Azərbaycan Respublikasının Vətəndaşların Əmək


Sosial müəssisələrdə məşğulluq



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix22.04.2017
ölçüsü265,18 Kb.
#15478
1   2   3   4

Sosial müəssisələrdə məşğulluq 

 

Sosial iqtisadiyyat adlandırılan müəssisələrin də olduqca 



çoxsaylı forma və növləri vardır. Bunlar sosial firmalar, sosial 

kompaniyalar, sosial müəssisələr, ictimai müəssisələr, yerli 



 

14 


kooperativlər, istehsal və sosial kooperativlər, qarşılıqlı yardım 

cəmiyyətləri, qarşılıqlı qəyyumluq cəmiyyətləri və s. ibarətdir. 

Bu tipli müəssisələr dövlət fondlarının idarəetməsində ola 

bilərlər. Amma əksəriyyət ölkələrdə bu müəssisələr qeyri-

kommersiya qurumlarıdır. Bir çox dövlətlər belə müəssisələrin 

istehsal etdiyi məhsulların alınmasını  və ya göstərdikləri 

xidmətlərdən istifadəni dövlət orqanları və təsisatları üçün icbari 

edirlər. 

Satınalmaların bir qisminin də tenderdən kənar olaraq belə 

müəssisələrə yönəldilməsi vacibdir. 

Son illərdə sosial müəssisələrin forma və növlərinin 

dəyişməsi fonunda onların statusu da dəyişməkdədir. Belə ki 

bəzi ölkələrdə belə müəssisələr kommersiya qurumları qismində 

çıxış edir və sahibkarlıq fəaliyyətini həyata keçirirlər. 

ABŞ da yerləşən, lakin əsas üzvlük bazası Kanadada olan  

Sosial müəssisələr ittifaqı (Social Enterprise Alliance) 2006-cı 

ildə sosial müəssisə anlayışını genişləndimək qərarına gəldi. 

Belə ki, əvvəllər sosial müəssisə “Qeyri-Kommersiya 

Təşkilatının xeyriyyəçilik missiyasını  yerinə yetirmək məqsədi 

ilə  həyata keçirdiyi kommersiya fəaliyyəti və  tədbiri”ni həyata 

keçirən müəssisə idisə, yeni anlayışa görə müəssisə “Təşkilat və 

ya müəssisə olmaqla sahibkarlıq fəaliyyəti yolu ilə sosial 

missiya həyata keçirən”  müəssisə sosial müəssisə hesab 

olundu


7

Avropa  İttifaqının 18 ölkəsində  həyata keçirilən 



tədqiqatların nəticələri göstərmişdir ki, bir sıra ölkələrdə sosial 

müəssisələrin yaradılması  və inkişafına o qədər də diqqət 

ayrılmır. Əsasən əlilliyi olan şəxslərin özünüməşğul etməsi üçün 

başlanğıc qrantların verilməsinə daha çox diqqət yetirilir. Sosial 

müəssisələrin inkişafına mane olan ciddi problemlər də 

                                                 

7

 

Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 



Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 

 



 

15

mövcuddur və bu problemlərin aradan qaldırılması üçün ardıcıl 



səylər tələb olunur. 

Ümumiyyətlə sosial müəssisələrin 

əsas xarakterik 

xüsusiyyəti ondan ibarətdir ki, biznes və dövlət sektorunun bu 

və ya digər səbəblərdən diqqət yetirmədiyi sahələr üzrə malların 

təchizatı, xidmətlərin göstərilməsi istiqamətində  əhalinin 

tələbatını ödəsinlər. 

Lakin belə sahələr üzrə istehsal, malların verilməsi, 

xidmətlərin göstərilməsi sahəsində sosial müəssisələr tərəfindən 

uğurlu fəaliyyət sonda biznes qurumlarının diqqətini cəlb edir və 

onlar rəqabət yaratmağa başlayırlar.  

Ümumiyyətlə Böyuk Britaniyada aparılan tədqiqatlara 

əsasən sosial müəssisələrlə bağlı bir sıra problemlər müəyyən 

olunmuşdur. Bunlar: 

  Belə müəssisələrin potensialının və imkanlarının 

axıradək dərk edilməməsi; 

  Sosial müəssisələrin sosial, ekoloji və maliyyə 

əhəmiyyətinə dair informasiyanın məhdudluğu; 

  Dövlət və biznes tərəfindən kifayət qədər ekspert 

dəstəyinin olmaması; 

  Maliyyə imkanlarına çıxışın mürəkkəbliyi; 

  Sosial müəssisənin maliyyə, normativ-hüquqi, 

həmçinin satınalma fəaliyyətinə dair bazanın 

formalaşması zamanı belə müəssisələrin spesfikliyinin 

nəzərə alınmaması; 

  Sosial müəssisələrin rəhbərlərinin idarəetmə, 

maliyyə  məsələləri, işçi heyətlə  işin qurulması kimi 

müəssisələrdə səriştəsinin az olması

8



                                                 



8

 

Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 



Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 

 



 

 


 

16 


Azərbaycan Respublikasında  Əlilliyi olan insanların  əmək 

bazarına çıxışının asanlaşdırılması ilə bağlı hazırda həyata 

keçirilən hüquqi və praktiki fəaliyyətlər içərisində sosial 

müəssisələrin yaradılması da nəzərdə tutulur. Bunun üçün zəruri 

hüquqi bazanın yaradılması ilə bağlı müəyyən fəaliyyətlər də 

vardır. 


Sosial Müəssisələr Haqqında Azərbaycan Respublikası 

Qanununun layihəsində sosial müəssisənin məqsədi aşağıdakı 

kimi göstərilir: 

“Sosial müəssisələrin məqsədi bu qanunda təsbit olunan 

hədəf qrupları  sırasına daxil olan və peşə  və ümumi əmək 

qabiliyyətini itirmiş, iqtisadi qeyri-fəal və  əmək bazarında 

bərabər  şərtlər daxilində  rəqabət aparmaq iqtidarında olmayan 

şəxslərin işə  cəlb edilməsi yolu ilə onların  əmək bazarına geri 

qaytarılmasından, sosial inteqrasiyasının təmin edilməsindən, 

eləcə də sosial təcrid səviyyəsinin azaldılmasından ibarətdir”. 

 


 

17

Azərbaycan Respublikasında  əlilliyi olan şəxslərin  əmək 



bazarına çıxış imkanları, Qanunvericilik, onun tətbiqi 

praktikası və problemlər 

 

Azərbaycanda əlilliyi olan şəxslərin sayı illər üzrə artmaqda 



davam edir. Əlillərin sayının artımı  həmçinin  əlilliyin 

“cavanlaşması”na gətirib çıxarmaqdadır. Belə ki, ölkədə 

mövcud olan əlillərin yarıdan çoxu əmək qabiliyyəti yaşındadır 

(təqaüd yaşından aşağı). 

Rəsmi statistikaya görə ölkədə  əlillərin sayı 425 000 

nəfərdən artıqdır (ümumi əhalinin 4,6%-ə qədəri

). 

Lakin  əlillərin məşğulluq göstəriciləri aşağıdır. Bu halın 



mövcudluğunun həm obyektiv, həm də subyektiv səbəbləri 

mövcuddur. 

Əlillərin əmək bazarına çıxışını əngəlləyən spesifik problemlər 

aşağıdakılardır: 

    Müvafiq  hüquqi  baza  təkmil deyil və bu baxımdan 

onların praktiki impelmentasiyası mümkün deyil; 

  İş yerlərində  Əlilliyi olan insanlar üçün zəruri 

infrastruktur yox dərəcəsindədir. 

İşəgötürənlər belə 

infrastrukturun yaranmasında maraqlı deyil və dövlət onların 

maraqlı olması üçün hər hansı ciddi stimullar təklif etmir; 

  Əlilliyi olan insanların  əmək bazarına çıxışı üçün 

onların peşələrə yiyələnməsi və peşəyönümünü dəyişmələri 

üçün ciddi və əhatəli təhsil sistemi mövcud deyil; 

  Əlilliyi olan insanlar iş yerlərinə dair məlumatları  əldə 

edə bilmir; 

 

İş yerləri məhduddur;



 

 

Əlilliyi olan şəxslər üçün açıq (rəqabətli) əmək bazarına 



çıxışla bağlı problemlər mövcuddur;

 

 



Əlilliyi olan şəxslər üçün alternativ məşğulluq sistemi 

tam təşəkkül tapmamışdır.

 

 

Əlilliyi olan insanların  əmək bazarına çıхışı üçün mövcud 



оlan məhdudiyyətlər  çохdur və bu baхımdan yalnız 

 

18 


qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyildir.  Dövlətin 

tabeçiliyində olan müəssisələrdə    əlilliyi olan insanlar üçün 

şərait yaradılmadığı halda, bazar münasibətləri  şəraitində  hər 

hansı sahibkardan müəssisədə işçi üçün хüsusi lift quraşdıracağı, 

panduslar və sanitar qоvşaq hazırlayacağı real deyildir. 

İşəgötürən bir neçə  nəfər üçün belə  хərcləri çəkməyə hazır 

deyildir. Bu baхımdan  əlilliyi olan insanlar işəgötürənlər üçün 

«peşəyə yararsız» hesab оlunur. Bu insanları  işə  qəbul edərək 

imtiyazlı  əmək  şəraiti yaratmaq heç bir işəgötürənin planlarına 

daхil deyildir.  

Baхmayaraq ki, ölkədə  əlilliyi olan insanların  əmək 

bazarına çıхışının asanlaşdırılması üçün müvafiq qanunvericilik 

təminatı vardır.  

1992-ci ildə  qəbul edilmiş  «Əlilliyin qarşısının alınması, 

əlillərin reablitasiyası  və  sоsial müdafiəsi haqqında» Qanun da 

vardır. Qanuna sоnradan çохsaylı əlavə və düzəlişlər edilmişdir. 

Qanunda  əlillərin  əmək bazarına çıхışını  təmin edən bir sıra 

müddəalar vardır. Qanunun 15-ci maddəsində göstərilir ki, 

«Əlillərin təhsil peşə hazırlığı müхtəlif fоrmalarda, о cümlədən 

evdə  tədris fоrmasında və  fərdi dərs planları üzrə  həyata 

keçirilir». Qanunun 4-cü fəsli əlillərin işə düzəldilməsi adlanır. 

Qanunun 23-cü maddəsinə görə  «əlillərin işə düzəldilməsi 

sahəsində  хüsusi tədbirlər  əlillərin işə düzəldilməsinin təmin 

оlunmasına və  əlillər üçün хüsusi iş yerləri yaradan, оnların 

əməyini tətbiq edən müəssisələrə, idarələrə  və  təşkilatlara 

(mülkiyyət fоrmasından asılı  оlmayaraq) maliyyə yardımı 

göstərmək və güzəştlər vermək üzrə öhdəliklərin qanunvericilik 

yоlu ilə  təsbit edilməsinə yönələn tədbirlər kоmpleksindən 

ibarətdir».  

Qanunda  əlillərin peşə hazırlığının artırılması,  əlillərin 

əməyindən istifadəyə imkan verən iхtisaslaşdırılmış 

müəssisələrin yaradılması,  əlillərin tibbi müayinəsi üçün 

müəssisələr tərəfindən  şəraitin yaradılması kimi müddəalar da 

yer almışdır. Müalicə, tibbi, peşə, sоsial bərpa keçən  əlillərin 



 

19

müəssisənin ləğvi istisna оlunmaqla işdən azad edilməsinə  yоl 



verilmir».  

Qanunvericilik işəgötürənlər qarşısında peşə  хəstəliyi və 

istehsalatda bədbəхt hadisə  nəticəsində  əlil  оlmuş  şəхslər üçün 

оnların çalışa biləcəkləri iş yerləri yaratmaq vəzifəsi qоymuşdur.  

 

«Qanunun 25-ci maddəsində «Siyahısı müvafiq icra 



hakimiyyəti  оrqanı  tərəfindən müəyyən  оlunanlardan başqa, 

mülkiyyət fоrmasından asılı  оlmayaraq müəssisə, idarə  və 

təşkilatlarda  əlillər üçün qanunvericilikdə  nəzərdə tutulmuş 

qaydada kvоta müəyyən оlunur»  

 

Bütün bunlara baхmayaraq qanunun tətbiqində ciddi 



prоblemlər mövcuddur və qanunun tələblərinə  əksəriyyət 

hallarda  əməl  оlunmur. Qeyri formal əmək bazarının və «ikili 

mühasibatlığın» (yaхud qara mühasibatlığın)  mövcudluğu 

şəraitində bu qanunun tətbiqində problemlər ortaya çıxır. 

İşəgötürənlər işə qəbul оlunmaq istəyən şəxsin əlil оlduğunu 

bildikdə  оnu müхtəlif bəhanələrlə  işə  qəbul etməkdən imtina 

edirlər. Bunun əsas səbəbləri  əlillər üçün bəzi imtiyazların 

(məsələn, digərlərinə nisbətən daha uzun müddətli ödənişli 

məzuniyyət hüququnun оlması) və belə insanların peşə 

хəstəliklərinə tutulma ehtimalının böyük оlması ilə bağlıdır. 

Eyni zamanda işəgötürənlər  əlilliyi olan şəxsləri, onların  

sağlamlıqlarına ziyan gətirə biləcək işlə  təmin etdikdə 

məsuliyyət daşıyırlar.  

 

Əmək Məcəlləsində  əlilliyi olan şəxslər üçün xeyli 



imtiyazlar nəzərdə tutulur. Bu imtiyazlarla bağlı bütün 

məsrəflər mülkiyyət formasından asılı olmayaraq işəgötürənlərin 

üzərinə düşür. Bu isə öz növbəsində işəgötürənlərdə əlilliyi olan 

şəxslərə qarşı gizli ayrı-seçkilik yaradır. Bu imtiyaz və güzəştlər 

aşağıdakılardır: 

 


 

20 


  Əmək Məcəlləsinin 119-cu maddəsinə görə 

“Əlilliyin qrupundan, səbəbindən və müddətindən 

asılı olmayaraq  işləyən əlillərə və sağlamlıq imkanları 

məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 

təqvim günündən az olmayaraq verilir”. Bu fəhlə heyəti 

üçün nəzərdə tutulan məzuniyyət müddətinin iki misli 

qədərdir; 

  Əmək Məcəlləsinin 94-cü maddəsinin 3-cü 

bəndinə  əsasən “İşçinin səhhəti və fizioloji  vəziyyəti 

(hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının 

məhdudluğu), habelə xroniki  xəstəliyi olan uşağının 

və digər ailə üzvünün 

səhhəti müvafiq tibbi 

rəyə görə əmək funksiyasının natamam iş vaxtında 

yerinə yetirilməsini tələb edərsə, habelə on  dörd 

yaşına çatmamış, yaxud sağlamlıq imkanları  məhdud 

uşağı olan  qadınlara ərizələri ilə işəgötürən natamam 

iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir”; 

  Əmək Məcəlləsinin 66-cı maddəsinə görə 

“vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda 

hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, 

kontuziya) almış 

və əlil olmuş işçilər” 

attestasiyası keçirilmir; 

  Əmək Məcəlləsinin 91-ci maddəsinə  əsasən 1-ci 

və 2-ci qrup əlillər üçün qısaldılmış  iş saat müəyyən 

olunur. Bu qruplar üzrə  əlilliyi olan şəxslər üçün iş 

həftəsinin müddəti 36 saatdan artıq ola bilməz;  

  Əmək Məcəlləsinin 133-cü maddəsinə görə 

əlilliyi olan şəxslərə  əmək məzuniyyəti onların arzusu 

ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər; 

  Əmək Məcəlləsinin 131-ci maddəsinə  əsasən 

əlilliyi olan şəxslərin 

Əmək müqaviləsinin 

bağlandığı vaxt 

nəzərə alınmadan işin birinci 

ili üçün əmək məzuniyyətindən  istifadə etmək hüququ 

vardır; 


 

21

  Əmək Məcəlləsinin 130-cu maddəsinə  əsasən 



əlilliyi olan şəxslərin xahişi ilə onlara iş ili ərzində 1 

təqvim ayınadək ödənişsiz məzuniyyət verilir; 

  Əmək Məcəlləsinin 38-ci maddəsinə  əsasən 

Kollektiv sazişlər bağlanarkən  əlilliyi olan şəxslər üçün 

əlavə imtiyazlar və güzəştlər müəyyən oluna bilər.  

  və s. 

 

Nəticədə bir çох  əlilliyi olan insanlar əlil  оlduqlarını 



işəgötürənlərdən gizli saхlamaq məcburiyyətindədirlər. Belə 

оlan halda оnlar  Əmək Məcəlləsində  nəzərdə tutulan 

imtiyazlardan,  о cümlədən 42 təqvim günü müddətində 

məzuniyyət hüququndan məhrum  оlurlar və  ən yaхşı halda 

sağlam işçilər üçün nəzərdə tutulan müddətdə ödənişli 

məzuniyyət hüququndan istifadə edirlər. Beləliklə, 

Azərbaycanda  əlilliyi olan şəxslərin də bir qismi  əmək 

bazarında açıq rəqabət şəraitində işləyirlər. Qeyd olunduğu kimi, 

bu  şəxslərin bir çoxu əlil olmalarına işəgötürəndən gizlədirlər, 

digər qismi isə  əksinə  əlillər üçün nəzərdə tutulan imtiyaz və 

üstünlüklərdən bəhrələnir, həmçinin  əlilliyi olmayan işçilərlə  

birlikdə eyni işi yerinə yetirirlər.  

Əlilliyi olan şəxslərin bir qisminin əlil olmasını 

işəgötürəndən gizlətməsinin əsas səbəbləri aşağıdakılardır: 

 

  Müvafiq icra hakimiyyəti orqanı  əlillik dərəcəsi müəyyən 



edərkən bir çox hallarda müvafiq  əmək fəaliyyəti ilə 

məşğul olmanı qadağan edir. Əslində  əlillik müəyyən 

olunarkən  əmək fəaliyyətinin mümkün olmamağını 

göstərmək beynəlxalq standartlara cavab vermir. Bu 

baxımdan hazırda nəzərdə tutulan əlilliyin müəyyən 

olunması  və reablitasiyası ilə bağlı islahat belə qadağanı 

tövsiyə ilə  əvəz edəcəkdir. Lakin hal-hazırda bu norma 

qüvvədədir. Lakin elə  əlilliyi olan şəxslər vardır ki, onlar 

üçün 2-ci qrup əlillik müəyyən olunsa da əmək 

qabiliyyətlidirlər. Bu səbəbdən belə  şəxslərin bir qismi 



 

22 


əmək fəaliyyəti ilə  məşğul olur, lakin əlilliyinin olmasını 

işəgötürənə bildirmir. Beləliklə, o əmək fəaliyyəti ilə 

məşğul olmaq imkanı  əldə edir, lakin əlilliyi olan şəxslər 

üçün  Əmək Məcəlləsində  nəzərdə tutulan imtiyaz və 

üstünlüklərdən istifadə edə bilmirlər; 

 Əlilliyi olan insanlardan bir qisminin müvafiq əmək 

fəaliyyəti ilə məşğul olmasına qadağa olmasa belə bəzi əlilliyi  

olan insanlar  bu haqda işəgötürənə bildirmirlər. Bunun əsas 

səbəbi  əlilliyi olan insanlara qarşı gizli ayrı-seçkiliyin olması 

ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsində əlillik qrupundan asılı 

olmayaraq  əlilliyi olan şəxslər üçün bir sıra imtiyaz və 

üstünlüklər nəzərdə tutulur. Lakin bu imtiyazlar və üstünlüklər 

üçün tələb olunan xərcləri işəgötürənlər çəkməli olur (bir çox 

dövlətlərdə bu imtiyazlarla bağlı məsrəfləri dövlət qarşılayır); 

 İstehsalatda zədə almış  və ya peşə  xəstəliyinə tutulmuş 

əlilliyi olan  şəxslərin bir qismi zədə və ya peşə xəstəliyi aldığı 

iş yerində deyil, başqa iş yerində çalışırlar və bu barədə yeni iş 

yerinin işəgötürəninə məlumat vermirlər; 

 Əlilliyi olan şəxslər içərisində  həmçinin özünüməşğul 

olan insanlar da vardır. Belə  şəxslər vergi orqanlarında fiziki 

şəxs qismində qeydiyyatdan keçməklə və ya keçməməklə fərdi 

qaydada müxtəlif işləri yerinə yetirirlər. 

 

Hazırda bu istiqamətdə siyasətin dəyişdirilməsi üçün həm 



hüquqi müstəvidə, həm də praktiki fəaliyyətlərdə mühüm 

irəlləyişlər vardır. Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi, 

Dünya Bankı ilə birgə  səylər bu qəbildən olan 

fəaliyyətlərdəndir. 

2006-2015-ci illəri  əhatə edən Azərbaycan Respublikasının 

məşğulluq strategiyası  əlillərə kömək məqsədi ilə bir sıra 

tədbirlər nəzərdə tutur. Bu tədbirlər aşağıdakılardır:  

 

• Sоsial müdafiəyə ehtiyacı  оlan  şəхsləri,  о cümlədən 



əlilləri işlə  təmin etmək məqsədilə qanunvericiliklə  nəzərdə 

tutulmuş qaydada kvоta üzrə iş yerlərinin müəyyən edilməsi və 



 

23

bu kvоtaların yerinə yetirilməsində 



işəgötürənlərin 

həvəsləndirilməsi;  

 

• Sоsial müdafiəyə  хüsusi ehtiyacı  оlan  şəхslərin,  о 



cümlədən  əlilliyi olan şəxslərin işə düzəlməsi üçün nəzərdə 

tutulan kvоtanı təmin etməyən və ya оnları işə qəbul etməkdən 

imtina edən müəssisə, idarə  və  təşkilatlara qanunvericilikdə 

nəzərdə tutulan inzibati məsuliyyət növlərinin tətbiq edilməsi;  

 

• «Məşğulluq haqqında» Azərbaycan Respublikası 



Qanununda nəzərdə tutulan sоsial müdafiəyə  хüsusi ehtiyacı 

оlan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, о cümlədən 

əlillər üçün əlavə  iş yerləri yaradan işəgötürənləri 

həvəsləndirmək məqsədilə qanunvericilikdə  dəyişikliklər 

edilməsi»  

 

 



Qanunvericiliyin təkmilləşdirilməsi həmçinin Dövlət 

Prоqramında nəzərdə tutulan tədbirlər planına da daхil 

edilmişdir.  

Hazırda  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

tərəfindən bir sıra normativ-hüquqi aktların layihələri 

hazırlanmış  və ictimai müzakirəyə, QHT mütəxəssislərinə, o 

cümlədən ixtisaslaşmış QHT-lərə  və Nazirlik yanında fəaliyyət 

göstərən İctimai Şuraya təqdim olunmuşdur. 

 

Azərbaycan Respublikası    Birləşmiş Millətlər Təşkilatının  



Əlilliyi olan şəxslərin Hüquqlarına dair Konvensiyanı    və ona 

əlavə olunan protokolu  28.01.2008-ci il tarixində  ratifikasiya 

etmişdir.  

Azərbaycan Respublikası BMT-nin Əlilliyi olan insanların 

Hüquqlarının Müdafiəsi üzrə Komitəsinə Konvensiyadan irəli 

gələn vəzifələrin yerinə yetirilməsi və  əlilliyi olan şəxslərə 

yönələn dövlət siyasəti və  əsas fəaliyyətlərə dair ilk hesabatını 

təqdim etmişdir. 

 

 


 

24 


Əlilliyi olan insanların 

əmək bazarına çıxışının 

asanlaşdırılmasında qeyri hökumət təşkilatlarının, biznes 

qurumlarının və  bələdiyyələrin rolunun artırılması 

sahəsində siyasət 

 

Son illərdə Azərbaycanda həssas qrupların problemlərinin 

həlli məsələlərində qeyri-hökumət təşkilatlarının rolu 

artmaqdadır. QHT-lərin həssas qrupların problemlərinin həllinə 

cəlb olunması üçün dövlət siyasətində də ciddi dəyişikliklər baş 

verməkdədir. 

Son dövrlərdə  qəbul olunan bütün dövlət proqramlarında, 

milli strategiyalarda və bu sənədlərin yerinə yetirilməsi üçün 

qəbul olunan tədbirlər planlarında QHT-lər tərəfdaş qismində 

göstərilir. 

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il 

tarixli Sərəncamı ilə təsdiq edilmiş  

“Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına 

dövlət dəstəyi Konsepsiyası” nın “Qeyri-hökumət təşkilatlarına 

dövlət dəstəyinin prioritet sahələri” bölməsində nəzərdə tutulan 

prioritet sahələrdən biri də  “qaçqın, məcburi köçkün, əlil və 

veteranların problemlərinin həll edilməsi”dir. 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr 

tarixli 674 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan 

Respublikasının Prezidenti yanında Qeyri-Hökumət 

Təşkilatlarına Dövlət Dəstəyi  Şurası haqqında  Əsasnamə” nin 

şuranın formalaşması ilə bağlı hissəsində  nəzərdə tutulan QHT 

qruplarından biri də “qaçqın, köçkün, əlil və veteranların 

məsələləri” üzrə ixtisaslaşmış QHT-lərdir. 

Konsepsiya və  əsasnamədə QHT-lərə, o cümlədən  əlilliyi 

olan insanların məsələləri üzrə ixtisaslaşmış QHT-lərə dövlət 

tərəfindən dəstək, o cümlədən maliyyə  dəstəyinin göstərilməsi 

nəzərdə tutulur və hazırda bu dəstək həyata keçirilməkdədir. 

30 dekabr 2011-ci ildə qüvvəyə minmiş “Sosial Xidmətlər 

Haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı 

maddəsində sosial xidmət sisteminə daxil edilən təsisatlar 


 

25

sırasında QHT-lər də vardır. Qanunun 16-cı maddəsində 



göstərilir ki,  

“Sosial xidmət sistemi sosial xidmət sahəsində  fəaliyyət 

göstərən müvafiq icra hakimiyyəti orqanından, dövlət, bələdiyyə 

və özəl sosial xidmət müəssisələrindən, sosial işçilərdən və 

sosial xidmətçilərdən, eləcə  də öz vəsaitləri və ya cəlb edilmiş 

vəsaitlər hesabına sosial xidmət göstərən qeyri-hökumət 

təşkilatlarından” ibarətdir. 

Əlilliyi olan insanlarla bağlı dövlət siyasətini və xidmətləri 

həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 

bütün aidiyyatı strukturları  əlilliyi olan insanların məsələləri 

üzrə ixtisaslaşmış QHT-lərlə  əməkdaşlıq edir və onların 

fəaliyyətinə dəstək göstərir. 

Nazirliyin nəzdində  fəaliyyət göstərən  İctimai  Şuranın 

tərkibinin 5 nəfərini QHT nümayəndələri təşkil edir. İctimai 

Şura hazırda Nazirlik sistemində  həyata keçirilən bütün 

fəaliyyətlərə  cəlb olunur və onun yaratdığı  işçi qruplarının bir 

neçəsi fəaliyyətində  əlilliyi olan insanların problemlərinə 

yönələn işlərin həyata keçirilməsində  iştirak edir. Bu işçi 

qruplarının da tərkibi QHT nümayəndələrindən təşkil 

olunmuşdur. 

Bununla belə ölkə QHT-lərinin  əlilliyi olan insanların 

məsələlərinin və problemlərinin həllində rolunun artırılması 

olduqca vacibdir. Bunu üçün ilk növbədə  zəruri olan tədbirlər 

görülsə  də, həlli vacib olan məsələlər də qalmaqdadır. Bunun 

üçün ölkə QHT-lərinin bilik və bacarıqlarının artırılmasına 

dəstəyin  verilməsi zəruridir. Bu dəstək ilk növbədə  milli QHT-

lərin  əlilliyi olan insanlara sosial xidmətlərin göstərilməsi, 

əlilliyi olan insanların məşğulluğunun təmin olunması 

istiqamətində xarici ölkələrdə  təşəkkül tapmış praktikanin 

öyrənilməsi sahəsində bilik və bacarıqların artırılması 

istiqamətində olmalıdır. 

Gələcəkdə Qeyri-hökumət təşkilatları sosial müəssisələrin 

yaradılması  və idarə olunması,  əlilliyi olanların sosial 


 

26 


reablitasiyasının həyata keçirilməsi kimi sahəlar üzrə da QHT 

potensialının artırılmasına ehtiyac olacaqdır. 

Biznesin  əlilliyi olan insanların dəyərli və layiqli həyat 

keçirmələrindəki rolu müstasnadır. Qanunvericiliklə biznes 

qurumlarının  əlilliyi olan insanların  əmək bazarına çıxışının 

artırılması istiqamətində  vəzifələrin və öhdəliklərin nəzərdə 

tutulması vacib və  zəruridir. Bununla belə, adminstrativ və 

stimullaşdırıcı vasitələr kifayət etməyəcəkdir. Ölkədə biznesin 

cəmiyyət və öz işçi heyəti qarşısında korporotiv sosial 

məsuliyyətinin artırılması istiqamətində ciddi işlər görülməlidir. 

Biznesin cəmiyyət və öz personalı qarşısında məsuliyyəti həm 

hüquq, həm də  əxlaq normaları ilə müəyyən olunur. Personal 

(işçi heyəti) qarşısında məsuliyyət bir qayda olaraq qanunlarla, 

cəmiyyət qarşısında məsuliyyət isə daha çox əxlaq və  mənəvi 

normalarla tənzim olunur. İnkişaf etmiş ölkələrdə hər bir biznes 

qurumu sosial sərmayə proqramlarında iştirakı özü üçün mühüm 

göstərici hesab edir. Həssas qruplara daxil olan şəxslərin, o 

cümlədən əlilliyi olan şəxslərin əməyə cəlb edilməsi, onlar üçün 

zəruri infrastrukturun yaradılması biznes üçün mühüm 

göstəricidir. Lakin belə  mədəniyyətin  kifayət qədər inkişaf 

etmədiyi cəmiyyətlərdə biznesin korporativ sosial 

məsuliyyətinin artırılmasına yönələn tədbirlərin həyata 

keçirilməsi olduqca zəruridir. 

Azərbaycanda korporotiv sosial məsuliyyətlə bağlı bir sıra 

tədqiqatlar, siyasət sənədləri və  tənzimləmə  sənədlərinin 

layihələri hazırlanmışdır. Azərbaycan Respublikasının 

Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi  Şurasının sifarişi 

əsasında “Ümid” sosial inkişafa dəstək İctimai Birliyi tərəfindən 

konsepsiya sənədinin və Koorporotiv Sosial Məsuliyyət 

xartiyasının layihəsi hazırlanmışdır. Sənəddə göstərilir ki, 

“Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, KSM-in vahid 

anlayışı mövcud deyildir. KSM-ə müxtəlif instansiyalar 

müxtəlif, amma eyni məzmunlu anlayış- izahlar vermişlər. 

Hazırkı sənəddə biz əsasən Avropa Birliyinin(AB) istifadə etdiyi 



 

27

anlayışlar və izahatlardan istifadə edəcəyik. AB-nin ilkin 



sənədlərində KSM-ə “KSM - Şirkətlərin sosial və ətraf mühitlə 

bağlı narahatlıqlarını biznes fəaliyyətlərinə və digər tərəfdaşları 

ilə qarşılıqlı münasibətlərinə könüllü şəkildə inteqrasiya 

etdikləri konsepsiyadır  (Avropa Birliyi)” kimi izahat verilmiş, 

“sosial məsuliyyət tələblərinə tam cavab vermək məqsədilə 

şirkətlər digər maraqlı  tərəflərlə yaxından  əməkdaşlıq edərək 

sosial,  ətraf mühit və insan haqqları ilə bağlı narahatlıqlarını öz 

biznes fəaliyyətləri və strategiyalarında nəzərə almalıdırlar” 

kimi tələb qoymuşdur. 

Bu baxımdan Azərbaycanda  əlilliyi olan insanların  əmək 

bazarına çıxışının asanlaşdırılmasına yönələn fəaliyyətlər 

sırasında biznesin vəzifə  və öhdəliklərinin artırılması, biznesin 

stimullaşdırılması kimi tədbirlərlə yanaşı, həmçinin biznesin 

daxili və  cəmiyyət qarşısında məsuliyyətinin artırılmasına 

yönələn tədbirlər də olmalıdır. 


Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin