Mirzə Fətəli Axundovun
farsca yazan şagirdləri
Mirzə Fətəli Axundovun keçən əsrdə ictimai şüurumuzun
inkişafına gətirdiyi yeniliklər XX əsrdə öz bəhrəsini vermişdir.
Axundovun realizmi N.Vəzirov, C.Məmmədquluzadə,
Ə.Haqvərdiyev simasında böyük ədəbi məktəbə çevrilmişdirsə,
ictimai intibah fikirləri də bir sıra fəal vətənpərvər ziyalılar üçün
məramnamə olmuşdur. Onun "Kəmalüddövlə məktubları"nda
irəli sürdüyü inqilabi fikirlərdən dərs alaraq və ruhlanaraq
çalışan, keçən əsrin axırları və XX əsrin əvvəllərində böyük
şöhrət qazanan yazıçılardan Hacı Əbdürrəhim Talıbov və
Marağalı Zeynalabdin tariximiz üçün, xüsusi ilə ədəbiyyat
tariximiz üçün çox maraqlı şəxsiyyətlərdir. Bu müəlliflərin hər
ikisi Cənubi Azərbaycandan çıxmış, farsca yazmış, əsasən Mirzə
Fətəlinin qoyduğu və həllini tələb etdiyi ictimai məsələləri tədqiq
və davam etdirmişdir.
I. Hacı
Əbdürrəhim Talıbov (1855-1910) Təbriz
azərbaycanlılarındandır. Məşrutə elanından çox-çox əvvəl (1890-
1895) vətəndaşlarını maarifə, mədəniyyətə çağıran faydalı
kitablar yazmış, tərcümələr etmişdir. Talıbov tərəqqi-pərəstliyi
üzündən vətəninin hakim dairələri ilə ixtilafa girmiş və sonradan
mühacirətə
məcbur olmuşdur. Qafqazın Temurxanşura
(Buynaksk) şəhərində yaşayan Talıbov ədəbiyyatdan çox elm ilə,
həm də təcrübi elmlərin intişarı ilə
220
məşğul olmuşdur. Onun İstanbulda, Misirdə, Tiflisdə, Bakıda
dalbadal nəşr olunan elmi-ictimai kitabları, müəllifi bütün Yaxın
Şərqdə məşhur etmişdir. "Səfmeyi-Talibi, yaxud kitabi-Əhmədi"
(1894, I-II c.), "Nuxbəyi-Supeheri", "Məsailil-həyat" (1906),
"Müxtəsər tarixi-nəbəvi" (1907), "Risaleyi-heyəti-cədidə" (1894),
"Hikməti-təbiyyə" (1893) və s. kitablarını göstərmək olar.
H.Ə.Talıbov Şimali Qafqazda tərəqqipərvər ziyalıları başına
toplamışdır. Azərbaycan yazıçılarından Cənnəti, Azər, Yusif
Ziya, Muniri, Mirzə Səməndər və sairələri Talıbovdan çox maddi
və mənəvi kömək görmüşlər. Onun evi həmişə intibah söhbətləri
gedən, şeir oxunan, elm təbliğ olunan bir məclis kimi olmuşdur.
Talıbov öz tərəqqipərvər fikirləri ilə vətəndaşlarının hörmətini o
qədər qazanmışdı ki, İranda məşrutə elan olunanda təbrizlilər onu
(vətən xaricində yaşamasına baxmayaraq) millət məclisinə
nümayəndə seçmişdilər.
Talıbov Rusiyada da tərəqqipərvər, vətənpərvər bir ziyalı kimi
tanınırdı. Onun məşhur rus filoloqu, slavyan mədəniyyəti
cəmiyyətinin sədri türk xalq şeirini tədqiq edən akademik
F.E.Korş ilə yaxın dost olduğu məlumdur.
1
Talıbovun akademik Korş ilə dostluğu təsadüfi deyildir. O,
fars və Azərbaycan dillərinin təbiəti, xüsusiyyəti haqqında
akademikə çox məxəz verdiyi kimi, rus dili və rus mədəniyyətini
öyrəndikdə də ondan çox istifadə etmişdir. Bunlar bir şərqşünas,
bir həmkar kimi dost olmuşlar. Talıbov həsbi-halında
1
Akademik Korş (1843-1915) klassik rus filoloq və şərqşünaslarındandır. Moskva
dialektoloji komisyonunun təşkilatçısı və dəyişməz sədri olmuşdur. Bir sıra dillərin, o
cümlədən fars, türk dilinin, şeirinin tədqiqinə aid əsərləri vardır. Slavyan dillərinin türk
dilindən aldığı sözləri araşdırıb müəyyən etmişdi. Bax: "İzvestiya Akademii Nauk", №5,
1915, BSE, 34 c., səh. 397-398.
221
göstərir ki, "Dostum Korş məni Xarkov professorları ilə tanış
etdi, hətta professor Ostroumov
1
ziyafət məclisi tərtib etdi.
H.Ə.Talıbov rus dili və dostu olan rus alimləri vasitəsi ilə
Avropa mədəniyyətinə mükəmməl bələd olmuşdu. Fizikaya,
tarixə aid bir sıra kitabları ruscadan farscaya tərcümə etmişdir.
Onun tərcümələri sərbəst olmaqla, müəllifin məsələyə fəal və
ayıq münasibətini göstərir. İstər kitablarının müqəddiməsində və
axırında, istərsə də yeri gəldikcə etdiyi qeydlərdə öz vətənində
hökm sürən şahlıq üsul-idarəsinə etiraz edir, elm və maarifə aid
tədbirləri təbliğ edir. Talıbovun "Məsailil-həyat" kitabı İran
mürtəceləri arasında böyük həyəcana səbəb olmuşdu. Təbrizdə
müctəhidlər onu təkfir etmiş, xain adlandırmışdılar.
Bu zaman Bakı mətbuatında ("İrşad", "Füyuzat") Talıbovu
müdafiə edən bir sıra məqalələr çap olunur. Xüsusilə Əli bəy
Hüseynzadənin "Məsailil-həyat" sərlövhəli məqaləsi
2
mühafızəkarlara qarşı çox kəskin bir dil ilə yazılmışdı. Müəllif
"Quru təkliflərlə uğraşan" cahilləri tənqid edərək Talıbovun cild-
cild kitablarını göstərir; "Əsərə əsər ilə cavab verin!" - deyir.
Talıbov əsas əsərlərini ictimai islahat mövzusunda yazmışdı. O
da ərəb əlifbasının tənqidində M.F.Axundovun fikirlərinə
əsaslanmışdır.
Kainatın yaranışı və mövcudatın mahiyyəti haqqında
Talıbovun maraqlı mülahizələri vardır. O, eynilə M.F.Axundov
kimi kainat haqqında köhnə fanatiklərin görüşlərinə gülərək
maddi varlığın elmi izahını təbliğ edir. O, ruhanilərin, bərkə
düşəndə, "hikmətdən sual yoxdur" iddiasını cahillik sayır.
1
Ostroumov Aleksey Aleksandroviç (1844-1908). Keçən əsrin məşhur tibb
alimlərindəndir. 60-a qədər əsəri vardır. Hal-hazırda Moskvanın böyük xəstəxanalarından biri
Ostroumovun adı ilə adlandırılmışdır. Bax: BSE, 28 c, səh.515-516.
2
Əli bəy Hüseynzadə. Məsailil-həyat, "Füyuzat", 1907, №13, səh.l.
222
Onun fikrincə zehnə gələ bilən hər bir sualın cavabı vardır. Bu
cavab məntiqə, əqlə uyğun olmalıdır. Bu və ya başqa məsələni
"hikmət" adlandırmaq və mühakiməni, düşünməyi qadağan
etmək, şüuru cilovlamaq özü böyük nadanlıqdır. Talıbov
"Məsalikül-məhsinin" kitabında belə yazır:
" - Hər kəs beguyəd əz hikmət sual nist, kumrahəst. Onçe
qabili sual nist, hikmət nə başəd. Bə gər nə təəbbud və təqlidi-
kuranə insanra dəfni-tarikiyi-cəhl və zülmət, əsəbiyyəti-gümrah
makunəd".
1
M.F. Axundovun da beləcə, müctəhidə və ya hər hansı bir
fanatikə kor-koranə boyun əyib etiqad edənlərə necə güldüyü
məlumdur. Axundov belə təqlidçilər haqqında çox kəskin yazır:
"Təqlidçi kimdir? Təqlidçi müctəhidin əmr etdiyi ehkamı,
istər ləzzətli tikələr olsun, istərsə sarı bəlğəm olsun - çeynəmədən
udmağa məcbur olan şəxsdir".
2
Heç şübhə yoxdur ki, Talıbov öz mülahizələrində Axundovun
"Kəmalüddövlə məktubları"nı əsas tutmuşdur. Axundov ikinci
məktubunda varlıqlardan və onların həyatından bəhs ilə deyir:
"Həyatda qanun budur. Yəni şərt budur ki, ağacın həbbəsi
gərək torpaq altına sancılsın, ona vaxtında su verilsin, gün və
hava ona pərvəriş etsin, balaca ağac olsun, sonra yekəlsin, illər ilə
yaşasın, yemiş gətirsin, axırda qocalsın, qurusun, çürüsün,
yıxılsın, tələf olsun.
Nəbatatda dəxi qanun budur... Kainat bir qüvvəyi-vahidə və
kamilədir. Və bir vicudi-vahid və kamildir... Bu vücudi-vahidi-
kamilin kəsəratda zahir edən hər cüzvi xah kurrəyi-səmaviyyə,
xah mürrəyi-ərziyyə və hər qism mövcud vü-
1
H.Ə.Talıbov. Məsalikül-məhsinin, Qahirə, 1323 (hicri), səh.85.
2
M.F.Axundov. Əsərləri, III c, Bakı, səh.203-213.
223
cudi-vahidə nisbət fərdən-fərdən cuzıdur, fərdən-fərdən zərrədir
və tamam zərrat bir guldur"
1
.
Talıbov böyük ədib və filosofun yuxarıdakı hökmlərinə yeni
bir şey əlavə etməsə də fars dili və ədəbiyyatında bu hökmləri
intişar və təbliğə çalışmışdır.
"Məsailil həyat" kitabında Talıbov bu barədə bəhs edir: "
Varlıqlar hər an dəyişir. Bu dəyişmə həyatın qanunu, həm də
zəruri qanunudur. Bunsuz inkişaf olmadığı kimi, həyat da
yoxdur. Müəllifin həmin kitabı da əsasən Avropa mədəniyyətini
təbliğdən ibarətdir"
2
"Məsailil-həyat" əsəri yalnız məzmununa görə yox, üslubu,
ifadə üsulu ilə də Axundovun fəlsəfi məktublarına yaxındır.
Burada da mühakimə bilavasitə müəllif dilindən getmir. Əsər
mükalimə üsulu ilə yazılmışdır. Bu kitaba müəllif iki ad
vermişdir. "Məsailil-həyat" və ya Kitabi-Əhməd". Müəllif
Əhmədə xitabən öz fikirlərini izah edir. Mükalimənin gedişində
də Axundovun məktublarını təqlid aydın görünür. Söhbət bir
mətləb üzərində deyildir. Əsər yaranışdan, mövcudatdan tutmuş,
dövlət quruluşuna, qanunnaməyə, "yaponların sürətlə tərəqqi
etmələrinin səbəblərinə" qədər bir sıra məsələləri əhatə edir.
Ancaq bu mövzu çoxluğu, mülahizələrin pərakəndliyinə səbəb
olmur. Çünki, fəlsəfi məktublarda olduğu kimi, burada da mətləb
və məqsəd birdir. Bütün mükalimələr bir mətləbə (İslam Şərqinin
tənəzzülünə səbəb olan amillərə qayıdır. Bütün məsələlərin belə
ümumiləşdirilməsi mühakimə və məntiq vəhdətinə kömək etmiş
olur.
1
M.F.Axundzadə. Hindistan şahzadəsi Kəmaliddövlənin öz dostu İran şahzadəsi
Cəlalüddövləyə fars dilində yazdığı üç məktubun və Cəlalüd-dövlənin ona göndərdiyi cavabın
türk dilində tərcüməsidir. Bakı, 1924, səh. 43-44
2
H.Ə.Talıbov. Məsailil-həyat, Tiflis, 1906, səh.29
224
Talıbov elm və ədəbiyyatda müəyyən bir sahənin mütəxəssisi
olmamışdır. O, elə bir ixtisas təhsili də görməmişdir. Ancaq o,
Avropa, xüsusilə rus mədəniyyətinin həvəskarlarından olmuşdur.
Maarif və mədəniyyət adına hər bir tədbirin, hər bir təşəbbüsün
tərəfdan və fəal iştirakçısı olmağa çalışmışdır.
O, özü maddi iqtidar sahibi idi. Şimali Qafqazın varlı
tacirlərindən idi. Dövlətini isə hər şeydən əvvəl ictimai faydalı
işlərə sərf etməyə çalışır, dilləri öyrənir, Avropaya, Şərqə
səyahətə gedir, tərcümələr edir, məktəblərə maddi kömək təşkil
edirdi. Talıbovun bütün Yaxın Şərqdə tanınan liberal
maarifçilərlə əlaqəsi var idi. Əhatə miqyasının belə genişliyinə
baxmayaraq (bəlkə də məhz buna görə), Talıbovun görüşləri
məhdud idi. Bu düşüncələrdə yeni bir şey tapmaq çətindir. Ən
yaxşı halda Talıbov M.F.Axundovun bir təqlidçisi və şagirdidir.
H.Ə.Talıbovu yeni İran ədəbiyyatının banisi sayırlar.
1
Talıbova qədər fars ədəbiyyatı və mədəniyyətində hökm sürən
köhnə, feodal zehniyyəti çox qüvvətli idi. Yenilik, qərbçilik ruhu
bu ədəbiyyata yad idi.
Bu ruh M.F. Axundovun təsiri ilə H.Ə.Talıbov kimi
müəlliflərin səyi ilə oyanmışdı. Fars ədəbiyyatı üçün, farsların
intibahı üçün çox əhəmyyətli iş görmüş olan Talıbov Azərbaycan
mədəniyyətinə yeni bir şey gətirə bilməmişdir. O, milli hisslərdən
çox, dini hisslərlə yaşamışdır. Ona görə də "ümumən islam
aləmi" deyə fəryad etmişdir. Talıbov da islam ehkamını
müasirləşdirmək, "Quran"ı tərcümə edib onun ayələrini "yeni
şəraitə tətbiq etmək" istəyən, "nicati müasir din-
1
H.Ə.Talıbov haqqında bax: 1) Bertels. Oçerki istorii persidskoy Iiteraturı. Leninqrad,
1928; 2) P.Çaykin. Kratkiy oçerk noveyşey persidskoy literaturı, Moskva, 1928.
225
darlıqda" görən ziyalılardandır. Ona görə də ictimai görüşləri
səthi, fəaliyyət dairəsi məhdud olmuşdur.
II. Əsasən farsca yazan Azərbaycan müəllifləri içərisində
Marağalı Zeynalabdin çox maraqlı simalardan biridir.
Məşhur "Səyahətnameyi-İbrahim bəy" adlı üçcildlik romanın
müəllifi Zeynalabdin Məşədi Əli oğlu Hacı Rəsulov təxminən
1838-ci ildə Marağada bir tacir ailəsində anadan olmuşdur.
Keçən əsrin axırlarında atası böyük tacirlərdən sayılırmış. Hətta
Qərb kapitalistlərindən Rotşild ilə alış-verişi var imiş.
Zeynalabdini 8 yaşında ikən məktəbə qoyurlar. 8 il uşaq molla
məktəbinə gedib gəlir, əlifbadan başqa bir şey öyrənə bilmir.
İyirmi yaşında ikən ticarət məqsədi ilə Ərdəbilə göndərilir. Lakin
Zeynalabdin bu işdən də xeyir görmür. Öz dediyinə görə "At
minmək, silah gəzdirmək, ova getmək" kimi eyş-işrətə daha çox
meyl edir. Qazanc az, xərc çox olduğundan, yavaş-yavaş
Zeynalabdinin köhnə güzəranı əlindən gedir. İranda qala
bilməyib iki qardaşı ilə bərabər Qafqaza gəlir. Bir müddət
Kutayısda yaşayır. Bu zamanda, dəmir yollar çəkildiyindən, get-
gəl asan olduğundan İrandan çox adam Qafqaza iş axtarmağa
gəlirdi. Kutayısda da İran təbəələrinin sayı artır. Tifiisdə oturan
İran general konsulu Nazimüddövlə Kutayısa gedir. Zeynalabdini
həmin şəhərdə öz nümayəndəsi təyin edir. Bu iş də
Zeynalabdinin təbiətinə uyğun deyildi. O zaman konsullar kasıb-
kusubu incidib pul yığarlarmış. Zeynalabdin əksinə edir. Hər rast
gəldiyi fəhləyə, əlsiz-ayaqsıza kömək etməyə məcbur olur.
Nəticədə qazandıqları əlindən gedir, Tifiis general konsuluna da
borclu düşür. Var-yoxunu verib borcundan qurtarır, İran
məmurlarının nəzərindən uzaq olmaq üçün başqa bir yerə, Krıma
köçür. Oradan İstanbula gedib-gəlir, ticarətlə məşğul olur, əlinə
yenidən sərmayə keçirir. Zeynalabdin Yaltada ən etibarlı tacir
olur. Voronsovun ailəsi ilə yaxınlıq edir.
226
Zeynalabdin buradaca evlənir, üç övladı olur. Uşaqları rus
tərbiyəsi gördüyündən Azərbaycan və fars dillərində bir kəlmə də
bilmirlər. Zeynalabdinin isə bu vəziyyət xoşuna gəlmir. Bunu
vətənindən, millətindən ayrılmaq hesab etdiyi üçün özünü məsul
sayır və vicdan əzabı çəkir.
Çox səydən və çətinlikdən sonra 1904-cü ildə rus
təbəəliyindən çıxır, İstanbula köçür, ömrünün axırlarını orada
keçirir. Zeynalabdin 1910-cu ildə vəfat etmişdir.
Marağalı Zeynalabdin "Səyahətnameyi-İbrahim bəy"dən
başqa elə bir məşhur əsər yazmamışdır. Əsərin son cildinə
yazdığı müqəddiməsindən bilirik ki, siyasi kitabların Şərq
dillərinə tərcüməsi ilə də məşğul olurmuş. Zeynalabdin ilk
zamanlar istibdadın qorxusundan öz əsərlərində imza
yazmamışdır. Kitabın ilk cildlərini ancaq İbrahim bəyin adı ilə
vermişdi. Axırıncı cildi inqilab dövrünə təsadüf etdiyindən, 1905-
ci il inqilabı nəticəsində həm Rusiyada, həm İranda azadlıq
hərəkatı genişləndiyindən, müəllif cürətlə imzasını açıq yazıb
elan etmişdir.
Marağalı Zeynalabdinin romanı XX əsr Azərbaycan
ədəbiyyatında və ümumən Yaxın Şərq ədəbiyyatında müstəsna
əhəmiyyət kəsb etmiş əsərlərdəndir. Bu əsər bütün müsəlman
Şərqində yayılmış, şahlıq və feodal istibdadı əleyhinə qüvvətli bir
təbliğat sənədinə çevrilmiş, qısa müddətdə bir çox dillərə tərcümə
olunmuşdur. Azərbaycanda demokratiya hərəkatını genişləndirən
"Molla Nəsrəddin" məcmuəsi "Səyahətnamə"nin əhəmiyyəti
haqqında dönə-dönə yazmışdır. 1907-ci ildə Bakı axundu Axund
Əbutürabın "Bizə hansı elmlər lazımdır?" sərlövhəli çıxışına
qarşı genişlənən mübahisələrdə "Molla Nəsrəddin" də iştirak
edirdi. "Molla Nəsrəddin" axunda cavabında dönə-dönə
"Səyahətaamə"yə müraciət edir, ona əsaslanırdı. "Molla
Nəsrəddin", "Səyahətnamə"ni oxumağı və sonra fikirləşməyi İran
fəhlə və zəhmətkeşlərinə də tövsiyə edirdi.
227
Şərqşünaslar "Səyahətnameyi-İbrahim bəy"i "farsların idarə
üsuluna, ictimai mühitinə qarşı şiddətli satira" sayır və onun
1905-1906-cı illərdə İran inqilabının güclənməsinə çox mühüm
təsir etdiyini söyləyirlər.
"İbrahim bəyin səyahətnaməsi"nin qiyməti nədədir?
Akademik Y.E.Bertels bu əsəri N.N.Qoqolun "Ölü canlar"
romanı ilə müqayisə etməkdə haqlıdır. Burada, Qoqolun əsərində
olduğu kimi, ölkənin, ictimai quruluşun, köhnə yaşayışın,
zehniyyətin kəskin satirik tənqidi verilir. Ancaq
"Səyahətnamə"də hadisələr haqqında satira və məcaz yox, daha
çox məntiqi mühakimə, müstəqim düşüncə və təfəkkür üstündür.
İbrahim bəy oxumuş, açıq fıkirli bir Təbriz taciridir. Misirdə
məskən salmışdır. Misirdə yaşasa da, bütün fıkri-zikri vətəninin
səadəti uğranda çalışmaqdır. O, bu hiss ilə vətənini şəhər-şəhər
gəzir. Başqa ölkələrdə gördüyü məktəb, universitet, mədəni
ocaqlar, dəmir yolları, fabrik-zavodlar, xəstəxanalar, uşaq evləri
əvəzinə öz vətənində rəzalət görür, İranın hər küçəsində feodal
zorakılığı hökm sürür. Bacarıqsız adamlara verilən təntənəli
ləqəblər, məmurların zülmü, öküz döyüşdürməsi, qüsul, təharət
haqqında moizələr, oğurluq, rüşvət, haqsızlıq, kəsalət ölkəni
ağzına almışdır. Heç kəs xalqın halına yanmır, heç kəs vətənin
taleyi ilə maraqlanmır. Kəndlilər, fəhlələr, əsnaflar ehtiyac və
cəhalətdədir. Məmurlar, varlılar isə eyş və işrətdədir. Din alimləri
bütün müqəddəs kitabları öz şəxsi mənfəətləri üçün alət etmişlər
və hər bir məsələyə bu nöqteyi-nəzərdən izah verirlər.
İbrahim bəyin dilindən verilən tənqid haqlı və təsirli tənqiddir.
Az bir zamanda bu kitabın yayılmasının səbəbi də bununla
əlaqədardır.
"Səyahətnamə"nin qüvvətli cəhətlərindən biri müəllifin burada
göstərdiyi dərin vətənpərvərlik hissidir. Müəllif, İbrahim bəyin
xasiyyətaaməsini yazanda göstərir ki: "Özü Mi-
228
sirdə olsa da, fikir-xəyalı həmişə İranda, vətənində idi. O, bütün
var-yoxunu vətən yolunda sərf etməyə hazır idi. İrandan gələn
hər bir xəbəri hamıdan əvvəl o eşidir və təsirlənirdi".
İbrahim bəy keçən əsrin axırlarında Avropa mədəniyyətinin
Şərqə təsir bağışladığı, yayıldığı bir zamanda Şərqdə, xüsusilə
İran Azərbaycanında yetişən islahatçı, maarifpərvər
gənclərdəndir. Belə gəncləri biz sonralar Azərbaycan ədiblərinin
əsərlərində (N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev,
M.S.Ordubadi) görürük. Bunlar hamısı vətən yolunda, vətənin
tərəqqisi, mədəniləşməsi yolunda çalışan gənclərdir. Bunların
bəzisi silahla, bəzisi pul ilə, bəzisi də həm qələm, həm silah, həm
pul ilə öz məqsədini yerinə yetirməyə çalışmışdır.
"İbrahim bəyin səyahətnaməsi"ndə ikinci ən qüvvətli cəhət
ictimai tənqiddir. Bu, sağlam, həqiqi və kəskin tənqiddir. Mirzə
Fətəli Axundovdan sonra yalnız İran deyil, bütün Şərq feodalizmi
haqqında yazılan bədii tənqidlərin ən qüvvətlilərindən biri
"İbrahim bəyin səyahətnaməsi"dir. Burada İranın siyasi
həyatından başlayıb, adət-ənənələrə, məişətə qədər elə bir sahə
yoxdur ki, müəllifin nəzərindən qaçmış olsun.
"Səyahətnamə"dəki tənqid kənar bir adamın, obyektiv bir
tənqidçinin hətta yaxşı və doğru tənqidindən də fərqlidir. Bu fərq,
müəllifin məsələyə, hadisələrə olan dərin ehtirasından ibarətdir.
Kitabın iki adı vardır: "Səyahətnameyi-İbrahim bəy" və ya
"Bəlayi-təəssübi". Buradakı "təəssüb" sözü təsadüfi deyil. Əsərin
məzmununu verən çox münasib bir sözdür. Müəllif, doğrudan da,
öz tənqidində təəssübkeşlik etmişdir. Bu təəssüb xudpəsəndliyə
doğru gedən dargözlülük deyil, vətənə məhəbbət ucundan doğan
ehtiras və həssaslıq nəticəsidir.
Bu əsərin müəllifi azərbaycanlı olsa da, romanını farsca
yazmışdır. Çünki İran Azərbaycanın istismar edən məmurlar öz
zülm və haqsızlıqlarını fars dilində fars mənbələrinə istinad
229
ilə icra edirdi. Kitab fars dilində olsa da, müəllif çox yerdə istər-
istəməz Azərbaycan dilinə müraciət etməli olmuşdur. Xüsusilə
həyəcanlandığı, hisslərinin tüğyan etdiyi, sakit danışa bilməyib,
fəryad etdiyi yerlərdə müəllif ana dilində danışır. Füzulidən
istifadə etdiyi:
Gər daşın rəngini qanilə müləvvən edəsən,
Rəngi tağyir tapar, ləli-bədəxşan olmaz.
1
İbrahim bəy öz pərişanlığından bacısına şikayətləndiyi vaxt
Füzulinin dili ilə deyir:
Giriban oldu risvalıq əlilə çak, damən həm.
Mənə risvalığımda dustlar tən etdi, düşmən həm.
2
Bu qəzəli başdan-ayağa oxuyur. Başqa bir yerdə böyük
Füzulinin bu şeirlərini oxuyur:
Xülafi-rəyim ilə eyfələk, mədar etdin.
3
Məni gül istər ikən mübtəlayi-xar etdin.
Yaxud
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam, neytək kəsilsəm bənd-bənd.
4
Bundan başqa İbrahim bəy azərbaycanlı olması ilə fəxr edir və
rəsmi yerlərdə öz adını deməklə kifayətlənmir, azərbaycanlı
olduğunu söyləyir.
"Səyahətnamə" müəllifinin bu güclü tənqidinin və cəsarətli
islahat təkliflərinin nəzəri-ədəbi mənbəyi haradadır?
1
Marağalı Zeynalabdin. İbrahim bəyin səyahətnaməsi. Birinci misra düz
köçürülməmişdir. Əsli belədir: Gər qara daşı qızıl qan ilə rəngin edəsən
2
Yenə orada, səh.27.
3
Yenə orada, səh.131.
4
Yenə orada,səh.137
230
Bir çox tarixçi və ədəbiyyatçılar "Səyahətnamə" müəllifinin
görüşlərini Avropa mədəniyyəti və xüsusilə rus ədəbiyyatının
bəzi görkəmli simaları ilə bağlayırlar. Burada bir həqiqət vardır.
Ancaq Marağalı Zeynalabdinin siyasi-ədəbi görüşlərinin
inkişafında və müəyyənləşməsində Mirzə Fətəli Axundov və
onun yaratdığı realizm məktəbi mühüm iş görmüşdür. İndiyə
qədər ədəbiyyat tariximizdə təhlil və tədqiq olunmayan bu
məsələ dərindən öyrənilməlidir.
Aydındır ki, Zeynalabdin Avropa və rus mədəniyyətinə ən
əvvəl Tiflis mühiti ilə, Mirzə Fətəli, Mirzə Şəfi və başqa böyük
yazıçı və mütəfəkkirlərin əsərləri vasitəsilə bağlanmışdır.
Məlumdur ki, keçən əsrin 70-80-ci illərində (bu zaman
Zeynalabdin Qafqazda yaşayırdı, müsəlman ziyalıları ilə sıx
əlaqədə idi) M.F.Axundovun fəlsəfi məktubları əlyazması
şəklində tərəqqipərvər ziyalılar arasında geniş yayılmışdı.
Xüsusilə Tiflisdə İran konsulxanasında, şeyxülislam idarəsində
bu əsər haqqında mübahisə və müzakirələr olurdu.
M.F.Axundovun öz yazılarını bəzən inandığı konsulxana
məmurlarına oxuduğu da, ədibin qeydlərindən məlumdur.
M.F.Axundovun ictimai fikirləri, başqa mütərəqqi Şərq
ziyalıları kimi Zeynalabdinə də böyük təsir buraxmışdı.
"Səyahətnamə"də əlifba məsələsi məktəb, maarif, mədəniyyət
məsələsi demək olar ki, həmişə və hər yerdə M.F.Axundov
cəbhəsindən və bu nöqteyi-nəzərlə qoyulur və izah olunur.
Yeni Azərbaycan ədəbiyyatının banisi Mirzə Fətəli Axundov
Şərqdə, islam dünyasında böyük tərəqqipərvər bir rol oynamış
"Səyahətnamə" müəllifinin də müəllimi olmuşdur, həqiqi tənqidi
ona da öyrətmişdir. Marağalı Zeynalabdin də M.F.Axundov kimi
əsərini gizlin imza ilə çap etmişdir. Axundov məktub şəklindən
istifadə etdiyi kimi, o da səyahətnamə, yol qeydləri şəklindən
istifadə edib, siyasi, tənqidi fikirlərini yazmışdır.
|