Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Hüquq norması nədir. Hüquq normasının növləri



Yüklə 0,73 Mb.
səhifə2/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   2   3   4   5   6   7   8   9   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Hüquq norması nədir. Hüquq normasının növləri

7

Fəsil 2.

Hüquqi aktların növləri. Normayaratma fəaliyyətinin ümumi məsələləri

10

Fəsil 3.

Normayaratma prosesi

18

Fəsil 4.

Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi, onların ləğv edilməsi

35

Fəsil 5.

Normativ hüquqi aktların ekspertizası

41

Fəsil 6.

Referendum aktlarının və qanunların qəbul edilməsi

56

Fəsil 7.

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının qəbul edilməsi

71

Fəsil 8.

Normativ xarakterli aktların qəbul edilməsi

78

Fəsil 9.

Hüquqi aktların Dövlət reyestri

89


Təkliflər

93


Biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır”
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasından
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən


10 mart 2020-ci il
ÖN SÖZ
Hər bir dövlətin inkişafı üçün vacib olan əsas amillərdən biri də ictimai mü­nasibətləri nizamlayan qaydaların səmərəliliyi və onlara riayət olun­ma­sıdır. Barəsində fərqli nəzəriyyələr olsa da, ümumilikdə “hüquq” anlayışı adı altında qəbul edilən bu qaydalar zənciri olmadan müasir dövrdə ictimai həyatın təşkilini, insanların davranış və qarşılıqlı əlaqələrinin nizamlanmasını təsəvvür etmək bəlkə də mümkün deyildir.
Elmi ədəbiyyatda irəli sürülən müxtəlif yanaşmaları ümumiləşdirsək, hüququ ümumi davranış qaydalarını özündə əks etdirən normalar sistemi, hüquq normasını isə tövsiyə olunan davranış modeli kimi qiymətləndirmək mümkündür. Hüquq dövlətin və cəmiyyətin maraqlarına və tələbatına uyğun, onların inkişafı ilə paralel şəkildə inkişaf edərək təkmilləşir. Başqa sözlə desək, dövlətdə və cəmiyyətin həyatında baş verən dəyişikliklər hüquq sisteminə də öz təsirini göstərir ki, nəticədə də ya yeni normalar yaranır, ya da mövcud normalar günün tələbinə uyğun olmayan elementlərin xaric olunması, habelə məzmunca təkmilləşdirilmə kimi vasitələrlə yenilənir.
Bu baxımdan normayaratma prosesi dövlət aparatının fəaliyyətində mühüm rola malik olmaqla, onun müstəsna əhəmiyyəti beynəlxalq təcrübənin yaxından izlənilməsini, qüvvədə olan qanunvericiliyin tətbiqi vəziyyətinin təhlilini, habelə müntəzəm elmi tədqiqatların aparılmasını labüd edir.
Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılmış çoxşaxəli islahatlar hər bir strateji sahə kimi hüquq sistemini də əhatə etməklə, onun beynəlxalq standartlar əsasında yenidən formalaşdırılmasını təmin etmişdir. Belə ki, ötən dövr ərzində milli qanunvericiliyin ən müasir tələblər səviyyəsinə çatdırılması zəminində yeni hüquqi aktlar qəbul edilmiş, eləcə də bir çox akta zəruri dəyişikliklər edilmişdir ki, bu da ölkəmizdə həyata keçirilən normayaratma fəaliyyətinin səmərələliyinin təzahürüdür.
Hazırda isə ölkəmiz vətən müharibəsi nəticəsində qazanılan böyük zəfər sayəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu yeni mərhələdə işğaldan azad olunmuş ərazilərdə idarəçiliyin qurulması, infrastrukurun bərpası, habelə şəhid ailələri və qazilərin sosial-müdafiəsi kimi aktual məsələlər döv­lə­ti­mizin başlıca prioritetlərindən olmaqla bu istiqamətlərdə səmərəli normativ hüquqi tənzimləmənin tətbiqini şərtləndirir.
Normayaratma fəaliyyəti bir çox dövlət orqanlarının cəlb olunduğu, mürəkkəb və çoxmərhələli prosesdir. Öz növbəsində, Azərbaycan Respub­li­ka­sı­nın Prokurorluğu da bu həssas sahəyə xüsusi önəm verməklə daim bu fəaliy­yətin icrasında aktiv iştirak edir.
Qanunvericilik təşəbbüsü hüququna malik subyektlərdən biri olan Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edən qurum kimi milli hüquq sisteminə daxil olan normaların tətbiqi vəziyyətini daxil olan vətəndaş müraciətləri, habelə aparılan cinayət işlərinin istintaqı təcrübəsində müşahidə edilən tendensiyalarla qarşılıqlı-əlaqəli şəkildə mütəmadi təhlil edir, ortaya çıxan boşluqların, kollizion halların aradan qaldırılması üçün ali konstitusiya ədalət mühakiməsi orqanına sorğu ilə müraciət edir, zərurət yarandıqda isə qanunverici orqana qanunvericilik təşəbbüsü qaydasında müraciət edir.
Hesab edirik ki, məhz bu baxımdan hər bir prokurorluq işçisi milli hüquq sisteminin incəliklərinə yaxından bələd olmalı, əməkdaşların normayaratma fəaliyyəti ilə əlaqədar bilik və bacarıqlarının ən yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzində olmalıdır.
Diqqətinizə təqdim edilən bu vəsaitdə normayaratma fəaliyyətinin planlaşdırılması, layihələrin hazırlanması, əsaslandırması, ekspertizaların keçirilməsi, qəbul edilməsi, onlara dəyişiklik və əlavələrin edilməsi və digər bu kimi məsələlər əhatə edilmişdir.
Ümid edirik ki, metodik vəsait istər prokurorluq əməkdaşları, istərsə də digər dövlət orqanları və ümumilikdə hüquq ictimaiyyəti üçün normayaratma prosesini əhatə edən bütün mərhələlərə sistemli yanaşma sərgilənməsi və bu sahədə bilik və bacarıqların daha da artırılması baxımından faydalı olacaqdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin