AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   45   46   47   48   49   50   51   52   53

Kulturoloq,  tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti 

yanında Dövlət  İdarəçilik Akademiyası “Tarix” kafedrasının professoru

Azərbaycan Elmlər Akademiyası (hazırda AMEA) tərəfindən təsis edilmiş 

“Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, görkəmli 

Azərbaycan alimi, təcrübəli pedaqoq, tanınmış maarifçi və ictimai xadim, 

respublikada kulturologiya elminin banisidir. O, “İntellektual İnkişaf Prob-

lemləri” Beynəlxalq Elmlər Akademiyası (2002-ci ildən) və Rusiya Peda-

qoji və Sosial Elmlər Akademiyasının akademiki (2004-cü ildən), Azərbay-

can Respublikası Prezidenti yanında AAK-nın reyestrinə daxil edilmiş “Si-

murq” (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi prob-

lemləri) Beynəlxalq kulturoloji jurnalın təsisçisi və baş redaktorudur.  

 Fuad Məmmədov 28 oktyabr 1946-cı ildə Bakı şəhərində ziyalı ailəsin-

də anadan olmuşdur. 1964-cü ildə 150 saylı Bakı  şəhər orta məktəbini, 

1969-cu ildə isə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1969-

1991-ci illərdə o, Azərbaycan Elmlər Akademiyası sistemində  işləmişdir. 

1991-ci ildən iş yerini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna də-

yişmişdir ki, burada o, professor, və kulturologiya kafedrası və tarix kafed-

rasının müdiri kimi çalışmışdır. 1999-cu ildən bugünədək Fuad Məmmədov 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiya-

sının professoru kimi fəaliyyətini davam etdirir.  

 Professor Fuad Məmmədov SSRİ Elmlər Akademiyası Təbiətşünaslıq və 

Texnika Tarixi İnstitutu elmi məktəbinin (V.A.Volkov) yetirməsidir. 1975-ci 

ildə o, namizədlik, 1985-ci ildə isə - “Azərbaycan tarixi” (07.00.02) ixtisası üz-

rə Azərbaycanda elm tarixi üzrə ilk doktorluq dissertasiyasını müdafiə et-

mişdir.  

1989-cu ildə o ilk dəfə kulturologiya (dünya mədəniyyəti və sivilizasi-

yası tarixi və nəzəriyyəsi) sahəsində xüsusi innovativ tədqiqatlara başlamış, 

qiymətli nəticələr əldə etmiş və Azərbaycan elmində bu yeni elmin forma-

laşmasına səbəb olmuşdur.  

Fuad Məmmədov 20 ildən artıq Azərbaycan Milli Elmlər Akademiyası 

sistemində, Azərbaycan Tarix İnstitutu və Azərbaycan Tarixi Muzeyində 

kiçik elmi işçi, Elm tarixi şöbəsinin müdiri, böyük elmi işçi vəzifəsində ça-

lışmışdır. Bu dövrdə o, Azərbaycan elm tarixi üzrə 60-dan artıq ekspozisiya 

və sərgilər təşkil etmişdir ki, onun nəticələrinə görə respublika alimləri və 

onun müəssisələri SSRİ XTNS-nin (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi)  

və Beynəlxalq sərgilərin 200-dən artıq qızıl, gümüş və bürünc medalları və 



Fuad Məmmədov

 

 

630



diplomları ilə təltif edilmişlər. Topladığı təcrübə əsasında onun tərəfindən 

Elm tarixi Muzeyi və Elm tarixi və nəzəriyyəsi Mərkəzinin proyektləri işlə-

nib hazırlanmışdır.  

 1974-1982-ci illərdə Fuad Məmmədov ictimai əsaslarda işlərin sərgiləri 

üzrə Elmi şuranın elmi katibi, Azərbaycan Elmlər Akademiyası “Bilik” cə-

miyyətinin sədr müavini, respublika EA “Ən yeni tarix” Koordinasiya şura-

sının üzvü olmuşdur.  

1993-cü ildə Moskvada Beynəlxalq Amerika-rus konfliktologiya 

məktəbini bitirmişdir. 

Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 



 

 

Elmi əsərləri 

 Professor Fuad Məmmədov 200-dən yuxarı elmi və elmi-maarifçilik iş-

lərinin, o cümlədən, 12 monoqrafiya müəllifidir. Onların arasında beynəl-

xalq aləmdə tanınan monoqrafiyaları xüsusi qeyd etmək lazımdır: “Kultu-

rologiya. Nəzəriyyə və tarix məsələləri” (Bakı, 2002-ci il), “Kuturologiya – 

effektiv həyat fəaliyyətinə doğru yol kimi” (Bakı, 2006-cı il), “İdarəetmə 

mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” (Bakı, 2009-cu il). Onun tərəfin-

dən sonuncu monoqrafiya əsasında yaradılmış “İdarəetmə mədəniyyəti. Xa-

rici ölkələrin təcrübəsi” innovativ kursu on beş ilə yaxındır ki, Azərbaycan 

Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbə-

lərə və məmurlara müvəffəqiyyətlə tədris edilir. Bu qiymətli əsər Azərbay-

can Respublikası Prezidentinin xarici ölkələrin təcrübəsi  əsasında dövlət 

idarəçiliyi sisteminin modernləşdirilməsi haqqındakı sərəncamında öz əksi-

ni tapan, Azərbaycanda dövlət idarəçiliyi sistemi islahatının tələbatlarına 

uyğun olaraq hazırlanmışdır. “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təc-

rübəsi” monoqrafiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 no-

yabr 2012-ci il, 2090 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir. 

 Fuad  Məmmədovun fundamental əsərləri xarici alimlər, mütəxəssislər 

və diplomatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Rusiya, ABŞ, 

Almaniya, Birləşmiş Krallıq, Yaponiya, Çin, Avstriya, Fransa, Macarıstan, 

Estoniya və digər ölkələrin dövlət kitabxanalarında, həmçinin BMT-nin, 

YUNESKO-nun Roma klubunun, ABŞ Konqressinin kitabxanalarında on-

ların istifadəsi Azərbaycan elmi üçün qürur predmetidir.  

 Fuad Məmmədovun idarəetmə  mədəniyyəti haqqında monoqrafiyasına 

yüksək qiymət verən görkəmli Rusiya kulturoloqu, akademik Aleksandr 

Zapesotski aşağıdakıları qeyd etmişdir: ”Elmi anlamda monoqrafiya mənə 

universal kulturoloji biliklərin məzmunlu toplusu kimi təsəvvür edilir. İda-



İdarəetmə mədəniyyəti 

 

631



rəçilik problemlərinə, idarəçilik problemlərinin sistemləşdrilməsi və təsviri-

nin yeni formasına orijinal kulturoloji yanaşma,  Şərq və  Qərb ölkələrində 

dövlət idarəçiliyinin tarixi, nəzəriyyəsi və praktikasına kulturoloq baxışı sa-

yəsində Sizin kitabınız xüsusi praktik əhəmiyyət qazanır. İdarəetmə elminin 

təkmilləşdirilməsi məqsədilə Sizin tərəfinizdən işlənib hazırlanan, müxtəlif 

səviyyələrdə effektiv innovativ idarəetmə modellərini yaratmağa imkan ve-

rən “kulturoloji piramida” universal metodu böyük əhəmiyyətə malikdir”. 

“İntellektual inkişaf problemləri” Beynəlxalq Elmlər Akademiyasından 

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akade-

mik Mahmud Kərimova göndərilmiş məktubda deyilir: “Fuad Teyyub oğlu 

Məmmədov elm aləmində dünya mədəniyyəti tarixi sahəsində görkəmli 

alim kimi çox tanınmışdır. …Dünya mədəniyyəti və bəşər sivilizasiyası el-

minin öyrənilməsi gedişində onun tərəfindən prinsip etirabarilə yeni elmi 

nəticələr  əldə edilmişdir ki, onlar da, şübhəsiz, müəllifin təliminin funda-

mentini təşkil edir və Azərbaycanın zəngin elmi və mədəni irsini yaradıcı 

surətdə  zənginləşdirir və inkişaf etdirir. …Professor tərəfindən ilk dəfə 

dünya mədəniyyəti tarixi sahəsində yüksək elmi və praktik dəyərə malik, 

dünya mədəniyyəti və sivilizasiyası tarixinin, dövlət idarəçiliyi siyasəti və 

sisteminin tədqiqatları üçün prinsip etibarilə yeni imkanlar açan bir sıra nə-

zəri- metodoloji müddəalar və prinsiplər ifadə edilmişdir.” 

Elə həmin ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının gön-

dərdiyi dəstəkdə yazılmışdır: ”Pedaqoji və Sosial Elmlər Akademiyası tarix 

elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət  İdarəçilik Akade-

miyasının professoru, bizim Akademiyanın həqiqi üzvü Fuad Teyyub oğlu 

Məmmədovun elmi fəaliyyətini yüksək qiymətləndirir. Kulturologiya sahə-

sində onun tədqiqatları yalnız Azərbaycan Respublikası üçün milli əhəmiy-

yətə deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir, belə ki, onlarda univer-

sal xarakterə malik, insanın inkişaf qanunlarının həyat fəaliyyəti fəlsəfəsi 

və texnoloiyaları açıqlanır. F.T. Məmmədovun elm və mədəniyyət tarixi və 

nəzəriyyəsinin inkişafına verdiyi ciddi töhfəni nəzərə alaraq, Rusiya 

Pedaqoji və Sosial Elmlər Akademiyası onun Azərbaycan Milli Elmlər 

Akademiyasının akademiki seçilməsini layiqli hesab edir”.  

Rusiya Kulturologiya İnstitutunun Sankt-Peterburq filialının məktubun-

da deyilir: “F.T.Məmmədov mədəniyyət və elm tarixi və nəzəriyyəsi sahə-

sində beynəlxalq tanınma qazanmış görkəmli mütəxəssisdir. Onun dünya 

mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsinin fundamental problem-

lərinin təhlilinə  həsr edilmiş  əsərlərinin  əhəmiyyəti - tədqiqatlarının yeni-

likçi və ensiklopedik xarakteri, tarixi həqiqətlərin yaradıcı axtarışı və insa-

nın təkmilləşməsi, cəmiyyətin davamlı sosial inkişafı və proqresi üçün yeni 


Fuad Məmmədov

 

 

632



imkanlar açan, praktik cəhətdən faydalı kulturoloji biliklərin istehsalı ilə 

şərtlənir.  

…Azərbaycanın ruhi mədəniyyətinin tarixi etapları  və inkişaf qanuna-

uyğunluqları, insanın, dövlətin və cəmiyyətin həyat və fəaliyyəti haqqında, 

tarixi proses olan mədəniyyət haqqında düzgün elmi təsəvvürlərin forma-

laşmasına imkan verən anlayışlar, formullar və konsepsiyalar ilk dəfə onun 

tərəfindən işlənib hazırlanmış, mədəniyyəti fərdi, lokal və qlobal səviyyə-

lərdə tədqiq etməyə imkan verən yeni yanaşmalar təklif edilmişdir. …Yu-

xarıda deyilənləri nəzərə alaraq, biz professor Fuad Teyyub oğlu Məmmə-

dovun “Tarix” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasına müx-

bir üzv seçilməsini tövsiyə etməyi zəruri hesab edirik.” 

Fuad Məmmədov Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Cənubi Ko-

reya, Tayland, Misir, Yunanıstan, Türkiyə,  İran, Kosta-Rika, Rumıniya, 

Macarıstan və digər ölkələrdə beynəlxalq konfranslarda, cəmiyyətlərdə və 

səfirliklərdə Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. 1991-ci ildə onun 

Kosta-Rikadakı çıxışları nəticəsində bu Mərkəzi Amerika ölkəsi, ilk dövlət-

lərdən biri kimi, Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanımışdır. 

Norveçdə (Berqen ş.) Beynəlxalq kulturoloji konfransda etdiyi “Mədəni si-

yasətin formalaşdırılmasına elmi yanaşma haqqında” məruzəsindən sonra, 

2000-ci ildə F.T. Məmmədov mədəni siyasət üzrə Avropa Şurası ekspertlə-

rinin siyahısına daxil edilmişdir.  

Professor Fuad Məmmədov “Politologiya”, “Beynəlxalq münasibətlər”, 

“Hüquqşünaslıq”, “İnzibati-dövlət idarəçiliyi”, “Menecment”, “Kulturolo-

giya”, ”Sənətşünaslıq” ixtisasları üzrə yüksək ixtisaslı mütəxəssislərin ha-

zırlanmasında fəal iştirak edir. O, Azərbaycan  İqtisad Universitetində 

“Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və magistr diplomlarının 

müdafiəsi üzrə Dövlət komissiyasının sədri, Azərbaycan Respublikasının 

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Rəssam-

lıq Akademiyasının Dissertasiya şuralarının üzvüdür, elmi kulturoloq-kadr-

ların hazırlığına rəhbərlik edir, doktorluq və namizədlik dissertasiyalarının 

müdafiəsi üzrə opponent qismində çıxış edir, respublika alimlərinin bir sıra 

monoqrafiyalarının redaktorudur. Onun təşəbbüsü ilə 1999-cu ildə respubli-

kada ilk dəfə olaraq, kulturologiya sahəsində namizədlik və doktorluq dis-

sertasiyalarının müdafiəsi üzrə Şura yaradılmışdır.  

Professor Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik 

Akademiyasında, Milli Ensiklopediyada, Aviasiya Akademiyasında, İqtisad 

Universitetində, Qərb Universitetində, Texniki Universitetdə, Polis Akade-

miyasında, “Qafqaz” Universitetində, Sərhəd Qoşunları Akademiyasında, 

Turizm  İnstitutunda və respublikanın bir çox digər müəssisələrində intel-


İdarəetmə mədəniyyəti 

 

633



lektual mədəniyyət, innovativ inkişaf və milli insan kapitalı haqqında məru-

zələrlə müvəffəqiyyətlə çıxış edib və edir.  

 Professor Fuad Məmmədov ictimai xadim və maarifçi, elmin populyari-

zatoru kimi də tanınmışdır. O, 1990-cı ildə Azərbaycan Elmlər Akademiya-

sı tərəfindən təsis edilmiş “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyası-

nın prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, Azərbaycan 

Respublikasi Prezidenti yanında AAK reyestrinə daxil edilmiş “Simurq” 

(Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və  nəzəriyyəsi) Beynəxalq 

kulturoloji jurnalının təsisçisi və baş redaktoru, daimi fəaliyyət göstərən 

“Mədəniyyət və  cəmiyyət” kulturoloji seminarının elmi rəhbəri, “İdrak” 

kulturoloji televiziya verilişinin müəllifi və aparıcısıdır. 22 ildən artıq fəa-

liyyət dövrü ərzində onun rəhbərliyi ilə milli və dünya mədəniyyəti və sivi-

lizasiyasının tarixi və  nəzəriyyəsinin müxtəlif məsələlərinə  həsr edilmiş 

300-dən artıq kulturoloji seminarlar, konfranslar, treninqlər və dəyirmi ma-

salar keçirilmişdir.  

 Onun  60-dan  yuxarı  əsəri Azərbaycanda elmin inkişaf tarixinə  həsr 

edilmişdir. Onların arasında “Azərbaycan SSR Elmlər Akademiyası” kol-

lektiv işi, Bakı, 1976; SSRİ EA İctimai Elmlər üzrə Elmi İnformasiya İnsti-

tutu tərəfindən dərc edilən “Sosialist quruculuğu şəraitində sovet kimya el-

mi və istehsalının yaranması və inkişafı. 1920-1941” (Azərbaycan SSR-in 

materialları əsasında), Bakı, 1984; “Böyük Vətən müharibəsi illərində xalq 

təsərrüfatının inkişafına və SSRİ-nin müdafiə qabiliyyətinin möhkəmləndi-

rilməsinə kimyaçı-alimlərin töhfəsi. 1941-1945” (Azərbaycan SSR-in mate-

rialları əsasında) monoqrafiyalarını xüsusi qeyd etmək lazımdır. Hazırda o, 

“Azərbaycanda elmin inkişafı” fundamental monoqrafiyası üzərində  işini 

yekunlaşdırmaq üzrədir.  

 Keçən əsrin 70-ci-80-ci illərində Fuad Məmmədovun elmi, elmi-təşki-

lati və ictimai fəaliyyəti gümüş və bürünc medallarla, SSRİ XTNS Baş ko-

mitəsinin diplomu ilə, təşəkkürnamələr və ümumittifaq və respublika “Bi-

lik” cəmiyyətlərinin döş nişanı ilə, Sovet İttifaqı Kommunist Partiyası MK-

si, SSRİ Nazirlər Şurası, ÜLKGİ və ÜMHİŞ-nın Fəxri fərmanları ilə qeyd 

edilmişdir.  

Dünya mədəniyyəti və sivilizasiyası tarixi və  nəzəriyyəsinin inkişafına 

verdiyi töhfəyə görə Fuad Məmmədov “İntellektual  İnkişaf Problemləri” 

Beynəlxalq Elmlər Akademiyasının (2002), Rusiya Pedaqoji və Sosial 

Elmlər Akademiyasının akademiki seçilmiş (2004), ABŞ Bioqrafiya İnsti-

tutunun “Şərəf” medalı (2004), “Humay”, “İntellekt”, “Qızıl qələm” milli 

ictimai mükafatları, “Sülh səfiri” və “Mədəniyyət səfiri” beynəlxalq və mil-

li fəxri adları, Mədəniyyət və Turizm Nazirliyi və AR Təhsil Nazirliyinin 

fəxri fərmanları, AR Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət komitə-



Fuad Məmmədov

 

 

634



sinin diplomu, Misir Təhsil Nazirliyinin Qızıl medalı, “Simurq” Beynəlxalq 

medalı ilə təltif edilmiş, bir sıra beynəlxalq ictimai təşkilatların mükafatla-

rına layiq görülmüşdür.  

 Professor Fuad Məmmədovun dünya mədəniyyəti və sivilizasiyası, in-

sanın həyat fəaliyyəti mədəniyyəti, həmçinin dövlət idarəçiliyi, tarixi və nə-

zəriyyəsi sahəsində fundamental əsərləri və nəticələri - Azərbaycan cəmiy-

yəti və dövlətinin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı, insa-

nın həyat fəaliyyəti texnologiyaları keyfiyyətinin yüksəldilməsi üçün mü-

hüm elmi və praktik əhəmiyyətə malikdir. Onun tərəfindən ilk dəfə “Si-

murq” Azərbaycan mədəniyyət Assosiasiyası  və Dünya mədəniyyəti Bey-

nəlxalq Universitetinin layihələri, innovativ kulturoloji metodologiya və 

tədqiqat metodları, o cümlədən “kulturoloji piramida” universal metodu

formullar və anlayışlar: “mədəniyyətin elmi tərifi”, “mədəni insan”, “insan 

kapitalı”, “mədəni inkişaf amili”, “mədəniyyət sosial sistem kimi”, “mədə-

niyyətin effektivliyi”, “idarəetmə effektivliyi”, “sosial-mədəni proqresin ef-

fektivliyi” və s. işlənib hazırlanmışdır.  

F.T.Məmmədov tərəfindən kulturologiya elmində ilk dəfə olaraq, meto-

doloji innovasiya kimi, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi istifa-

də edilmiş və mədəniyyətlərin dialoquna, qloballaşma, sürətli dəyişikliklər 

və zamanın çağırışları  şəraitində, dünya mədəniyyəti və davamlı inkişafın 

formalaşdırılmasına effektiv yardım metodu kimi, “Homo Sapiens” tipli in-

sandan “Homo cultural” tipli insana keçməyə imkan verən, insanların ak-

kulturasiyası və inkulturasiyası beynəlxalq proqramlarının işlənib hazırlan-

ması və reallaşdırılması ideyası təklif edilmişdir.  

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

İdarəetmə mədəniyyəti 

 

635



Əlavə 1  

 

“İDARƏETMƏ MƏDƏNİYYƏTİ” fənni üzrə seminar məşğələləri və 

tələbələrin və  məmurların sərbəst hazırlığı üçün 

MÜHAZİRƏLƏRİN QISA MƏZMUNU VƏ SUALLAR 

 

1-ci mühazirə. Dövlətçilik mədəniyyəti, milli və beynəlxalq 

idarəetmənin inkişafı üçün  intellektual, etik və hüquqi mədəniyyətin 

strateji əhəmiyyəti haqqında 

 

Ruhi mədəniyyətin dəyəri və intellektual mədəniyyətin xüsusi mis-

siyası haqqında. Kulturologiyanın strateji əhəmiyyəti haqqında. Demokra-

tik dövlətçilik mədəniyyəti haqqında.  Milli və beynəlxalq idarəetmə mədə-

niyyəti haqqında. Xarici ölkələrdə idarəetmə elmi haqqında. Müəllifin kul-

turoloji idarəetmə modeli haqqında. Milli idarəetmə mədəniyyətinin təkmil-

ləşdirilməsi üzrə müəllifin tövsiyələri.  

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Ruhi mədəniyyət anlayışı.  



2.

 

İnsanın, cəmiyyətin və dövlətin inkişafında intellektual mədəniyyə-



tin rolu.  

3.

 

Dövlətçilik formaları və onların prinsipial fərqləri. 



4.

 

Dövlət quruculuğu və idarəçiliyi üçün kulturologiyanın strateji 



əhəmiyyəti.  

5.

 

Milli və beynəlxalq idarəçiliyin xüsusiyyətləri.   



6.

 

Milli idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi imkanları.  



 

2-ci mühazirə. Bəşəriyyətin qədim sivilizasiyalarında insan münasibət-

ləri mədəniyyəti,  dövlətçilik və dövlət idarəçiliyi mədəniyyəti              

tarixindən 

Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin tarixi və  nəzəriy-

yəsindən. Dövlətçiliyin iki tarixi forması haqqında. Bəşəriyyətin ilkin sivi-

lizasiyalarında dövlətçilik mədəniyyəti tarixindən.    Şumer-Mesopotamiya 

sivilizasiyası. Kiçik Asiya, Aralıq dənizi,  Ərəbistan, Yaxın və Orta Şərq 

dövlətləri. Türkiyə. Qədim Misir. Mərkəzi Asiya. Qədim Hindistan. Qədim 

Çin və  Qədim Koreya. Qədim Yunanıstan. Qədim Roma. Yaponiya. 


Fuad Məmmədov

 

 

636



M.N.Tusinin və M.F. Axundzadənin ictimai tərəqqi, insan münasibətləri 

mədəniyyəti və idarəetmə mədəniyyətinə baxışları. 



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Şumer-Mesopotamiya sivilizasiyasında dövlət idarəçiliyi 



formaları.  

2.

 

Qədim Misirdə dövlət idarəçiliyi mədəniyyəti.  



3.

 

Qədim və orta əsr Hindistanında və Çində dövlət idarəçili-



yi mədəniyyətinin xüsusiyyətləri.  

4.

 

Qədim Yunanıstanda idarəetmə mədəniyyəti.   



5.

 

Qədim Romada dövlət idarəçiliyi mədəniyyəti təcrübəsi.  



6.

 

Orta  əsrlər və yeni dövrdə Yaponiyada dövlət idarəçiliyi 



mədəniyyəti. M.N.Tusinin ailənin və dövlətin idarə edilmə-

sinə yanaşmaları.   

7.

 

M.F. Axundzadənin Şərq ölkələrində idarəetmə mədəniyyə-



tinə baxışları.   

 

3-cü mühazirə. Mədəniyyət və kulturologiya haqqında anlayış. Kultu-

rologiya inkişaf qanunları, insanın həyat fəaliyyəti texnologiyaları və 

imkanları haqqında elm kimi 

Kulturologiya XXI əsrin aparıcı paradiqması  və idarəetmə  mədə-

niyyətinin elmi əsası kimi. Kulturologiyanın baza anlayışları və kateqoriya-

ları. L.A.Uaytın və A.Maslounun konsepsiyaları. Kulturogenez. Mədəniy-

yətin “şaqulisi” və “üfqisi”. Sosial mədəniyyətin sistemyaradıcı  kompo-

nentləri. “Ruhi istehsal” sistemləri. Mədəniyyətin yaradıcıları. Mədəni də-

yərlər, onların formalaşdırılması prosesi və iyerarxiya. Mədəniyyətin milli 

xarakteri. Elitar və kütləvi mədəniyyət. 



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar: 

1.

 

Nə üçün kulturologiya XXI əsrin aparıcı paradiqması kimi çıxış 



edir?   

2.

 

İdarəetmə  mədəniyyətinin elmi əsası kimi kulturologiyanın dəyəri 



nədədir?  

3.

 

Lesli A. Uaytın mədəniyyət konsepsiyasının mahiyyəti.  



4.

 

A.Maslounun mədəniyyət və insan konsepsiyasının əsas müddəaları.   



5.

 

Cəmiyyətin əsas sosial mədəniyyət komponentləri. 



6.

 

Dövlət idarəçiliyi ideologiyası üçün mədəni dəyərlərin əhəmiyyəti.  



7.

 

Elitar və xalq mədəniyyəti bir-biri ilə necə qarşılıqlı əlaqələlidirlər?  



İdarəetmə mədəniyyəti 

 

637



8.

 

Mədəniyyətin “şaqulisi” və “üfqisi” nə deməkdir?  



9.

 

Milli mədəniyyət anlayışı.  



 

4-cü mühazirə. Mədəniyyət, kulturologiya, idarəetmə mədəniyyəti və 

sosial-mədəni siyasət anlayışına müəllifin yanaşmaları 

Kulturologiya haqqında anlayış. Kulturologiyanın funksiyaları. Mə-

dəniyyət haqqında anlayış. Mədəniyyət bütöv sosial sistem kimi. Mədəni 

insan formulu. Mədəniyyətin inkişafının obyektiv-tarixi amilləri. Mədəniy-

yətin effektivlik formulu. Mədəniyyətin faydalı  iş  əmsalı  və entropiyası. 

Sosial-mədəni tərəqqi formulu. İdarəetmənin müvəffəqiyyət formulu. De-

mokratik idarəetmə effektivliyinin toplananları. Demokratik idarəetmə və-

zifələri. Demokratik idarəetmə effektivliyinin artırılması şərtləri. Metodolo-

giya və metodlar. Sistemli kulturoloji təhlilin əsas prinsipləri. Effektiv ida-

rəetmənin universal kulturoloji modeli (kulturoloji  piramida  universal me-

todu). Milli və beynəlxalq sosial-mədəni siyasət. Sosial-mədəni siyasət an-

layışı.  Azərbaycanın sosial-mədəni inkişaf konsepsiyası. Milli sosial-mə-

dəni siyasətin əsas vəzifələri. Milli sosial-mədəni siyasətin əsas həyata ke-

çirilmə metodları. Milli sosial-mədəni siyasətin  əsas prioritetləri. Beynəl-

xalq sosial-mədəni siyasətin əsas vəzifələri.  

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar: 

1.

 

Mədəniyyətin elmi, kontekstual və dar anlamı.  



2.

 

Kulturologiyanın əsas funksiyaları.  



3.

 

Bütöv sosial sistem kimi mədəniyyətin əsas komponentləri.  



4.

 

Mədəni insanın xüsusiyyətləri.   



5.

 

Mədəniyyətin məntiqi-tarixi inkişaf amilləri.  



6.

 

İdarəetmənin effektivlik formulunun təhlili.  



7.

 

Kulturoloji metodologiyanın tərkib hissələri və onların xarak-



teristikaları.   

8.

 

“Kulturoloji piramida” universal metodunun mahiyyəti və im-



kanları.   

9.

 

Sistemli kulturoloji təhlilin əsas prinsipləri.  



10.

 

Sosial-mədəni siyasət anlayışı.   



11.

 

Milli sosial-mədəni siyasətin əsas prioritetləri və vəzifələri.  



12.

 

Azərbaycanın sosial-mədəni inkişaf konsepsiyası.  



13.

 

Beynəlxalq sosial-mədəni siyasətin əsas vəzifələri.  



 

 

Fuad Məmmədov

 

 

638



Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin