Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


Maddə 342. Qızıl Xaç və Qızıl Aypara nişanlarından qanunsuz istifadə etmə



Yüklə 2,96 Mb.
səhifə36/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   32   33   34   35   36   37   38   39   ...   611
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)

İyirmi beşinci fəsil

ƏSAS QAYDALAR

Maddə 357. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)

357.0. İnzibati xətalar haqqında işlərə:

357.0.1. rayon (şəhər) məhkəmələri;

357.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, seçki komissiyaları (kollegial orqan); dccli[751]

357.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bankı (vəzifəli şəxslər) baxırlar. dcclii[752]

Maddə 358. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

Bu Məcəllənin 51, 297 və 307-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. dccliii[753]



Maddə 358-1. Seçki komissiyaları

358-1.1. Məntəqə və dairə seçki komissiyalarının, Mərkəzi Seçki Komissiyasının fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

358-1.2. Seçki komissiyaları bu Məcəllənin 39-48-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə həmin xətalar Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 116-cı maddəsində göstərilmiş şəxslər tərəfindən törədildiyi hallarda baxır. dccliv[754]

Maddə 359. Vəzifəli şəxslərin səlahiyyəti

359.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri onlara verilmiş səlahiyyət çərçivəsində və yalnız xidmət vəzifəsinin icrası zamanı tətbiq edə bilərlər.

359.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 357.0.3-cü maddəsində göstərilmiş orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İyirmi altıncı fəsil

İNZİBATİ xətalar haqqında İşlərİn AİDİYYӘTİ



dcclv[755]Maddə 360. Rayon (şəhər) məhkəmələri dcclvi[756]

dcclvii[757]360.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 39-50-3, 52, 52-1.1, 53-4.1, 53-5, 60-63, 63-1, 68-1, 68-3, 68-4, 69, 72, 88-3, 90.3, 101, 101-1, 102.0.2, 102.0.3, 102.0.5, 106, 111, 119-1.2, 123-1, 131.2, 144, 151.5, 152.4, 152-1.4, 152-2.2, 152-2.3, 153.6, 154.2, 154.3, 154.5, 155.4, 155.7, 169, 170, 173, 175, 180-189, 199-204, 205, 223, 223-10, 224, 228-1, 229, 233, 237, 240-1.1, 240-1.2, 253-1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 258-260, 261.1, 278, 282, 284-287, 292, 293, 293-1, 296, 296-1, 299, 300, 301, 305, 307-1, 309-315, 315-1, 317.1, 323.1, 324-2, 324-3, 324-4, 324-5, 324-6, 326-1, 326-3, 326-4.1, 326-4.2, 332, 333, 335, 338, 346, 347, 348-1, 348-3 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 348-4, 351 və 353.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.dcclviii[758]

360.2. Bu Məcəllənin 360.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxmaq hüququ təkcə səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) deyil, habelə məhkəmələrə də aid olduqda icraatına inzibati xətalar haqqında işlər daxil olmuş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər baxılması üçün məhkəməyə göndərildikdə, bu işlərə məhkəmələr tərəfindən baxılır.

360.3. Bu Məcəllənin 360.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədildikdə inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr tərəfindən baxılır.

Maddə 361. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.

IV BÖLMƏ



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin