9
saxlamağı və ünsiyyət qurmağı öyrənirlər. Bu istiqamətdə aşağıdakı işlərin aparılması
zəruridir:
-
təhlükəsiz ünsiyyət dairəsinin genişləndirilməsi: “yanında” qarşılıqlı fəaliyyətdən
“birlikdə” qarşılıqlı fəaliyyətə keçid;
- emosional-işgüzar ünsiyyətin tələbatına uyğun olaraq uşağın müraciətininin
cavablandırılması;
- ətraf mühit barədə danışmaq xahişinin dəstəklənməsi və cavablandırılması,
digər uşaqlarla ünsiyyət qurmaqda uşağa yardım edilməsi;
- ünsiyyət prosesində müsbət emosiyaların yaranması üçün şəraitin yaradılması.
Oyun
. Oyun vasitəsilə uşaqlar fikirlərini və başa düşdüklərini ifadə edirlər.
Onlar
problemlərin həlli, sosial oyunlar və ünsiyyət zamanı bacarıqlarını tətbiq edirlər. Oyun
təcrübələri uşaqların kommunikativ, idraki, motor bacarıqlarının olmasından xəbər verir.
Öz bacarıqlarından xəbərdar olan və oyunlarda axtarışı sevən uşaqlar hər hansı problemin
həllini tapmaqda daha yaxşı nəticə göstərirlər. Bu istiqamətdə aşağıdakı işlərin aparılması
zəruridir:
-
oyun fəaliyyətinin formalaşdırılması;
- f
ərdi oyunlardan birgə oyuna keçidin təmin olunması;
-
emosional reaksiya üçün şəraitin təşkil edilməsi, oyunda
iştirak etmək arzusunun
yaradılması;
- müxtəlif oyun növlərinin mənimsənilməsinə yardım edilməsi;
- müxtəlif oyun növlərində oyuncaqların və digər əşyaların istifadə üsullarının
öyrədilməsi.
Təlim. Erkən yaş dövründə təlimin oyun-məşğələ formasında keçirilməsi
məqsədəuyğundur. Oyun-məşğələlər uşağın vaxtında və ahəngdar inkişafına kömək edir.
Bunlar elə bacarıqların formalaşmasına yönəldilir ki, həmin bacarıqlar uşağın
müstəqil
oyun prosesində böyüklərin təsiri olmadan baş verə bilməz. Bu və ya digər bacarıqlar
uşaqlar tərəfindən mənimsənildikcə məşğələlər tədricən mürəkkəbləşdirilir. Bu istiqamətdə
aşağıdakı işlərin aparılması zəruridir:
-
sensor inkişaf (birgə oyun və təlim prosesində əşyanın forma, rəng, ölçü, az və çox
anl
ayışlarının müəyyənləşdirilməsi, 2-3 əlamətinə görə əşyaların qruplaşdırılması), nitq
inkişafı və ətraf aləm haqqında ilkin təsəvvürlərin formalaşdırılması;
-
əsas hərəkətlərin (yeriş, qaçış, tullanma, sürünmə və s.) inkişaf etdirilməsi.
Dostları ilə paylaş: