Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu


 Məktəbəqədər təhsil pilləsində yaş səviyyələri üzrə keçirilən məşğələlər və həftəlik



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   2   3   4   5   6   7   8   9   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

1.6. Məktəbəqədər təhsil pilləsində yaş səviyyələri üzrə keçirilən məşğələlər və həftəlik 
miqdarı ....................................................................................................................................................... 18 
1.7. Yaş qrupları və inkişaf sahələri üzrə məzmun standartları .................................................. 20 
1.8. İnkişaf sahələrinin inteqrasiyası ................................................................................................. 35 
2. Təlim strategiyaları 
36
 
2.1. İnkişaf və təlim strategiyalarının mahiyyəti .............................................................................. 36 
2.2. İnkişafetdirici təlim mühitinin təşkili........................................................................................... 36 
2.3. Təlimin təşkilinə verilən tələblər .................................................................................................. 40 
2.4. Təlimin təşkilində istifadə olunan forma və üsullar ............................................................... 41 
2.5. Təlimin planlaşdırılması və təşkili metodikası ......................................................................... 44 
3. Uşaq inkişafının dəyərləndirilməsi…………………………………………………………………. 47 
Uşaq inkişafının izlənilməsi cədvəli (Nümunə)……………………………………………………… 48 
İnkişafa dair yekun hesabat (Nümunə)………………………………………………………………...49 
Tezaurus……………………………………………………………………………………………………. 51 
İstifadə olunmuş ədəbiyyat........................................................................................................... 53 
 
 



Giriş 
 
Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi 
kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən 
prioritet 
fəaliyyət sahəsidir. 
Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı 
potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik 
tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın 
qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, 
şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
Anadan olandan məktəbə gedənədək olan dövr uşağın ən sürətli fiziki və əqli 
inkişafı, bütün sonrakı həyatı boyunca hər bir insan üçün zəruri olan keyfiyyətlərin 
formalaşması dövrüdür. Bu dövrün özəlliyi ondan ibarətdir ki, o, gələcəkdə hər hansı bir 
bilik əldə etmək üçün təməl olan bilik, bacarıq və müxtəlif fəaliyyətlərin mənimsənilməsi 
dövrüdür. Bu mərhələdə nitqin inkişafı, riyazi və məntiqi təfəkkürün inkişafı, ətraf aləmlə 
tanışlıq, təsviri fəaliyyət, musiqi və fiziki inkişaf üzrə ilkin bilik və bacarıqlar formalaşır. 
Məktəbəqədər yaşın sonunda uşaq məktəblinin yeni sosial rolunu qəbul etməyə
təhsil fəaliyyətini, xüsusi və ümumiləşdirilmiş biliklər sistemini mənimsəməyə hazır olur. 
Həmçinin uşaqda məktəbə psixoloji və şəxsi hazırlıq formalaşır. 
Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət 
maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, 
ümumi təhsilə hazırlığını təmin edir.
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak 
etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. 
Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişlərin mənimsənilməsi, mənəvi 
və estetik hisslərin oyanması dövrüdür. 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin