AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   ...   18   19   20   21   22   23   24   25   26

O MƏZARDAN QORXMAYIN! 
 
...Türkiyədə  olanda  Məmməd  Əmin  Rəsulzadənin  dostları  ağrılı  bir  söz 
dedilər.  Dedilər  ki,  dünənki  bir  neçə  ilə  kimi  Azərbaycandan  Türkiyəyə  gələnlər, 
xüsusilə  də  hökumət  adamları  bizdən  uzaq  qaçırdılar.  Hətta  bəziləri  Türkiyə 
torpağına  ayaq  basan  kimi  deyirmiş:  bizi  onlarla  görüşdürməyin,  bizi  onlardan 
uzaq edin! 
Kimlərdən?  Kimlərdən  uzaq  edin  deyirdi  bu  hökumət  adamları?  Məmməd 
Əmin  Rəsulzadənin  əməl  dostlarından,  onun  «Azərbaycan  davası»nı  davam 
etdirənlərdən. Çünki onlar hələ də Məmməd Əmin Rəsulzadə adından ehtiyatlanır, 
qorxu  keçirirdilər.  Onun  məzarı  üstə  getməyə  isə  qəti  razılıq  verməmişdilər. 
Nəhayət,  70  ildən  sonra  sükut  buzu  hərəkətə  gəldi.  1990-cı  ildə  Azərbaycan 
hökumətinin  nümayəndələri cəsarətə gəlib o məzara üz tutdular. İlk sükut buzunu 
sındıran, qorxu pərdəsini çəkib kənara atan Azərbaycan respublikasının Baş naziri 
Həsən  Həsənov  oldu.  1990-cı  ildə  Türkiyədə  olanda  Baş  nazir  Məmməd  Əmin 
Rəsulzadənin  həmişə  nifrət  etdiyi  və  son  nəfəsinə  kimi  lənətləyib  mübarizə 
apardığı  bir  quruluşun  rəsmi  hökumət  başçısı  mənafeyini  müdafiə  etdiyi  dövlətə 
qarşı duran adamın məzarı üstə gedir, gül dəstəsi qoyurdu. 
Bir  təsadüfi  görüşümüzdə  Baş  nazir  Həsən  Həsənov  o  hadisəni  belə 
danışırdı: 
—Bir  dəfə  Türkiyəyə  gedəndə  dedim  ki,  məni  aparın  Məmməd  Əmin 
Rəsulzadənin  qəbri  üstünə.  Mənimlə  gedənləri  də  götürüb  getdim  onun  məzarını 
ziyarət eləməyə. Heç «DTK»-dən də qorxmadım. Eləcə getdim... 
Baş  nazir  hadisəni  böyük  coşğunluqla,  həvəslə  danışırdı.  Mən  isə  acı-acı 
düşünürdüm: O bütün ömrü boyu indi sizin başçılıq etdiyiniz hökumətə nifrət etdi. 
Və  indi  hamınız  onun  dediyi  həqiqətə  gəlib  çıxmısınız.  Bilirsiniz  ki,  belə  rejimli 
quruluşda  respublikanın Baş  naziri,  lap elə  prezidenti olmaq da  hələ  xoşbəxtçilik 
deyil.  Xoşbəxtçilik  o  zaman  mümkündür  ki,  müstəqil  olasan,  Məmməd  Əmin 

245 
 
Rəsulzadə  isə  bütün  ömrü  boyu  Azərbaycanın  müstəqilliyi  uğrunda  mübarizə 
apardı. Gec də olsa indi hamımız, adi işçidən tutmuş Baş nazirə, prezidentə kimi bu 
həqiqəti  dərk  etmişik.  Bax,  elə  buna  görə  o  qərib  və  nurlu  məzarı  ziyarətə  can 
atırıq. 
 
AYRILIQ MƏQAMINDA 
 
Ankaradan  çıxan  günü  Əsri  məzarıstanlığına  —  Məmməd  Əmin 
Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən 
bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı. Dedi: 
- Keçən il bu vaxtlar (mən Ankarada olanda  yanvar ayı idi) məzarıstanlığa 
gəlmişdim. Elə bu  qəbrin  yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da 
diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir 
inilti  səsi  idi.  Mən  xoflanıb  bu  qəbirdən  uzaqlaşdım.  Bir  müddət  özümə  gələ 
bilmədim. Əhvalatı kimə danışdımsa inanmadılar. Dedilər səni qara basıb. Amma 
məni qətiyyən qara basmırdı.    O qəbirdən inilti səsi gəlirdi: 
Qəribə heyrət içində qocadan soruşdum: 
— Siz keçən il yanvarın neçəsində olmuşdunuz burda? 
Qoca dedi: 
—Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın 
adamımın  qəbrini  ziyarət  edirəm.  Amma  indiki  kimi  o  səs  yadımdadır.  Qəbirdən 
ağrılı, şikayətli bir inilti səsi eşidilirdi. 
Qoca bu sözləri deyib çıxıb getdi.  
Mən  isə  acı  bir  həqiqətin  ağrısına  bürünərək  Ankaranın  Əsri 
məzarıstanlığında,  onun  qəbri  yanında  donub  qalmışdım.  Və  dərdli-dərdli 
düşünürdüm:  Demək  ayın  20-si  günü  o  qanlı  yanvarda  xalqımızın  günahsız  qanı 
axıdılanda  qəbirdə  rahatlıq  tapmamısan.  İgid  oğullarımız  düşmən  gülləsinə 
nahaqdan  hədəf  tutulanda  dözə  bilməyib  soyuq  məzarda  inildəmisən.  Qeyrətli 
cavanlarımız  al  qan içində  çırpınanda, analar ağu deyib fəryad qoparanda dayana 
bilməmisən, ağlayıb şikayətlənmisən. 
Düşünürəm, acı-acı düşünüb ağlayıram: qəbirdə də rahat buraxmırlar, soyuq 
məzarda da incidirlər səni! Sən hələ sağsan, bizimlə yaşayıb, bizimlə də xalqımızın 
azadlığı yolunda, istiqlaliyyəti uğrunda mübarizə aparırsan! 
FEVRAL-MART. 1991.  
BĠLGƏH 
 

246 
 
M.Ə.Rəsulzadə gənclik çağında.  
 
M.Ə.Rəsulzadənin 
həyat 
yoldaşı 
Ümbulbanu xanım qızı Lətifə ilə.  
 
M.Ə.Rəsulzadəyə  silah  gəzdirmək  üçün  verilən 
sənəd. 
 
M.Ə.Rəsulzadənin Ġstanbulda nəşr etdiyi “Odlu 
yurd” jurnalı.  
 
 
 

247 
 
M.Ə.Rəsulzadəyə Türkiyədə verilən səyahət vərəqəsi. 
 
 
 

248 
 
M.Ə.Rəsulzadənin Almaniyada nəşr etdiyi “Qurtuluş” jurnalı. 
 
 
 

249 
 
M.Ə.Rəsulzadə Türkiyədə yaşayan Azərbaycanlı dostları ilə. 
 
M.Ə.Rəsulzadə azərbaycanlı mühacirlər arasında. 
 
 
 

250 
 
M.Ə.Rəsulzadənin Ankarada nəşr etdiyi “Azərbaycan” jurnalı. 
 
 
 

251 
 
M.Ə.Rəsulzadə Atatürkün məzarını ziyarət edir. 
 
M.Ə.Rəsulzadənin xaricə getmək üçün pasportu. 
 
 
 

252 
 
M.Ə.Rəsulzadənin öz xətti ilə yazdığı “Dədə Qorqud” dastanları məqaləsinin əlyazması. 
 

253 
 
M.Ə.Rəsulzadə  polyak  qızı  Vanda  (Leyla) 
xanımla. 
 
M.Ə.Rəsulzadə ömrünün son illərində. 
 
M.Ə.Rəsulzadənin  güllələnmiş  oğlu 
Rəsul. 
 
M.Ə.Rəsulzadənin  yeganə  sağ  qalan 
oğlu Azər. 
 
 
 
 

254 
 
M.Ə.Rəsulzadənin tabutu Əsri məzarıstanlığına aparılır. 
 
Dəfn mərasimində. 
 
 
 

255 
 
MÜNDƏRĠCAT 
YADDAġ ĠġIĞINDA .............................................................................................. 3 
ĠLK «TƏHLÜKƏ» ................................................................................................. 6 
ARAZIN O TAYINDA ........................................................................................ 26 
ĠSTANBULDA ĠLK GÖRÜġ .............................................................................. 32 
DOĞMA BAKIDA ............................................................................................... 41 
AZAD VƏTƏN ..................................................................................................... 64 
AZAD AZƏRBAYCANDA ................................................................................. 74 
ĠBLĠS QORXULUDUR ..................................................................................... 110 
YOXDUR HƏQĠQƏT! ....................................................................................... 117 
«GĠZLĠ MÜSAVAT» ......................................................................................... 119 
GƏNCƏ QAN ĠÇĠNDƏDĠR .............................................................................. 124 
LAHIC DAĞLARINDA .................................................................................... 125 
PANKRATOV. «OSOBI OTDEL». STALĠN .................................................. 128 
DUSTAQ BAKI .................................................................................................. 130 
QAN ATƏġLĠ MOSKVA .................................................................................. 132 
ĠSTANBULDА .................................................................................................... 136 
27 APREL MATƏM GÜNÜDÜR ..................................................................... 144 
ĠNTĠQAM ........................................................................................................... 152 
DUSTAQ VƏTƏN .............................................................................................. 155 
28 MAY – ĠSTĠQLAL GÜNÜDÜR. .................................................................. 156 
ATATÜRK NARAZIDIR .................................................................................. 161 
HĠTLERLƏ ÜZ-ÜZƏ ........................................................................................ 175 
ANKARADA ...................................................................................................... 185 
AĠLƏSĠNĠN FACĠƏSĠ ....................................................................................... 216 
YOLUM QAZAXISTANA —KARAQANDAYADIR .................................... 218 
LAHICDA ĠKĠ GÜN .......................................................................................... 226 
TÜRKĠYƏYƏ GEDĠRƏM ................................................................................ 227 
O MƏZARDAN QORXMAYIN! ...................................................................... 244 
AYRILIQ MƏQAMINDA ................................................................................. 245 
 
 
 

256 
 
 
 
 
Yeniyetmələr üçün 
Ягублу Насиман Кара оглы 
МАМЕД ЭМИН РАСУЛЗАДЕ 
(на азербайджанском языке) 
Баку. Гянджлик. 1991. 
 
 
 
 
 
Nəşriyyatın direktoru: Ə.T.Əliyev 
Mətbəənin direktoru: Ş.M.Cəfərov 
Rəssamı: F.Əfəndiyev 
Bədii redaktoru: T.Qasımov 
Texniki redaktoru: N.Şərifova 
Korrektoru: A.Quliyeva 
ИБ № 512 
 
 
 
 
Yığılmağa verilmiş 28.08.91. Çapa imzalanmış 30.10.91. 
Kağız formatı 60x90 
1
/
16
. Mətbəə kağızı № 2. Ədəbi qarnitur. 
Yüksək çap üsulu. Şərti ç.v. 19,25. Rəngli şərti ç.v. 22,75. Uçot nəşr v. 20,58. 
Tirajı 30.000. Sifariş № 191. 
Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi 
―Gənclik‖ nəşriyyatı, Bakı, Hüsü Hacıyev küçəsi, 4. 
3 №-li Bakı kitab mətbəəsi. Bakı, Ə.Tağızadə küçəsi, 4. 

Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin