M.Hadidə siyasi lirika,
vətənpərvər romantika
Azərbaycan ədəbiyyatı heç bir zaman mövzuca məhdud
olmamışdır. Eşq-məhəbbət, mey-məclis, gül-bülbül bütün klassik
şeirdə tərənnüm olunan əsas mövzular sayılsa da, Azərbaycan
şeiri bu motivlər dairəsi ilə kifayətlənməmişdir. Böyük Nizami,
"Leyli və Məcnun" kimi ölməz məhəbbət dastanı ilə yanaşı
"Bəhramnamə", yaxud "Həfti peykər", "İsgəndərnamə" kimi
dövlət dastanlarını yaratmışdır. Şair bu əsərlərində bədii
ədəbiyyatı vətənə və dövlətə, xalqa və cəmiyyətə xidmət işinə
səfərbər etmişdir. Bəhramın ədalət və xalq səadəti uğrunda
çarpışma səhnələrinin təsiri ilə yanaşı və müvafiq olaraq şair lirik
ricətlərlə, haşiyələrlə dövlət adamının, xalq işinin böyük
məsuliyyətini göstərmişdir. Siyasi lirika sonrakı şairlərin heç
birində Nizamidə olduğu qədər qüvvətli deyildir. Nəsimi və
Füzulidə zahidə qarşı mübarizə mövzularında ictimai məsələlərə
ötəri əl atırsa da, bilavasitə siyasət burada görünmür. Vaqif 30 il
vəzirlik vəzifəsində çalışsa da, şahidi olduğu və olmadığı siyasi
hadisələrdən bir sətir də yazmamışdır. Seyid Əzimdə cəmiyyəti
mədəniyyətə, yeniliyə çağırış varsa da, bu ictimai vəzifələr,
məhəbbət lirikası səviyyəsinə, qəzəl yüksəkliyinə qalxmır.
M.Hadidə siyasət məsələsi ayrı cür qoyulur. M.Hadi elə bir
şairdir ki, lirikasının bütün qüvvəsini bilavasitə ictimai inkişaf,
siyasi həyat məsələlərinə sərf etmişdir. "Firdövsi-ilhamat"
kitabında olan məktəbə çağırış şeirlərini müstəsna tutsaq,
M.Hadinin ümumi, mücərrəd mənada cəmiyyət quruluşundan
danışmayan bir dənə şeiri yoxdur. Bu xüsusiyyət şairin bir
tərəfdən şeirə, ədəbiyyata baxışı ilə, digər tərəfdən onun ictimai
görüşləri ilə bağlıdır. Hadi bəzəkli söz şairi, incə və intim
duyğular şairi deyildir, böyük ictimai mövzular şairidir. Şairin
245
zəmanəsi də belə bir zəmanə idi. Heç bir dövrdə Azərbaycan
ədəbiyyatı XX əsrdə olduğu qədər qüvvətli siyasi hadisələrlə,
kütləvi hərəkatla, xalq həyatı ilə səslənməmişdir. Bu dövrdə
müasir, fəal şeir, əsasən, günün zəruri ictimai məsələləri ilə
məşğul idi. Hadi kimi həssas şairlər xalqın da, vətənin də, sənətin
də, sənətkarın da taleyini bu hadisələrdə, dəniz kimi təlatümə
gələn coşğun həyatda görürdülər.
Hadinin şeirlərində mübarizə ruhunun, süngü itiliyinin səbəbi
də bundan ibarətdir. "Bariqeyi-inqilab" adlı şeirində Hadi vətənin
inkişafına, tərəqqisinə mane olan düşmənlərə hücum çəkərək
xüsusi bir hiddət və qəzəblə deyir:
Ey sətreyi-siyəh, çəkil, ümmid parlasın,
Seylabi-nur dadlı sədasilə çağlasın,
Ənzarımız həqiqəti görsün, qucaqlasın,
Ədayi-elm, aləmi-irfanı anlasın,
Nazəndeyi-mə aliyi-millət nişanlasın,
Gülsün rüxi-təməddünümüz, vəhşət ağlasın.
1
"Rüxi-təməddünü" güldürən, "vəhşəti" nifrətlə yad edən şairin
ümidləri, sevincləri də, nifrət bəslədiyi "vəhşət" obyektləri də
mücərrəd, qeyri-müəyyən haldadır.
Hadinin şeirlərindəki coşğun hiss ümumi məzmunda olsa da,
hər şeydən əvvəl, vətənpərvərlik hissidir. O, vətənini
1
M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.37.
246
gördüyü vəziyyətdə görmək istəmir, arzuladığı vəziyyətdə
görmək istəyir. O, vətənini gəzdiyi, öyrəndiyi yerlərlə müqayisə
edir, müasir dünyanın ən mədəni və ən qabaqcıl ölkələri arasında
görmək istəyir. O, donuq və sönük bir həyat keçirən ölkəni,
"hərəkətgahi-cahanda" görünməyən xalqı ölü sayır, diri saymır:
Bir qövm ki, donmuş hərəkətgahi-cahanda,
Durmuş demək iştə o həyatın hərəkatı.
Donmaq da ölüm, hər hərəkət bir dirilikdir,
Ərbabi-məmatin donar əlbət mələkatu
Sabitqədəm olmaz bu cidəlgahda şair,
Bir qövm ki, yoxdur rəhi-əzmində səbatı.
1
Hadi burada öz xalqını siyasət səhnəsində, hazırkı
mübarizələrin ön cərgəsində görmək istəyir, hər bir hərəkətsizliyi
ölümlə müqayisə edir. Hadi bütün şeirləri ilə xalqımızın o
zamankı taleyinə ağlayır, vətəndaşların hərəkətə, fəaliyyətə,
mədəniyyətə, mübarizəyə çağırır. Bu çağırışlarında şair bəzən
keçmişin ağır və üzücü işgəncələrindən doğan kədərlə, bəzən
gələcəyə bəslədiyi böyük ümidlə ilhamlanır, zehnində hər iki
aləmin yaşayıb çarpışdığını etiraf edir. "Qarışıq xəyallar" adlı
şeirində yazır:
Sərbəstdi bu gün zülmünü icradə məzalim,
Ərbabi-ədalət hanı? - Mənfalar içində...
Mən bir diriyəm, etdi məni dəfn təsadüf
Zində görünən bir sürü mövtalər içində...
İmzasını qoymuş miləl övraqi-həyatə
Yox millətimin xətti bu imzalər içində,
İç, iç, nə qədər istər isən qanımı, zalim,
Bir gün görərəm qanını səhbalər içində
2
.
1
M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.43.
2
Yenə orada, səh.31.
247
Şair böyük bir ürək ağrısı ilə zəmanəsinin acı həqiqətini
söyləyir. O, zalimlərin əl-qol açıb, hər bir zülm və işgəncə
"icrasına sərbəst" olduqlarını, ədalətin və ədalətpərəstlərin isə
"mənfalərdə", sürgün və həbslərdə çürüməsini zehninə sığışdıra
bilmir. Çünki çar zülmü, burjua-mülkədar quruluşu bəşərin bütün
gözəl hisslərini təqib və məhv etməkdə idi. Köhnə quruluş nə
qədər çirkin və haqsız olsa da, o zaman güclü idi. Ona görə də
Hadi özünün və xalqının halına ağlayır, özünü duyan, düşünən
bir simanı bir sürü mənəvi ölülər içərisində görür. Özünün ən
müqəddəs çağırışlarına da səs verən görünür.
Dağa dersəm, eşidir, sonra verir əksi-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım!
Dünyanın qabaqcıl xalqlarına, mütərəqqi hərəkata meyl edən
şair öz xalqının avamlıqda, cəhalətdə qaldığını dərin vətəndaşlıq
kədəri ilə söyləyir. Hadi xalqının doğma oğlu kimi istərdi ki,
"övrəqi-həyatda" öz millətinin "imzasını" görsün. Bu, Hadinin
böyük arzusudur. Ancaq şair bunun yalnız bir arzu olduğuna
qane deyildir. Şair yəqin edir ki, bu arzu həqiqət olacaqdır. O,
həmin bu inamla tam bir yəqinliklə düşmənə üz tutaraq, qəzəb və
nifrətini söyləyir:
Bir gün görərəm qanını səhbalar içində.
Hadinin mütləqiyyətə qarşı nifrət və etirazları həmişə ümumi,
mücərrəd rəngdə deyildir. O, bəzən Sabir kimi, müəyyən bir
düşməndən yapışır, xalqın başına gətirilən fəlakətləri sayır,
düşməni yeri-yurdu ilə, müqəssirini ad və familiyası ilə bərabər
göstərir. Bu yerdə şairin təranələri bir xalq hökmü, bir ittiham
sənədi kimi səslənir. O zaman məşrutəyə,
248
xalq hərəkatına tutduğu divanla məşhur olan və bütün Şərqdə
lənətlənən Məhəmmədəli şaha Hadi də nifrətlər yağdırmışdır.
Şair istibdadın qılıncı zoruna şahlıq edən və xalqların haqq deyən
ağızlarını daş ilə susduran şahı odlu qəzəblə yad edir. O, "şənü
şövkət", "cahü cəlal ilə" gözü tutulan padşahın bir gün cəzasına
çatacağını ümid edir, "intiqam səbahının" həqiqət olacağını
gözləyir.
Gül, bu gün zülmündə ənzari-ədalət ağlasın.
Müntəzir ol intiqamın rədvər fərdasına.
Qafil olma, millətin nahəq qanından qıl həzər,
Tacu-təxtin qərq olur axirdə qan dəryasına!
Hadinin arzuladığı "intiqam səbahı" doğdu. Şairin özünə də,
öz sabah işığını görmək müyəssər oldu.
M.Hadi zalimin zülmündən dad etdiyi qədər camaatın
avamlığından da fəryad edir. O, çox gözəl bilir ki, cəhalət və
nadanlıqla səadət və azadlıq heç bir zaman tutmaz. Xalq ayılmalı,
öz hüququnu anlamalı, dost-düşmənini tanımalıdır. Bunun üçün
savad, məktəb, maarif, elm şərtdir. Bu mövzuda "Məkatib",
"Fünun və maarif', "Lövheyi-təsviri-maarif', "Qələmə", "Tərəqqi-
sənaye" və s. şeirlərini yazmışdır. Bu əsərlərində şairbəzən
mücərrəd şəkildə olsa da, mədəniyyəti təbliğ edir, cəhalətin
faciəli nəticələrini sayır.
Həmin şeirlərin özündə də başlıca mövzu vətən və vətənin
tərəqqisidir. Hadi bütün ilham qüdrəti ilə müstəqil şairdir. O,
T.Fikrətə cavab şəklində yazdığı "Nasıl yüksəlməli?" şeirində
sənət üçün, inkişaf üçün sərbəstliyin, azadlığın zərurətini aydın
göstərir.
Yüksəlməli, fəqət nə ilə, ey böyük ədib?
Ey bağını xəzən görərək susmuş əndəlib,
Hürriyyətin qanadları lazımdır uçmağa,
Yüksəkdən enməyən əbədi yarı qucmağa,
249
Yüksəlməyə təməddünün əflaki-pakinə,
İrmək gərək isə səhəri-tabnakinə,
Sərbəst pərlər istəyir ol aləmi-bülənd,
Bizlərsə hər cəhətdən, əvət, bəndidər kəmənd.
1
Burada şair yalnız vətəninin düşmüş olduğu fəlakətli vəziyyəti
göstərməklə kifayətlənmir, eyni zamanda, çıxış yolunun,
qurtuluşun mədəniyyətdə, maarifdə olduğunu göstərir.
Eyni ruhu şairin müasiri Abbas Səhhətdə də görmək olar.
Ancaq Hadinin azadlıq, qurtuluş, tərəqqi həsrətləri onu ruhdan
salmır, onun qol-qanadını qırmır, ona alovlu və inamlı bir ümid
verir:
Əgər zülmətpəsəndan hərbcuyi-ixtilaf olsa,
Nə qəm, əhli-vifayəm, tiği-rəxşanın zəbanımdır.
Hadi mürtəce qüvvələrlə mübarizəyə çıxmağa hazırdır. Onun
odlu misraları parlaq qılınclarıdır. Şair qalib olmaq üçün,
qurtuluş üçün yeganə yolu mübarizə, çarpışma yolunu tutur.
Hadiyə görə gələcəyi qazanmaq, öz arzularına qovuşmaq
istəyirsənsə, şəxsən mübarizəyə, döyüşə atıl:
Müsəmməmsə xəyalında əgər amali-istiqbal,
Atıl meydanə şiranə, mühibanə xuruş eylə...
Burax bu qiyli-qali-biməali, əhli-məna ol,
Çiraği-həqqi rovşən qıl, xurafatı xəmuş eylə.
Hadidə vətən məfhumu dövrün bir çox müasir şairlərinə
nisbətən daha aydın əks olunmuşdur. Məlumdur ki, o zaman
islamçılıq təsiri sayəsində ziyalıların bir qismi "müsəlman
dünyasından", "aləmi-islamdan" bəhs edirdilər.
1
M.Hadi. Şikufeyi-hikmət, Bakı, 1914, səh.3.
250
Vətəninə və vətəndaşlarına aid heç bir yazını soyuqqanlılıqla
yaza bilməyən şair, yaralı bir quş kimi çırpınaraq, həyəcanını
gizlədə bilmir. "Qafqaza aid" adlı məqaləsində deyilir: "Əlimə
qələm alıb bir şey qaralıyacaq olursam, dərdimizin
kəsrətindənmi, qilləti-bizaətimdənmi, kapitanını itirmiş, qəzaya
uğramış bir səfmə kimi kəndimi bir bəhri-xuruşanın səthi-
bipayanında hiss edirəm. Naxudasız gəminin hövləngizi-məhabət
olan dəryada halı necə olursa, mənim halım da əmvaci-xuruşani-
əfkar arası da ona müqayisə edilə bilər. Bu sahibsiz səfinə tərzi-
hərəkatında intizamdan azadə qaldığı kimi, mənim də tərzi-üslüb
və ifadəm, intizam və mükəmməliyyətdən varəstə qalır..."
1
"Qafqaza aid" adlı məqalənin axırında şair şeyxlərin və
ağaların daşürəkli, insani hisslərdən məhrum olduğunu söyləyir,
onları cəsarətlə vətən düşmənləri adlandırır. Hadi qışın girməsi,
yoxsul kəndlilərin əzab və iztirablarının artması ilə kədərlənir.
Buna qarşı kəndin və kəndlilərin qanını soran həyasız şeyxin kef
çəkdiyi təsvir edilir:
"Şeyxi-cavanbəxt isə qış ilə mübarizə edəcək vasiteyi-səadəti
bilaqüsur yerli-yerində hazır, kəndisi qar kimi qaqumi kürklər
içində, isti evlər dərunində kefinə məşğuldur. İstər şaxta afaqa
cəhənnəm saçsın, həzrət şeyx bir cənnəti-fırdövs içində yaşayır.
Nə cəhalın səfidfam olmasından, nə də rəiyyətlərin ailə yanında
üzüqara bulunmasından xəbəri vardır. Şeyxin xanəsində çal
oynasın, vur partlasın, bir gurultudur gedir. Damiiğfala düşənlər
isə şayani-mərhəmət bir halda, nə yeyəcək, nə isinəcək bir şey
mövcuddur. Həpsi quş yavrusu kimi tir-tir titrəyirlər,
ağlayırlar...".
2
Deməli, Hadi şeyxləri, "ağaları", mülkədarların və sahibkarları
yox, əmək adamlarını, ömrü əziyyətdə, səfalətdə ke-
1
M.Hadi. Qafqaza aid, "Füyuzat", 1907, JVs 26
2
Yenə orada
.
251
çən kəndliləri, yoxsulları öz vətəninin həqiqi sahibləri hesab edir.
Bunlar üçün, bunların səadətləri üçün çalışır.
M.Hadinin yaradıcılığında vətənpərvərlik və tərəqqi arzusu
mühüm yer tutur: "Nəğmeyi-əhraranə", "Amali-tərəqqi",
"Vətən", "Facieyi-həyatımızdan bir pərdə", "Vətənin nidası",
"Tövsiyeyi-mürf', "İranın hürriyyət qəhrəmanlarına" şeirləri belə
əsərlərdir.
Bu əsərlərində şair vətən məhəbbətini tərənnüm edir. İnsanın
vətən yolundakı fədakarlıqlarını, vətənpərəstliyini hər bir
vətəndaş üçün yüksək mənəvi keyfiyyət olduğunu söyləyir:
Dünyada əməlimiz fəqət əmari-vətəndir,
Vicdanımızın sevdiyi didari-vətəndir!
Hadnin fıkrincə, hər bir kəskin mənəvi böyüklüyü, ya kiçikliyi
onun xalqına, vətəninə xidməti ilə ölçülür. Vətənin hər hansı
cəhətdən olur-olsun, geriliyində hər bir vətəndaş məsuldur. Buna
görə Hadi, öz vətənində hökm sürməkdə olan zülm və istibdadı
ən böyük düşmən sayır, xalqı bunlarla mübarizəyə çağırır. O,
vətəndaşları ayıltmaq, onların ürəyində vətən eşqi çirağını
yandırmaq, hamının diqqətini vətənin abadlığına, səadətinə
istiqamətləndirmək istəyir. Bu şeirlərində şair, çağırışla, xitabla
yanaşı, dərin bir həsrət, ictimai bir kədər ifadə edir.
"Müxatibim Şirvandır" qeydi ilə yazdığı "Ah, kimsəsiz vətən"
sərlövhəli şeirində şair təkcə Şirvanın yox, bütün Azərbaycanın
düşdüyü vəziyyəti təsvir etmişdir. Abbas Səhhətin "Ölü şəhər",
M.Ə.Sabirin "Çocuq" şeirlərində, Ə.Haqvərdiyevin "Dəccalabad"
hekayəsində göstərilən mənzərələr qismən bu şeirdə də vardır.
Şair gördüyü, müşahidə etdiyi cəhalət, nadanlıq, mərhumiyyət
mənzərələrini odlu təəssüflə qələmə almışdır:
252
Ey zindələr məzarı olan aşiyan, ah...
Afaqın üzrə durmada bir pərdeyi-siyah,
Məsdud qaldı bizlərə şəhrahi-intibah,
Qalma zülmdə, açıl ey sübhi-inşirah.
Ey cənnəti-məarifi viran olan vətən,
Ey zülmətin dəmninə qəltan olan vətən!
1
Bu şeir vətənpərvərlər dilindən deyilən bir növhədir. Ancaq
şair bunu növhə kimi göz yaşı ilə bitirmir. Hadi, başqa şeirlərində
olduğu kimi, xüsusilə vətən haqqındakı şeirlərində gələcəyə
böyük ümid bəsləyir. O, inanır ki, vətənin gələcəyi səadətə,
inkişafa doğrudur. O, Azərbaycan üzərinə doğmalı olan azadlıq
günəşini hiss edir, buna şübhə edənlərə gülür. Bu səadət
sabahının açılmaqda olan dan yerini şair xəyalı ilə təsvir edir.
Növhəsini gələcəyə yönəlmiş parlaq bir ümidlə bitirir:
Ey fitrətə müariz olan əhli-iştibah,
Siz sönsəniz, sönün, sönəməz nuri-intibah.
Afaqi-kainata doğar şöleyi-sabah,
Gül ey cəmali-həqq ki, giilsün rüxi-fəlah
2
.
Hadi, vətən deyə birinci növbədə doğma Şirvanı, Azərbaycanı
nəzərdə tutmuşdur. "Füyuzaf'ın 14-cü nömrəsində "Şirvan
xatiratı" və "Eşqi-möhtəşəm" kitabındakı "Yadi-vətən" şeirində
Şirvanın parlaq keçmişini, yüksək mədəniyyət dövrlərini
xatırlayaraq kədərlənir:
Ey səhnəsi başdan-başa bir məkəsi-övham,
Keçmişdə, əya cənnəti-hirriyyəti-ilham!
* * *
1
M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.41.
2
Yenə orada, səh.48.
253
Afaqın idi sanihənin çöhrənuması,
Ey aləmi-şeirü ədibin şanlı səması!
* * *
Şairlərin eylərdi fəsahətlə təranə,
Ey məhdi-müqəddəs olan azadəsəranə!
* * *
Mazidə adın əncüməni-nur ikən, ey şəhr,
Bilməm nədən oldun sonu zülmətlərə məşhər?
1
Eyni həsrət və təəssüf hissini şairin "Füyuzatda" yazdığı
Qafqaza aid bir məqaləsində görürük. Şair burada keçmiş
Qobustan (Şirvanın bir hissəsi) mahalının xarabazara dönməsini,
camaatın acınacaqlı həyat və məişətini geniş təsvir edərək, çox
yerdə göz yaşı tökür. Hissini şeirlərlə ifadə edir, xalqın qanını
soran müftəxorlara lənətlər yağdırır: "Bu mahalda tanıdığım bir
şəxsin yüzlərcə dəvəyə, minlərcə qoyuna, yüzlərcə vərst əraziyə
malik olduğunu yalnız mən deyil, bütün Şirvan əhli bilir...
Bundan əlavə banklarda külliyyətli parası bulunduğu da qabili-
inkar həqiqətlərdən deyil. Bunlar haradan qazanılmış, hankı
dəfaindən istehsal edilmişdir?"
2
Hadidə vətən düşmənlərinə nifrət hissi də kəskindir. Şair
özünün azad fikirli, sərbəst xəyallı, açıq zehinli bir adam
olduğunu iftixarla deyir:
Könül istər ki, olsun dəhr sülhabadi-ünsiyyət,
Məni sövq eyləyən bu fikrə, fikri-alişanımdır,
Bəşər ixvani-tinət, həp vətəndir aləmi-imkan,
Bu hissiyyati-qüdsiyyə səfabəxşi-rəvanımdır.
1
M.Hadi. Eşqi-möhtəşəm, yaxud ana qucağı, Bakı, 1914, səh.44.
2
M.Hadi. Qafqaza aid, "Füyuzat", 1907, № 26.
254
Hadi romantikdir. Ancaq şair romantizmi bir məktəb kimi alıb
onun ənənələrini izləməmişdir. Əksinə, xəyalının, ilhamının
bütün gücünü ictimai arzularının tərənnümünə sərf etmişdir.
Şairin romantikasını təcəssüm etdirən xarakter əsərlərindən biri
də "Bərabərlik aləmindən məktublar"dır. Bu Azərbaycan şeirində
xüsusi səciyyəli yeni bir əsərdir. Əgər Abbas Səhhət şair ilə şeir
pərisini danışdıraraq nicatı ucalmaqda, göylərdə, bu fani
həyatdan uzaqlaşmaqda görürsə, əgər Şaiq "İdeal və insanlıq" -
deyə iki bir-birinə aşiq, lakin qovuşmaz məxluqu təsvir edir,
adamların İblisin şərindən sağınmağa çağırırsa, əgər Əli bəy
Hüseynzadə:
Ucundadır dilimin həqiqətin böyüyü,
Nə qoydular deyəyim və kəsdilər dilimi...
şikayəti ilə zəmanədən üz döndərirsə, M.Hadi müasir
cəmiyyətin faciəli həyatına, insanların səfalətinə, cəhalət, istibdad
hökmranlığına qarşı xəyalən yaratdığı yeni və yüksək bir ictimai
aləmi qoyur. Şair təsəvvüründə yeni xoşbəxtlər dünyası yaradır.
Bu elə bir romantik dünyadır ki, bütün insanlar həm hüquq, həm
zəka, həm həyat şəraitinə bərabərdirlər:
İzzətli bəradər, sana bu iş ola məlum:
Yox burda hökumət, nə də hakim, nə də məhkum.
Bu üç sözü məhv eyləmişik cümlə lüğətdən,
Azadəsərik indi bu üç danə sifətdən.
1
Burada nə hakim, nə məhkum, nə ağa, nə nökər var. Bu şəhər
vahid bir vücud, vətəndir. Hamı belə bir vətənə xidmət
1
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.210.
255
edir. Bu şəhərdə olan bir adam yaşayışlarının məna və
məzmununu belə izah edir:
Biz üzvlərik, işlərik əndami-vətəndə,
Təndir vətən, əsabü üruqiz bu bədəndə.
Hər bir damarın cismdə bir xidməti vardır,
İbqayi-həyat etməyə bir qeyrəti vardır...
Həp işləyirik, ruh alırıq cismi-vətəndən,
Zənbur nasıl şəhd alır əzhari-çəməndən.
Asayişi-xəlqə edirik can ilə xidmət,
Biz də sürürük xəlqlə ləzzətli məişət.
1
Hadi şeirindəki və romantikasındakı ziddiyyətləri elə bu
nümunələrdə də görmək çətin deyildir. Şairin istibdada, zülmə
nifrəti, istismar dünyasının tezliklə məhv olacağına inamı nə
qədər güclü, həqiqi və həyatı idisə, gələcək cəmiyyət quruluşu və
yeni həyatın mənzərələri haqqındakı təsəvvürü o qədər dumanlı
və dolaşıq idi. Şair bu şəhərdə bütün insanların hər yerdən təcrid
olunmuş, hər şeylə təmin edilmiş müstəqil bir aləmdə
yaşadıqlarını elə xəyali şəkildə təsvir edir ki, buna inanmaq
çətindir. Belə bir cəmiyyəti və ya şəhəri dünyada düşünmək
mümkün deyildir. Belə bir şəhərin nə maddi imkanları, nə
istehsal vasitə və münasibətləri, nə də xarici aləmlə labüd əlaqəsi
haqqında şairin, demək olar ki, konkret bir təsəvvürü yoxdur.
Buna görə də şeir mücərrəd və xəyali çıxmışdır.
Hadi bu xoşbəxt cəmiyyətə, mədəniyyət ölkəsinə bir ideal
kimi, öz şirin xəyallarının məhsulu olan gələcəyin həqiqəti kimi
baxır, vətənini yüksək mədəniyyət səviyyəsində, vətəndaşlarını
xoşbəxt görmək istəyirdi. O, hansı bir hissləsə belə bir günün,
belə bir zamanın gələcəyinə inanırdı. İnanırdı ki, Azərbaycanda
kök salan cəhalət və zülmət uzun sürməyəcək,
1
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.213.
256
tez sönəcək. İnanırdı ki, istiqbalımız parlaqdır. Buna görə də
Hadi öz həsrət və arzularını vətəndaşlarına səmimi bir dillə
söyləyir. Bu gün, ya sabah istibdadın məlun heykəlinin
devriləcəyini, insanların azadlığa çıxacağını xəbər verirdi:
Açar firdövsi-hürriyyət, füyuzabad olur aləm,
Gülər sübhi-həqiqət, mədəlat mötad olur aləm,
Şüaati-müsavatilə səhni-dad olur aləm,
Kəməndi-eşqi-insaniyyətə münqad olur aləm,
Sirurabadi-hürriyyət gəlir, dilşad olur aləm,
Bu istibdad əlindən qurtarır, azad olur aləm
1
.
Böyük Sabirin:
Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün zinəti-həyat deyil...
(deyən çağırışına müvafiq olaraq M.Hadi da yeni tərbiyə
məsələsini irəli sürür.
Bu təsəvvürlər şairi nə qədər sevindirir, qanadlandırırsa,
özünün belə bir feyzə nail ola bilməyəcəyini hiss etdikdə o qədər
də kədərləndirir.
Şair, deyəsən, hiss etmişdir ki, qurtuluş, azadlıq səhəri
yaxındırsa da, ona qismət olmayacaqdır. Şair duymuşdur ki,
ürəyini yandıran həsrətlər, təəssüflər, arzularla dünyadan
köçəcəkdir. Buna görə, sanki vəsiyyət edərək, deyirdi:
Ey ol vaxtı görən məsud, unutma, bizləri yad et,
Bu yolda həsrət ilə can vərən əhbabı tədad et,
Məzarım üzrə gəl, dur, qəmli-qəmli, ağla, fəryad et,
Oxu bu şeiri qəbrimdə ələttəkrar övrat et!
1
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.173.
257
Dur, ey zindani-nisyanda yatan, azad olub aləm,
Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm
1
.
Hadi də müasiri və yerlisi Sabir kimi, Təbriz inqilabına, Səttar
xanın qəhrəman azadlıq mübarizəsinə sevinc və iftixarla
yanaşırdı. Şair bu mövzuya həsr etdiyi şeirlərinin birində İran
kəndlisinin, rəiyyətin istibdad yükü altında ikiqat olduğunu
göstərir, başqa bir şeirində isə kin və qəzəb hissi ilə İran şahına
nifrətlə xitab edirdi:
Səhneyi-İranı döndərdin bəla səhrasına,
Müntəzir ol intiqamın rədvər fərdasına:
Qafil olma, millətin nahaq qanından qıl həzər,
Tacü təxtin qərq olur axırda qan dəryasına.
2
Hadi zəmanəsinin bütün ictimai mübahisələrinə, mədəni-tarixi
məsələlərinə, əsasən mütərəqqi cəbhədən yanaşmışdır. Məlumdur
ki, XX əsrin əvvəllərində Azərbaycanda hicab məsələsi kəskin
mübahisə doğurmuşdur. Nəinki axundlar, seyidlər, hətta Avropa
qiyafəli bir sıra ziyalılar, qələm sahiblərinin bəzisi də dini
təəssübü, müsəlman baxışını, çadranı müdafiə edirdi. Məhəmməd
Hadi qadın məsələsinə xüsusi əsər həsr etmişdir. "Ümməhati-
həyat" (deyə analara etdiyi xitablarında onların müqəddəs tərbiyə
vəzifəsindən, övlad böyütmənin vətən işi olduğundan bəhs edir.
Zəmanə bəzəyinin mərifətdən, bilikdən ibarət olduğunu göstərir,
mədəni ölkələrdə qadınlar ilə kişilərin bərabər hüquqlu olduğunu
söyləyir və buna qibtə edir.
1
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.169.
2
Yenə orada, səh.180.
258
"Örtük" deyən şairlərə cavab olaraq Hadi yazır:
Mən istəməm bu örtünü, ey şair, istəməm!
Neçin! Ya:
"Örtü " - bunu yağdı ki, Qərb oldu möhtəşəm,
Pürfeyzü pürziya.
Lazımsa örtü, biz nədən aya güşadəyiz?
Məqul bir cavab:
Xilqətdən anlaşıldı ki, azadəzadəyiz,
1
Doğulduq ki, biniqab.
Bu etirazında şair təbii həyat məntiqinə əsaslanır. Örtük
lazımsa, kişilər nə üçün örtünməsin. Kişi də, qadın da bərabər
yarandığı kimi, bərabər hüquqlu yaşamalıdırlar. Qadınları
örtünməyə məcbur edən qanunlar, yaxud dinlər təbiətə,
cəmiyyətə zidd hökmlər verir. Qadın məhkumiyyəti, şairin
fikrincə, Şərqin ən köhnə, zərərli ənənələrindən biridir. Onun
mədəniyyət və tərəqqidən geridə qalmasına mühüm bir səbəb də
budur.
Dostları ilə paylaş: |