Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   2   3   4   5   6   7   8   9   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Estetik və yaradıcı inkişaf. Estetik tərbiyə məktəbəqədər yaşlı uşaqlarda bədii 
hisslərin və zövqün, bədii yaradıcılıq qabiliyyətlərinin, ətraf aləmdəki obyektləri müşahidə 
və müzakirə etmək bacarığının inkişafını təmin edir. Təsviri fəaliyyətdə rənglər və 
formaların yeni birləşmələri, quraşdırma prosesində müxtəlif modellərin qurulması, 
hekayə və nağılın, musiqi fəaliyyətində melodiyanın və mahnıların dinlənilməsi, uşaq 
musiqi alətlərində ifa, rəqs məktəbəqədər yaşlı uşaqların estetik zövqünün inkişafına 
kömək edir. Yaradıcı əməli fəaliyyət prosesində uşaqda yaradıcı təxəyyül, təfəkkür
ünsiyyət bacarıqları, digər insanların mövqeyini qəbul etmək bacarığı yaranır və inkişaf 
edir. Estetik tərbiyə, həmçinin təbiətdə, ətraf mühitdə, insanların hərəkətlərində, geyimdə 
gözəlliyi görmək bacarığı və yaradıcı qabiliyyətlərin formalaşmasına (musiqi duyumu, 
təsviri fəaliyyət) imkan yaradır.
Sosial-
emosional inkişaf. Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional 
keyfiyyətlər vəhdətdə inkişaf edir. Uşaq özünün emosional əhvalını məhz yaşadığı sosial 
mühitin normaları əsasında tənzimləyir. Sosial-emosional inkişaf vasitəsilə uşaqlarda 
insanlara qarşı müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının 
dərdinə şərik olmaq, münaqişələrin həlli və s. kimi mənəvi keyfiyyətlər formalaşır. Uşaqlar 
oyun, əmək və əməli fəaliyyətə, kollektivdə davranma qaydalarına dair ilkin bacarıqlara 
yiyələnirlər. Bu dövrdə uşaqların böyüklərlə və yaşıdları ilə ilkin qarşılıqlı fəaliyyətinin 
müxtəlif formaları yaranır. Ünsiyyətin köməyi ilə birgəfəaliyyətin müxtəlif növlərində 
şəxsiyyətlərarası əlaqələr, böyüklərə hörmət, yaşıdlarına güzəşt, qarşılıqlı təsir və 
qarşılıqlı anlaşma təmin olunur.
1.2. 
Müxtəlif fəaliyyət növləri üzrə uşaqların inkişafı 
Məktəbəqədər təhsil müəssisələrində uşaq inkişafının yaş mərhələsinə uyğun təşkil 
edilən fəaliyyət növləri aşağıdakılardır: 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin