Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 106,87 Kb.
səhifə5/12
tarix02.01.2022
ölçüsü106,87 Kb.
#36118
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 5671

- liderliyin və rəhbərliyin tipologiyası;

- rəhbərliklə liderlik rolları arasındakı münasibətlər.

Liderliyin və rəhbərliyin tipologiyasının müəyyən edilməsi istiqamətində

psixologiyada bir çox tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlardan bəzilərinə

diqqət yetirək: B.D.Parıgin liderin rolunu üç kriteriyaya görə ayırd edir:

1. Fəaliyyətin məzmununa görə: lider-ilhamverici və lider-icraçı.

2. Fəallıq üslubuna görə: avtoritar və demokratik lider.

3. Fəaliyyətin xarakterinə görə: unuversal və situativ lider.

L.İ.Umanski isə öz tədqiqatlarında liderliyin 3 kriteriya əsasında kombinasiya edilən 6 tipini ayırd edir: təşkilatçı, təşəbüskar, erudit, emosional əhvalruhiyyənin generatoru, bacarıqlı və emosional cəlbedici lider. F.P.Tonkix liderliyin aşağıdakı tiplərini müəyyən etmişdir: Diaqnost, fanatik, pioner, erudit, texnik, müstəqil . Bu yanaşmalar ayrı-ayrılıqda təhlil etdikdə, məlum olar ki, onlar liderin iki əsas qabiliyyətlərini özündə birləşdirir: instrumental və emosional. Birincisi, şəxsi qabiliyyətlər əsasında qrup işində ayırd edilir. İkincisi, qrup üçün münasib olan, onlar arasında yaxşı qarşılıqlı münasibətlərin yaranmasına kömək edən şəxsi qabiyyətlərə görə. R.L.Kriçevski və E.M.Dubrovskaya təhsil sistemində rəhbərliyin səmərəlilik dərəcəsini bir sıra dünya tədqiqatçılarının əldə etdikləri nəticələr əsasında müəyyənləşdirərək liderliyin 4 tipini şərh edirlər: təşkilatçı, motivator, dispeçer, generator . Rəhbərlik probleminin inkişafı ilə bağlı olan qeyd etdiyimiz iki sonuncu yanaşma isə göstərir ki, şəxsi keyfiyyətlər və üslublar idarəetmə fəaliyyətinin səmərəliliyini müəyyənləşdirmir. Burada fəaliyyətin səmərəliliyini üslubun və şəraitin (situasiyanın) uyğunluğu müəyyənləşdirir. Məktəb təcrübəsindən də aydındır ki, pedaqoji ugursuzluğun səbəbi üslubun keyfiyyət göstəricisi deyil, müəllimin həmin anda tətbiq etdiyi üslubun şəraitə (situasiyaya) uyğun olmamasıdır. Nəticədə situativ-davranışın xüsusi üslubuna və müəyyən idarəetmə situasiyasına daha çox uyğun gələn xüsusi yanaşma əmələ gəlir. Bu yanaşmalar içərisində F.Fidlerin konsepsiyası daha məşhurdur. Onun konsepsiyasında rəhbərin davranışına daha güclü təsir göstərən, eyni zamanda situasiyanın özünü xarakterizə edən 3 əsas faktor var:

- rəhbər və tabe olanlar arasındakı münasibətlər;

- tapşırıqların strukturu, parametri, dəqiqliyi və müəyyənliyi, uyğunluğu,

aydınlığı və s.;

- rəhbərə aid olan hüquqi hakimiyyət imtiyazlarının olması, tabe olanların real tərəfdaşlığının səviyyəsi.

F.Fidler əlverişli situasiyanın ümumi göstəricisi olan “situativ nəzarət” anlayışını təklif edir . Bu yanaşma idarəetmə nəzəriyyəsinə böyük töhvə verərək, sübut etdi ki, idarəetmə üslubu müxtəlif idarəetmə fəaliyyətində müxtəlif şəraitdə müxtəlif səmərə verməklə müxtəlif adekvatlığa malikdir. Rəhbər daha səmərəli fəaliyyət göstərmək üçün özündə olduqca mürəkkəb situasiya tiplərini birləşdirir: özünü fərqli aparmalıdır; idarəetmə dəyişkən olmalıdır; rəhbərlik üslubu konkret idarəetmə şəraitinə, situasiyasına uyğunlaşdırılmalıdır. Bütövlükdə bu sadalanan yanaşmaların xüsusiyyətlərinin birölçülü olması, rəhbərlik üslubunun hansısa bir parametrinə uyğunluğu ilə səciyyələndirilir. İdarəetmə fəaliyyətində daha mükəmməl yanaşma rəhbərlik fəaliyyəti haqqındakı ikiölçülü təsəvvürlərdir. Burada, eləcə də R.Laykertin tezisinin yanlışlığı da göstərilir. O, rəhbərləri yalnız işə və insanlara yönəlişliyinə görə bölür. Əslində, rəhbər eyni vaxtda həm insana, həm də işə yönələ bilər. Digər yanaşmaya görə, əslində, rəhbərlik üslubu adaptiv olmalıdır. Rəhbər nə qədər çox üslub repertuarına malik olarsa, daha səmərəli fəaliyyət göstərə bilər. Başqa sözlə desək, müəllimin sinifdəki müfəffəqiyyəti onun coxlu üslub repertuarına malik olmasindan asılidır.

İdarəetmə təcrübəsindən məlumdur ki, rəhbərliyin və liderliyin eyni

şəxsdə birləşməsi məqsədəuygun hesab olunur. Lakin bu zaman müəllim öz

fəaliyyətində liderlik və rəhbərlik tiplərini uyğunlaşdıra bildikdə böyük səmərə

əldə edə bilir. Müəllimin liderlik və rəhbərlik tiplərinin bir-birinə uyğunluğu

müəllimin fərdi üslubunu formalaşdırır.


Yüklə 106,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin