Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Normativ hüquqi akta dair ümumi tələblər



Yüklə 0,73 Mb.
səhifə9/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   5   6   7   8   9   10   11   12   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Normativ hüquqi akta dair ümumi tələblər:

Qanunvericiliyin tələbinə əsasən normativ hüquqi aktlar konkret tələblərə cavab verməklə, müəyyən kriteriyalar əsasında hazırlanmalıdır. Belə ki, qanunvericilik normativ hüquqi aktın həm məzmununa, həm də tərtibatına dair tələblər müəyyən etmişdir. Qanunun mənasına görə:



  • Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.

  • Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir.

  • Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir.

  • Normativ hüquqi aktın normaları yığcam şəkildə, əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir.

  • Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır.

Bundan əlavə qanunvericilik normativ hüquqi aktların mətnində əks olunmuş müddəaların ardıcıllığına dair də tələblər müəyyən etmişdir. Normativ hüquqi aktın mətnində əvvəl ümumi, sonra isə daha konkret müddəalar yerləşdirilir.



Fəsil 3. NORMAYARATMA PROSESİ

Normayaratma prosesinin dövlətin müstəsna səlahiyyətlərindən biri olması nəzərə alınmaqla, qanunvericilik bu prosesdə yalnız məhdud subyektlərin iştirakını mümkün hesab etmişdir. Qanunvericilik təşəbbüsü hüququnun mənsub olduğu subyektlərin dairəsi, bu cür təşəbbüsün xüsusi əhəmiyyəti nəzərə alınaraq milli qanunvericiliyə əsasən ən yüksək hüquqi qüvvəyə malik akt hesab olunan Konstitusiyada öz əksini tapmışdır. Konstitusiyaya əsasən qanunvericilik təşəbbüsü hüququ qanun layihə­lə­ri­ni və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququnu özündə ehtiva edir. Azərbaycan Respublikasının Kostitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü təqdim etmək hüququ aşağıdakı sub­yek­tlərə mənsubdur:





  • Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına;

  • Azərbaycan Respublikasının Prezidentinə;

  • Azərbaycan Respublikasının Ali Məhkəməsinə;

  • Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına;

  • Azərbaycan Respublikasının Prokurorluğuna;

  • Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə.

Normayaratma təşəbbüsünün subyektləri onlara verilmiş səlahiyyətlərə uyğun olaraq normativ hüquqi aktın layihəsinin və ya onun hər hansı struktur elementinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi zərurəti haqqında təklifi bu Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq normayaratma orqanına təqdim etmək hüququ olan subyektlərdir.


Normayaratma fəaliyyətində şəffaflığın, bütün maraqlı subyektlərin iştirakının təmin edilməsi məqsədilə milli qanunvericilik mütərəqqi norma müəy­­yən etməklə, normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqan­la­rı və vəzifəli şəxslərin, habelə fiziki və hüquqi şəxslərin normativ hüquqi aktın qə­bul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim etmələrini mümkün hesab etmişdir.
Qanunvericilik hüquq sisteminin sabitliyinin əhəmiyyətini nəzərə alaraq və normayaratma prosesinin zərurət olmadan təkrarlanmasının qarşısını almaq məqsədilə dövlət orqanlarının qəbul etdikləri normativ hüquqi aktların hüquq varisliyi barədə müddəaları təsbit etmişdir.
Belə ki, Konstitusiya Qanununun 7-ci maddəsinə əsasən normativ hüquqi aktlar qəbul etmək hüququna malik olan dövlət orqanı yenidən təşkil edildikdə onun hüquq varisinə normativ hüquqi aktları qəbul etmək hüququ ilə yanaşı, səlahiyyətləri daxilində, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti verilir. Dövlət orqanı ləğv edildikdə və ya onun hüquq varisi müvafiq normativ hüquqi aktları qəbul etmək hüququna malik olmamaqla yenidən təşkil edildikdə, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət orqanına verilir. Müvafiq normativ hüquqi aktları qəbul edən dövlət orqanının statusunun dəyişdirilməsi əvvəllər qəbul edilmiş normativ hüquqi aktların qüvvəsinin itirilməsinə səbəb olmur. Dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Dövlət orqanı bölündükdə və ya ayrıldıqda onun yenidən təşkili haqqında qərarda səlahiyyətlərin aydın bölgüsü nəzərdə tutulmalıdır və həmin qərar hansı normativ hüquqi aktların yeni yaradılmış hansı dövlət orqanlarına hansı həcmdə şamil edilməsini müəyyənləşdirməyə imkan verməlidir. Bu zaman bölünmə və ya ayrılma haqqında qərarı qəbul etmiş dövlət orqanı üç ay müddətində müvafiq normativ hüquqi aktlarda bütün zəruri dəyişikliklər edilməsini təmin etməlidir.
Vəsaitin əvvəlki hissələrində də qeyd olunduğu kimi normayaratma prosesi mürəkkəb proses olmaqla, özündə bir neçə mərhələni ehtiva edir. Normayaratma prosesinin mərhələləri Konstitusiya Qanununun 40-cı maddəsində göstərilmişdir:

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin