Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 106,87 Kb.
səhifə7/12
tarix02.01.2022
ölçüsü106,87 Kb.
#36118
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 5671

Liderin funksiyaları

Psixoloqlar liderin üç əsas funksiyasını müəyyən edirlər. Bunu sxematik olaraq belə gostərmək olar

Təşkilatçılıq funksiyası onda ifadə olunur ki, lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu , aktual situativ və perspektiv məqsədlərin yerinə yetirilməsi yolları, üsul və vasitələrinin planlaşdırılmasını təşkil edir, rol və vəzifə bölgüsü aparır, qrup üzvlərini konkret işlərə təhrik edir, onların birgə fəaliyyət səylərini əlaqələndirir.

Informasiya funksiyası. Qrup fəaliyyətinin səmərəli olması naminə bir tərəfdən, zəruri informasiyanın toplanması, işlənməsi və hifz edilməsi, digər tərəfdən, onların qrup üzvlərinə vaxtında verilməsi informasiya funksiyasının əsas cəhətini təşkil edir.

Sosializasiya funksiyası isə liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və inkişaf etdirmək məqsədi ilə qrup üzvlərinə təsir göstərir. Liderin istifadə etdiyi pozitiv və neqativ sanksiyalar da sosial funksiyaya daxildir.



Liderlik funksiyalarının reallaşdırılması mexanizmi və dinamikası , bir tərəfdən, liderin özünün sosial psixoloji keyfiyyətləri, digər tərəfdən akademik qrupun sosial-psixoloji xüsusiyyətləri ilə əlaqədardır. Tələbə qrupunun müvəffəqiyyətləri və ya uğursuzluqları, qrupda həmrəklik səviyyəsi liderlik funksiyalarının reallaşdırılması dinamikasında təzahür edir. Qrupun öz məqsədilərini müvəffəqiyyətlə həyata keçirməsi və ya müvəffəqiyyətsizliyə uğraması, qrupda həmrəylik səviyyəsi və ya konflikt şəraitinin yaranması-bunların hamısı özünəməxsus formalarda liderlik funksiyalarının həyata keçirilməsi dinamikasında əks olunur.

Sovet psixologiyasında liderlik qrupun, qrup fəaliyyətinin inteqrasiyasının mexanizmi kimi təhlil olunur. O, sosial-psixoloji fenomen kimi müxtəlif obyektiv və subyektiv amillərin təsiri nəticəsində meydana çıxır. Bu baxımdan liderlik aşağıdakı kəmiyyətlərlə bilavasitə bağlıdır:

1.”Makromühit”- sosial- iqtisadi quruluş, siyasət, mədəniyyət, ideologiya.

2.”Mikromühit”- kiçik qrupun sosial, sosial-psixoloji, psixoloji hadisələri ( tipik və qeyri-tipik sosial şərait, qrup fəaliyyətinin məzmunu, məqsədi, vəzifələri, sosial-psixoloji iqlimi və s.)

3. Liderin və qrupun digər üzvlərinin (tabe işçilərin) şəxsiyyətinin fərdi-psixoloji xassələri (intellekt, emosional-iradi sahəsinin xüsusiyyətləri, təşkilatçılıq qabiliyyətləri, kommunikativ keyfiyyətlər və s. )

Sosial psixologiyada liderin müxtəlif tiplərini fərqləndirirlər. Onlardan ikisi- rəsmi (formal) və qeyri-rəsmi ( qeyri-formal) liderlər diqqəti xüsusilə cəlb edir. Rəsmi lider kollektivdə xidmət və peşə nüfuzuna malik olan inzibati və ictimai rəhbərdir. Lakin nəzərə almaq lazımdır ki, rəsmi lider olmaq üçün yalnız müəyyən inzibati və ictimai vəzifə tutmaq hələ kifayət deyildir. Bunun üçün həm də işgüzar və şəxsi keyfiyyətlərin elə çulğalaşması zəruridir ki, onların fəal təzahürü rəhbər işçinin sözün əsl mənasında şəxsi nüfuzunu təmin etsin. Rəsmi işçi ancaq bu zaman rəsmi liderə çevrilir. Rəhbər işçi eyni zamanda lider rolunda çıxış etdikdə, kollektivin ahəngdar inkişafı üçün əlverişli psixoloji şərait yaranır. Rəhbər işçinin həm də lider olması bu gün işçilərin mədəni-texniki səviyyəsinin yüksək dərəcədə artdığı bir şəraitdə xüsusuilə böyük əhəmiyyət kəsb edir. Əksər hallarda kollektivin rəhbəri həm də onun lideri olur.Bu mürəkkəb proses olub yuxarıda nəzərdən keçirilən müxtəlif amillərlə şərtlənir. Psixoloji səpkidə onlalazımdır ki, işçilər rəhbər işçini adətən onlardan biri- rəhbər işçinin özünün şəxsi keyfiyyətləri diqqəti bilavasitə cəlb edir. Həmin məsələnin əhəmiyyətini düzgün qiymətləndirmək üçün nəzərə almaq lazımdır ki, işçilər rəhbər işçini adətən onun şəxsi keyfiyyətləri vasitəsilə “görürlər”, başqa sözlə, rəhbər işçidə müşahidə üçün ən münasib cəhət məhz onun şəxsi keyfiyyətləridir. Kiçik qruplarda hər bir işçinin imkanları bu cəhətdən genişdir. Nisbətən böyük qruplarda isə işçilər rəhbər işçiləri ancaq müəyyən vəziyyətlərdə müşahidə etmək imkanına malikdir. Çox maraqlıdır ki, rəhbər işçinin keyfiyyətlərinə işçilər kiçik qruplara nisbətən böyük qruplarda daha çox həssasdırlar. Aparılan tədqiqatlar göstərir ki, işçilər rəhbər işçinin peşə keyfiyyətlərinə həmişə diqqət yetirir və onları yüksək qiymətləndirirlər. Bu o deməkdir ki, rəhbər işçi yüksək peşə keyfiyyətlərinə malik olduqda liderlik hüququ kəsb edə bilər. Bundan başqa, işçilər rəhbər işçiyə istehsalat və müəssisənin təşkilatçısı və tərbiyəçisi kimi də yüksək tələblər verirlər. Bu cəhətdən rəhbər işçinin intellektual keyfiyyətləri ilə yanaşı kommunikativ xüsusiyyətləri , təşkilatçılıq qabiliyyəti, rəhbərlik üslubu, ünsiyyət və liderlik qabiliyyəti, kollektivdə zərurui mənəvi və psixoloji iqlim yaratmaq və saxlamaq məharəti çox əhəmiyyətlidir. Qrup rəhbər işçini yüksək qiymətləndirdikdə, nüfuzu ilə hesablaşdıqda, onun fəaliyyətinin səmərəli olması üçün əlverişli şərait yaranır.


Yüklə 106,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin