Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ


Maddə 243. Birdəfəlik rüsumun ödənilməsi və alınması qaydalarının pozulması



Yüklə 2,96 Mb.
səhifə30/611
tarix26.12.2016
ölçüsü2,96 Mb.
#3712
1   ...   26   27   28   29   30   31   32   33   ...   611
Maddə 255-3. Müvafiq məlumatların verilməməsi

Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə -

vəzifəli şəxslər qırx manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.dlix[559]

Maddə 256. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına vəsait köçürməmə

Vergi ödədikdən sonra öz sərəncamında qalan mənfəətin bir faizi həcmində vəsaitin sığortaçılar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına ödənilməməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx beş mislinədək miqdarda, hüquqi şəxslər ödənilməmiş vəsaitin əlli faizindən yüz faizinədək miqdarda cərimə edilir. dlx[560]

Maddə 257. Uçotun və hesabatın təqdim edilməməsi və ya onların təqdim edilməsi qaydalarının pozulması

Rüblük və illik hesabat zamanı sığortaçının filiallarının hesabatlarını nəzərə almaqla ümumiləşmiş mühasibat balansı barədə hesabat təqdim edilməməsinə və ya sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə hesabatların və digər məlumatların tərtib edilməsi qaydalarının pozulmasına görə -

şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda cərimə edilir.dlxi[561]

Maddə 257-1. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi

Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin qanunvericilikdə müəyyən edilməmiş qaydada sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarında, vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarında, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarında cərimə edilir.dlxii[562]

Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması dlxiii[563]

Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə – dlxiv[564]

fiziki şəxslər iyirmi manat, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.dlxv[565]

dlxvi[566]Maddə 257-3. Sərnişinlərin icbari sığortası haqqında qanunvericiliyin pozulması

Nəqliyyat vasitələrinin mülkiyyətçisi (istifadəçisi) tərəfindən sərnişinlərin icbari sığortası haqqında müqavilə bağlamadan hava, dəmir yolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) sərnişin daşımaları üzrə fəaliyyətin göstərilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: Bu maddənin məqsədləri üçün "fiziki və hüquqi şəxslər” dedikdə sığorta etdirən (daşıyıcı) başa düşülür.

M a d d ə 257-4. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması

Sığortaedənlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər səksən manat miqdarında, hüquqi şəxslər iki yüz əlli manat miqdarında cərimə edilir.dlxvii[567]

Maddə 257-5. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən təqdim olunmaması

Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.dlxviii[568]

İyirmi birinci fəsil

GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 258. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerlərdən kənar və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.



Qeyd: Bu Məcəllənin 258-260-cı maddələrində və 261.1-ci maddəsində "az miqdarda olduqda" dedikdə dörd min manatadək olan məbləğ, 262-ci maddəsində "az miqdarda olduqda" dedikdə iyirmi min manatadək olan məbləğ, 290-cı maddəsində "az miqdarda olduqda" dedikdə isə iki min manatadək olan məbləğ başa düşülür.dlxix[569]

Maddə 259. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsi

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük nəzarətindən gizlədilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməsinə, yaxud bir qəbildən olan malların digər şəklə salınmasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 260. Sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər təqdim edilməsinə və ya saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 261. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi

261.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsinə və ya düzgün bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

261.2. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi, onların tələb olunan gömrük rejimi altında yerləşdirilməsi, gömrük ödənişlərinin məbləği haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.dlxx[570]

Maddə 262. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması

Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, bu az miqdarda olduqda -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin beş faizindən əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 263. Gömrük nəzarəti zonası rejiminin pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə pozmağa görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxi[571]

Maddə 264. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi

Əgər belə məlumat qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmışsa, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxta çatdırılmamasına görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxii[572]

Maddə 265. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı tədbir görülməməsi

265.0. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməməsinə, yəni:

265.0.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmaq üçün qəbul edilmiş və ya tranzitlə keçirilən malların və nəqliyyat vasitələrinin qorunmasının təmin edilməməsinə;

265.0.2. icazə olmadan onlardan istifadəyə yol verilməsinə;

265.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına işin halları, malların və nəqliyyat vasitələrinin olduğu yer barədə məlumatın verilməməsinə;

265.0.4. ən yaxın olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına malların və nəqliyyat vasitələrinin daşınmasının təmin edilməməsinə;

265.0.5. malların və nəqliyyat vasitələrinin olduğu yerə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin gətirilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iki faizindən on faizinədək miqdarda cərimə edilir.

Maddə 266. Malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması

266.1. Gömrük nəzarəti altında olan malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətə çatdırılmamasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxiii[573]

266.2. Gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilmək üçün qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin itirilməsinə və ya çatdırılmamasına görə -

xəbərdarlıq edilir və ya yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.dlxxiv[574]

266.3. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsinə və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmamasına, yaxud itirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 267. Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə təqdim edilməməsi və onlara aid sənədlərin verilməməsi

Malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə təqdim edilməməsinə və onlara aid sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxv[575]

Maddə 268. Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi qaydasının pozulması

Azərbaycan Respublikasının gömrük sərhədindən keçən nəqliyyat vasitələrinin və ya mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə saxlanılmamasına, yaxud gömrük nəzarəti altında olan nəqliyyat vasitəsinin və ya mal qismində olan nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan dayandığı yerdən yola salınmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxvi[576]

Maddə 269. Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma

Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gəmilərin və digər üzən vasitələrin yan almasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan yüz əlli manatadək, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxvii[577]

Maddə 270. Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulması

Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi barədə qanunvericiliklə müəyyən edilməmiş iddialar irəli sürülməsinə, yaxud gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxviii[578]

Maddə 271. Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə aparılan qanunsuz əməliyyatlar, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi

Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş tələbləri və şərtləri pozmaqla aparılan əməliyyatlara və ya onların vəziyyətinin dəyişdirilməsinə, yaxud onlardan istifadə edilməsinə və onlar üzərində sərəncam verilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 272. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan aparılan yük əməliyyatları və digər əməliyyatlar

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxix[579]

Maddə 273. Eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, məhv edilməsi, zədələnməsi və ya itirilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin dəyişdirilməsinə, məhv edilməsinə, zədələnməsinə və ya itirilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxx[580]

Maddə 274. Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması

Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulmasına, yəni bəyanetmə forması və yeri barədə, onun icra prosedurası barədə (o cümlədən bəyanetmə zamanı müvəqqəti, natamam, yaxud dövri bəyannamədən istifadə edilməsi barədə) qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxxi[581]

Maddə 275. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gömrük bəyannaməsinin, sənədlərin və əlavə məlumatların təqdim edilməsi müddətinin pozulması

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi müddətlərdə mallara və nəqliyyat vasitələrinə aid olan gömrük bəyannaməsinin və ya gömrük məqsədləri üçün tələb olunan digər sənədlərin və əlavə məlumatların təqdim edilməməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxxii[582]

Maddə 276. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti keçirilməsi üçün əraziyə və binalara daxil olmasına maneçilik törədilməsi

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin, həmin nəzarətin həyata keçirilməsi üçün zəruri sənədlərin ola biləcəyi binaya və ya əraziyə, yaxud icrasına nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunmuş fəaliyyətin həyata keçirildiyi binaya və əraziyə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmasına maneçilik törədilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.dlxxxiii[583]

Maddə 277. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edilməməsi və ya uçot aparılması qaydasına riayət edilməməsi

Gömrük nəzarəti altında olan, yaxud sərbəst gömrük zonalarının ərazilərinə və sərbəst anbarlara gətirilən, aparılan, saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat verilməməsinə və ya həmin malların uçotunun aparılması qaydasının pozulmasına görə -

xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.dlxxxiv[584]

Maddə 278. Müvəqqəti saxlanc anbarı rejiminin pozulması

Müvəqqəti saxlanc anbarında yerləşmə müddəti müəyyən olunmuş son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin gömrük rejiminə müvafiq olaraq buraxılmasının və ya sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlər görülməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 279. Malların saxlanca qoyulması və onlarla əməliyyatların aparılması qaydalarının pozulması

Malların saxlanca qoyulması və onların saxlanma qaydasının və müddətlərinin və ya gömrük anbarlarında, müvəqqəti saxlanc və sərbəst anbarlarda mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxxv[585]

Maddə 280. Malların emal edilməsi qaydasının pozulması

Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat miqdarı, emal mәhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmasına görə -

inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.dlxxxvi[586]

Maddə 281. Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi, binaların, tikililərin və qurğuların tikilməsi qaydasının pozulması

Sərbəst gömrük zonalarında və sərbəst anbarlarda istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsi qaydasının pozulmasına, yaxud sərbəst gömrük zonalarında qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla binaların, tikililərin və qurğuların tikilməsinə görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxxvii[587]

Maddə 282. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması

282.1. Müəyyən olunmuş müddətlərdə əvvəllər gətirilmiş malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına, əgər bu cür aparılma və ya qaytarılma məcburidirsə, əvvəllər aparılmış malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamasına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

282.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına geri aparılmanı və geri gətirilməni təsdiq edən, yaxud malların və nəqliyyat vasitələrinin qəza və ya qarşısıalınmaz qüvvənin təsiri, təbii aşınma və ya itki, yaxud xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qanunsuz hesab edilən hərəkətləri ilə əlaqədar sahiblikdən çıxması nəticəsində geri aparılmanın və geri gətirilmənin qeyri-mümkünlüyünü təsdiq edən etibarsız sənədlər təqdim edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 283. Malların məhv edilməsi qaydasının pozulması

Malların məhv edilməsi qaydasının pozulmasına, yəni malların məhv edilməsi və ya onların məhv edilməsi nəticəsində yaranmış tullantıların müvafiq gömrük rejimi altında yerləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə və şərtlərə əməl edilməməsinə görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dlxxxviii[588]

Maddə 284. Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi

Müəyyən gömrük rejimi altında yerləşdirilmiş mallar və nəqliyyat vasitələri ilə onların gömrük rejiminə uyğun olmayan əməliyyatların aparılmasına, onların vəziyyətinin dəyişdirilməsinə onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə, yaxud gömrük rejiminin qanunvericiliklə müəyyən edilən digər məhdudiyyətlərinə, tələblərinə və şərtlərinə əməl edilməməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 285. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən iqtisadi siyasət tədbirlərinin və digər məhdudiyyətlərin tətbiqi qaydasına əməl edilməməsi

Barəsində qanunvericiliklə müəyyən edilən iqtisadi siyasət tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 286. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsi

İstehsal və digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 287. Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi

Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük nəzarətindən kənar və ya həmin nəzarətdən gizlədilərək və ya sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə və ya bəyan edilmədən və ya düzgün bəyan edilmədən, yaxud gömrük qaydalarının digər şəkildə pozulması yolu ilə gətirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və ya onlar üzərində sərəncam verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan barəsində gömrük ödənişləri üzrə güzəştlər verilmiş və güzəştlər verilməsi ilə bağlı olmayan digər məqsədlərlə istifadə olunmuş, yaxud özgəninkiləşdirilmiş malların və nəqliyyat vasitələrinin daşınmasına, saxlanmasına və əldə edilməsinə görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 288. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan istifadə edilməsi və onlar üzərində sərəncam vermə qaydasının pozulması

Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və onların üzərində sərəncam verilməsinə görə -

gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizdən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 289. Gömrük ödənişlərindən qanunsuz azad edilməsi, onların azaldılması və ya ödənilməsi müddətlərinin pozulması

289.1. Gömrük bəyannaməsində və gömrük məqsədləri üçün zəruri olan digər sənədlərdə gömrük ödənişlərindən azad etməyə və ya onların məbləğinin azaldılmasına əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük rejimi, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların bəyan edilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

289.2. Gömrük ödənişlərinin ödənilməsinin qanunvericiliklə müəyyən edilmiş müddətini pozmağa görə -

ödənilməli olan gömrük ödənişlərinin mәblәğinin əlli faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 290. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -

ödənilməli olan gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 291. Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclər və digər müavinətlər alınmasına, yaxud müvafiq əsaslar olmadan onların qaytarılmamasına yönəlmiş hərəkətlər

Ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına, ödənclərin və digər müavinətlərin alınmasına və ya qanunvericiliklə müəyyən olunmuş əsaslar olmadan onların qaytarılmamasına, yaxud tam olmayan həcmdə qaytarılmasına hüquq verən və özündə doğru olmayan məlumatları əks etdirən sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin əlli faizindən yüz əlli faizinədək miqdarda cərimə edilir.

Maddə 292. Banklar və digər kredit təşkilatları tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi

Banklar və digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə -

ödənilməmiş gömrük ödənişlərinin məbləğinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 293. İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan malların belə razılıq olmadan idxalı dlxxxix[589]

İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan malların belə razılıq olmadan idxalına görə -

inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.

Maddə 293-1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi dxc[590]

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə -

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.dxci[591]



Qeyd: bu maddədə "az miqdarda" dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.dxcii[592]

Maddə 294. Gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması

294.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri kimi qanunsuz fəaliyyət göstərilməsinə görə -

üç yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dxciii[593]

294.2. Gömrük brokeri və ya onun işçilərinin qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dxciv[594]

Maddə 295. Gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi və ya bu cür fəaliyyətinin şərtlərinin pozulması

295.1. Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmaqla gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə -

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dxcv[595]

295.2. Gömrük daşıyıcısı və ya onun işçilərinin qanunvericiliklə mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etməsinə və ya qanunvericiliklə nəzərdə tutulan hallar istisna edilməklə üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük daşıyıcısı kimi fəaliyyət göstərilməsinin qanunvericiliklə müəyyən edilən digər şərtlərinin pozulmasına görə -

vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dxcvi[596]

İyirmi ikinci fəsil

İCTİMAİ QAYDA, İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 296. Xırda xuliqanlıq

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -

əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.dxcvii[597]


Maddə 296-1. Avtoxuliqanlıq dxcviii[598]
296-1.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.dxcix[599]

296-1.2. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.dc[600]

Maddə 297. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti

On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə -

valideynlər və ya onları əvəz edən şəxslər otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.dci[601]

Maddə 298. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması

Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə -

xəbərdarlıq edilir və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə edilir.dcii[602]

Maddə 299. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması

299.0. Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni:

299.0.1. dini qurumların müvafiq dövlət orqanlarında qeyd etdirməkdən onun rəhbərlərinin boyun qaçırmasına;

299.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına;

299.0.3. ruhanilәr və dini birliklərin üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə;

299.0.4. dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə;

299.0.5. dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə

- fiziki şəxslər yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.dciii[603]

Maddə 300. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması

300.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:

300.0.1. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal və ya ixrac edilməsinə;

300.0.2. istehsalına və ya idxalına müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamış dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən yayılmasına;

300.0.3. dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına;

300.0.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə -

inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.dciv[604]

Maddə 301. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulması

301.0. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulmasına, yəni:

301.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin və bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına;

301.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər və nümayişlər və digər kütləvi tədbirlər keçirilməsinin, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsinin pozulmasına; dcv[605]

301.0.3. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə;

301.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsinin pozulmasına;

301.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılmasına, səs ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik törədilməsinə, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının pozulmasına; dcvi[606]

301.0.6. sənədlərin yoxlanmasına, müstəsna hallarda isə, fiziki şəxslərə silah olması barədə məlumat olduqda, şəxsi yoxlama aparılmasına, şəxsi əşyaların, nəqliyyat vasitələrinin və mənzillərinin yoxlanmasına maneçilik törədilməsinə; dcvii[607]

301.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, xüsusi vasitələr, narkotik vasitələr, psixotrop maddələr və onların analoqları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatları, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına; dcviii[608]

301.0.8. müstəsna hallarda fiziki şəxslərdə odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə;

301.0.9. karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin pozulmasına; dcix[609]

301.0.10. müstəsna hallarda, təxirəsalınmaz qəzadanxilasetmə işləri aparmaq üçün təhlüksizliyini hökmən təmin etmək şərtilə, əmək qabiliyyətli əhalinin və fiziki şəxslərin nəqliyyat vasitələrinin səfərbərliyə alınmasına maneçilik törədilməsinə;

301.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına; dcx[610]

301.0.12. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə qoyulmuş məhdudiyyətlərin pozulmasına;
301.0.13. gündəlik təlabat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə - dcxi[611]

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. dcxii[612]

Maddə 302. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi

302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dcxiii[613]

302.2. Yanğına qarşı xüsusi rejim şəraitində törədilmiş eyni hərəkətlərə görə -

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər iyirmi beş manatdan qırx beş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.dcxiv[614]

302.3. İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin (trasların) ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə -

fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dcxv[615]

Maddə 303. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının pozulması

303.0. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının pozulmasına, yəni:

303.0.1. sertifikatlaşdırılması məcburi olan, lakin sertifikatlaşdırılmamış malların buraxılmasına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;

303.0.2. yanğın təhlükəsizliyinə dair qüvvədə olan standartların və digər normativ sənədlərin tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya satılmasına görə -

fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dcxvi[616]

Maddə 304. Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olma, yaxud lisenziyada müəyyən edilmiş şərtləri pozma

Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olmağa, yaxud lisenziyada müəyyən edilmiş şərtləri pozmağa görə -

otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.dcxvii[617]

Maddə 305. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma

Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə -

silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.dcxviii[618]

Maddə 306. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması

Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə -

xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.dcxix[619]

Maddə 307. Yetkinlik yaşına çatmayanların sərxoşluq vəziyyətinə gətirilməsi

Yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə -

iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir.dcxx[620]

Maddə 307-1. Avaralıqla məşğul olma dcxxi[621]

307-1.1. Avaralıqla məşğul olmağa görə –

vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.dcxxii[622]

307-1.2. Yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa cəlb edilməsinə görə -

on manatdan on beş manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq edilir.dcxxiii[623]

Qeyd: Bu maddədə avaralıqla məşğul olan dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.

Maddə 308. Fahişəliklə məşğul olma

Fahişəliklə məşğul olmağa görə -

otuz beş manatdan qırx manatadək miqdarda cərimə edilir.dcxxiv[624]

Maddə 309. Qumar oyunu

Pul, şey və başqa sərvətlərlə qumar oynamağa və ya idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə -

oyun ləvazimatı, habelə qumara qoyulmuş pul, şey və başqa sərvətlər müsadirə edilməklə və ya edilməməklə on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.dcxxv[625]

İyirmi üçüncü fəsil

İDARƏÇİLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR

Maddə 310. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama

310.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -

fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törәdәnin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.dcxxvi[626]

310.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə -

fiziki şəxslər iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törәdәnin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur.dcxxvii[627]

Maddə 310-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinə mane olma dcxxviii[628]

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətini məhdudlaşdırma və ya fəaliyyətinə müdaxilə etməyə görə -

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.dcxxix[629]

Maddə 310-2.Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma dcxxx[630]

Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-

inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir.dcxxxi[631]

Maddə 311. Məhkəməyə hörmətsizlik göstərilməsi

Məhkəmə iclası zamanı şahidin, zərərçəkən şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə -

on beş manatdan otuz manatadək miqdarda cərimə edilir.dcxxxii[632]

Maddə 312. Andlı iclasçının məhkəməyə gəlməsinə mane olma

Andlı iclasçıya tapşırılmış vəzifələrin yerinə yetirilməsi üçün onun məhkəməyə gəlməsinə vəzifəli şəxs tərəfindən hər hansı bəhanə ilə maneçilik törədilməsinə görə -

vəzifəli şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir.dcxxxiii[633]

Maddə 313. Mәhkәmәnin xüsusi qərardadı (qərarı) və ya hakimin təqdimatı üzrə tədbirlər görülməməsi

Məhkəmənin xüsusi qərardadının (qərarının) və ya hakimin təqdimatının vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə -

vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.dcxxxiv[634]

Maddə 313-1. Məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dcxxxv[635]

313-1.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə – dcxxxvi[636]

fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.dcxxxvii[637]

313-1.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə –

vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.dcxxxviii[638]

313-1.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə –

vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər dörd min manatdan altı min manatadək miqdarda cərimə edilir.dcxxxix[639]

Maddə 314. Bilə-bilə yalan izahat və ya rəy vermə

İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə səhv tərcümə etməsinə görə - dcxl[640]

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.dcxli[641]

Maddə 315. Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina etmə

315.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə -

xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.dcxlii[642]

315.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin (şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə -

xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.dcxliii[643]

Maddə 315-1. Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi dcxliv[644]

Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə -

fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. dcxlv[645]

Maddə 316. Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsi

316.1. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə -

fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.dcxlvi[646]

316.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olduqda ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların, qurğuların istismarının, tamamilə və ya qismən dayandırılması barədə verilmiş qərarların icra edilməməsinə görə -

fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.dcxlvii[647]

Maddə 317. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini , habelə dövlət metroloji nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının göstərişlərinin yerinə yetirilməsi dcxlviii[648]

317.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə -

fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

317.2. Məhsulların realizə edilməsinin (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görədcxlix[649] -

dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.dcl[650]

Maddə 318. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi


318.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın və ya bu orqanın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri digər qərarların yerinə yetirilməməsinə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.dcli[651]

318.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına görə -

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. dclii[652]

Maddə 318-1. Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi

318-1.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə -

otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.dcliii[653]

318-1.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə görə -

otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.dcliv[654]

Maddə 319. Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi

Ətraf mühitin mühafizəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə -

fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on səkkiz min manatadək miqdarda cərimə edilir. dclv[655]

Maddə 320. Qaz təchizatı üzərində nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə, insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qərarlarının yerinə yetirilməməsinə görə -

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz otuz manatadək miqdarda cərimə edilir.dclvi[656]

Maddə 320-1. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının yerinə yetirilməsi dclvii[657]

Mülkiyyətçi və ya istismarçı tərəfindən hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının texniki yoxlamanın nəticələri barədə qərarların yerinə yetirilməsinə görə -

vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz otuz manatadək miqdarda cərimə edilir.dclviii[658]

Maddə 321. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının pozulması

321.1. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməsinə görə -

min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. dclix[659]

321.2. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə -

min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. dclx[660]

321.3. Bədbəxt hadisənin tədqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməməsinə görə -

min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. dclxi[661]

Maddə 322. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması

322.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına, texnologiyaların tətbiqinə yol verilməsinə görə -

vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir. dclxii[662]

322.2. İnsanın sağlamlığına olan təsiri müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.dclxiii[663]

322.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılmasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.dclxiv[664]

322.4. Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan istismara verilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.dclxv[665]

Maddə 323. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələbləri yerinə yetirməmə

323.1. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə -

fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

323.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında səlahiyyətli vəzifəli şəxslərin qanunvericiliklə yazılı tələblərini yerinə yetirməməyə görə - dclxvi[666]

dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.dclxvii[667]

Maddə 324. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma

324.1. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların keçirilməsinə maneçilik edilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud bu orqanların vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri tələbnamələrin (qərarların) yerinə yetirilməməsinə görə -

vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dclxviii[668]

324.2. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, emitent, yaxud özü-özünü tənzimləyən təşkilat tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə -

vəzifəli şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.dclxix[669]



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   611




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin