Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 106,87 Kb.
səhifə6/12
tarix02.01.2022
ölçüsü106,87 Kb.
#36118
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 5671

Qrup lideri

Qrupa daxil olan adamlar qrup fəaliyyətinin məzmununa və bir-birilərinə münasibətdə eyni mövqedə dayana bilməzlər. Həcmindən və xarakterindən asılı olmayaraq qrupdaxili münasibətlər paritet (latınca-paritas və ya paritatis bərabərlik deməkdir) xarakter daşımır, başqa sözlə, qrupda şəxsiyyətlərarası münasibətlər qrup üzvlərinin sosial – psxoloji statusunu əks etdirir. Sosial psixologiyadabu cəhət “rəhbər işçi”, “lider” və s. kimi anlayışlarla ifadə olunur. Hər bir qrupun özünün başçısı olur. Psixologiyada kollektivin idarə edilməsi prosesində iki cəhəti – rəhbərlik və liderlik fərqləndirirlər. Rəhbərlik – nisbətən yüksək səviyyəli təşkilatlar tərəfindən rəsmi surətdə təsdiq edilmiş əsasnamə çərçivəsində rəsmi səlahiyyətin tətbiqi yolu ilə kollektivin idarə olunması prosesidir. Liderlik dedikdə, içşilərdən birinin şəxsi nüfuzunun kollektivin bir çox və ya bütün üzvlərinin davranışına təsiri nəzərdə tutulur. Lider rolunda başqalarına təsir göstərməyi, onları fəaliyyətə təhrik etməyi bacaran işçilər çıxış edə bilirlər. Liderlik dedikdə, tələbələrdən birinin şəxsi nüfuzu ilə qrup yoldaşlarının daranışına təsiri, onları bu və ya digər fəaliyyətə təhrik etməsi başa düşülür. Lider özünün işgüzarlığı, kommunikativ bacarığı, intellekti, iradi-emosional sferasının xüsusiyyətləri, təşkilatçılıq qabilliyəti və digər şəxsi keyfiyyətləri ilə fərqlənir. Məhz bunun sayəsində də lider öz qrup yoldaşlarının psixologiyasına təsir göstərə bilir. Bəzən qrup lideri bir deyil, bir neçə tələbədən ibarət olur. Sosioloqlar belə qrupu kollektiv subyekt adlandırırlar. Liderliyin 3 əsas növü var:

1. Avtoritar lider

2. Məsləhətçi lider

3. İmkan yaradan

Lider özünün işgüzar və şəxsi keyfiyyətləri , ünsiyyətə girmək , adamlarla rabitə yaratmaq qabiliyyəti ilə fərqlənir. Tələbə qrupu liderinin formalaşmasına, bir tərəfdən, makromühit, digər tərəfdən mikromühit təsir göstərir.


LİDER





İmkan yaradan

lider


Məsləhətçi

lider


Avtoritar

lider






- Adamları düzgün qərar verməyə sövq edir;

- Vəziyyəti araşdırmağa çağırır;

- Təfsilatı ilə izahat verir;

- Köməkçi rolunu qoruyub saxlayır;



- Qərarı dəyişilə biləcək şəkildə təqdim edir;

- Qərarı bəyan edir;

-Suallara açıq cavaba hazırdır;

- Qərarı ümumi rəyə əsasən dəyişməyə hazırdır;



- Qərarı özü qəbul edir;

- Qərarı özü bəyan edir;

- Məsləhətə ehtiyac duymur;

- Suallara dialoq şəkilində cavab verir;





Yüklə 106,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin