Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 106,87 Kb.
səhifə8/12
tarix02.01.2022
ölçüsü106,87 Kb.
#36118
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 5671

Liderin tipləri

Bəzən kollektivin rəhbəri onun lideri ola bilmir. Kollektiv üzvləri arasında yaranmış münasibətlərin təhlili zamanı aydın olir ki, kollektivdə rəhbər işçi, məsələn, məktəb direktoru ilə bərabər heç bir rəsmi səlahiyyəti olmayan, lakin ümumi işlərin həllinə ondan çox təsir göstərən başqa bir işçi ( riyaziyyat və ya tarix müəllimi ) də vardır. Aydın məsələdir ki, bu, təsadüfi deyildir, onun təsir gücü kollektivdəki nüfuzu ilə bağlıdır. Sosiologiyada və sosial psixologiyada belə şəxsə qeyri-rəsmi lider deyirlər. Rəsmi liderlə qeyri-rəsmi lider arasında ziddiyyətin olması heç də zəruri deyildir. Onlar bir-birlərini qarşılıqlı surətdə tamamlaya da bilərlər. Lakin belə bir şəraitdə konflikt mənbəyi potensial surətdə mövcuddur və onun vaxtında qarşısını almağın böyük əhəmiyyəti vardır. “İki qoçun başı bir qazanda qaynamaz “- atalar sözü güzəran təcrübəsinə istinad etsə də , ciddi sosial-psixoloji mənaya malikdir. Bu baxımdan qeyri-rəsmi liderin meydana çıxması şəraitinin təhlili xüsusi aktuallıq kəsb edir. Sosial psixologiyada qeyri-rəsmi liderin təsvir olunmuş tipləri içərisində pozitiv və neqativ qeyri-rəsmi lider xüsusilə mühüm yer tutur. Pozitiv qeyri-rəsmi lider öz davranışında yüksək əxlaqi prinsiplərə istinad edir və kollektiv üzvlərinə müsbət təsir göstərir. Neqativ qeyri-rəsmi lider isə adətən mənfi əxlaqi prinsiplərə isyinad edir və kollektiv üzvlərinə pozucu təsir göstərir. Kollektivdə davranışın xarakterinə görə neqativ qeyri-rəsmi liderin iki tipini ayırd edirlər: təşkilatçı neqativ lider və kommunikator neqativ lider. Birinci tip özünün işgüzar fəallığı ilə fərqlənir və çox vaxt qrup üzvlərini ayrı-ayrı işlərə təhrik edir. Onlar adətən “tənqidçi” maskası geyirlər. Lakin təşkilatçı neqativ lider üçün tənqid əsasən “ şəxsi haqq- hesab çəkmək” və ya qrupda öz nüfuzunu saxlamaq, hətta daha da artırmaq vasitəsinə çevrilir. Buna görə də onlar özlərinin vəzifələrindən sərf-nəzər etdikləri halda, şəxsi “hüquq konsepsiyasını” şişirdir və onun əsl motivlərini müxtəlif yollarla gizlədirlər. İkinci tip zahirən heç bir işə qarışmır, əslində isə imkan olduqda söz gəzdirir , şayiə yayır, öz “mülahizəsini” söyləyir, iclasda “sadəlövh” görkəm alıb “ikibaşlı” suallar verir. Onlar istehzalı gülüşdən tənqid vasitəsi kimi daha çox istifadə edirlər. Belə “ üzdəniraq “ liderlər kollektivdə psixoloji iqlimin – bilavasitə rabitədə olan adamlar arasında yaranmış qarşılıqlı münasibətlərin pozulmasında başlıca rol oynayırlar. Qetri-rəsmi neqativ lider müxtəlif şəraitlərdə meydana çıxa bilər. Bunlardan aşağıdakıları qeyd etmək olar:

  1. Rəsmi liderin kollektivdə mövqeyinin zəif olması, onun kollektivdə şəxsi nüfuzunun olmaması, ictimai işlərin zəif təşkili.

  2. əməyin təşkilində, avadanlığın, maddi-texniki təchizatın vəziyyətində nöqsanların olması, rəhbər işçi ilə tabe olanlar arasında qarşılıqlı münasibətlərin sağlam olmaması.

  3. Ictimai mənafeyə nisbətən şəxsi mənafeyə üstünlük verən mikromühitin olması və tərbiyə işinin aşağı səviyyədə qurulması.

  4. Qrupda işçilərə mənfi təsir edə biləcək müəyyən şəxslərin olması və s.

Rəsmi liderlə qeyri-rəsmi lider arasında düzgün münasibətin yaradılması kollektivin möhkəmlənməsi planında son dərəcə zəruridir. Rəsmi lider əmələ gəlmiş kiçik qrupları yaxınlaşdırmaq əvəzinə onların mənafeyini toqquşdurmaq, ixtilafı kəskinləşdirmək, qeyri-rəsmi lideri təqib etmək taktikası və strategiyası seçirsə, bu ancaq kollektivdə yaranmış konflikt şəraitini dərinləşdirə bilər. Rəhbər işçilərin neqativ lideri bitərəfləşdirmək və ya onu hörmətdən salmaq üçün əks tənqiddən istifadə etməsi də bir çox hallarda psixoloji baxımdan istənilən nəticəni vermir.

Təcrübəli rəhbər işçi öz kollektivindəki qeyri-rəsmi liderləri, onların müsbət və mənfi cəhətlərini yaxşı öyrənməli, onlarla xeyirxah münasibətlər yaratmalı və onlara kollektivin ümumi mənafeyinə cavab verən istiqamətdə təsir göstərməlidir. Əgər neqativ liderin fəaliyyəti asosial xarakter kəsb edirsə, onunla qanunda nəzərdə tutulan yollarla mübarizə aparmaq lazımdır. Şagird kollektivərində də qeyri-rəsmi liderlərə geniş təsadüf olunur. 30-40 nəfərdən ibarət olan sinifdə sinif nümayəndəsindən başqa bir neçə qeyri-rəsmi lider də fəaliyyət göstərirlər. Onlar 3-4 nəfəri əhatə edən ayrı-ayrı qeyri-rəsmi qruplara başçılıq edir, bir çox hallarda isə sinif kollektivinin həyatında daha mühüm rol oynayırlar. Sinif rəhbərləri və müəllimlər çox vaxt belə hesab edirlər ki, şagird kollektivində guya, ancaq dərs əlaçıları lider ola bilərlər. Halbuki psixoloji tədqiqatlar əsaslı surətdə göstərir ki, V-VI siniflərdən başlayaraq şagird kollektivində “əlaçı şagirdlə” “sinfin lideri” statusları arasında köklü fərqlər əmələ gəlir. Əlaçı şagirdlər bütün siniflərdə kollektivin həyatında öz-özlüyündə mühüm rol oynayırlar. Lakin onlar bir çox hallarda şagird kollektivinin liderinə çevrilə bilmirlər. Yeniyetməlik yaşında uşaqlar artıq bir-birinin şəxsi keyfiyyətlərinə daha çox diqqət yetirməyə başlayırlar. Yaş artdıqca, bu qiymət meyarları daha da dolğunlaşır. Böyük məktəblilər çox vaxt insanlarda yüksək qiymətləndirdikləri , lakin sinif yoldaşlarının çoxunda və özlərində görmədikləri bu keyfiyyətləri məhz müəllimlərin “adi” hesab etdikləri bəzi şagirdlərdə görürlər: tədricən onlarla hesablaşmağa, sözü ilə oturub-durmağa, hətta özlərini bu və ya digər dərəcədə onlara oxşatmağa başlayırlar. Beləliklə də sinifdə “adi” şagird qeyri-rəsmi liderə çevrilir. Kollektivdə şəxsiyyətlərarası münasibətlərin inkişafında heç bir əlaçı şagird öz-özlüyündə onun rolunu oynaya bilmir və oynaya sa bilməz.

Tərbiyə işində bu mühüm psixoloji amil zəruri surətdə nəzərə alınmalıdır. əgər sinif rəhbəri və müəllimlər şagird kollektivinin liderinə çevrilmiş “adi” şagirdin nüfuzu ilə hesablaşmasalar, onu hər hansı yolla hörmətdən salmağa çalışsalar , psixoloji cəhətdən ciddi səhvə yol vermiş olarlar. Onlar şagird kollektivində real surətdə formalaşmış şəxsiyyətlərarası münasibətləri diqqətlə öyrənməli, qeyri-rəsmi liderlərin yaranması şəraitini təhlil etməli və onların fəaliyyətini kollektivini həyatı ilə üzvi surətdə əlaqələndirməlidir.


Yüklə 106,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin