AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   42   43   44   45   46   47   48   49   ...   53
 

 

 

 

İdarəetmə mədəniyyəti 

 

561



Öz  fikirləri və hisslərinin idarə edilməsi 

 

Özünüidarə mədəniyyəti öz düşüncələrinin idarə edilməsindən başlayır. 

Öz  şüurunu pozitiv düşüncələrə, xeyirxah arzulara və  şüurlu  əməllərə yö-

nəldərək onu idarə etmək bacarığı - nikbin dünyagörüşünü, “tunelin sonun-

da işığı görmək” qabiliyyətini, istənilən situasuyada uğurlu sonluq gözləyə-

rək həyata və onun müxtəlif hadisələrinə pozitiv münasibət bəsləməyi nə-

zərdə tutur. Mark Avreli hesab edirdi ki, özünü təhlükəsizlikdə hiss etmək 

üçün sizi narahat edən şeylərə qarşı münasibəti dəyişmək lazımdır. Haqqın-

da Ronda Bern, C. Vitale və digər müəlliflərin kitablarında yazılmış “Cazi-

bə qanununda” arzularına çatmasında insanın təxəyyülünün, fantaziyasının 

rolu xüsusi qeyd edilir. “Cazibə qanununun” mahiyyəti ondan ibarətdir ki, 

bizim fikirlərimiz haqqında düşündüyümüz şeyləri cəzb edir. Bunun sayə-

sində pozitiv təfəkkür pozitiv keyfiyyətlərin formalaşmasına səbəb olur, po-

zitiv hadisələri, yaxşı insanları, arzu edilən məqsədləri cəzb edir. Eyni za-

manda opponentin provokasiya məqsədilə edilməyən təcavüzünə adekvat 

reaksiyadan, onun mühakimələri və cavab hərəkətlərindən özünü saxlamaq 

bacarığı ilə sizə yönəldilən neqativ enerjini neytrallaşdırmaq olar. Görünür 

ki, Templton bu məsələni nəzərdən keçirərək təxəyyülün nəcib təsirinə diq-

qət yetirir və qədim məsəli gətirir: “nəyi təsəvvür etmək mümkündürsə, ona 

nail olmaq olar”. Bizim fikirlərimizə forma verən təxəyyülümüzü idarə et-

mək qabiliyyəti aydın obrazlar və  mənzərələr yaratmağa imkan verir ki, 

bunlar da böyük istək və  məqsədyönlülük sayəsində  həyata keçirilə biər. 

Əgər insan öz qüvvəsinə inanırsa, ağlı, biliyi, bacarığı, məsuliyyəti, iradəsi 

və səyi ilə fərqlənirsə, o öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir 

və mümkün olmayanı – mümkün edə bilər.  

İnsanın fikri azad olmalıdır. Bu, bizim müstəqil inkişafımız və  həyata 

düzgün münasibətimizin mühüm şərtlərindən biridir. Lakin o, şüura  əsas-

lanmalı və daim elmi biliklə qidalanmalıdır. Təhsil və maarif, o cümlədən, 

müntəzəm şəxsi təhsil, gerçəkliyin tənqidi təhlili - həyatın bir çox obyektiv 

imkanlarından bizi məhrum edən təfəkkür məhdudluğundan xilas olmağa 

kömək edir. Fikirlərin pozitiv istiqamətə dəyişdirilməsi bizim tərəfimizdən 

həyatın qavranılmasının pozitiv dəyişikliyinə aparır. Biz bu problemin ardı-

cıllıq yolu ilə keçməsini dünya mədəniyyəti tarixində də görürük. Lao-Tszı 

deyirdi: “Öz fikirlərinizə qarşı diqqətli olun – onlar əməllərin başlanğıcı-

dır”. “Bilik üçün, sakit həyat üçün və hər bir işin uğuru üçün insanın öz dü-

şüncələrinə sahib olması qabiliyyətindən daha vacib çətin ki bir şey olsun”, - 

deyə Con Lokk qeyd edirdi. Düzgün qərar qəbul edərək və onları ardıcıl hə-

yata keçirərək, biz istənilən çətinlikləri aradan qaldırmağa, arzularımızı re-

allığa çevirməyə qadirik. Pozitiv fikirlər və  əməllər, yaxınlara və dostlara 



Fuad Məmmədov

 

 

562



bağlılıq və hörmət xüsusi energetika yaradır ki, bu da digər insanları bizə 

tərəf çəkir, hər bir mədəni insan üçün həyati vacib olan qarşılıqlı anlaşma, 

dostluq və  məhəbbət atmosferini formalaşdırır. “Mənəvi mədəniyyətin 

mümkün ən yüksək mərhələsi - öz fikirlərimizə nəzarət etməyə qadir oldu-

ğumuzu başa düşdüyümüz zamandır”, - deyə Çarlz Darvin qeyd edirdi. Con 

Templton deyir: “Sizin öz fikirlərinizi idarə etməyi öyrəndiyiniz dərəcədə, 

müsbət və yaxşı fikirlər həyatınızı daha yaxşıya doğru dəyişəcəkdir”. Mark 

Avrilinin məşhur “fikirlərin sənin həyatına çevrilir” sözlərinə istinad edə-

rək, istedadlı psixoloq və humanist, insanın həyat fəaliyyətinin pozitiv ener-

jisinin saxlanması üçün “sıxışdırıb çıxartma metodunu” təklif etmişdir. 

Onun mahiyyəti bundadır ki, əgər insan öz şüurunu pozitiv və faydalı fikir-

lərlə doldurarsa, orada pis fikirlərə yer qalmayacaqdır. Bizim həyati məq-

sədlərimizə çatmağa imkan verməyən gərəksiz və neqativ fikirlər  şüurdan 

sıxışdırılıb çıxarılır. Beləliklə, öz şüuruna nəzarət etməyi öyrənərək, təfək-

kürünü digər obyektə keçirmək mümkündür, və arzu olunmayan fikirlər 

yox olur. Neqativ fikirlərin sıxışdırılıb çıxarılmasının daha bir metodu ”on-

ları sakitcə buraxmaq” bacarığındadır: neqativ fikirlər “gəldikləri sonsuz 

heçliyə buraxılırlar.” C.Templtonun “sıxışdırıb çıxartma metodu”– paxıl-

lıq, nifrət, tamahkarlıq, eqoizm, gərəksiz tənqidbazlıq, qisasçılıq və s. kimi 

insan sağlamlığına dağıdıcı  təsir göstərən keyfiyyətləri aradan qaldırmağa 

imkan verir. 

Beləliklə, reallıq daha çox ağlımız və  qəlbimizlə, dünyagörüşümüz və 

xarakterimizlə, ruhi mədəniyyətimizlə şərtlənən - bizim daxili qavramamız-

dan asılıdır. Nəcib fikirlər nəcib əməllər doğurur. Əgər insan özünə inanır-

sa və bu inamı konkret əməllərlə möhkəmləndirirsə, öz bilikləri və bacarıq-

larını təkmilləşdirirsə, çətinliklərə və əlverişsiz şəraitlərə baxmayaraq arzu 

edilənə nail olmaqda inad və mətanət göstərirsə, qəlbin nəcib niyyətləri re-

allaşır. Çətinliklər bizim qabiliyyətlərimizi inkişaf etdirir, iradəmizi möh-

kəmləndirir, həyat təcrübəmizə imkan yaradır, bizi mərd və güclü edir. Po-

zitiv obraza istiqamətlənmə, həyatın dövriliyinin ağılla qavranılması, özünə 

inam, bizə bağışlanmış həyat nemətlərinə görə minnətdarlıq hissi, cəmiyyə-

tin rifahı naminə quruculuq - bizim üçün uğura, müvəffəqiyyətə, xoşbəxtli-

yə və yeni imkanlara qapılar açır. Özündə həyat qabiliyyətinin və mübariz 

insan xüsusiyyətinin istehsalı - dinamik fəaliyyəti, proqressiv inkişafı  və 

qoyulmuş məqsədlərə çatmağı təmin edir.  



İnsanın təfəkkür mədəniyyəti bütövlükdə şəxsiyyətin intellektual mədə-

niyyətini təşkil edən təbii ağlından və əldə etdiyi biliklərindən asılıdır. Fa-

les deyirdi: "Bədənin fərəhi - sağlamlıqda, ağılın fərəhi – bilikdə olur.” 

Henri Tomas Bokl intellektual mədəniyyətə haqq qazandıraraq, qeyd edirdi 

ki, “qaranlığı hiss etməyən kəslər, işığı heç vaxt axtarmayacaqlar”. İntellek-


İdarəetmə mədəniyyəti 

 

563



tual mədəniyyət - insanın inkişaf imkanlarını müəyyən edən həyat fəaliyyə-

tinin başlıca hərəkətverici qüvvəsidir. Bu mədəniyyətin təbii mənbəyi – in-

san beyninin fəaliyyətini, təfəkkür prosesini idarə edən insan şüurudur. Şü-

ur fikri generasiya edir və bizim həyat proqramımızı müəyyən edir. Təfək-

kür məhdudluğundan azad olmaq, bizə həyatı kainatın imkanları müxtəlifli-

yində görməyə imkan verən ağlı  və bilikləri daim inkişaf etdirmək, həyat 

hadisələri və faktlarını, insanların davranışını və hərəkətlərini düzgün başa 

düşmək və interpretasiya etmək lazımdır. Cahilliyi, insan mədəniyyəti və 

sivilizasiyası haqqında bilikləri yaymaqla aradan qaldırmaq lazımdır. Yax-

şını pisdən ayırmaq qabiliyyətinə böyük qiymət verən Sokrat qeyd edirdi: 

“Yalnız bir yaxşılıq – bilik və yalnız bir pislik – cahillik var.” Templton de-

yir: “Tırtıl yanında yarpağa qonan kəpənəyi tanımaq halında deyil. Ehtimal 

ki, tırtıl kəpənəyi hətta görmür, çünki tırtılın real həyatında kəpənəklər 

mövcud deyil!” Dialektikası Platona böyük təsir göstərmiş Herakl Efesski 

insan cahilliyini ifşa edərək qeyd edir ki, “itlər o kəslərə hürürlər ki, onları 

tanımırlar.” İntellektual mədəniyyətin açdığı imkanlardan biri – kainatın və 



insanın həyat fəaliyyəti qanunlarının, baş verən təzahürlər, hadisələr, pro-

seslər və insanların düzgün dərk edilməsidir. Bu anlama insanın həyat fəa-

liyyətini və bizim emosional mədəniyyətimizi idarə edən şüurun qüvvəsini 

təsdiq edir. Bu və ya digər mühüm problemlərin həlli zamanı o öz hakimiy-

yətini və özünün qalibiyyət  əzmini təsdiqləyərək, qeyri-müəyyənlik qarşı-

sında yaranan qorxu hissini aradan qaldırmağa imkan verir. İntellektual mə-

dəniyyət müdrikliyə - biliklərlə, təcrübə ilə və humanizmlə zənginləşdiril-

miş ağlın keyfiyyətinə nail olmağa imkan verir. Müdriklik - həyat qanunla-

rını düzgün anlamaq, səhvlərdən ibrət almaq, olanların mahiyyətini və xü-

susiyyətlərini müxtəlif tərəflərdən görmək, pozitiv nəticələrə və insan mü-

nasibətlərinin harmoniyasına nail olmağa yardım edən ağıllı qərarlar qəbul 

etmək qabiliyyətidir.  

Mədəni insanın özünü idarə etməsi, öz emosional vəziyyətinə, ətrafdakı-

ların neqativ hərəkətinə qarşı öz reaksiyasına nəzarət etmək bacarığını nə-

zərdə tuturDüzgün yol – öz enerjisini sizə layiq olmayan insanlarla müna-

sibətlərin aydınlaşdırılmasına deyil, həyatın başlıca dəyərlərinə: məhəbbətə, 

dostluğa və yaradıcılığa yönəltmədir. Əlbəttə, bu zaman digər insanın dost 

olmayan münasibətinin, həmçinin predmetə öz davranışının səbəblərini ay-

dınlaşdırmaq, onun digər insanlarla münasibətdə  gərginlik səbəbi olub-ol-

madığını təhlil etmək vacibdir. Mədəni insanın statusu paxıllıq kimi neqativ 

keyfiyyətlə bir araya sığışmır. Paxıllıq hissinə müqavimət göstərə bilməyən 

insanlar özünü təkmilləşməyə qadir deyillər. Onlar başqalarının yaxşı  cə-

hətlərini obyektiv qüymətləndirməyi bacarmırlar və onu ətrafdakıların gö-

zündən salmaq üçün bütün mümkün nöqsanları və çatışmazlıqları öz həsəd 



Fuad Məmmədov

 

 

564



obyektinə aid etməyə çalışırlar. Paxıllıq hissinin dəf edilməsi öz qüvvəsinə 

və şəxsi məziyyətlərinə inam tələb edir. Danılmaz uğurlar əldə etmiş iste-

dadlı insanların üstünlüklərini özünü təkmilləşdirmə üçün şans və  təcrübə 

kimi dərk etmək lazımdır. 



 

Arzular, maraqlar, məqsədlər və özünüidarə mənbələri  

 

Özünüidarə prosesində insan iki dəyişən amilin nüfuz dairəsində olur: 

şərait və  şəxsi seçim. Seçim – onun qəbul etdiyi qərarlardır.  Bu qərarlar 

mühüm rol oynayırlar və əgər onlar şəxsiyyətin inkişafı üçün əlverişli de-

yillərsə, şəraiti dəyişə bilərlər və  dəyişməlidirlər. Bunun üçün insana, bü-

tövlükdə, şəxsiyyəti və onu əhatə edən aləmi dəyişməyə qadir olan, yüksək 

mədəniyyəti təşkil edən məqsədyönlülük və möhkəm iradə, məntiq, bilik-

lər, bacarıqlar, mütəşəkkillik lazımdır. Görünür, hər idealda hər bir insan 

üçün öz təyinatınıhəyatının mənasını dərk etmək və buna uyğun olaraq öz 

həyat fəaliyyəti proqramını hazırlamaq vacibdir ki, onun həyata keçirilməsi 

ilə ola bilər, insanın inkişafına müəyyən töhfə verilsin və tarixdə bir iz qo-

yulsun. Blez Paskal deyirdi: “Öz həyatının mənasını bilməyən insanlara ya-

zıqlar olsun”. Bizim nəticələrimizin uğuru - konkret məqsədləri, problemlə-

rin mahiyyətini anlamağı, prinsiplərin və metodların seçilməsini, prioritet-

lərin müəyyən edilməsini, məqsədə çatma vaxtının təyinini nəzərdə tutan 

vasitədən - düşünülmüş fəaliyyətlər planından asılıdır. Eynilə biznesdə ef-

fektiv menecmentin insanların tələbatlarının başa düşülməsi və ödənilməsi 

ilə şərtləndiyi kimi, uğurlu özünüidarə - öz arzuları, maraqları və məqsəd-

lərinin başa düşülməsi və həyata keçirilməsindən asılıdır. Həyatımızın mə-

nası ilə  şərtlənən həyat məqsədi haqqında daim xatırlamaq lazımdır. Hələ 

XVI  əsrdə intibah dövrünün görkəmli nümayəndəsi olan Mişel Monten 

qeyd edirdi ki, “təyinat limanı olmayan kəs üçün heç bir külək arxadan 



əsən olmur.” Aydın məqsəd - insanın həyat fəaliyyəti enerjisinin fəallaşdı-

rılması üçün texnologiyalar və iradə – müəyyən zaman müddətində həyatın 

mənasına uyğun olan, qoyulmuş  məqsədə nail olma üçün zəruridir. Belə 

texnologiya kimi, güclü arzunun təmərküzləşməsinin, fokusunun yığılması-

nın onun real həyata keçirilmə stimulu olduğunu güman edərək, Templton, 

“enerjinin bir yerə cəmləşməsinin alışma əmələ gətirənədək günəş şüaları-

nın böyüdücü şüşə ilə fokusa yığılmasında olduğu kimi, öz dərrakəsini güc 

nöqtəsinədək bir yerə cəmləməyi” tövsiyə edir.  



Böyük məqsədlər olmadan böyük işlər yoxdur. Lakin insanın məqsədi 

iki kateqoriyada ola bilər: idealı ifadə edən böyük məqsədlər, hərəkət isti-

qamətini təyin edən mayak-məqsədlər, və real əldə edilə bilən konkret məq-

sədlər. Bizim arzularımız və istəklərimizdən doğulan böyük məqsədlər yol-



İdarəetmə mədəniyyəti 

 

565



ları müəyyən etməyə və düzgün texnologiyalar seçməyə kömək edir. Hərə-

kət üçün bizə motivasiya və stimul verən böyük məqsədlər şəxsiyyətin key-

fiyyətli dəyişilməsi və inkişafı üçün çoxlu sayda imkanlar açır və özündə 

maraqlı kəşfləri, mükafatları və yaradıcı fəaliyyətdən alınan zövqü gizləyir. 

Bu imkanların istifadə edilməsi insanın intellektual mədəniyyətindən, onla-

rın mənasını, mahiyyətini və xüsusiyyətlərini başa düşməkdən daha çox 

asılıdır. Bodo Şefer deyir: “Əgər siz ulduzlara yönəlmisinizsə, bu o demək 

deyil ki, siz onlara çatacaqsınız, amma yəqin ki, ağaclardan yuxarı qalxa-

caqsınız.” Real məqsədlər elə  tərzdə ifadə olunmalıdır ki, təyin edilmiş 

vaxtda mütləq yerinə yetirilsin. Bu onunla şərtlənir ki, onlara nail olma - 

şəxsiyyətin ösünütəsdiqinə xidmət edir, şəxsi ləyaqət hissini, insanın öz gü-

cünə və imkanlarına inamını möhkəmləndirir. Yüksək özünüidarə mədəniy-



yətinin və nəzərdə tutulmuş məqsədlərə nail olmaq qabiliyyətinin şərtlərin-

dən biri həyati problemlərin öhdəsindən gəlmək bacarığıdır. Problemlərin 

olması – dialektik yaşayış reallıqları ilə bağlı olan sonsuz həyat prosesidir. 

Bunun üçün bizim vəzifəmiz onları düzgün başa düşmək və vaxtında həll 

etməkdir. Bu zaman problemə münasibət, problemin əmələ gəlməsi ilə ya-

ranan “sarsıdıcı” neqativ emosiyaları onun həllinin,  şəxsiyyətin inkişafı 

üçün yeni imkanlar açan pozitiv dinamik enerjisinə  dəyişdirmək bacarığı 

çox vacibdir. Bunun üçün problemləri özünün inkişafı və digər insanlara öz 

təsir dairəsini genişləndirmək çağırışı və şansı kimi qəbul etmək; problem-

lərin həllində inama sahib olmaq; nikbinliyini, şəxsi ləyaqət hissini, qalibiy-

yət  əzmini qorumaq; öz hisslərinə  və reaksiyalarına nəzarət etmək; prob-

lemdən düzgün ibrət almağı bacarmaq lazımdır. Bodo Şefer doğru olaraq 

qeyd edir ki, problemin həllindəki hər bir uğur insanı mükafatlandırır, hər 

bir uğursuzluq isə onu daha güclü edir.  

Beləliklə, çox şey bizim arzumuzdan, onu güclü surətdə həyata keçirmək 

istəyimizdən  asılıdır.  Əgər istək mütləq həyati zərurət olursa, o zaman 

onun doğurduğu ruh reallığı  əlverişli tərzdə  dəyişməyə kömək edir. İnsan 

özü üçün xoşbəxtlik haqqında öz arzularına uyğun olan, lakin başqalarına 

zərər yetirməyən layiqli həyat qurmalıdır. Bodo Şefer arzunun həyata keçi-



rilməsinin psixoloji mexanizmini göstərmişdir. O, məqsədə çatmaq üçün 

özünün bütün diqqətini onun üzərində cəmləşdirməyi, daim onun haqqında 

düşünməyi, onun əldə edilməsində zərrə qədər şübhəyə yol verməməyi töv-

siyə edir. Fikrin konsentrasiyası sizin can atdığınız indiki mövqe ilə arzu 

arasında əlaqə yaradır. Bu obraz, müvəffəqiyyətin əldə edilməsinə yönəldil-

miş effektiv fəaliyyətlərə çevrilən əminliyi doğurur. Bilik və inam arzunun 

həyata keçirilməsi üzrə texnologiyalar seçimini və fəaliyyətlər enerjisini tə-

min edir. Co Vitalenin cazibə konsepsiyasına görə güclü arzu, insanı məq-

sədyönlü və güclü edərək, ona imkan yaradır ki, kainat özü onun həyata 


Fuad Məmmədov

 

 

566



keçməsinə kömək edir. Həyat fəaliyyətinin bütün sahələrində: ailədə, işdə, 

şəxsi təhsildə, cismani mədəniyyətdə, ictimai fəaliyyətdə  hərəkətə lazımi 

impuls verərək, düzgün seçim etmək, həyat fəaliyyəti istiqamətini və öz 

prioritetlərini düzgün müəyyənləşdirmək lazımdır. Onu nəzərə almaq la-

zımdır ki, arzumuzun həyata keçirilməsi yolunda bizim üçün mümkün ol-

mayan heç nə yoxdur. Bunun üçün güclü ruha – biliklərlə zəngin ağıla, nə-

cib hisslərə  və möhkəm iradəyə malik olmaq, özünə və həyatını yaxşılığa 

doğru özünün dəyişdirə bilmək qabiliyyətinə inanmaq lazımdır. Güclü ruh 

öz fikirlərini və enerjisini yaradıcı  məcraya yönəldərək, faciəli hadisələri 

belə xilasa və qələbəyə işarə kimi müdrikcəsinə şərh edərək, çətinliklərə və 

uğursuzluqlara mərdliklə qatlaşmağa, emosiyalarını idarə etməyə kömək 

edir. Zəngin daxili aləmin, yüksək ruhi mədəniyyətin olmadığı halda, mad-

di rifah ruhi kasadlığı doldura bilməz. Başqa sözlə, ruhi mədəniyyət zən-

ginliyi həmişə maddi zənginlikdən yüksəkdir, çünki pulla ağılı, həqiqi mə-

həbbəti, dostluğu və xoşbəxtliyi almaq mümkün deyil, yüksək ruhi (əqli və 

mənəvi) mədəniyyətə və xoş mərama sahib olmaqla isə həyatda zənginliyə, 

uğura və xoşbəxtliyə nail olmaq olar. Mədəni insanın özünü idarə etməsi, - 

həqiqəti özündə daşıyan, bəşəriyyətin bir çox nəsillərinin həyat təcrübəsi ilə  

sınaqdan keçirilmiş

56 


fundamental elmi biliklərə istinad etməlidir. Əgər in-

san doğru düşünürsə və elmi biliklərə və obyektiv informasiyaya əsaslanır-

sa, onun niyyətləri də düzgün formalaşır, niyyətlərin ardınca isə özündə se-

vinc və razılıq hissi daşıyan pozitiv əməllər gəlir.

57

 Əksinə, doğru olmayan 



və ya zərərli təfəkkür, ardınca çox zaman dağıdıcı və destruktiv xarakterli 

düzgün olmayan fəaliyyətlər gətirən yanlış, düşüncəsiz əməllər doğurur.  

 

Fəaliyyətin nəticələri - müvəffəqiyyətin meyarı kimi 

 

Məlum olduğu kimi, “bina kərpiclərlə hörülür”. Sofokl deyirdi: “Böyük 

işlər bir dəfəyə görülmür”. Müvəffəqiyyətin əsasını yalnız öz biliyini inkişaf 

etdirmək tələbatı və düzgün ifadə edilmiş məqsəd deyil, həm də biliklər, şü-

urlu fəaliyyət planı, effektiv texnologiyalar, gündəlik vicdanlı əmək və nə-

hayət, dözüm təşkil edir. Müvəffəqiyyətə nail olma diqqətin, enerjinin və 



qüvvənin  hansısa bir işdə  təmərküzləşməsini tələb edir. Qüvvələrin parça-

lanması yaxşı nəticələr əldə etməyə imkan vermir. Ona görə bizim başqa iş-

lərə yayınmağımızı doğruldan heç bir səbəblər nəzərə alınmalı deyil. Mü-

vəffəqiyyətin meyarı yalnız fəaliyyətin nəticələri olmamalıdır. Bunun üçün 

                                                            

56

 Fridrix  Şiller deyirdi: “Maarifləndirilmiş  şüur mənəvi hissləri nəcibləşdirir: baş ürəyi 



tərbiyə etməlidir”. 

57

 Jan Jak Russo qeyd edirdi: “ İnsanın bütün mənəviyyatı onun niyyətlərindən ibarətdir”. 



 

İdarəetmə mədəniyyəti 

 

567



nəzərdə tutulan planın yerinə yetirilməsinə mane ola biləcək mümkün qey-

ri-müəyyənlikləri nəzərə alaraq, vaxtı düzgün planlaşdırmaq, həmin vaxtda 

başlıca işi ayırmağı bacarmaq və diqqəti onun üzərində  cəmləşdirmək la-

zımdır. Gözlənilməz vəziyyətləri öz maraqlarına uyğun istifadə edərək idarə 



etmək lazımdır. Gözlənilməz vəziyyətlər öz məhsuldarlığının: həyati təsis-

lərə nail olmaq üçün vaxtın istifadə effektivliyinin; strateji məqsədlərin və 

cari vəzifələrin korrektə edilməsinin;  şəxsi xoşbəxtliyinin qurulmasında 

özünün fəallıq dərəcəsini yenidən mənalandırmanın qiymətləndirilməsi 

üçün “lakmus kağızı” ola bilər. Bodo Şefer motivasiya və ruh yüksəkliyini 

yuxarı  səviyyədə saxlamağa imkan verən “üç günün qaydasını”  ifadə et-

mişdir. Onun mahiyyəti budur ki, hər üç gündən bir insana psixoloji olaraq 

ölçülə bilən müsbət nəticə kimi başa düşülən yeni müvəffəqiyyət tələb olu-

nur. Bu permanent müvəffəqiyyət,  şəxsiyyətin inkişafı prosesində yüksək 

hərəkət impulsunu stimullaşdıraraq, insanda hər zaman yeni-yeni nailiyyət-

lərə motivasiyanı saxlayır. Bunun üçün öz fəaliyyətini, onun nəticə etibarilə 

səmərəliliyi məqsədilə, hər üç gündən bir düzgün planlaşdırmaq və nəzarət 

etmək vacibdir. Depressiya halından çəkinmək üçün öz işlərini əhəmiyyət-

lilik dərəcəsinə görə dəqiq planlaşdırmaq və öz şüuru üçün psixoloji yükə 

çevirməyərək, onları  təxirə salmadan yerinə yetirmək lazımdır. Bu zaman 

təcili işlər planlaşdırılmış mühüm işlərin yerinə yetirilməsi üçün maneə ol-

mamalıdır. Müvafiq qərar qəbul edildikdən sonra dərhal, lakin tələsmədən 

fəaliyyət göstərmək lazımdır. A.S. Ekzüperi qeyd edirdi: “ Heç vaxt demə: 

edərəm, əgər sən nə isə etmək qərarına gəlmisənsə, başla və de: mən artıq 

bunu edirəm.”  

Müdrik həqiqətləri və müvəffəqiyyət strategiyalarını təhlil edərək, Bodo 

Şefer öz işini Roma imperatoru Mark Avrelinin məşhur sözləri ilə başlayır: 

sonda görmək istədiyin o həyatla artıq bu gün yaşamağa başla”. O doğru 

olaraq qeyd edir ki, hər bir insanın qalib olmaq imkanı və hüququ vardır. 

Onun,  həyatın ziddiyyətlərinin  əslində bir tamın tərkib hissələri, ayrı-ayrı 

qanunların isə qarşılıqlı əlaqəli olması haqqında nəticələri özünüidarə mə-

dəniyyəti üçün metodoloji əhəmiyyətə malikdirMüəllifin maraqlı müşahi-

dələrindən biri odur ki, müvəffəqiyyət bəxti gətirməkdən o qədər də çox ası-

lı deyil, lakin insanın müəyyən prinsiplər və dəyərlər üzərində qurulan hə-

yat tərzinin nəticəsidir. Seçim edərkən insan yadda saxlamalıdır ki, müvəf-

fəqiyyət - situasiyadansa, daha çox ondan necə istifadə etməkdən asılıdır. 

Müvəffəqiyyət əldə etmiş insanlar haqqında danışaraq, Şefer Bessi Stenli-

nin çox gözəl sözlərini nümunə gətirir: “İnsan yaxşı yaşayıbsa, çoxlu gülüb 

və sevibsə, ağıllı adamların hörmətini və balaca uşaqların məhəbbətini qa-

zanıbsa, əgər həyatda öz yerini ya yetişdirdiyi gözəl güllərlə, ya çox gözəl 

şeirlərilə, ya da xilas etdiyi qəlblərlə doldura bilibsə, hesab etmək olar ki, 


Fuad Məmmədov

 

 

568



o, müvəffəqiyyət qazanıb. Əgər minnətdarlıq sözlərini əsirgəməyibsə, dün-

yanın gözəlliyini qiymətləndiribsə  və bu barədə danışmağa sıxılmayıbsa, 

əgər o, insanlarda ən yaxşı olanı görməyi bacarıbsa və özündə olan ən yax-

şı ilə səxavətlə paylaşıbsa, əgər onun həyatı insanları ruhlandırıbsa, haq-

qındakı xatirə isə onların qəlbində qalıbsa, - o, müvəffəqiyyət qazanıb.”  

Nəticə etibarilə  səmərəli fəaliyyət  şəxsiyyətdən xüsusi vərdişlər tələb 

edir. İnsan özündə şüurlu təfəkkürü, düzgün həyat mədəniyyətini və istəni-

lən həyat situasiyasında qələbəyə yönəldilmiş  uğurlu texnologiyaları  tək-

milləşdirməyi bacarmalıdır. O, şəraitin qurbanı olmayaraq və öz köməksiz-

liyinə  bəraət qazandırmayaraq, öz arzuları  və qoyduğu məqsədləri nəzərə 

alaraq, ona lazım olan şəraiti özü qurmağı və onu idarə etməyi, düzgün qə-

rarlar tapmağı və hətta faciəli situasiyalarda qələbə sonluğunu təmin etməyi 



öyrənməlidir. İnsanın xarakteri və şüurlu seçimi ilə şərtlənən həyat qabiliy-

yəti haqqında danışaraq, Bodo Şefer “qartalın” və “ördəyin” xarakterləri-

nin müqayisəsini verir. O, eqoizmdən azad olmağa qadir qartalları tərbiyə 

etmək zəruriliyindən danışır. “Ördəyin” prinsipi – hər bir şəraitə uyğunlaş-

ma, mübarizə və problemin həlli yollarını tapmaq əvəzinə - bəhanələrin ax-

tarışı, situasiyanı, onun innovativ təhlili  əvəzinə - birtərəfli görmə, nikbin 

mövqe  əvəzinə - bədbin mövqedir. Ördəklər  şəraitdən  şikayət edirlər və 

malik olduqlarını istəməyə məcburdurlar. Qartallar isə şəraiti dəyişirlər və 

istədikləri  şeyi əldə edirlər. Bu fərqi dərk edərək, ördəyə bənzəməmək və 

“qağıldamamaq”, şikayət etməmək, lakin hərəkət etmək çox vacibdir. Mü-

vəffəqiyyətə hesablanmış özünüidarə,  öz ləyaqətini, təbii keyfiyyətləri və 

qabiliyyətlərini obyektiv qiymətləndirmək, öz güclü cəhətlərini məqsəd-

yönlü şəkildə inkişaf etdirmək və pozitiv nəticələr əldə etmək üçün onlar-

dan effktiv istifadə etmək və onları müntəzəm olaraq günü-gündən yaxşı-

laşdırmaq bacarığını nəzərdə tutur. Belə özünüidarənin zəruri effektivlik şərti 

– biliklər, məntiq və gərgin əmək, qətiyyət, dözüm və möhkəm iradə, müəyyən 

situasiyada mövcud olan əlverişli üstünlükləri görmək, dərk etmək və düzgün 

istifadə etmək bacarığıdır. Hər bir insan təkrarolunmazdır. Onun təbii keyfiy-

yətləri, qəlbinin xüsusiyyətləri, xarakterinin əlamətləri,  şəxsi həyat təcrübəsi 

təkrarolunmazdır. Onun fərdiliyi yalnız ona məxsusdur.  



Öz qabiliyyətlərini və xöşbəxt həyat qurmaq imkanlarını lazımi surətdə 

qiymətləndirmək vacibdir, çünki ağıl, istedad və qabiliyyət – özünün inkişa-

fı, tələbatlarını təmin etmə və məqsədlərinə nail olma üçün səmərəli istifadə 

edilməli olan şansdır.  Ağılın sərvəti xeyirxahlığın sərvətindən üstündür, 

çünki sərvətlə  ağıl ala bilməzsən, ağılla isə  sərvət yaratmaq mümkündür. 

Sərvəti itirmək də olar, ağıl, bilik və vərdişlər isə şəxsiyyətin inkişafının nə-

ticəsi olan ayrılmaz insan kapitalıdır. Özündə yeniliyə həssaslığı, kreativli-

yi, innovativliyi, bəzən bu və ya digər mühitlə bizə sarınmış, bizim analitik 


İdarəetmə mədəniyyəti 

 

569



təfəkkür imkanlarımızı  məhdudlaşdıran təfəkkür stereotiplərindən imtina 

etmək bacarığını, taxılı alaq otundan ayırmaq qabiliyyətini, öz seçimimizi 

və bizim özümüzə məxsusluğumuzu təkmilləşdirmək çox vacibdir. Özünü 

bizim inkişafımıza, ruhi vəziyyətimizə pozitiv təsir göstərən, zəngin təcrü-

bəyə və məhsuldar həyat fəaliyyətinin effektiv strategiyalarına malik yaxşı 

və ağıllı adamlarla əhatə etmək lazımdır. Bununla bərabər mədəniyyətinin 

sizin mədəniyyətinizlə uyğunsuzluğu aşkar olan insanlarla ünsiyyətdən qəti 

surətdə çəkinmək lazımdır, çünki belə insanlar sizin sağlamlığınıza, şüuru-

nuza və davranışınıza destruktiv təsir göstərən mənbə ola bilərlər. Lakin bu 

zaman, əgər bu mümkündürsə, mənbəyinin sosial mühit və insanın tərbiyəsi 

ilə şərtlənən müəyyən dünyagörüşü olduğu neqativ energetikaya malik in-

sanların mədəniyyətinin pozitiv dəyişilməsinə kömək etməyə çalışmaq la-

zımdır. İnsan şəraitin qulu olmalı deyil, lakin vəziyyətləri öz maraqları xid-

mətinə yönəldərək, digər insanların maraqlarına zərər yetirmədən, onları 

pozitiv dəyişdirməlidir. Əgər hər hansı bir vəziyyəti dəyişmək bizim qüv-

vəmiz xarıcindədirsə, təbii hadisələr kimi onları da sakitcə qəbul etməliyik.  

Bizim fəaliyyətimizi çətinləşldirən səbəbləri yalnız xarici mühitdə deyil, 

həm də öz mövqeyimiz və fəaliyyətimizdə, qətiyyətimizdə və real vəziyyət-

ləri öz maraqlarımızda istifadə etmək bacarığında axtarmaq lazımdır. Bu-

nun üçün insan öz həyat fəaliyyətinə görə yüksək məsuliyyət mədəniyyəti-

nə malik olmalı, özünü şəxsi taleyinin sahibi hiss etməlidir. Mürəkkəb və-

ziyyətləri nikbin qavramaq, onlara ləyaqətlə reaksiya vermək və təmkinini 

saxlayaraq imkan daxilində düzgün qərarlar və hərəkətlər qəbul etmək çox 

vacibdir. Öz əlacsızlığına bəhanə axtarmaq deyil, amma bütün enerjisini 

qoyulmuş məqsədə çatmağa yönəldərək, situasiyanın çağırışına ağıllı cavab 

tapmaq lazımdır.

58 

Bu zaman pozitiv təfəkkür və hadisələrə hakim münasi-



bət yetişdirmək, situasiyanı düzgün qiymətləndirmək və elə aktiv fəaliyyət 

göstərmək lazımdır ki, vəziyyəti öz müvəffəqiyyətinin və öz xoşbəxtliyinin 

maraqlarına tabe edərək, onu dəyişəsən.  

Müvəffəqiyyətin  əldə edilməsində  şəxsi intizam və özünə  nəzarət  mü-

hüm rol oynayır. Biz artıq o haqda danışmışıq ki, əgər insan situasiyanı ida-

rə etmirsə, onda situasiya onu idarə etməyə başlayır. Bu bizim uğurlarımı-

zın əsasını təşkil edən gündəlik praktik fəaliyyətə münasibətdə də ədalətli-

dir. Qoyulmuş məqsədə çatmaq üçün yalnız biliklər və bacarıqlar, istedad 

və qabiliyyətlər, fəaliyyət planları və texnologiyalar kifayət deyil. Nəzərdə 

tutulan planların daha yaxşı tərzdə həyata keçirilməsində özünə inam, şəxsi 

                                                            

58

 Françesko Petrarka deyirdi: “ Əgər qartal ola bilərsəndə, dolaşalar arasında birinci olmağa 



çalışma”. 

 


Fuad Məmmədov

 

 

570



mütəşəkkillik, məsuliyyət və iradə, öz fəaliyyətinə daimi nəzarət, planların 

və alınan nəticələrin tutuşdurulması lazımdır. Öz fəaliyyət və nəticələrinin 

qeydini,- nailiyyətlərini özünütənqid  şəklində  təhlil etməklə, gündəlikdən 

yaxud öz fəaliyyətinin səmərəliliyinin digər yazılı monitorinq formaların-

dan istifadə edərək, yazılı formada aparmaq lazımdır. Özünün bütün fikrini 

və qüvvəsini, onları dağıtmayaraq, bir işin üzərində  cəmləşdirməyi bacar-

maq və yalnız onu tamamladıqdan sonra digərinə keçmək lazımdır. Öz fi-

kirlərinə nəzarət etmək və diqqəti nə isə bir işin üzərində cəmləşdirmək bi-

zim işimizin faydalı əmsalını dəfələrlə yüksəldir və səmərəli nəticə əldə et-

məyə inkan verir.  

 


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin