə çap olunduğunu aşkar etmişdir». 
Azərbaycanın  qanını  soran,  minlərlə  övladını  güllələtdirən  Kirov  da 
Məmməd Əmin Rəsulzadənin İstanbuldakı fəaliyyətindən narahat olub yazırdı: 
«Düşmənlərimiz, şübhəsiz  ki, bu konfransı bizim qədər böyük bir diqqətlə 
təqib  edirlər.  Rəsulzadənin  yazılarını  qana-qana  oxuyan  düşmənlər  əllərini 
«müsavat»  vicdanı  üzərinə  qoyaraq  qəbul  etməlidirlər  ki,  gözlədikləri  şey 
Azərbaycanda yoxdur». 
İstanbulda  isə  Məmməd  Əmin  Rəsulzadə  yorulmadan  çalışır,  yurdunu 
bolşevik  işğalçılardan  xilas  etmək  istəyirdi.  İndi  növbəti  bir  jurnalı  çapa 
hazırlayırdı. 
«Azəri türk». Jurnal 1928-ci ildə İstanbulda, Sultan Əhməddə nəşr olunur. 
Jurnalın abunə şəraiti illiyi 200 quruş, altı aylığı 110 quruş, bir nüsxəsi 10 quruş, 
xaricdə  bir  nüsxəsi  10  quruş;  jurnal  on  beş  gündən  bir  çap olunur.  Ədəbi-ictimai, 
elmi və siyasi, milliyyətçi bir məcmuədir. 
Məcmuənin baş məqaləsini Məmməd Əmin Rəsulzadə yazıb. «Tutacağımız 
yol» adlı baş məqalədə o, yazırdı: 
«Məcmuəni  bundan  4-5  il  əvvəl  başqa  şərait  daxilində  çıxarmış  olsaydıq, 
tutduğumuz  yolu  kafi  surətdə  izah  edə  bilmək  üçün  bəlkə  daha  ziyadə  təfsilat 
vermək ehtiyacı hiss edərdim. Fəqət indi bizdən əvvəl vüqu bulan nəşriyyat və bu 
nəşriyyat  sayəsində  ehzar  olunan  bir  mühiti  nəzərə  alaraq  tutduğumuz  yolun  pək 
qısa cümlələrlə izah oluna biləcəyinə ümid edirik. 
Gedəcəyimiz  yol  əski  zaman  şairlərinin  iftixar  etdikləri  kimi  «Rəhi-
narəbdə»  (getməyən  yol)  deyildir.  Əksinə,  bu  yol  çox  müşkül  və  tikanlı  olmaqla 
bərabər,  gedilmiş  şanlı  bir  yoldur.  Bu  həqq  yolu  və  millət  yoludur.  Bir  yol  ki, 
Avropa  18,  bir  xassə  19-cu  əsrdə  getmişdir.  Bir  yol  ki,  müasir  şərq  hal-hazırda  o 
yolla  salik  olmuşdur.  Bir  yol  ki,  sabiq  Rusiya  imperatorluğu  daxilində  yaşayan 
məhkum  millətlər,  dəxi  o  yola  girmişlərdir.  Bir  yol  ki,  savarisi  milliyyət  hədəfi 
istiqlaldır! 
«Azəri türk» hərbi-ümuminin nəticəsində bilfeli istiqlal mücadiləsinə atılan 
və  illərdən  bəri  böyük  bir  eşq  və  hərarətlə  izlədiyi  cümhuriyyət  qayəsinə  irmiş 
bulunan,  fəqət  milli  istiqlalı  təkrar  səqdəyə  uğrayan  bir  türk  elinin,  Azəri  türk 
xəlqinin  daha  müstəlah  ismilə  «Azərbaycan  cümhuriyyətinin»  həyat  və 
müqəddaratı ilə əlaqədar bir məcmuədir. 
Bu səhifələrdə türklüyün pək mühüm bir qismini qanlı irqin gəzidə bir ilini 
təşkil  edən  bir  məmləkətin  bulunduğu  vəziyyət  yaşadığı  əsarət  təsvir  olunacaq  və 

140 
 
bu  ölüm  vəziyyət  içərisində,  müxalif  ənasirə  rəğmən,  söqi-təbii  ilə  inkişaf  edən, 
milli həyat və bu həyatın ibraz etdiyi xilas və nicat cümlələri təsbit olunacaqdı. 
...«Azəri  türk»  Azərbaycan  türkçülüyünun  əsaslarını  təhlil  edəcəkdir.  Yəni 
türk  hirsi  Avropanı  bir  üsul  ilə  təzhib  edərkən  xəlq  ilə  səmimi  bir  irtibad  və 
müvanisəd  cığırından  qətiyyən  sarpmayacaqdır.  Xəlqçi  bir  türkçülükdən  ibarət 
olan  bu  məslək  əsrin  mükəmməl  texnikini  xəlqin  səmimi  duyğu  ehtiyaclarını 
tətmin  üçün  qollanacaqdır.  O,  bir  tərəfdən  xəlqin  zövqünü,  fən  və  sənətdən 
anlayacaq bir radəyə gətirməyə səy edəcək, digər tərəfdən də fəni ilə sənəti xəlqin 
zövqünü oxşamaq yolunda istixdam (işə götürmək) etmək fikrini tərvic edəcəkdir. 
Mədəni  istiqaməti  bu  olan  Azərbaycan  türkçülüyünün  siyasi  cəbhəsi  isə, 
Azəri  türklüyünü  digər  türk  ellərindən  uzaqlaşdıran  hər  dürlü  tədbirlərə  qarşı 
qoymaq, hər türk iltibatını təxribxar təsirdən mühafizə etməkdir. 
«Azəri türk» xəlqçidir»... 
Məmməd  Əmin  Rəsulzadənin  nəşr  etdiyi  «Azəri  türk»  baş  məqalədə 
yazdığı  kimi  xəlqçilik  ruhu  aşılayan  bnr  məcmuə  oldu.  Sevindi,  oxundu  «Azəri 
türk».  Mühacirətdə  yaşamaq  məcburiyyətində  qalan  azərbaycanlılar  bu  dərgini  də 
özlərinə mənəvi dayaq bildilər. 
Məmməd  Əmin  Rəsulzadə  Türkiyədə  çırpınır,  əsir  vətənini  qanlı 
totalitarizmin, terrorçu bolşeviklərin pəncəsindən qurtarmağa çalışacaqdır. 
Vətənində isə qırğın, terror davam edirdi. Vətəni al qan içində çabalayıb can 
verirdi: Yox, ölmürdü Vətən, hələ qalırdı, yaşayırdı... 
Azərbaycanın  başı  bolşeviklərin  qanlı  qılıncı  ilə  parça-parça  edilmişdi. 
Sinəsi parçalanmış Azərbaycanın axıtdığı qan çölləri, düzləri qırmızıya boyamışdı. 
Minlərlə günahsız bolşeviklərin amansız terrorunun qurbanına çevrilmişdi. 
Qəzetlər yazırdılar: 
«Daxildəki  və  xaricdəki  «müsavatçılar»,  sovet  hökuməti  əleyhinə  yeni  bir 
təşəbbüslərə  keçmişlərdir.  Bizdə  son  illərdə  «müsavat»  partiyası  əleyhinə 
kəskinliklə mücadilə edilməmişdir. «Müsavat»ın indiki halda sovet hökuməti üçün 
nə kimi bir təhlükə təşkil etməyə başladığını kafi dərəcədə təqdir etməmişlərdir. Bu 
təhlükə  keçən  illərdə  yox  idisə  də  indi  vardır.  «Müsavat»  partiyasına  qarşı  ən 
kəskin bir hücuma keçməlidir». 
Bolşeviklər   Məmməd   Əmin    Rəsulzadənin   Türkiyədəki fəaliyyətindən 
narahat olub həyəcanla sovet mətbuatında hay-küy qoparırdılar: 
«Düşmənlərimizin  başında  şübhəsiz,  «müsavat»  partiyası  durur.  Məmməd 
Əmin Rəsulzadə Avropaya qaçdıqdan sonra, Azərbaycan inqilab əleyhdarları onun 
ətrafına  toplanaraq  irtica  fəaliyyətlərinə  başlamışlardır.  Fürsət  tapdıqca  fəhlə-
kəndli  sovet  hökumətinə  zərbə  endirməyə  çalışırlar.  Xaricdə  Məmməd  Əmin 
Rəsulzadənin  başına  toplanan  milliyyətçilərin  içəridəki  tərəfdarlarını  əzmək 
lazımdır».  
Azərbaycanlı  bolşeviklər  Məmməd  Əmin  Rəsulzadənin  fəaliyyətindən  ona 
görə qorxuya düşmüşdülər ki, o, xalqı yeni mübarizəyə səsləyirdi. 

141 
 
Məmməd  Əmin  Rəsulzadə  Bakıda  fəaliyyətdə  olan  «gizli  müsavat»a 
istiqamət verir, Azərbaycanda baş verən hadisələrə münasibətini bildirirdi. 
Məmməd  Əmin  Rəsulzadənin  ilhamçısı  olduğu  «gizli  müsavat» 
Azərbaycanda fəaliyyətdə idi. 
«Gizli  müsavat»ın  1927-ci  ildə  Bakıda  yaydığı  bəyannamələrdən  birində 
yazılırdı: 
«Əziz arkadaşlar! 
Son  zamanlarda  milli  iftira  siyasətinə  qarşı  yapılan  kommunist 
propaqandası  bu  cərəyanın  getdikcə  ciddiləşdiyini  və  həyati  bir  əhəmiyyət 
qazandığını  göstərir.  Şərq  məmləkətlərindəki  milli  istiqlal  hərəkətlərini  təhrik  və 
təşviq  etmək  siyasətilə  Avropa  imperializmini  təhdid  edən  qızıl  rus  imperializmi, 
artıq  öz  əsarəti  altındakı  millətlərin  gözlərini  bağlaya  bilməz,  ayağının  altındakı 
zəminin möhkəmlənməkdə olduğunu görür. Sovetlər Birliyini təşkil edən millətlər 
milli istiqlal şüarıyla canlanır, sovet rejimini də çar rejimi qədər mənfur bir idarə 
olduğu  zehinlərdə  yerləşir.  Bu  xilaskar  fikrin  Azərbaycandakı  təmsilçiləri, 
düşmənin də təsdiq etdiyi qüvvə sizsiniz arkadaşlar! 
Azərbaycan istiqlal bayrağını yüksəldən «müsavat» firqəsi tarixin sövqü ilə 
bu  müqəddəs  şüar  üçün  ölən  qəhrəman  nəslin  aləmdarlığını  yapmaq  şərəfi  ilə 
mübahidir.  Azərbaycan  istiqlal  hərəkətinin  «müsavatçılıq»  və  bu  hərəkət 
qəhrəmanlarının  «müsavatçı»  adı  ilə  anılması  bir  təsadüf  deyildir.  Sibiriyanın 
tunduralarında, Çeka məhbəslərinin qaranlıq zirzəmilərində, Xəzər dənizinin qanlı 
sularında  məhv olan və vicdansız cəlladların amansız güllələrinə kökslərini hədəf 
edən  qəhrəmanların  yüzdə  doxsanı  «müsavatçı»dır.  Bu  da  təbiidir.  Çünki 
«müsavat» milli Azərbaycan    demokratiyasını təmsil  edən bir partiyadır. 
Azərbaycan hərəkatı isə milli və demokratik bir hərəkatdır. Milli demokrat 
hərəkatını  təmsil  edən  ən  idealist  zümrə,  istiqlal  şəhidləri  içərisində  ən  şanlı  yeri 
almış gənclikdir. Bu gəncliyin milli istiqlal şüarı altında birləşdiyini, qızıl düşmən 
vəhşicə diş qıcırtısıyla  anır. 
Arkadaşlar!  «Müsavat»  firqəsi  heç  bir  zaman  milli  davası  inhisar  altına 
almaq  iddiasında  olmamış,  tarixi  düşmənə  qarşı,  millətin  mücadiləyə  hazır  bütün 
fədakar qismi ilə birlikdə olduğunu daima etiraf və hər zaman tərvic etmişdir. 
Bolşevik  mətbuatını  diqqətlə  oxusanız  görərsiniz  ki,  düşmənin  ən  çox 
qorxduğu bu fikirdir. 
Dövrün  tarixi  əhəmiyyəti  və  yaşadığımız  mücadilə  günlərinin  ruhu 
iqtizasını  nəzərə  alaraq  Milli  Azərbaycan  Mərkəzi  təşəkkül  etmiş  və  bu  mərkəz 
adına  Azərbaycan  xalqı birləşməyə, toplaşmağa  və  qəti  mücadiləyə  hazırlanmağa 
dəvət  olunmuşdur.  Eyni  zamanda  Azərbaycan,  Dağıstan  və  Gürsüstan 
təmsilçilərindən mütəşəkkil «Qafqasiya İstiqlal Komitəsi» də bütün qafqasiyalıları 
birlik və mücadiləyə çağırır. 
Ey vətənin xilasını istəyən Azəri! Bu dəvətləri qəbul et. Çünki vətənin xilası 
birlikdə və təəzzüvdədir. 

142 
 
Sən  də  ey  canını  hür  və  müstəqil  Azərbaycan  yolunda  fəda  edən  firqəçi 
qardaş!  Bu  birlik  və  təəzzüvü  qolaylaşdırmaq  üçün  əlindən  gələni  əsirgəmə.  Hər 
dəfə  olduğu  kimi  bu  dəfə  də  vətəni  işdə  təşəbbüsü  əlinə  al,  birlik  və  mücadilə 
bayrağını  yüksəlt  və  bil  ki,  böyük  ideal  naminə  verdiyimiz  qurbanların  yeganə 
mükafatı  ancaq  qələbədir.  Qələbənin  ən  böyük  mənbəyi  isə  birlik  və  yenə 
birlikdir... 
Yaşasın birlik! Yaşasın istiqlal!  Yaşasın  Azərbaycan  Cümhuriyyəti! Məhv 
olsun istila! 
«Müsavat» partiyası Mərkəzi Komitəsi.  
Diş ölkələr bürosu». 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin