Azərbaycan Tarixi Fənni Üzrə mtahan Suallarının Cavabları



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#4025
1   2   3   4   5   6   7   8   9

1847-ci il “Kəndli Əsasnamələri”. Azərbaycanın sahibkar kəndində bəy-kəndli 

münasibətlərinə  tam  hüquqi  aydınlıq  gətirmək  və  bu  münasibətləri  rəsmi  şəkildə 

tənzimləmək  üçün    çar  höküməti  1847-ci  ilin  aprelin  20-i  və  dekabrın  28-də  “Kəndli 

Ə

sasnamələri” adlanan sənəd qəbul etdi. Bu sənəd Şuşa, Şamaxı, Şəki, Bakı, Quba və 



Lənkəran  qəzalarının  bəy  kəndlilərinə,  həmçinin  Qazax,  Şəmşəddil  və  Borçalı 

məntəqələrinin ağa kəndlilərinə aid idi. Bu sənədə görə 15 yaşından yuxarı kişi xeylağı 

olan  kəndli  5  desyatinə  qədər  torpaq  payı  ilə  təmin  olunmalı,  bunun  əvəzində    kəndli 

taxil  məhsulunun  ondabirini,  çəltik,  meyvə-tərəvəz  məhsulunun  üçdə  birini  malcəhət 

vergisi  şəkilində  bəyə  ödəməli  idi.  Kəndli  torpağı  bəyin  iş  eyvanı,  toxumu  və 

alətlərindən  istifadə  edərək  becərirdisə,  malcəhət  məhsulun  beşdəbirini  təşkil  edirdi. 

Otlaqlardan  istifadə  edən  kəndlilər  bəyə  çöpbaşı  vergisi  ödəməli  idilər,bəy 

təsərrüfatında  biyara  çıxmaq  üçün  hər  kəndli  ailəsi  bir  kişi  ayırmalı  idi.  Biyara  çıxan 

kəndli  ildə  18  gün  əkin-biçin  işi  aparmalı  idi.  Kəndli  biyara  çıxmaq  istəmirdisə, 

ə

vəzində  pul  ödəməli  idi.  Bütün  kəndlilər  hamılıqla  ildə  iki  gün  bəyin  təsərrüfatında 



ə

vrəz adlanan işi yerinə yetirməli idi. Bəyin ev işlərini görmək üçün hər on kəndli ailəsi 

bir  kişi  ödəməli  idi.  “Əsasnamələr”lə  bəylərə  kəndlilər  üzərində  polis  və  məhkəmə 

hüququ,  kəndlilərə  isə    yaşayış  yerini  dəyişib  başqa  kəndlərə  keçmək  hüququ 

verilirdi.Başqa  bəyin  kəndinə  keçmək  istəyən  kəndli  bütün  vergi  və  mükəlləfiyyətləri 

ə

vvəlcədən  ödəməli  və  onu  qəbul  edəcək  bəyində  razılığını  almalı  idi.    1847-ci  il 



“Kəndli  Əsasnamələri”  ali  müsəlman  zümrəsi  ilə  kəndlilər  arasındakı  qarşılıqlı 

münasibətləri rəsmiləşdirərək qanuni şəklə saldı. 

 

 

 



 

 

 



 

45. XIX əsrin I yarısında Şimali Azərbaycan mədəniyyəti 

Maarif.  XIX  əsrin  birinci  yarısı  Şimali  Azərbaycanda  maarif  işində  yeni  bir 

dövrdür.  Bu  dövrdə  qabaqcıl  ziyalılar    Azərbaycanda  xalq  maarifini  yüksəltməklə 

xalqın  savadlanması  qayğısına  qalır,yeni  tipli  təhsil  ocaqları  açmaq  üçün  hakim 

dairələrə müraciətlər edirdilər. Həmin dövr Azərbaycan ziyalıları arasında A.Bakıxanov 

və M.F.Axundov xüsusi yer tuturdular. 

 

 



 

 

 



 

XIX  əsrin  birinci  yarısında  Şimali  Azərbaycanda  təhsil  ocaqları,əsasən 

məscidlərin  nəzdindəki  məktəblər  və  mədrəsələr  idi.  1858-ci  ildə  Şamaxı 

quberniyasında  4700  nəfərin  təhsil  aldığı  299  məktəb  və  mədrəsə  var  idi.Şimali 

Azərbaycan  işğal  edildikdən  sonra  milli  maarifçilərin  səyi  ilə  Azərbaycan-rus 

məktəbləri  yaradıldı.Bu  tipli  məktəblər  XIX  əsrin  30-cu  illərində  Şuşada,  Nuxada, 

Bakıda, Gəncədə, Şamaxıda və Naxçıvanda açılmışdı. Sonrakı illərdə bu məktəblərdən 

ə

lavə dörd sinifli məktəblər də açıldı. Bu tədris müəssisələrini açmaqda çar hökumətinin 



ə

sas məqsədi yerli inzibati idarələrdə müstəmləkə siyasətini yürütməkdə ona kömək edə 

biləcək tərcüməçilər, mirzələr-bir sözlə, etibarlı milli kadrlar yetişdirmək idi. 

 

 



 

 

 



 

Elm.  XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycanda  çox  inkişaf  etmiş  elm 

sahələrindən  biri  tarix  elmi  idi.  Həmin  dövrdə  yaşayıb  yaratmış  Mirzə  Adıgözəl  bəy, 

Mirzə Camal, Kərim Ağa Fateh, Seyid Əbdül Həmid bu gün də əhəmiyyətini saxlayan 

bir  sıra  qiymətli  tarix  əsərləri  yaratmışlar.  Əsasən  xanlıqlar  dövrünün  tarixinə  həsr 

edilmiş  həmin  əsərlərdən  fərli  olaraq  A.Bakıxanovun  “Gülüstani- rəm”ində  qədim 

dövrdən  başlamış  XIX  yüzilliyin  əvvəllərindək  Şirvanın  tarixi  öz  əksini  tapmışdır. 

Azərbaycanlı alimlər rus şərqşünaslığının əsasının qoyulması və inkişafında da mühüm 

rol  oynamışlar.  XIX  yüzilliyin  başlanğıcında  Mirzə  Cəfər  Topçubaşov  Peterburq 

universitetində Şərq dillərini tədris etmiş,  ran ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 

Görkəmli  şərqşünas  alim  Mirzə  Məhəmmədəli  Kazımbəy  Qazan  universitetində  ran 

ə

dəbiyyatı, türk-tatar dilləri müəllimi, professoru, fakültə dekanı olmuşdu. Şərqşünaslıq 



sahəsində  100-dən  çox  əsər  yazmış  M.Kazımbəy  Azərbaycan  dilinin  qrammatikasını 

nəşr etdirmişdi.  Məşhur səyyah-alim Hacı Zeynalabdin Şirvani Şərq ölkələrinin çoxunu 

gəzmiş, 36 il müddətində 60 min km qədər yol qət etmiş, əsərlərində gəzdiyi, gördüyü 

ölkələrin xalqlarının iqtisadi-mədəni həyatını, məişət və adətlərini təsvir etmişdir. XIX 

yüzilliyin  30-cu  illərində  Azərbaycan  mətbuatının  əsası  qoyulmuşdu.  1832-ci  ildə 

Tiflisdə  həftədə  bir  dəfə  “Tatar  xəbərləri”  qəzeti  çıxmağa  başlamışdı.  1850-ci  illərin 

sonlarında Şamaxı quberniyasında iki kiçik mətbəə fəaliyyət göstərirdi. 

 

 



 

Ə

dəbiyyat.  XIX  yüzilliyin    birinci  yarısında  Azərbaycan  ədəbiyyatı  iki-

romantikvə realist cərəyan istiqamətində inkişaf edirdi. Görkəmli mütəfəkkir Mirzə Şəfi 

Vazeh (1794-1852) Gəncədə memar ailəsində anadan olmuşdu. M.Ş.Vazeh lirik şerlər 

yazmış,  əsərlərində  azadlıq  müjdəçisi  kimi  çıxış  etmişdir.  A.Bakıxanov  da  Qüdsi 


təxəllüsü  ilə  bir  çox  bədii  əsərlər  yazmışdır.  Realist  ədəbi  cərəyana  smayıl  bəy 

Qutqaşınlı da daxil idi Qutqaşınlı fransız dilində yazılmış “Rəşid bəy və Səadət xanım” 

povestinin  müəllifidir.  Azərbaycan  satirik  poeziyasının  görkəmli  nümayəndəsi  Qasım 

bəy Zakir (1786-1857) olmuşdur. XIX yüzillikdə Azərbaycan mədəniyyətinin ən böyük 

nümayəndəsi heç şübhəsiz ki, maarifçi-demokrat, görkəmli ictimai xadim, Azərbaycan 

realist  ədəbiyyatının  əsasını  qoymuş  Mirzə  Fətəli  Axundov  (1812-1878)  olmuşdur. 

M.F.Axundov  Azərbaycan  ədəbiyyatında  dramaturgiyanın  əsasını  qoymuşdur.  50-ci 

illərdə yazdığı dram əsərlərlərini o dövrün güzgüsü adlandırmaq olar.  

 

 

 



 

 

ncəsənət. XIX yüzilliyin biirnci yarısında Azərbaycanın xalq musiqisi, təsviri və 

tətbiqi incəsənəti, memarlığı inkişaf edir, teatr sənəti sahəsində ilk addımlar atılırdı. Bu 

dövrdə aşıq sənət ilə sıx bağlı olan musiqili folklor xeyli inkişaf etdi, aşıq dəstələrinin 

çıxışları  kütlələr  arasında  böyük  rəğbətlə  qarşılanırdı.  Azərbaycanın  gözəl  güçəsi 

Qarabağ xanəndələr məskəni idi. Azərbaycanda ilk teatr tamaşalarının qoyulmasıda bu 

dövrdə olmuşdur. Şuşa, Lənkəran və Şamaxı şəhərlərində teatr tamaşaları qoyulurdu. 

 

Təsviri incəsənət sahəsində realist ənənələr inkişaf edirdi. Bu ənənələr görkəmli 



rəssam  Mirzə  Qədim  rəvananının  yaradıcılığında  öz  parlaq  əksini  tapmışdır. 

Azərbaycan tətbiqi sənətinin ən gözəl nümunələri ölkənin bir çox yerində geniş inkişaf 

etmiş  xalçaçılığda,  tikmələrdə,  təkalduzçuluqda,  zərgərlikdə  öz  əksini  tapmışdır. 

Memarlıq sənəti sahəsində də görkəmli nailiyyətlər əldə edilmişdir. Bu dövrdə Şamaxı 

şə

hərinin bərpasına başlanmış, bəzi inzibati, yeni tipli yaşayış binaları tikilmişdir.  



 

 

 

 

 

 

 

 

 



46. XIX əsrin 60-70-ci illərində Şimali Azərbaycanda burjua islahatlarının 

keçirilməsi 

1870-ci  il  kəndli  islahatı.1861-ci  ildə  Rusiyada  kəndli  islahatı  keçirilmlş  və 

təhkimçilik hüququ ləğv edilmişdi. Çar hökuməti XIX əsrin 60-cı illərinin əvvəllərində 

Ş

imali Azərbaycanda kəndli islahatının keçirilməsinə hazırlıq görməyə başladı. Rusiya 



hökuməti  nəhayət  1870-ci  il  mayən  14-də  Azərbaycanən  sahibkar  kəndində  islahat 

keçirilməsini  nəzərdə  tutan  Əsasnaməni  təsdiq  etdi.  Əsasnamədə  kəndlilərə  azadlıq 

verilməsi,  torpaq,  vergi  və  mükəlləfiyyət  məsələlərinə  toxunulmuşdu.  Əsasnamə  ilə 

Azərbaycanın  sahibkar  kəndlilərinin  feodal  asılılq  münasibətlərinə  son  qoyulması  və 

onlara  azadlıq  verilməsi  elan  edilirdi.  Əsasnaməyə  görə  kəndlinin  istifadəsində  olan 

torpaq  və  əkin  sahələri,  meyvə,  tut,  üzüm  bağları  onun  pay  torpağı  elan  edilirdi  və 

həmin pay torpağı kəndlinin daimi istifadəsinə verilirdi.Kəndli öz pay torpağını hissə-

hissə və ya bütöv şəkildə sahibkarla qarşılıqlı razılığa əsasən satın ala bilərdi,ancaq satın 

alınacaq  torpaqlar  bir  ev  və  ya  kəndli  ailəsi  üçün  15  desyatindən  çox  ola  bilməzdi. 

Satınalma  zamanı  kəndliyə  dövlət  tərəfindən  heç  bir  yardım  göstərilmirdi.Sahibkar 



kəndlilərinin  satın  alacaqları  torpaqların  qiymətləri  çox  yüksək  müəyyən  edilmişdi  və 

bütövlükdə Rusiyadakından 7,7 dəfə baha idi. Üstəlik dövlət də “ödənc” əməliyyatının 

həyata  keçirilməsinə  heç  bir  maddi  yardım  göstərmirdi.  Rusiyada  torpağın  satın 

alınması həmdə məcburi idi. 1870-ci il kəndli islahatı Azərbaycanın sahibkar kəndlisini 

torpaq  mülkiyyətçisinə  çevirmək  əvəzinə,  onların  yalnız  torpaqdan  daimi  istifadə 

hüququnu qanuni şəklə salmışdı. 1870-ci ildən 1912-ci ilədək Şimali Azərbaycanın çox 

az – çəmi 40 sahibkar kəndində 2 min desyatin torpaq sahəsi kəndlilər tərəfindən satın 

alınmışdı.Buna  görə  də  sahibkar  kəndliləri  1912-ci  il  aqrar  islahatına  qədər  öz  pay 

torpaqlarının  mülkiyyətçisinə  çevrilə  bilmədiklərindən  uzun  müddət  “müvəqqəti 

mükəlləfiyyətli” hesab edilmişdilər. Biyar mükəlləfiyyəti 1870-ci il islahatına görə ləğv 

edilmişdi.Biyar hər desyatin pay torpağına görə otuz qəpik pulla əvəz olunurdu.1870-ci 

il islahatı kəvddə kapitalist münasibətlərinin inkişafına müəyyən yol açmışdı. 

 

 

Məhkəmə  islahatı.1864-cü  il  noyabrın  20-də  Rusiyada  həyata  keçirilən 



məhkəmə  islahatına  görə  silki  məhkəmə  ləğv  edilir,bütün  zümrələr  üçün  eyni  olan 

ümumi  məhkəmə  yaradılırdı.Məhkəmə  islahatı  Şimali  Azərbaycanda  guya  əhalinin 

“ictimai  şüur  baxımından  geri  qalması”  bəhanəsi  ilə  bir  qədər  gec  və  ləng  həyata 

keçirildi.  Bu  zaman  Rusiyadan  fərqli  olaraq  22  noyabr  1866-cı  il  Nizamnaməsi  əsas 

götürüldü.  Nizamnaməyə  görə  Azərbaycanda  məhkəmədə  andlı  iclasçıların  iştirakı 

nəzərdə  tutulmamışdı.  Məhkəmə    hakimləri    seçki  yolu  ilə  seçilmir,  yalnız  Qafqaz 

canişininin  təqdimatı  əsasında  təyin  edilirdilər.  Hakim  vəzifəsinə  bir  qayda  olaraq 

azərbaycanlılar təyin edilmirdilər. Azərbaycanlı yalnız hakimin müavini vəzifəsini tuta 

bilərdi.  Məhkəmə  yalnız  rus  dilində  aparıldığından  iclaslarda  tərçüməçi  iştirak 

edirdi.Quberniyalarda  yaradılan  dairə  məhkəmələri  Şimali  Azərbaycanda  ən  ali 

məhkəmə distansiyası olub, Tiflis Məhkəmə Palatasına tabe idi. Barışıq məhkəməsi isə 

bir pillə aşağı məhkəmə orqanı hesab olunurdu. Qafqaz canişini tərəfindən təyin olunan 

barışıq hakimləri mülki işlərə, şəxsi münaqişələrə və xırda cinayət işlərinə baxırdılar.  

 

 



 

 

 



 

 

 



 

 

 



Şə

hər islahatı.XIX əsrin 60-70-cı illərində həyata keçirilən burjua islahatlarından 

biri də şəhər islahatı idi. 16 iyun 1870-ci ildə Rusiyada şəhər idarə orqanlarının təşkili 

haqqında Əsasnamə qəbul edildi. XIX əsrin 70-ci illərində Şimali Azərbaycanda  şəhər 

statusuna  malik  olan  10  şəhər  var  idi.  Şəhərlərimizdə  ictimai  idarə  sistemi  mövcud 

olmayıb, şəhər təsərrüfatı tamamilə polis idarəsinin ixtiyarında idi. Çar höküməti 1870-

ci  il  Əsasnaməsini  Azərbaycan  şəhərlərinə  tətbiq  etməyə  tələsmirdi.70-ci  il  Şəhər 

Ə

sasnaməsi  ilk  dəfə  1878-ci  ildə  yalnız  Bakı  şəhərində  tətbiq  edildi.  Əvvəlcə  6-9 



dekabr 1877-ci ildə əmlak senzi əsasında Bakı Şəhər Dumasına seçkilər keçirildi. Şəhər 

ə

halisi ödədiyi verginin miqdarına uyğun olaraq üç qrupa bölündü və hər qrup Dumaya 



24  qlasnı-deputat  (üzv)  seçə  bilərdi.  Şəhərin  əsil  sahibi  olan  Azərbaycan  əhalisindən 

seçilən  deputatların  sayı  xristian  qlasnıların  sayından  çox  ola  bilməzdi.  Əsasnaməyə 

uyğun olaraq şəhərin aşağıdakı ictimai idarə orqanları yaradılmışdı: 1. Şəhər Duması, 2. 


Dumanın icraedici orqanı olan  Şəhər idarəsi. Bu iki orqanın başçısı  (qlava)  yalnız rus 

olmalıdı  idi.  Başçını  Şəhər  Duması  seçsə  də,  Daxili  şlər  Nazirliyi  təsdiq  edirdi.  Bakı 

Şə

hər Duması 8 yanvar 1878-ci ildə açıldı. Şəhər Dumasının səlahiyyət dairəsinə şəhər 



təsərrüfatının  idarə  edilməsi,  yerli  ticarət  və  sənayenin  himayə  edilməsi,  yanğınla 

mübarizə, səhiyyə, xalq təhsili kimi sahələr daxil idi. Bakı Şəhər Dumasında bütün işlər 

rus  dilində  aparılırdı.  Çar  höküməti  1892-ci  ildə  yeni  Şəhər  Əsasnaməsi  verərək 

qubernatorların şəhərlərin özünüidarə işlərinə müdaxilələr etmək sahəsində  hüquqlarını 

genişləndirdi.  Bu  Əsasnaməyə  uyğun  olaraq  1897-ci  ildə  Gəncədə  tam  həcmli  şəhər 

özünüidarəsi,  Lənkəran,  Nuxa,  Şamaxı,  Quba  və  digər  şəhərlərdə  isə  sadələşdirilmiş  

ictimai idarələr yaradıldı.  

 

 



 

nzibati  idarə  sistemində  dəyişikliklər.1859-cu  ildə  Şamaxıda  baş  verən 

zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürüldü və Şamaxı quberniyası Bakı 

quberniyası  adlandırıldı.  1860-cı  il  inzibati  islahatana  görə  Dərbənd  quberniyası  ləğv 

edildi, Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı. Şimali Azərbaycanın inzibati- 

ə

razi bölgüsündə ən ciddi dəyişiklik 1868-ci ildə mərkəzi Gəncə olmaqla, Yelizavetpol 



quberniyasının  yaradılması  oldu.  1883-cü  ildə  çar  höküməti  Qafqaz  canişinliyini  ləğv 

etdi və diyarın idarəsi Qafqazdakı mülki hissə üzrə baş rəisə tapşırıldı.  

 

 

47. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda neft sənayesi 

XIX  yüzilliyin  son  rübündə  bütün  dünyanın  diqqətini  özünə  cəlb  edən  Bakının 

zəngin  neft  sərvəti  70-ci  illərə  qədər  Rusiyada  geniş  yayıla  bilmədi.  1872-ci  ildə  neft 

sənayesinin inkişafına əngəl törədən iltizam sistemi ləğv edildi. Həmin ilin dekabrında 

neft  yataqları  müzaidə(torq)  vasitəsilə  ayrı-ayrı  kapital  sahiblərinə  uzun  müddətli 

icarəyə  verildi  (əslində  auksiyon  vasitəsilə  sahibkarlara  satıldı).  60-cı  illərin 

ə

vvəllərindən  buruqla  quyu  qazmağa  dəfələrlə  cəhd  edildi  və  1871-ci  ildə  buna  nail 



olundu. Balaxanıda Mirzoyev qardaşlarının mədənlərində mexaniki üsulla qazılan quyu 

45  metrə  çatan  kimi  neft  verdi.  1873-cü  ildə  buruqla  quyu  qazmaq  işində  ilk  buxar 

mühərriklərindən  istifadə  olundu.  70-ci  illərin  əvvəllərindən  etibarən  Balaxanıda, 

Zabratda,  Bibi-Heybətdə,  Binəqədidə  neftin  fontan  vurması  buraya  marağı  artırmaqla 

bərabər, neftli torpaq sahəsinin qiymətini min manatdan 45 min manata qaldırdı. 

ΧΙΧ  əsrin  70-ci  illərindən  1917-ci  il  fevral  burjua-demokratik  inqilabının 

qələbəsinə qədər Bakıda neft sənayesinin tarixini üç dövrə bölürlər (1872-1900, 1901-

1913,  1914-1917).  Dövrlərin  hər  biri  səciyyəvi  cəhətləri  ilə  bir-birindən  fərqlənir. 

Birinci dövr neft sənayesinin sürətlə təşəkkülü və tərəqqisi dövrü idi. 

Neft  sənayesi  inkişafının  birinci  dövründə  burada  əsas  rolu  yerli  və  rus  kapitalı 

oynayırdı. Neft istehsalı ilə məşğul olan şirkətlərin sayı ildən-ilə artırdı. Xarici kapitalın 


ilk nümayəndəsi isveç təbəəsi Robert Nobel oldu. Nobel qardaşları Bakıya 70-ci illərin 

ortalarında  gəlsələr  də  öz  şirkətlərini  1879-cu  ildə  təşkil  edə  bildilər.  1873-cü  ildə 

Bakıda  12  şirkət olduğu halda,  əsrin sonunda onların  sayı  140-a  çatırdı.  1870-ci ildən 

1901-ci ilə qədər neft istehsalı 165 dəfə artaraq 3 mln puddan 667 mln puda çatdı. Bakı 

neft sənayesi dünya neft istehsalının yarıdan çoxunu və Rusiyadakının 95 faizini verirdi. 

70-ci  illərin  sonunadək  neft  Xəzər  dənizi  və  Volqa  ilə  yelkənli  gəmilər  vasitəsilə 

boçkalarda  Rusiyanın  daxili  əyalətlərinə  daşınırdı.  D. .Mendeleyevin  təklifi  ilə  1897-

1907-ci  illərdə  Bakı  ilə  Batum  arasında  çəkilmiş  829  verst  uzunluğunda  neft  kəməri 

iqtisadi  cəhətdən  çox  faydalı  oldu.  Həmin  kəmər  vasitəsilə  ildə  60  mln  pud  neft  nəql 

edilirdi.  70-ci  illərdə  neftayırma  zavodların  sayı  47-yə  çatdı.  Onların  içərisində 

H.Z.Tağıyevin  və  Kələntərovun  zavodları  fərqlənirdi.  Xırda  neftayıran  zavodların 

təmərküzləşməsi  nəticəsində  əsrin  sonunda  neftayıran  zavodların  sayı  101-ə  endi.  Ağ 

neft  zavodlarının  20-də  sürtgü  yağları  hazırlanırdı.  Neftin  emalı  sahəsində  əldə  edilən 

nailiyyətlərdən  biri  də  70-ci  illərin  sonunda  neft  qalıqlarından  kükürd  turşusu  istehsal 

edən müstəqil zavodların yaranması idi. 

  Az  vaxtda  Bakıda  onlarla  neft  sənaye  milyonçuları  meydana  çıxdı.  Onların 

arasında azərbaycanlı kapitalistlərdən H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, 

Şə

msi  Əsədullayev  və  b.  da  var  idi.  Xarici  kapital  Nobel  qardaşları,  Vişau  (ingilis), 



Rotşild (Fransa) kimi milyonçularla təmsil olunurdu. Bakı neft maqnatları 1884-cü ildə 

xüsusi bir mərkəz, neft sənayeçiləri qurultayı yaratdılar. 1893-cü ildə Peterburqda “Bakı 

kerasin zavodçularının ittifaqı” yarandı. 

 

 



48. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti 

Azərbaycanın  sosial-iqtisadi  və  siyasi  həyatında  baş  verən  dəyişikliklər  ΧΙΧ 

ə

srin  ikinci  yarısında  mədəniyyətdə  də  əksini  tapırdı.  Əsrin  birinci  yarısında 



fəaliyyət göstərən məktəblər və mədrəsələr yenə qalmaqda idi.  

Rusiyada  həyata  keçirilən  məktəb  islahatları  70-ci  illərdən  başlayaraq 

Azərbaycanda  ibtidai  təhsil  sahəsində  canlanmaya  səbəb  oldu.  Məktəbdə  təhsil 

müddəti dörd il idi. Tədris planına ana dili, şəriət, rus dili, hesab, coğrafiya, tarix, 

nəğmə,  təbiətşünaslıq  fənləri  daxil  idi.  1887-ci  ildə  Bakıda  Rus-Azərbaycan 

məktəbi açıldı. Onun rəhbərləri S.M.Qənizadə və H.  Mahmudbəyov idi.  

1864-cü  ildə  Zaqatalada  təhsil  müddəti  bir  il  olan  qız  məktəbi  açıldı. 

Naxçıvan, Yelizavetpol, Şamaxı, Nuxa, Şuşada dördsinifli qəza məktəbləri (cəmisi 

5)  açılmışdı.  XIX  əsrin  70-ci  illərində  Yelizavetpolda  orta  məktəb,  Bakıda  Real 

məktəb və s. açılmışdı.  

 1876-cı  ildə  Qori  şəhərində  Zaqafqaziya  Müəllimlər  Seminariyası  təşkil 

olundu. 1879-cu ildə həmin seminariyada Azərbaycan bölməsi yaradıldı. 



1896-cı  ildə  Bakıda  H.Z.Tağıyev  öz  puluna  qızlar  məktəbi  açdı. 

Kitabxanalar açılırdı. Məsələn N.Nərimanov 1894-cü ildə qiraətxana açdı.  

 ΧΙΧ  əsrdə  Azərbaycanda  fəlsəfi və ictimai  fikirin inkişafı M.F.Axundovun 

adı  ilə  bağlıdır.  Onun  yaradıcılığı  və  dünyagörüşü  ΧΙΧ  əsrin  60-70-ci  illərində 

fəlsəfi  fikir  tarixində  bütöv  hadisə  idi.  O,  həm  də  Azərbaycanda  dramaturgiyanın 

banisi hesab olunur (altı komediyası). 

ΧΙΧ  əsrin  ikinci  yarısında  poeziya  əsas  etibarilə  dörd  qol  üzrə  –  yazılı 

ə

dəbiyyatda  aşıq  şeri,  realist  satirik  cərəyan,  qəzəl  şeiri  və  dini  mərsiyyə  şeiri  – 



inkişaf edirdi. Bu dövrün xalq aşıqlarından Dədə Ələsgər, aşıq Nəcəfqulu, Hüseyn 

Bozalqanlı, Çoban Əfqan, Mola Cümə və başqaları böyük şöhrət qazanmışdı. 

Qəzəlçiliyin  geniş  yayılması  ilə  əlaqədar  olaraq  Bakıda,  Şamaxıda, 

Qarabağda,  Lənkəranda,  Ordubadda  şairlərin  bir  sıra  ədəbi  məclisləri  təşkil 

olunmuşdu.  Şuşadakı  «məclisi-üns»  ədəbi  məclisin  üzvlərindən  biri  xan  qızı 

Xurşidbanu Natəvan (1832-1897) idi. 

Bu  dövrdə  realist  satirik  poeziyanın  ən  görkəmli  nümayəndəsi  S.Ə.Şirvani 

idi. O, zəngin irs qoyub getmişdi.  

1875-ci  il  iyunun  22-də  H.B.Zərdabinin  «Əkinçi»  qəzetinin  birinci  nömrəsi 

çapdan  çıxdı.  1877-ci  il  sentyabrın  29-dək  çap  olunan  «Əkinçi»  qəzeti  ayda  iki 

dəfə  300-400  tirajla  çap  olunmaqla  cəmi  56  nömrəsi  çıxmışdı.  1873-cü  il  martın 

22-də  M.F.Axundovun  “Hacı-Qara”  komediyası  tamaşaya  qoyulmuşdu.  Bu  işdə 

H.B.Zərdabinin böyük  rolu  olmuşdu.  Bununla  Azərbaycanda  Teatr sənətinin  əsası 

qoyulmuşdu.  

1879-cu  ildə  Tiflisdə  Azərbaycan  dilində  «Ziya»  adlı  yeni  qəzet  çıxmağa 

başladı.  1880-ci  ilin  sonunda  «Ziya»  qəzeti  «Ziyayi  Qafqaziyyə»  adı  ilə  çıxmağa 

başladı.  Onun  nəşri  1884-cü  ilin  iyun  ayına  qədər  davam  etdi.  70-90-cı  illərdə 

Bakıda  burjuaziyanın  vəsaiti  ilə  onun  ideologiyasını  təbliğ  edən  bir  sıra 

(«Bakinskiye izvestiya», «Kaspi» və s.) qəzetlər nəşr edilirdi. 1873-cü ildə Bakıda 

çalışan bir sıra ziyalının təşəbbüsü ilə Milli teatr yaradıldı.  

ΧΙΧ  əsrin  ikinci  yarısında  musiqi  ifaçılığı  sahəsində  istedadlı  ustalar 

yetişmişdi.  Onların  sırasına  Xarrat  Qulu,  Sadıqcan,  Hacı  Hüsü,  Cabbar  Qaryağdı, 

Ə

ləsgər  Abdullayev,  Keçəçi  Məmməd  və  onlarla  başqaları  daxil  idi.  Keçmiş 



ə

srlərdə  tikilmiş  abidələrin  bərpası  sahəsində  də  iş  aparılırdı.  50-ci  illərdə  Şəkidə 

xan  sarayının  bərpası  başa  çatdırıldı.  Rəssamlıqda  və  təsviri  sənətdə  

M.M.Nəvvabın, X.Natəvanın, M.Q. rəvaninin əsərləri marağa səbəb olurdu. 

 

 

 



                                                                                                                                                                                                          

49. XX əsrin əvvəllərində Şimali Azərbaycanda siyasi partiyaların yaranması 

1900-1903-cü illərin sənaye böhranı bütövlükdə Rusiya imperiyası, o cümlədən 

Azərbaycanda  siyasi  mübarizəni  kəskinləşdirmişdi.  Fəhlə  hərəkatı  genişlənir,  eyni 

zamanda partiyalaşma prosesi gedirdi. Belə bir şəraitdə bir sıra siyasi təşkilatlar - Difai, 

Qeyrət,  Müadafiə,  ttifaqi-müsəlman,  Hümmət,  Müsavat  kimi  siyasi  partiyalar  və  

təşkilatlar yaradılmışdı.  

1901-ci ilin yazında Rusiya Sosial–Demokrat Fəhlə Partiyasının Bank komitəsi 

yarandı. 1902-ci ilin aprelində Bakıda ilk kütləvi fəhlə nümayişi baş verdi. 1903-cü ilin 

yayında Bakıda ilk ümumi tətil başlandı. Iyulun 4-də hərəkat ümumBakı miqyasını aldı. 

Fəhlələr 8 saatlıq iş günü əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılmasını və 

s. tələb edirdi. 

Birinci Rus burjua demokratik inqilabı gedişində, 1905-ci il oktyabrın 17-də çar 

II  Nikolay  “Manifest”  imzaladı.  Söz,  mətbuat,  yığıncaq,  ittifaq,  partiya  yaratmaq, 

Dövlət  Duması  çağırmaq  haqqında  söz  verildi.  Bundan  istifadə  edərək  müxtəlif 

istiqamətli qüvvələr bir sıra partiya və təşkilatlar yaratdı. Məsələn, “17 oktyabr ittifaqı”, 

“Kadetlər”  (konstitusiya-demokrat  partiyası).  Hümmət,  RSDFP-nin  Bakı  Komutəsi 

leqal  iş  şəraitinə  keçdi.  1905-1907-ci  il  I  rus  inqilabının  təsiri  altında  Umumrusiya 

müsəlmanlarının  siyasi  təşkilatı  olan  « ttifaqi-müsəlman»  -  Ümumrusiya  Müsəlman 

ttifaqı yarandı.   

1905-1906-cı  illərdə  Əhməd  bəy  Ağayevin  təşəbbüsü  ilə  rus-erməni  birliyinə 

qarşı  mübarizə  təşkilatı  kimi  «Difai»  (dəf  etmək-qarşısını  almaq)  siyasi  təşkilatı 

yaradıldı.  Onun  tərkibinə  Əhməd  bəy  Ağayev,  Qarabəy  Qarabəyov,  Məmməd  Həsən 

Hacinski  və  b.  daxil  idilər.«Difai»nin  fəaliyyəti1912-1917-ci  illərə  qədər  davam 

etmişdi. 

1905-ci ildə  Gəncədə “Qeyrət” Partiyası yaradıldı. “Qeyrət” Partiyasının ideyası-

muxtariyyət  və  Rusiyanın  federativ  quruluşu  idi.  Partyianın  lideləriA.Xasməmmədov,  

N.  Yusifbəyli  olmuşdur.  “Qeyrət”  Partiyası  1908-  1912-ci  illərədək  fəaliyyət 

göstərmişdir.  

1907-ci  ildə  “Müdafiə”  partiyası  yarandı.  Partiyanın  rəhbəri  I  Dövlət  Dumasının 

deputatı  smayılxan Ziyadxanov idi. Müdafiə partiyanın ideyası mülkədar torpaqlarının 

kəndlilər arasında bölüşdürülməsi, müsəlmanlar arasında ictimai birliklərin yaradılması, 

onların  maarifləndirilməsi  idi.  “Müdafiə”  partiyası  1908-ci  ilə    qədər    fəaliyyət 

göstərmişdir.  

Azərbaycanda  milli  hərəkatın  rəhbəri  olmuş  “Müsavat”  (bərabərlik)  partiyası 



1911-ci ildə yaradılmışdı. (yaradanlar: Tağı Nağı oğlu, Məmməd Əli Rəsulzadə, Abbas 

Kazımzadə). Partiyanın ideya rəhbəri olan Məmməd Əmin Rəsulzadə bu zaman siyasi 

mühacirətdə  idi.  1913-cü  ildə  M.Rəsulzadə  Rusiyadakı  əfv  ümumi  ilə  əlaqədar  olaraq 

mühacirətdən geri  dönür və   həmin  vaxtdan  «Müsavat»a  rəhbərlik  edir.  Partiya  qeyri-

leqal  idi  və  1917-ci  ilin  fevralına  qədər  gizli,  ciddi  məxfilik  şəraitində    işləmişdi. 

«Müsavat»ın ilk proqramı 1912-ci ildə  qəbul edilərək, kitabça şəklində çap olunmuşdu.  

Proqramda  millətlər  arasında  fərq  qoymadan  bütün  müsəlman  xalqlarının  birləşməsi, 

müstəqillik  uğrunda  mübarizə  aparan  müsəlman  ölkələrinə  maddi  və  mənəvi  kömək 

göstərilməsi və s. kimi  vəzifələr yer almışdı. 

 

 

50. XX əsrin əvvəllərində Şimali Azərbaycanda siyasi mübarizə və kütləvi fəhlə 

hərəkatı 

XX  əsrin  əvvəllərində  sənaye  böhranı  ilə  əlaqədar  meydana  çıxan  ağır  iqtisadi  

vəziyyət,  digər  tərəfdən  isə  1901-ci  ildə  yaradılmış  Bakı  sosial-demokrat  təşkilatı 

tərəfindən  siyasi  təbliğatın  gücləndirilməsi  həmin  ildə  bir  sıra  fəhlə  çıxışlarına  gətirib 

çıxardı. Bu təşkilat RSDFP-nin Bakı Komitəsi idi və 1901-ci ilin yazında yaradılmışdı. 

Onun  tərkibi  ilkin  vaxtlar  ruslar,  ermənilər,  gürcülər  və  başqa  millətlərin 

nümayəndələrindən ibarət idi. Azərbaycanlılar yox idi. B r birinin ardınca Bakıda, həm 

də qəzalarda tətillər baş verirdi. 1902-ci ilin yanvarında Bakıda fövqəladə vəziyyət elan 

olundu. Lakin fəhlə çıxışlarının qarşısını almaq mümkün olmadı. 1902-ci ilin aprelində 

kütləvi fəhlə çıxışları oldu. 1902-ci ilin yazında 1 May nümayişi təşkil olundu. Həmin 

ilin iyunundan oktyabrınadək bir sıra tətil çıxışları oldu.  nqilabi çıxışlar 1903-cü ildə də 

davam etdi. Bakıda fəhlələrin ilk ümumi tətili 1903-cü ilin yayında baş verdi. 1903-cü il 

iyulun  4-də  tətil  ümumi  xarakter  aldı.  Fəhlə  aktivlərindən  ibarət  Tətil  Komitəsi 

yaradıldı.  Tətilçilər  kapitalistlər  qarşısında  8  saatlıq  iş  günü,  2  mart  və  27  aprel 

nümayişləri vaxtı həbs olunmuş fəhlələrin azad edilməsi, əmək haqqının artırılması, iş 

şə

raitinin  yaxşılışdırılması,  səhiyyə  yardımı  və  s.  kimi  tələblər  qoymuşdu.  5-8  iyul 



nümayişlərində 50 minə qədər nümayişçi iştirak  edirdi.  

Iyulun  14-dən  Bakı  tətilinin  təsiri  altında  Tiflisdə,  Batumidə,  Rusiyanın  başqa 

regionlarında nümayişlər keçirildi. Bakı tətili iyulun 22-də dayandırıldı.  

1904-cü  ilin  avqust  ayında  Bakıda  Şendrikov  qardaşları  tərəfindən  yaradılan 

"Balaxanı  və  Bibiheybət  fəhlələrinin  təşkilatı"  adlı  menşevik  təşkilatı  əsasən  iqtisadi 

mübarizəyə çağırır, bolşeviklərə qarşı çıxış edirdilər. 1904-cü ilin payızında ilk olaraq 

Xəzər-Qara  dəniz  cəmiyyətinin  fəhlələri,  ardınca  Nobel,  Rotşild,  Mantaşev    və  digər 

mədənlərinin  fəhlələri  işi  dayandırdılar.  Bütün  Rusiyada  əks-səda  doğuran  güclü  tətil 

Bakıdakı  dekabr  ümumi  tətili  idi.  Tətil  13  dekabr  1904-cü  ildə  Balaxanı  fəhlələri 


tərəfindən  başlandı.  Sonra  “Xəzər-Qaradəniz  cəmiyyəti”,  Nobel,  Rotşild,  Mantaşev, 

Mirzəyev  firmalarının  fəhlələri,  Bibi  Heybət,  Sabunçu  və  s.  firmaların  işçiləri  də 

qoşuldular.  Fəhlələr  8  saatlıq  iş  günü,  söz,  mətbuat,  yığıncaq  azadlığı,  əmək  haqqının 

25-30% artırılması, cərimələrin ləğv olunması və s. tələbləri irəli sürmüşdü. Uzun sürən 

tətil  hərəkatı  fəhlələrin  qələbəsi  ilə  başa  çatdı.  Dekabrın  30-da  Rusiya  fəhlə  hərəkatı 

tarixində  ilk  kollektiv  müqavilə  imzalandı.  Bu  müavilə  "Mazut  konstitusiya"sı  adı  ilə 

məşhurdur.  Beləliklə,  XX  əsrin  əvvəlindən  bəri  Azərbaycanda  yetişən  inqilabi  böhran  

1904-cü ilin dekabrında güclü ümumi tətillə başa çatdı. 

1905-ci ildə Rusiyada 9 yanvar bazar günündə fəhlələrin gülləboran edilməsi ilə 

bağlı qanlı bazar günü hadisələri Bakıda geniş əks-səda yaratdı. Yanvar ayında Bakıda 

və  Bakı  quberniyasının  ərazisində  25  müəssisənin  fəhlələri  tətil  etdi.  Gədəbəy  mis 

mədənlərinin, Ləki zəy zavodunun, Nuxa və Şuşa ipək emalı fabriklərinin fəhlələri tətilə 

qoşuldular.  Gəncə  dəmiryol  fəhlələri  tətilə  başladılar.  Tətil  tezliklə  Bakı,  Hacıqabul, 

Kürdəmir,  Yevlax,  Ağstafa və digər  əsas dəmiryol  stansiyalarmı  əhatə  etdi.  1905-ci  il 

iyun-iyul  aylarında  Bakı  və  qəzalardakı  sənaye  müəssisələrinin  75 %-ni  tətil  bürüdü. 

Bəzi yerlərdə hətta tətil komitələri yaradıldı. Təbii ki, hökumət bu tətilləri zor gücünə 

yatırmağa  üstünlük  verdi.  Tarixə  Birinci  Rus  burjua-demokratik  inqilabı  kimi  daxil 

olmuş  bu  hərəkat  Bakıda  da  geniş  vüsət  aldı.  Inqilabi  hərəkatın  təsiri  altında  çar 

höküməti  bir  sıra  güzəştlərə  getdi.  1905-ci  ilin  17  oktyabr    Manifesti  ilə  bir  sıra 

güzəştlər-söz, mətbuat, yığıncaq, ittifaq, azadlığı verildi. Dövlət Dumasının (parlament) 

çağrılması qərara alındı. 1907-ci ildə inqilab məğlub oldu.  

 

 



 

 

 

 



 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin