49
İnkişafa dair yekun hesabat (Nümunə)
Uşağın soyadı, adı və atasının adı
______________
Uşağın yaşı _____________________________________________________________
Məktəbəqədər təhsil müəssisəsi _____________________________________________
Tərbiyəçi-müəllimin soyadı və adı
__________________________________
Məktəbəqədər yaş dövründə Əlinin (ad şərtidir) həm fiziki, həm psixofizioloji inkişafı
sürətlə gedir. Əli məktəbəqədər təhsil müəssisəsinə gəldiyi müddətdə boyunun, çəkisinin
artmasında nəzərə çarpacaq dəyişiklik baş vermişdir. O diqqəti cəlb etməyi xoşlayır.
Bununla yanaşı,
onun nitqi, böyüklərlə və həmyaşıdları ilə ünsiyyəti normaldır. Oyun
oynayarkən uşaqlarla düzgün davranır, oyunda çox zaman keçirməyi,
təqlid etməyi
xoşlayır. Əşyalarla və quraşdırma oyunlarında qavrayışı, hafizəsi, təxəyyülü, təfəkkürü və
hərəki qabiliyyəti yaxşı inkişaf etmişdir. Yoldaşları ilə əməkdaşlıq etməyi, oyuncaqlarını
paylaşmağı xoşlayır. Digərlərinə qarşı mehribandır. Qrup otağında başqalarına kömək
etməyi sevir. Kollektivdə davranış qaydalarına əməl edir. Fikrini ifadə edə bilir.
Fiziki
hərəkətləri düzgün icra edir. Həyatına və sağlamlığına təhlükə yarada biləcək
hadisələrdən qorunma qaydalarını bilir. Eşitdiyi fikirləri şərh edir.
Təsviri, musiqi və konstruktiv
fəaliyyətdə passivdir, bayram və əyləncələrin,
səhnəciklərin göstərilməsində iştirak etmir. Məkan və zaman anlayışlarından
düzgün
istifadə etməkdə çətinlik çəkir. Öz işi ilə məşğul olarkən yoldaşlarının gördüyü işlər onun
diqqətini yayındırır.
Əli ilə məşğul olarkən məkan və zaman anlayışlarını fərqləndirmək,
hərəkətlərinin
ardıcıllığını göstərmək vacibdir. Onu yaradıcı fəaliyyətlərə cəlb etmək faydalı olar. Diqqət
konsentrasiyası tələb edən tapşırıqların icrasına yönəltmək lazımdır.
Dostları ilə paylaş: