Azərbaycan Respublikasının Vətəndaşların Əmək



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix22.04.2017
ölçüsü265,18 Kb.
#15478
1   2   3   4

qaydaları 

 

2.1 Fərdi reabilitasiya proqramı  əlilliyi olan şəxsin və 

sağlamlıq imkanları  məhdud uşağın, yaxud bu qəbildən olan 

uşağın nümayəndəsinin  ərizəsi və  qeydiyyatda olduğu tibb 

müəssisəsində tibbi-sosial ekspert komissiyasına göndəriş 

əsasında hazırlanır. 

2.2. Fərdi reabilitasiya proqramı  əlilliyi olan şəxsin və 

sağlamlıq imkanları  məhdud uşağın, yaxud bu qəbildən olan 

uşağın nümayəndəsinin  ərizə verdiyi tarixdən 1 aydan gec 

olmayaraq hazırlanır. 

2.3.Fərdi reabilitasiya proqramının hazırlanması  vətəndaşın 

tibbi-sosial              ekspertizası zamanı onun həyat fəaliyyətinin 

məhdudlaşmasına, kliniki funksional müayinələrinə uyğun 

reabilitasiya potensialının, sosial-məişət, peşə-əmək və psixoloji 

məlumatların kompleks qiymətləndirilməsinə  əsaslanır və tibbi-

sosial ekspert komissiyasının sədri tərəfindən təsdiq  edilir.  

2.4. Tibbi-sosial ekspert komissiyasının ekspert həkimləri 

əlilliyi olan şəxsə  və  sağlamlıq imkanları  məhdud uşağa 

reabilitasiya tədbirlərinin məqsədi, vəzifəsi,  proqnozlaşdırılan 

nəticə  və sosial-hüquqi səmərəsi barədə  məlumat verməyə 

borcludur və bu barədə aparılan söhbətlər  şəhadətləndirmə 

aktında qeyd edilir. 

2.5. Fərdi reabilitasiya proqramının hazırlanması  aşağıdakı 

mərhələlərdə 

həyata keçirilir: Reabilitasiya-ekspertiza 

 

diaqnostikasının hazırlanması, reabilitasiya potensialının 



qiymətləndirilməsi, reabilitasiya proqnozunun müəyyən edilməsi 

və  əlilliyi olan şəxsin və sağlamlıq imkanları  məhdud uşağın 

itirmiş qabiliyyətinin bərpası  və ya kompensasiyasına yönələn 

texniki vasitə  və xidmət tədbirlərinin müəyyən edilməsi. Bu 



 

40 


zaman əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın 

məişəti, ictimai peşə  fəaliyyəti, maraq dairəsi, sosial statusu və 

real imkanları nəzərə alınır. 

2.6.Fərdi reabilitasiya proqramı hazırlanarkən tibbi-sosial 

ekspert             komissiyasının sədri zərurət yaranarsa, səhiyyə 

müəssisələri, məşğulluq orqanları, işəgötürənlər, ailələr,  sosial 

işçilər, pedaqoqlar və digər  ekspertləri cəlb edə bilər. 

2.7 I qrup əlilliyi olan şəxslər və hərəkəti tam  məhdud olan 

uşaqlar üçün fərdi reabilitasiya proqramı hazırlanarkən tibbi-

sosial ekspert komissiyasının sədri adıçəkilən ekspertləri həmin 

şəxslərin yaşadığı ünvanlara cəlb edir.  

2.8. Fərdi reabilitasiya proqramı bir il, iki il və yaxud 

ömürlük tərtib oluna bilər. Hazırlanan fərdi reabilitasiya 

proqramına əlavə və ya dəyişikliyə zərurət yaranarsa, tibbi-sosial 

ekspert komissiyalarına yeni göndəriş tərtib olunur və yeni fərdi 

reabilitasiya proqramı  hazırlanır. 

2.9.Tibbi-sosial ekspert komissiyalarının ekspert həkimləri 

tərəfindən hazırlanmış fərdi reabilitasiya proqramı komissiyanın 

sədri tərəfindən imzalanır, möhürlənir,  əlilliyi olan şəxs, 

sağlamlıq imkanları  məhdud uşaq və ya onun nümayəndəsinə 

(qanuni nümayəndəsinə) şəxsən verilir. 

2.10. Əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq, 

yaxud bu qəbildən olan uşağın nümayəndəsi fərdi reabilitasiya 

proqramını imzalamaqdan imtina etdikdə və onu imzalamadıqda 

fərdi reabilitasiya proqramı tibbi-sosial ekspertiza aktına daxil 

edilir və əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 

verilmir. 

2.11. Fərdi reabilitasiya proqramı üç nüsxədə hazırlanır, bir 

nüsxəsi əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa, 

yaxud onların  nümayəndəsinə, digər nüsxəsi reabilitasiya 

tədbirlərinin səmərəsini müşahidə etmək üçün şəhadətləndirmə 

aktına daxil edilir, üçüncü nüsxə isə icrasına nəzarəti təmin 

etmək məqsədilə Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə  

göndərilir. 



 

41

2.12. Əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq, 



yaxud onların nümayəndəsi tibbi-sosial ekspert komissiyasının 

qərarının icrası ilə bağlı. Respublika Tibbi Sosial Ekspertiza 

Mərkəzinə,  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkilinə 

(Ombudsmana) və  məhkəməyə müraciət etmək hüququna 

malikdir. 



 

III. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 

uşaqların fərdi reabilitasiya proqramının həyata keçirilmə 

qaydaları 

 

3.1.Fərdi reabilitasiya proqramında nəzərdə tutulan 

tədbirlərinin koordinasiyası  və bu məqsədlə onlara kömək üçün 

müvafiq təşkilatlarla  əlaqələndirilməsinə  nəzarət Respublika 

Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. 

3.2.Aparılan tibbi-sosial, psixoloji-pedaqoji və peşə 

reabilitasiyasının nəticələrinin qiymətləndirilməsi  əlilliyi olan 

şəxsin və sağlamlıq imkanları  məhdud uşağın növbəti 

şəhadətləndirilməsi zamanı tibbi-sosial ekspertiza 

komissiyalarının ekspert həkimləri tərəfindən həyata keçirilir. 

3.3.  Fərdi reabilitasiya proqramı  ağır dərəcəli xroniki 

xəstəlikləri, bədxassəli  şişləri, geniş trofiki yaraları, irinli və ya 

çürümə ilə müşayiət olunan xəstəliklərin terminal mərhələsində, 

həmçinin narkoloji dispanser uçotunda olan, ağır infeksion və 

zöhrəvi xəstəliklərin daşıyıcısı olan əlil  şəxslər və sağlamlıq 

imkanları  məhdud uşaqlar üçün  uyğun vəziyyətə dair 

qısamüddətli reabilitasiya proqramları hazırlanır . 

3.4.  Əlilliyi olan şəxsin və sağlamlıq imkanları  məhdud 

uşağın təhsili və peşə hazırlığı, məşğulluğu və mövcud 

infrastrukturun müyəssərliyi fərdi reabilitasiya proqramına uyğun 

olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir. 

3.5. Əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 

zəruri texniki və ya başqa reabilitasiya vasitələrinin hər hansı 

səbəbdən verilməsini təmin etmək mümkün olmadıqda onlara 



 

42 


qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vasitələri 

almaları üçün ağlabatan məbləğdə kompensasiya ödənilir.  



 

Əlilliyi olan şəxslərə  və sağlamlıq imkanları  məhdud 

uşaqlara tibbi-sosial ekspertiza komissiyaları  tərəfindən 

verilən fərdi reabilitasiya proqramı  

(1 saylı forma) 

 

_________________________________________________________ 

Tibbi-sosial ekspert komissiyasının adı 

 

“    “___________“ tarixli şəhadətləndirmə aktına uyğun ____ №-li 

qeydiyyat vərəqəsi 

 

1.  Adı, soyadı, atasının adı  ________________________________ 

2.  Doğum tarixi __________________________________________ 

3.  Yaşayış yeri və ya faktiki məskunlaşdığı inzibati ərazi _______ 

4.  Əlillik dərəcəsi  ________________________________________ 

5.  Əlillik səbəbi __________________________________________ 

6.  Əmək fəaliyyəti qabiliyyətinin məhdudlaşması dərəcəsi ______ 

7.  Reabilitasiya tədbirlərinin aparılmasına dair göstəriş ________ 

 

Həyat fəaliyyətinin əsas 

kateqoriyalarının 

məhdudlaşması 

Məhdudlaşma dərəcəsi 

( Tam, orta ağır, 

qismən) 

Özünəxidmət qabiliyyəti

Hərəkət qabiliyyəti, 

Səmtlənmək qabiliyyəti, 

Ünsiyyət qabiliyyəti, 

Tədris qabiliyyəti, 

Öz davranışına nəzarət qabiliyyəti 

 

 

8.      Fərdi reabilitasiya proqramı  tərtib olunub ilk dəfə, təkrar 

(lazım olanı  qeyd etmək) ___ ___   müddətə 

9.   Növbəti şəhadətləndirmə tarixi ___________________________ 

10. Fərdi reabilitasiya proqramının verilmə tarixi ______________ 


 

43

 



Peşə reabilitasiya tədbirləri 

 

Peşə reabilitasiya 

tədbirlərinin adı 

Tədbirlərin 

həyata 

keçirilmə 

müddəti 

İcraçı

Yerinə yetirilmə 

və ya yetirilməmə 

barədə qeyd 

(səbəb 

göstərilməklə) 

Peşəyönümü  

Peşə 

təlimi və 



yenidən hazırlanması 

Məşğulluğuna nail 

olma 

İstehsalata yğunlaşma 



(adaptasiya) 

 

 

 

 

Proqnozlaşdırılan nəticə:  köhnə  iş yerinə uyğunlaşdırma; 

əmək şəraitini dəyişməklə köhnə iş yerinə uyğunlaşma; yeni peşə 

(ixtisas) alması; uyğun iş yerinin seçimi; xüsusi iş yerinin 

yaradılması (lazım olanı göstərmək). 

         

 Fərdi reabilitasiya proqramının yerinə yetirilməsi barədə 



               

   II.  Peşə reabilitasiya tədbirlərinin nəticələrinin 

qiymətləndirilməsi 

Köhnə  iş yerinə uyğunlaşdırma;  əmək  şəraitini dəyişməklə 

köhnə iş yerinə uyğunlaşma; yeni peşə (ixtisas) alması; uyğun iş 

yerinin seçimi; xüsusi iş yerinin yaradılması; müsbət nəticələr 

müşahidə olunmur (lazım olanı qeyd etmək). 

Verilmə tarixi “__” _______ 20__ il 

Tibbi-sosial ekspert komissiyasının sədri    ____________ 

                                             

 

 

  imza 


 

44 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



NAT-Co MMC tərəfindən ofset üsulu ilə çap olunmuşdur.  

Kağız formatı 60x84, 1/16, Həcmi 3 ç.v. 

Tiraj: 1000 

Kitab pulsuz yayılır 



Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin