AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

Ġstanbulda.  Yurdunun,  vətəninin  talan  olunmağına,  minlərlə  qanı  bir 
qardaşının  məhv  edilməyinə  ürəyi  ağrıyıb  parçalansa  da,  inamını  itirmirdi. 
Qaldırdığı  mübarizə  bayrağını  başı  üzərindən  endirmirdi.  Yox,  o  bu  yoldan 
çəkilməyəcəkdi. Son nəfəsinə kimi istiqlal uğrunda döyüşəcəkdi. O inanırdı ki, üç 
rəngli  bayraq  yenə  azərilərin  başı  üzərində  dalğalanacaq.  Vətəninin  düşmən 
tapdağı  altında  inildədiyini  Bakıdakı  müsavatçı  dostlarından,  ona  çatdırılan 
bolşevik  qəzetlərindən  öyrənirdi.  Hələlik  sərhədlər  tam  bağlanmamışdı,  əlaqələr 
vardı. Türkiyəyə, İrana gəlib-gedən tacirlər də bu işdə köməklik göstərirdilər. Elə 
bu yolla ailəsinə də hərdən yardım əlini uzadırdı. Arada məktublaşırdı da ailəsi ilə. 
Əlbəttə, açıq imza ilə yox, başqa adlarla. 
..Amma  vətəndən  aldığı  xəbərlər  dözülməz  idi.  Bolşeviklər  nəinki 
yurddaşlarını  güllələyirdilər,  eyni  zamanda  vətənin  torpağını  ermənilərə  verməyə 
başlamışdılar. 
Ermənilər əsas Qarabağı ələ keçirməyə çalışırdılar. Bu işdə onlara yaxından 
kömək  edən  azərbaycanlıların  qəddar  düşməni  olan  Kirov  idi.  «Kirov—
Myasnikyan» birliyi Qarabağı ermənilərin xeyrinə həll etməli idi. 
Bir  də  azərbaycanlı  bolşevikləri  aldatmağa  nə  vardı  ki?  Yaxşı  bir  vəzifə 
təklif  etsən  hər  təhlükə  sovuşub  gedəcək.  Vəzifə  ondan  ötrü  millətdən,  vətəndən, 
torpaqdan  irəlidir.  Ermənilərin,  rusların  əli  ilə  Nərimanovun  adına  yağ-pendir 
zavodu
1
  verdirib  indi  özlərinə  torpaq  alırdılar.  Doğrudur,  Qarabağın  verilməyində 
Nərimanov  etiraz  edir,  amma  bu  işi  həll  etməyə  nə  var  ki?  Bu  xalqın  Əliheydəri, 
Çingiz İldırımı sağ olsun. Onların əli ilə vurub Nərimanı uzaqlaşdırmaq lazımdır. 
Onda Nəriman başa düşər ki, rus-erməni birləşməsinə qarşı çıxmaq nə deməkdir. 
Ermənilər  istəklərinə  nail  oldular.  Azərbaycanın  öz  torpağında  bir  muxtar 
vilayət  yaratdılar.  Bu  onların  qələbəsi  idi.  Bu  qələbəni  təmin  edənlər  isə  Kirov, 
Myasnikyan,  bir  də  Azərbaycanın  milli  hisslərini  itirmiş  hökumət  başçıları  idi. 
Onlar niyə qətiyyət göstərib soruşmurdular Lenindən: Axı sən bizə müstəqillik vəd 
etmişdin.  Torpağımızın  bütövlüyünü  qoruyacağını  demişdin.  Bəs  niyə  verdiyin 
                                                           
1
 1922-ci ildə Ləkidəki yağ zavoduna Nərimanovun adı verilmişdir. 
 

143 
 
sözə əməl etmirsən? Lenin əməl etmirdi vədinə. Bu göz qabağında olan aşkar fakt 
idi.  Yaxşı,  azərbaycanlı  bolşeviklər  niyə  ayılmırdılar.?  Özləri  qətiyyətsiz, 
cəsarətsiz idilər. Bəs onda niyə xalqın ayağa qalxan qeyrətli oğullarının siyahısını 
yazıb «Osobı otdelə», «Çeka»ya verib güllələdirdilər? Həqiqəti ki, onlar bilirdi. 
Məmməd  Əmin  Rəsulzadə  aldığı  bu  məlumatlardan  əsəbiləşir,  xalqın 
dəhşətli bəlaya düçar olduğunu düşünürdü. Güllələnənlərin, qətlə yetirilənlərin sayı 
minlərlə idi. Axı rus nə bilir ki, azərbaycanlı vətənpərvər harda nə işlə məşğuldur?  
Satqınlıq edən, onları ələ verən, o yazıqların ayağına daş bağladıb Xəzərin sularına 
atdıran sizsiniz, siz! 
İçərisini ağrı-acı kəssə  də  ruhdan düşmürdü,  mübarizəsini  davam etdirirdi. 
İndi yeni bir jurnal nəşr etməyə hazırlaşırdı. 
«Odlu  Yurd».  1929-cu  il,  1  mart,  «Odlu  Yurd»  jurnalının  ilk  sayı  çapdan 
çıxıb.  Baş  məqalənin  müəllifi,  jurnalın  baş  mühərriri  Məmməd  Əmin  
Rəsulzadədir. Müəllif «Çöhrəmiz» adlı məqaləsində yazır:  
«O sizə yabançı olmasın gərək! 
«Odlu  yurd»!  Bu  iki  söz  türkcə  kəlmənin  «Azərbaycan»ın  müqabil 
olduğunu söylərsək, məsələ yarı-yarıya anlaşılmış olur. 
Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır. Rus 
istilasına  pərdəlik  rolunu  oynayan  «qızıl  Azərbaycan»  ilə  qəlbində  hürriyyət  və 
istiqlalın sönməz odunu daşıyan milli Azərbaycan! 
«Odlu  yurd»  milli  Azərbaycan  fikrinin  mürəvvici  olaraq  intişar  edir.  Bu 
intişarı  ilə  o  özündən  əvvəl  «Yeni  Qafqasiya»  ilə  «Azəri  türk»  məcmuələri 
tərəfindən gedilmiş ideal yolunu boylanmaq əzmindədir. 
Qızıl  istilanın  tökdüyü  məsum  qanlarla  söndürmək  istədiyi  bu  ideal,  bu 
müqəddəs ad, Azərbaycan torpaqları altında şəkli bulunan oda bənzər. 
Gah  yanar  bir  dağ,  gah  parlayan  bir  iz,  çox  kərə  atəşindən  bir  sütun  və 
daima bəyaz şölələrlə tutan bir nur halında həyata saçaqlıq və işıq verən bu maddi 
atəş  kimi  «Od  yurdu»  gənclərinin  iztirabı  çarpan  qəlblərini  saçaqlarıyla  isidən  və 
işığıyla parladan bu mənəvi atəş daha söndürülməz bir atəşdir: hürriyyət və istiqlal 
atəşi. 
Qəzetimizin  başında  Azərbaycanın  əski,  yeni  maddi  çox  bulunan  işıq  və 
odlarını göstərən lövhədə bu hər tərəfə nur saçan, bir ulduz şəklində göstərilmişdir. 
Səkkiz guşəli ulduz, milli Azərbaycan ulduzudur. 
Bu  ulduz  hilalı  ilə  birlikdə  mavi,  qırmızı  və  yaşıl  rənglər  üzərinə  gəlincə 
milli Azərbaycan bayrağını təşkil edər. 
Milli  Azərbaycan  bayrağı—işdə bizim  çöhrəmiz! 
...İstiqlal  işdə  Azərbaycan  milliyyətçilərini  məşğul  edən  ən  aktual  bir 
məsələ! 
...İstiqlal milli hakimiyyət xaricində var deyildir. 
...Müstəqil  millət  demək,  xalq  hakimiyyətinə  dayanan  milli  dövlət 
deməkdir. 

144 
 
...Taktikamızda daha real və  metodik olmaq istərik! 
...Milli hakimiyyəti uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün 
çalışan bir millət çöhrəsi!» 
...Məmməd  Əmin  Rəsulzadə  «Odlu  yurd»u  nəşr  etməyi  ilə  milli  istiqlal 
uğrunda apardığı şanlı mübarizəsinin dayanmadığını sübuta yetirirdi. «Odlu yurd» 
işğala  məruz  qalan  ana  Vətənin,  azadlığını  itirmiş  Azərbaycanın  ağrılarından 
danışırdı.  «Odlu  yurd»  Azərbaycanın  tarixinə  qara  bir  gün  kimi  daxil  olmuş  27 
aprelin Azərilərin matəmi kimi qarşılandığından danışır. 
 
27 APREL MATƏM GÜNÜDÜR 
 
Bu gün 27 apreldir. Azəri türklərinin matəm günüdür. Bu gün o gündür ki, 
Vətənin  azadlıq  qapıları  işğalçıların  əli  ilə  bağlanıb.  İstanbuldakı  azərilər  matəmə 
bürünüblər.  Hamı  göz  yaşı  içindədir.  Hamı  ürəyindən  qara  qanlar  axa-axa 
ömürlərindən  istiqlaliyyət  işığını  alıb  aparanlara  lənətlər  yağdırır.  27  aprelin 
gəlməyi  ilə  bu  adamların  işgəncəli  bir  həyatı  başladı.  Günahsız  ölümlərə,  haqsız 
təhqirlərə,  üzüntülü  təqiblərə  dözə  bilmədi  bu  adamlar!  Doğma  yurdlarını,  dədə-
baba ocaqlarını söndürüb çıxmağa məcbur oldular. 
Yox,  bu  adamlar  öz  həyatlarını  təhlükədən  qurtarıb  vətəni  tərk 
etməmişdilər.  Onları  bu  ellərə  çəkib  gətirən  bir  istək  vardı:  çalışıb  bir  iş  görmək, 
vətəni  işğalçılardan  qurtarmaq,  əsarətdə  inildəyən  yurdlarının  ağrısını  bütün 
dünyaya çatdırmaq. 
27 aprel günüdür. Bu gün Azəri xalqının matəmidir. Minlərlə yurddaşı kimi 
o  da  matəm  içindədir.  Həmin  günü  çıxardığı  «Odlu  yurd»  jurnalını  dərin  hüzn 
əlamətini  bildirən  qara  rəngli  haşiyəyə  aldırıb:  Ona  inanıb  ümidlərini  itirməyən, 
onu özlərinə mənəvi dayaq bilən və indi Azərbaycana yas tutan həmvətənlərinə bu 
sözləri çatdırır: 
«27 aprel! Azərbaycan cümhuriyyətinin istila edildiyi bu qara gündə «Odlu 
yurd»  azərbaycanlı  oxucularına  böyük  bir  təəssüflə  başsağlığı  verir.  Bir  türk 
cümhuriyyətinin  istiqlalına  qıyıldığı  bu  gündə  «Odlu  yurd»  bütün  türk 
cümhuriyyətçilərinə  başsağlığı  verir!  O  demokratiyanın  təhqir  edildiyi  bu  gündə 
səmimi demokratlara ürək təəssürlərini izhar edir! 
Bu  candan  təziyət  və  təəssürlərini  bəyan  edərkən  «Odlu  yurd»  yaşayan 
Azərbaycan  nəslinin  təziyət  qəbul  edəcək  nə  şəhidlər  babasına,  nə  qəhrəmanlar 
anasına,  nə  igid  ərlərini  qeyb  etmiş  gəlinlərə,  nə  qara  gözləri  yollarda  qalmış 
qardaşlara, nə dudmanı sönmüş ailələrə və nə yurdundan olmuş mühacirlərə malik 
olduğunu çox əla bilir! 
Qızıl  rusluqla  yapılan  bu  mücadilənin  sabahkı  zəfəri  «Odlu  yurd»ca 
mühəqqəqdir:  çünki  o  görür  ki,  Xəzərin  qanlı  sularından  tutaraq,  şairin  «buzlu 
cəhənnəm»  dediyi  Sibiriya  tundralarına  qədər  yayılan  qəhrəmanlar  məfkurənin 

145 
 
yolunda yürüyərkən, qanlı çekistlərdən qorxmayaraq, böyük məqsədə  doğru  ölüm   
çənbərindən   keçməyin  yolunu   bilirlər! 
Bunu bilən bir milləti bu günkü matəmi ilə təziyət etdiyimiz  halda  sabahkı  
bayram  ilə də təbrik edə bilərik!». 
Məmməd  Əmin  Rəsulzadə  «Odlu  yurd»un  alovlu  dili  ilə  həmvətənlərini 
matəm günündə belə ruhdan düşməməyə çağırırdı. 
Azəri  türkləri  matəm  içindəydi.  Adamlar  vətəndən  uzaqlarda  qara  gün 
münasibətiylə  bir-birlərinə  ürək-dirək  verir,  dərdlərinə  şərik  olurdular.  Adamlar 
ümidlərini  itirmirdilər.  İnanırdılar  ki,  bir  gün  gələcək,  doğma  yurdlarını  indi  əsir 
etmiş şimal buzları Azəri türkünün od nəfəsi ilə əriyib məhv olacaq. O zaman xalq 
yenidən  azadlığa  çıxacaq,  o  işıqlı  binanın  üstündən  endirilən  üç  rəngli  istiqlal 
bayrağı yenidən Azəri türklərinin başı üzərində dalğalanacaq. Xalq inanırdı buna. 
Xalqı yaşadan elə bu inam, bu istək idi. 
İstanbulda  Azəri  türklərinin  matəmi  idi.  Matəm  libasına  bürünmüş  «Odlu 
yurd»u  Məmməd  Əmin  Rəsulzadə  qara  haşiyələrə  almışdı.    Bu  ümumxalq  kədəri 
demək idi. 
27  aprel  matəm  günü  idi.  Bu  qara  gün  özüylə  xalqa  işgəncələr,  ölümlər, 
nahaq qanlar gətirmişdi. 27 aprel qara qılıncını şimşək kimi çaxdırıb ananı baladan, 
bacını qardaşdan, insanları  yurdundan,  yuvasından ayırmışdı.  27 aprelin gəlişi ilə 
bolşeviklər haqqı, ədaləti, doğru-düzgünü sevən xalqa qızıl yalanlar gətirmişdilər. 
Xalq bu yalançılara nifrət edə-edə yaşamağa məcbur olmuşdu. Məhz o qara matəm 
günündə  bolşeviklər  xalqın  istiqlal  qapılarını  bağlayıb  sizə  «azadlıq  gətirmişik» 
deyib 
Demokratik 
Azərbaycanı 
özününküləşdirməyə—sovetləşdirməyə 
başlamışdılar. 27 aprel günündən Azərbaycanın igid oğulları şəhid edildi, Xəzərin 
sularında  boğuldu,  Sibirin  soyuq  sürgünlərində  donduruldu,  qanlı  «Çeka» 
həbsxanalarında qətlə yetirildilər. 27 aprelin vətən qapılarını açdığı gündən yurdun 
malı, dövləti,  sərvəti talandı,  uzaq şimala  göndərildi. Xalq qanlı terrora, işgəncəli 
istismara məruz qaldı. İnsan qanına susamış bu quduz canavarlar körpəyə, qocaya 
belə rəhm etmədən, zorla ölüm qəfəsinə salırdılar. Bunlar hamısı o qara gündən—
27 apreldən başladı. 
Məmməd  Əmin  Rəsulzadənin  «Odlu  yurd»  jurnalı  27  aprel  matəmində 
ağrılı yazılar verirdi: 
«Bu  gün  Azərbaycanın  parlaq,  lacivərd  səmasında  dalğalanan  üç  rəngli 
müəzzəz  bayraq  düşmüş  və  qarələrə  bürünərək  Azəri  gəncliyinin  qəlbinə 
gömülmüşdür. 
Bu  gün  Moskvanın  xəyanətkar  əlində  parlayan  xəyanət  bıçağı  yaşamaq 
haqqını  və  qabiliyyətini  hər  vasitə  ilə  isbat  edən  Azərbaycan  xalqının  bağrına 
saplandı. 
Hər azərbaycanlı bu tarixi düşməni tanıyır. Namuslu bir fərd yoxdur ki, 27 
aprel  fəlakətini  unuda  bilsin.  Rusiya  27  nisan  zərbəsi  ilə  Azərbaycanın  həyatını 
əbədiyyən  məhv  edə  bilmədi.  Qızıl  Rusiya  bu  təcavüz  siyasətilə  qafqasiyalıların 

146 
 
gözünü açdı və bununla özünün Qafqasiya dağları arxasına atılacağı böyük günün 
müvəffəqiyyətini təmin etmiş oldu». 
«Odlu  yurd»  27  aprel  matəmində  Bakıda  «gizli  müsavat»a  bir  müddət 
başçılıq edib, qızıl istilaya qarşı mübarizə aparmış qeyrətli Azəri türkü olan Mirzə 
Balanın ağrısını çatdırır xalqa: 
«...Bu qara günü nə üçün müntəzəm surətdə hər il xatırlayırıq? Və nə üçün 
bu günü  heç bir zaman unutmayacağıq? Çünki bu  gün  hürriyyət  və  istiqlalımızın 
müqəddəs  timsalı  olan  bayrağımız  endirilmiş,  onun  yerini  qanlı  rus  bayrağı 
tutmuşdur. Çünki bu gün ilk türk cümhuriyyəti vəhşi bir istilaya uğramışdır. Çünki 
bu gün müqəddəs və bəşəri bir prinsip olan «millətlərin təyini müqəddarat haqları» 
ayaqlar  altında  çeynənmişdir.  Bu  gün  yaşamaq  istəyən,  hür  və  azad  yaşamaq 
istəyən  bir  millətin  inkişaf  yolu  üzərinə  həyat  mənbəyi  üzərinə  çox  qaba  və  çox 
vəhşi  bir  qüvvət  oturaraq  bizə  yaşamaq  yolunu  qapamış,  gözəl  və  cənnət 
vətənimizi cəhənnəmə çevirmişdir». 
Həmin  günü  o  matəm  ağrısına  büründüyü  zaman  dünyanın  müxtəlif 
şəhərlərindən teleqramlar alırdı.  Yüzlərlə,  minlərlə  Azəri türkü  Azad  Azərbaycan 
hökumətinin keçmiş başçısının   ağır  dərdinə  şərik  çıxdığını  bildirirdi. 
 
MATƏM TELEQRAMLARI 
 
Paris,  27  aprel,  İstanbulda  Rəsulzadə  Məmməd  Emin  bəyə:  Milli 
Azərbaycan cümhuriyyətinin qızıl imperialistlər tərəfindən istila edildiyi bu gündə 
Parisdəki  Azəri  vətən  sevənləri  adından  sizi  və  bu  vasitə  ilə  də  bütün  istiqlalçı 
vətəndaşlara candan təziyət edirik. 
M u s t a f a; Mir Yaqub. 
Varşava, 26 aprel, İstanbulda M. Emin bəyə: Milli matəmimizin ildönümü 
münasibətilə yas və əliminizdə iştirak edir, düşmənə qarşı olan kinlərimizin bir qat 
daha qüvvətlənməsini təmənna edirəm. 
İsrafil. 
Berlin, 27 aprel, Emin bəyə: Almaniyada «Azərbaycan istiqlal komitəsi» və 
Almaniyadakı  bütün  məhkum  milliyyətçi  azərilər  istiqlal  uğrunda  mücadilə  edən 
əziz vətəndaşlarının milli  matəminə iştirak və bir  an əvvəl istiqlala qovuşmağını 
cani könüldən arzu edirlər. 
İstiqlal komitəsi. 
Təbriz,  26  aprel,  İstanbulda  «Odlu  yurda»:  Milli  müsibətimizin 
ildönümündə  Təbrizdəki  azərilər  milli  acıya  bütün  mövcudiyyətləri  ilə  iştirak 
edirlər. 
Hulusi. 
Tehran,  26  aprel. İstanbulda  Emin  bəyə:  hər  27  aprel  istilaçı  rusluğa  qarşı 
kinimizi  bir  qat  daha  artırır  və  bizi  bir  qədəm  daha  istiqlala  yaxınlaşdırır.  Qəhr 
olsun istila. 

147 
 
M. Əli. 
Ankara,  27  aprel,  İstanbulda  Məmməd  Emin  bəyə:  Ankaradakı  məhkum 
Azərilər  adından,  27  apreldə millətimizin  duyduğu  ağılara  şərik  çıxır  və  ən  yaxın 
zamanda bu qanlı istiladan əziz Azərbaycanımızın qurtulmasını təmənna edirəm. 
Bayqara. 
Adabazarı,  27  aprel.  İstanbulda  Rəsulzadə  Məmməd  Emin  bəyə:  27  aprel 
münasibəti  ilə  vəhşi  istilaçılara  olan  kin  və  intiqam  hisslərimi  bildirirəm.  Milli 
mücadiləmizdə bu məşum  günün müsbət  bir  rol  oynamağını  arzu  edirəm. 
Kərim. 
Amasiya,  27  aprel,  İstanbulda  Məmməd  Emin  bəyə:  Milli  matəmimizin 
ildönümü  olan  27  aprel  istilaçılara  qarşı  qəlbimizdəki  kin  və  intiqam  hisslərini 
alovlandırarkən istiqlal üçün yapdığınız mücadiləni hörmət və diqqətlə izləyirik. 
Amasiyadakı məhkum Azərilər adından. 
Yasin. 
Trabzon,  27  aprel,  İstanbulda  «Odlu  yurda»:  Milli  qayəmizin  mürəvvici 
olan  «Odlu  yurd»  vasitəsi  ilə  bu  qara  gündə  millətimizin  matəmlərinə  Trabzonda 
yaşayan Azərilər adından şərik çıxırıq. 
Nağı. 
Bir məktub: 
Məmməd Əmin Rəsulzadənin adına əskişəhərdən göndərilmişdir: 
«27  aprel  məşumu  münasibəti  ilə  sizin  və  oradakı  bütün  qardaş  və 
vətəndaşların təəssüratına bütün varlığımla şərik çıxıram. 
Bu  günkü  gün  Azərbaycan  təkrar  rus  əsarətinə  girmişsə  də,  sevgili 
cümhuriyyətimizin parlaq istiqbalı adına inamı tam olanlar üçün istiqlalımız mənən 
mövcuddur və yaşamaqdadır.  
Yaşasın hür və müstəqil Azərbaycan!». 
H. NURİ. 
Məmməd  Əmin  Rəsulzadə  «Odlu  yurd»  jurnalında  Azərbaycanın  istismar 
olunub Rusiyaya daşınan neftindən, qazından, başqa sərvətlərindən də ürək ağrıdan 
məlumatlar çap edirdi. Budur, cəmi yeddi il ərzində (1920—1927) Bakı neftindən 
150 milyon manat gəlir əldə olunub. O gəlirin 25 milyon manatına neft ehtiyacları 
üçün  xaricdən  materiallar  alınıb.  Qalan  125  milyon  manat  Rusiyanın  kassasına 
keçib.  Bəs  yazıq  Azəri  xalqı  bu  qızıl  neftinin  müqabilində  və  qazanıb?  Nə 
qazanacaq! Terror, ölüm, hədə. Bu idi biçarə camaatın qazancı. Aldığı bir məlumat 
Məmməd  Əmin  Rəsulzadəni  lap  əsəbiləşdirmişdi.  Yığıncaqların  birində  gənclər 
Əliheydər Qarayevi sorğuya tuturlar ki, niyə Azərbaycanın nefti Rusiyaya daşınır? 
Əliheydər  Qarayev  duruxub  cavab  verməmiş,  sonra  isə  «müsavatçı»larla    
mübarizəni genişləndirməkdən danışmışdı. 
İndi  Əliheydərin  bu  hərəkətini  fikirləşdikcə  hirslənir,  bir  yerdə  qərar  tuta 
bilmirdi. Azərbaycanın canına daraşmış bu adamlar Pankratovdan, Mikoyandan da 
qorxulu  deyildimi?  Bir  nəfər  haqqında  da  eşitmişdi,  Azərbaycan  «Çeka»sında 

148 
 
işləyirdi.  Əsl  adı  Baba  idi.  Amma  xalq  ona  «altıbarmaq»  deyirdi.  Belə  cəlladlar 
xalqını qırdırır, rusun, erməninin güdazına verirdilər. 
«Odlu  yurd»da  isə  Azərbaycandan  alınan  ağrılı  məlumatlar  çap  olunurdu. 
Yazıq xalqın başına hansı oyunlar açılmırdı? 
Məmməd  Əmin  Rəsulzadənin  baş  mühərriri  olduğu  «Odlu  yurd» 
Azərbaycanda baş verən hadisələr haqda yazırdı:  
 
«Qanlı icraat» 
 
Terror bütün dəhĢəti ilə davam edir. 
Bu ilin iyunun 18-si gecəsində adları aşağıda qeyd olunan vətəndaşlar Çeka 
tərəfindən öldürülmüşlər: 
1.  Əhmədbəyli  Ġbrahim;  2.  Eyvazlı  Zülfüqar;  3.  DadaĢ  Vəfalı;  4. 
Hacızadə Əhməd; 5. Mirzə Həsən; 6. Nəsir Hüseyn oğlu:   7. Xasay Süleyman 
oğlu; 8. Molla Yunus və s. 
Qətl  edilən  bu  vətəndaşlardan  başqa  aşağıdakı  məhbuslar  da  aclıqdan  və 
xəstəlikdən ölmüşlərdir: 1. Mir Əhmədli Əbdül Əli; 2. MəĢədi Abdulla; 3. Molla 
Həsən; 4. QaraĢ Səid Mahmudlu. 
 
«Salyan süngüsü» 
 
Bakı  vilayəti  Salyan  qəzasında  «Salyan  süngüsü»  adı  altında  çalışan  gizli 
bir  təşkilatla  əlaqədə  aşağıdakı  vətəndaşları  cəzaya  məhkum  etmişlər:  1) 
Zabitlərdən Şirin Baba 10 il Solovkiyə sürgün edilib; 2) Zabitlərdən Sultan Əziz 10 
il Solovkiyə sürgün edilib; 3) Məşədi Xəlil 10 il həbs; 4) Sultan bəy 8 il həbs; 5) 
İsmayıl Lütvəli 6 il həbs; 6)   Talışlı Rüstəm 8 il həbs. 
Bu təşkilat milli istiqlal fəaliyyətində ittiham olunmuşdur. 
 
Gizli təĢkilat 
 
Keçənlərdə Murtuza adlı birisinin Bakıda «Çeka» tərəfindən qətl edildiyini 
xəbər  vermişdik.  İndi  məlum  olur  ki,  bu  adam  kommunist  ikən  milli  müxalifətə 
keçmiş və mətbəə təsis edərək sovet hökumətinə qarşı nəşriyyata başlamışdır. Özü 
ilə bərabər Murtuzanın kommunist olan səkkiz arkadaşı da güllələnmişdir. 
 
«KollektivləĢmənin» səmərəsi 
 
Aldığımız  məlumata  görə  Gəncə  qəzasının  Yaqublu  və  Qaraçay  kəndləri 
kollektivləşmə  və  kənd  «zənginlərini»  tutmaq  əleyhinə  vüqu  bulan  üsyan 
nəticəsində  Qızıl  Ordu  hissəsi  tərəfindən  tamamilə  təhqib  edilmişdir.  500-ə  yaxın 

149 
 
çoluq-cocuq  Gəncə  küçələrində  səfalətə  məhkumdur.  Ümumiyyətlə,  Gəncəyə  və 
Bakıya kəndlərdən yüzlərcə ac və çılpaq qadın və uşaq dolmaqdadır. 
 
Gəncədə iğtiĢaĢlar 
 
Verilən məlumata görə Gəncədə mühüm iğtişaşlar olmuşdur. İğtişaş zamanı 
mahut basma və yağ emalatxanaları yandırılmışdır. 
 
Həbslərin səbəbi 
 
Aldığımız  məlumata  görə  qeyd  etdiyimiz  həbs,  sürgün  və  qətllər  kəndli 
hərəkatı  ilə  əlaqədar  olduğu  kimi  eyni  zamanda  fevral  ayında  Bakıda  baş  verən 
böyük yanğınlarla dəxi əlaqədardır. Tevkiflərdən əvvəl Bakı stansiyası yanında bir 
emalatxana,  dəmiryolu  körpüsü  yanındakı  sabun  fabrikası,  Suraxanıda  iki  neft 
məntəqəsi, Ramanada bir neft məntəqəsi, Balaxanıda üç məntəqə, Bibiheybətdə iki 
məntəqə  yandırılmış  olduğu  kimi  Bakı-Batum  neft  borusu  da  partladılmış  və  o 
sıralarda  çeka  rəisi  Bağırova  Bakı  Darülfünunun  tələbələrindən  Həmzə  bəy 
tərəfindən bir bomba atılmışdır. 
 
Solovkiyə 
 
Aldığımız  məlumata  görə  Azərbaycan  kəndlərindən  min  kişi  martın 
sonlarında Solovkiyə sürgünə göndərilmişdir. Doqquz yüz kişidən ibarət digər bir 
kəndli dəstəsi Sibirə sürgün edilmişlər. 
Bakıda  icra  edilən  son  həbslər  zamanı  120  orta  məktəb  tələbəsi  həbs 
edilərək  Solovkiyə  göndərilmişdir.  Bunlar  sovet  hökumətinin  kəndlilərə  qarşı 
yapılan məzalimə qarşı protesto nümayişi yapmaqda  ittiham    olunmuşlar. 
 
Solovkidə 
 
Aldığımız  son  məlumata  görə  Solovkidə  olan  müsavatçılar  üç  qrupa 
ayrılmışlar. Bunlardan bir qismi Solovkidə saxlanmış, ikincisi Kəmə göndərilmiş, 
üçüncü qismi digər bir yerə aparılmışdır. 
 
Kommunistləri öldürürlər 
 
Lənkəran qəzasından bizə yazırlar: 
Bu maydan etibarən Azərbaycanın digər qəzalarında olduğu kimi Lənkəran 
qəzasında da kommunistlərə qarşı ümumi terror hadisələri müşahidə edilməkdədir. 
İyun  və  iyul  ayları  əsnasında  Lənkəran  qəzası  daxilindəki  kommunistlər  qətl 

150 
 
edilmişlər...  Bu  kommunistlər  qismən  idarələrdə  vəzifələri  başında,  qismən  də 
yolda səyahətdə ikən öldürülmüşlər. 
Bir növü epidemiya halını alan bu hərəkət nəticəsində kommunist məmurlar 
bir  kənddən  digər  kəndə  getməyə  qorxurlar.  Buna  bənzər  hərəkətlər  digər 
kəndlərdə də vardır. 
29.7.1929. Vətən balası. 
 
Dağlara çəkilən bir «kommunist» 
 
Lənkəran 
qəzasında 
milliyyətçilikdə  ittiham  olunaraq  bir  dəstə 
müsavatçılarla  birlikdə  təvkif edilmək istənən  yerli  kommunistlərdən  Əli  Cavadlı 
adında bir kommunist yanına  bir neçə arkadaş alaraq dağlara  çəkilmişdir. 
Əli  Cavadlının  dəstəsiylə  hökumət  məfrəzləri  arasında  qanlı  toqquşmalar 
cərəyan etmişdir. 
 
Azərbaycanda vəziyyət 
 
Azərbaycanda  hərəkət  edən  partizanlardan  ən  qüvvətlisi  «Axsaq  Teymur» 
dəstəsidir...  Qarabağ,  Quba,  Şamaxı,  Lənkəran  dağları  ilə  Bakı  ətrafında  hərəkət 
edən  və  get-gedə  digər  dəstələri  də  ətrafına  toplayan  bu  təşkilat  üzərində  şüarlar 
yazılı  milli  Azərbaycan  bayrağı  daşıyır.  Bayraqda  yazılan  şüardan  bəziləri 
bunlardır:  «Bizim  beşillik  planımız  kommunistlərin  məhv  edilməsi,  rusların 
Azərbaycandan çıxarılması, Azərbaycanın və Azərbaycan xalqının hür və müstəqil 
edilməsidir», «Beşillik planımızı iki ayda icra edilim!». 
Azərbaycanda  vücuda  gələn  böylə  bir  vəziyyət  kommunistləri,  xüsusilə 
Azərbaycan  kommunistlərini  qorxuya  salmışdır.  Moskvanın  aciz  uşaqları  olan 
onlara  qarşı  daha  çox  və  daha  şiddətli  kin  mövcud  olduğu  hər  yerdə  nəzərə 
çarpmaqdadır.. 
Bütün  müxalifət  və  müqavimət  hərəkətlərinin  «müsavat»  bayrağı  və 
«müsavat»  şüarları  altında  kommunizmə  qarşı  istilaya  və  rusluğa  qarşı  olaraq 
inkişaf  eyləməsi  istilanın  onuncu  ili  sonlarında  Azərbaycanın  Moskvaya  verilən 
növbəti töhfələrindən biri deyil də nədir?! 
 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin