"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında


Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi



Yüklə 172,5 Kb.
səhifə10/12
tarix29.12.2016
ölçüsü172,5 Kb.
#3802
1   ...   4   5   6   7   8   9   10   11   12
7.2. Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi

7.2.1.

"E-hökumət" həllərinin tətbiqi və "bir pəncərə" prinsipi əsasında elektron xidmətlərin təşkili

Dövlət orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldilməsi və dövlət xidmətlərinin elektron şəkildə təqdim olunması

2010 - 2012

Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları

7.2.2.

Dövlət informasiya resurslarının formalaşdırılması və inkişaf etdirilməsi:










7.2.2.1.

Mədəniyyət və turizm sahəsi üzrə vahid informasiya portalının yaradılması

Sahə üzrə informasiya xidmətinin yaxşılaşdırılması

2010 - 2012

Mədəniyyət və Turizm Nazirliyi

7.2.2.2.

Dövlət Qulluqçuları Reyestrinin inkişaf etdirilməsi

Dövlət qulluğu sahəsində informasiya təminatının inkişaf etdirilməsi

2010 - 2012

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

7.2.2.3.

"Elektron bələdiyyə" pilot layihəsinin işlənilməsi və həyata keçirilməsi

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin və onlar tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin İKT-nin tətbiqi ilə səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi

2010 - 2012

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli özünüidarəetmə orqanları

7.2.2.4.

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin növbəti mərhələ üzrə formalaşdırılmasının davam etdirilməsi

Respublika əhalisinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya və digər məsələlərə dair məlumatların toplanması və bununla da əhali barədə vahid dövlət informasiya ehtiyatının yaradılması

2010 - 2012

Ədliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları

7.2.2.5.

Ailə, qadın və uşaq problemləri üzrə vahid informasiya resursunun yaradılması

Ailə, qadın və uşaq problemləri ilə bağlı informasiyaların vahid dövlət portalında mərkəzləşdirilməsi, onların əldə olunmasının asanlaşdırılması və statistik göstəricilərdə olan çatışmazlıqların aradan qaldırılması

2010 - 2011

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

7.2.3.

Dövlət informasiya sistemlərinin inkişaf etdirilməsi və inteqrasiyası:










7.2.3.1.

Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə virtual konfransların təşkili üçün müvafiq sistemin yaradılması

Diaspor təşkilatları ilə müxtəlif məsələlər üzrə operativ müzakirələrin təşkili

2010 - 2012

Diasporla İş üzrə Dövlət Komitəsi

7.2.3.2.

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin inkişaf etdirilməsi

Hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının fəaliyyətləri ilə bağlı işlərin (sənədləşmə, yoxlama, sorğu və s.) avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsi

2010 - 2012

Daxili İşlər Nazirliyi və aidiyyəti dövlət orqanları

7.2.3.3.

"Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi

Sistem daxilində elektron müşahidə vasitələri ilə dövlət əhəmiyyətli binaların, əhalinin kütləvi toplantı yerlərinin, küçə və meydanların, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin, sosial və nəqliyyat infrastrukturlarına aid obyektlərin və ərazilərin tam əhatə olunmasının təmin edilməsi, bütövlükdə ictimai təhlükəsizliyə nəzarətin daha da gücləndirilməsi

2010 - 2011

Daxili İşlər Nazirliyi

7.2.3.4.

Banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında inteqrasiyanın təşkili

Hesabların açılması üçün təqdim olunan şəhadətnamə-dublikatların və hesablanmış vergilər üzrə borclar və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və digər işlər barədə məlumatların mübadiləsinin elektron şəkildə həyata keçirilməsi

2010 - 2011

Vergilər Nazirliyi

7.2.3.5.

Vətəndaşların "Elektron sağlamlıq kartı" sisteminin inkişaf etdirilməsi

Tibbi məqsədlər üçün vətəndaşlar barədə məlumatların mərhələlərlə sistemə daxil edilməsi, elektron qeydlərin aparılması, mövcud informasiya sistemlərinin bu sistemlə funksional inteqrasiyası

2010 - 2012

Səhiyyə Nazirliyi və aidiyyəti dövlət orqanları

7.2.3.6.

Nümunəvi tibbi-informasiya sisteminin dövlət səhiyyə müəssisələrində mərhələlərlə tətbiqi

Dövlət səhiyyə müəssisələrinin fəaliyyətinin, vətəndaşlara göstərilən səhiyyə xidmətlərinin, səhiyyə idarəçiliyinin və maliyyə xərclərinin proqnozlaşdırılmasının səmərəliliyinin yüksəldilməsi

2010 - 2012

Səhiyyə Nazirliyi

7.2.3.7.

"Dövlət qulluğuna qəbul" informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi

Müsabiqə və müsahibələrdə vətəndaşlardan ərizə qəbulu prosesinin sadələşdirilməsi, test imtahanı mərhələsində interaktivliyin təmin olunması, müsahibə, vəzifəyə təyinat və ehtiyat kadrların idarə edilməsinin həyata keçirilməsi

2010 - 2012

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

7.2.3.8.

Azərbaycan terminoloji informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi

Azərbaycan dilində terminlərin elektron bazasının yaradılması, Azərbaycan dili kontentlərdə terminoloji monitorinqin həyata keçirilməsi

2010 - 2012

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu və aidiyyəti qurumlar

7.2.3.9.

Ali Məhkəmənin "Elektron kargüzarlıq və sənəd dövriyyəsi" sisteminin təkmilləşdirilməsi

Ali Məhkəmənin "Elektron kargüzarlıq və sənəd dövriyyəsi" sisteminin yeni texnologiyalardan istifadə etməklə müasirləşdirilməsi və beynəlxalq təcrübəni nəzərə alaraq inkişaf etdirilməsi

2010 - 2012

Ali Məhkəmə

7.2.3.10.

Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin yaradılması

Fiziki və hüquqi şəxslərin bir mənbədən sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı, fəaliyyət növləri üzrə lisenziyalar, vergilər və s. barədə məlumat almalarının təmin olunması

2010 - 2011

Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti dövlət orqanları

7.2.3.11.

Yerli icra hakimiyyəti orqanları üçün nümunəvi informasiya sisteminin yaradılması

Yerli icra hakimiyyəti orqanının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi

2010 - 2012

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti dövlət orqanları

7.2.4.

Dövlət orqanlarında e-imzanın və e-sənəd dövriyyəsinin mərhələlərlə tətbiqi:










7.2.4.1.

Dövlət orqanlarında elektron imza sisteminin tətbiqi üçün tədbirlərin görülməsi

Dövlət orqanlarında elektron imzadan istifadə üçün imkanların yaradılması

2010 - 2011

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti

7.2.4.2.

Dövlət orqanlarının vahid elektron sənəd dövriyyəsi sisteminin yaradılması və tətbiqi

Dövlət orqanları arasında effektiv sənəd mübadiləsi üçün infrastrukturun yaradılması

2010 - 2012

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və aidiyyəti dövlət orqanları

7.2.5.

Dövlət orqanlarının vahid konfidensial multiservis rabitə şəbəkəsinin inkişaf etdirilməsi

Dövlət orqanları arasında təhlükəsiz və operativ informasiya mübadiləsinin təmin olunması

2010 - 2012

Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

7.2.6.

Dövlət orqanlarının lisenziyalı proqramlarla təmin olunması üçün tədbirlərin görülməsi

Dövlət orqanları tərəfindən əqli mülkiyyətin qorunmasının və istifadə edilən proqram təminatının təhlükəsizliyinin təmin edilməsi

2010 - 2012

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları


Yüklə 172,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin