Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,96 Mb.
səhifə32/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   28   29   30   31   32   33   34   35   ...   611
Pozulması
Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə -

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.


Maddə 324-6. Obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsi və silinməsi

qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görə -

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. dclxxix[679]

Maddə 325. Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş tələblərinin yerinə yetirilməməsinə görə -

fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.dclxxx[680]

Maddə 326. Gömrük işi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

Gömrük işində qanunvericiliklə müəyyən edilmiş tələblərin müəssisənin, idarənin və ya təşkilatın vəzifəli şəxsləri və ya digər işçiləri tərəfindən yerinə yetirilməməsinə, eləcə də müəssisələr, idarələr və təşkilatlar üçün mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən fiziki şəxsin, gömrük qaydalarının pozulmasına görə göstərilən idarələr, müəssisələr və təşkilatlar məsuliyyətə cəlb edildiyi hallarda, həmin tələbləri yerinə yetirməməsinə görə -

xəbərdarlıq edilir və ya yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.dclxxxi[681]

Maddə 326-1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma dclxxxii[682]

326-1.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə -

vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.dclxxxiii[683]

326-1.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə -

vəzifəli şəxslər iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.dclxxxiv[684]

M a d d ə 3 2 6 – 2 . Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma dclxxxv[685]

Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa görə -

xəbərdarlıq edilir və ya on manatdan əlli manatadək miqdarda cərimə edilir.dclxxxvi[686]


Maddə 326-3. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsi

Azərbaycan Respublikası Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər. dclxxxvii[687]

Maddə 326-4. Doğumun qeydə alınması qaydasının pozulmasıdclxxxviii[688]

326-4.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə –

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

326-4.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə –

vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.

326-4.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə –

xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir.

Maddə 327. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması

327.1. Fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə -

xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir.dclxxxix[689]

327.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə -

yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.dcxc[690]

Maddə 328. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma

Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə -

on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.dcxci[691]

Maddə 329. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama

Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə -

xəbərdarlıq edilir və ya üç manatdan beş manatadək miqdarda cərimə edilir.dcxcii[692]

Maddə 330. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə -

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. dcxciii[693]

Maddə 331. Şəxsiyyət vəsiqəsinin , pasportun, dənizçinin şəxsiyyət sənədinin , Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanmasıdcxciv[694]

Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin , Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə -

on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.dcxcv[695]

Maddə 332. Şəxsiyyət vəsiqəsinin , pasportun və ya dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydalarının pozulmasıdcxcvi[696]

332.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə -

səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.dcxcvii[697]

332.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə -

vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilirdcxcviii[698]

332.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün dənizçidən qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə - səksən beş manatdan doxsan manatadək cərimə edilir. dcxcix[699]

Maddə 333. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması

Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə -

səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir.dcc[700]

Maddə 334. Sərhədboyu rejiminin pozulması

334.1. Sərhədboyu zonaya daxil olma və ya orada yaşama, yaxud qeydiyyata alınma qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dcci[701]

334.2. Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görədccii[702] -

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.dcciii[703]

Maddə 335. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejiminin pozulması

Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görədcciv[704] -

gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.dccv[705]

Maddə 336. Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması

Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə -

vətəndaşlar yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.dccvi[706]

Maddə 337.(Çıxarılıb)dccvii[707]

Maddə 338. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi kömək göstərilməməsi

Diplomatik və ya xidməti pasport sahibinə zəruri hallarda kömək və havadarlıq göstərilməməsinə görə -

vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək miqdarda cərimə edilir.dccviii[708]

Maddə 339. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması

339.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulmasına, yəni:

339.1.1. Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşamasına;

339.1.2. etibarsız sayılan sənədlərlə yaşamasına;

339.1.3. işə düzələrkən müəyyən edilmiş qaydaları pozmasına, qeydəalınma və ya yazılma, yaxud bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün müəyyən olunmuş qaydaya əməl etməməsinə;

339.1.4. qanunvericiliklə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;

339.1.5. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.dccix[709]

339.2. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən və ya onlara xidmət göstərilməsini və işə qəbul olunmasını təmin edən, onların Azərbaycan Respublikasında olması və Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında yaşama, bir yerdən başqa yerə getmə və yaşayış yerini dəyişdirmə hüququ verən sənədlərin tərtib olunmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dccx[710]

Maddə 340. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş vətəndaşlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməməsinə görə -dccxi[711]

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dccxii[712]

Maddə 341. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər

Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə, yaxud ordenin, medalın, fəxri ad döş nişanının qanunsuz saxlanmasına görə -

xəbərdarlıq edilir və ya səkkiz manatdan on manatadək miqdarda cərimə edilir.dccxiii[713]

Maddə 341-1. Azərbaycan Respublikası Dövlət bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsi dccxiv[714]

Azərbaycan Respublikası Dövlət bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsinə görə—

vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.dccxv[715]


Maddə 341-2. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin