Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


-1. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilməli olan məlumatların təqdim edilməməsi



Yüklə 2,96 Mb.
səhifə34/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   30   31   32   33   34   35   36   37   ...   611
Pozulması dccxxxii[732]

348-2.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:

348-2.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;

348-2.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat verilməməsinə;

348-2.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə;

348-2.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya istifadə üçün kənar şəxslərə verilməsinə;

348-2.0.5. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda daşınmasına;

348-2.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişin aparılmasına görə

fiziki şəxslər iyirmi beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.dccxxxiii[733]

Maddə 348-3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması dccxxxiv[734]


348-3.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni:

348-3.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına;

348-3.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə;

348-3.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə;

348-3.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə monitorinqi orqanının qanunla müəyyən edilmiş hallarda və qaydada verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə;

348-3.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və əməliyyatların icra edilməməsinə dair qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə -

vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

Maddə 348-4. Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaması və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsidccxxxv[735]

Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

İyirmi dördüncü fəsil

HƏRBİ UÇOT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 349. Çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahısının hərbi komissarlıqlara təqdim edilməməsi

Çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahısının müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri və ev sahibləri tərəfindən müvafiq şəhər, rayon, şəhərdə rayon hərbi komissarlıqlara təqdim olunmamasına görə -

xəbərdarlıq edilir və ya iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir.dccxxxvi[736]

Maddə 350. Çağırış üzrə hərbi komissarlığa gəlməmək

Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi üçün üzrlü səbəblər olmadan çağırış üzrə hərbi komissarlığa gəlməməsinə görə -

xəbərdarlıq edilir və ya üç manatdan beş manatadək miqdarda cərimə edilir.dccxxxvii[737]

Maddə 351. Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında onlara xəbər verilməsinin təmin edilməməsi

Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında hərbi komissarlıqların tələbi üzrə onlara xəbər verilməsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün mәsuliyyәt daşıyan digər vəzifəli şəxsləri tərəfindən təmin edilməməsinə, yaxud vətəndaşların çağırış məntəqələrinə və toplanış məntəqələrinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə -

otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.dccxxxviii[738]

Maddə 352. Hərbi vəzifəlilərin və çağırışçıların ilkin uçotunu aparmaq üçün lazım olan sənədlərin vaxtında verilməməsi

Mənzil-istismar təşkilatlarının və evləri istismar edən başqa təşkilatların mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri habelə ev sahibləri tərəfindən hərbi komissarlıqlara, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçota qəbulunun uçotdan çıxarılmasının rəsmiləşdirilməsi və ya uçot məlumatının tutuşdurulması üçün lazım olan sənədlərin müvafiq hərbi komissarlıqlara vaxtında təqdim etməmələrinə görə -

əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.dccxxxix[739]

Maddə 353. Hərbi vəzifəlilər və çağırışçılar haqqında məlumatların bildirilməməsi

353.1. 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və ya əlillik qrupundan asılı olmayaraq, əlil hesab edilmiş bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində məlumatların hərbi komissarlıqlara bildirmək vəzifəsi həvalə edilən tibbi-sosial ekspert komissiyalarının vəzifəli şəxsləri tərəfindən belə məlumatların bildirilməməsinə görə - dccxl[740]

iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.dccxli[741]

353.2. Hərbi vəzifəlilərin və çağırışçıların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi barədə, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların vəzifəli şəxsləri tərəfindən, rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına məlumat verilməməsinə görə -

iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.dccxlii[742]

Maddə 354. Hərbi uçot qaydalarının pozulması

Hərbi vəzifəlilərin və çağırışçıların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hərbi uçot qaydalarını pozmasına, habelə çağırış üzrə hərbi komissarlığa üzrlü səbəblər olmadan gəlməməsinə və ya hərbi uçotda durduğu uçot orqanına yaşayış yerinin ünvanının, təhsilinin, iş yerinin və vəzifəsinin dəyişməsi haqqında məlumatları vaxtında bildirməməsinə görə -

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.dccxliii[743]

Maddə 355. Hərbi biletin qəsdən korlanması və ya itirilməsi

Hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə -

xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.dccxliv[744]

Maddə 356. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsidccxlv[745]

356.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq dövlət hakimiyyəti orqanları , idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə -

yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. dccxlvi[746]

356.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə -

səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir.dccxlvii[747]

Ma d d ə 3 5 6 - 1. Hərbi nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin