Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Diaqram 1. Analitik prosedurlara daxil olan mərhələlər



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
abdurahmanov meftun

Diaqram 1. Analitik prosedurlara daxil olan mərhələlər.
Analitik yoxlama prosedurlarını həyata keçirərkən təkmil statistik üsullara 
əsaslanan sadə müqayisələrdən mürəkkəb təhlillərə qədər müxtəlif metodlar istifadə 
oluna bilsə də əsas mühasibat əmsalları bu məqsədlə istifadə edilən ən ümumi 
vasitələrdir.


83 
Analitik prosedurlar əlaqə və meyilləri müəyyən etmək üçün təkcə maliyyə 
rəqəmləri arasında deyil, həm də qeyri-maliyyə informasiyaları arasındakı əlaqələrin 
təhlilindən ibarətdir. Məsələn:
Şirkətin əməkdaşı əlaqə və meyilləri müəyyən etmək üçün məvacib göstəriciləri ilə 
işçilərin sayını müqayisə edir. Burada məvacib göstəriciləri maliyyə, işçilərin sayı isə 
qeyri-maliyyə rəqəmləridir. Beləliklə, analitik prosedurlar əlaqə və meyilləri müəyyən 
etmək üçün maliyyə və qeyri-maliyyə informasiyasının təhlilinə əsaslanır. 
Təhlillərə cari ilin maliyyə nəticələrindən əldə olunmuş ölçü və müqayisə əmsalları 
ilə birlikdə aşağıdakılar daxildir: 
- gözlənilən əmsallar; 
- əvvəlki maliyyə hesabatlarından əldə olunmuş əmsallar; 
- gözlənilən nəticələr (məsələn,büdcələr); 
- orta sahəvi göstəricilər; 
- müəssisənin digər müqayisə oluna bilən sahələri üzrə nəticələr.
Diaqram 2: Analitik prosedurların əhatə etdiyi sahələr. 
Analitik prosedurların əhatə etdiyi sahələr
Meyil təhlilləri (məs: mənfətlilik, alqı-satqı v.s. üzrə meyillər 
Orta sənaye göstəriciləri, büdcə və standartların müqayisəli təhlili 
(məs: müəssisədəki orta əmək haqqınının sənaye sahəsinin orta 
göstəriciləri ilə müqayisəsi) 
Əmsal təhlilləri (məs: ümumi mənfəət əmsalı, satış dövriyyəsi 
əmsalı, proseslə əlaqəli əmsallar (məs: tullantı əmsalları) kimi 
maliyyə əmsalları 
Maliyyə və qeyri-maliyyə informasiyaları arasındakı əlaqələr (məs: 
əməkhaqqıüzrə məsrəflərin istehsal olunmuş məhsul vahidləri ilə 
əlaqəsi 
Statistik üsullar (məs: reqressiya və korrelyasiya yoxlaması) 


84 
Əsas əmsallar nəzərdə tutulan göstəricilərə yaxın olduqda auditor bunu müvafiq 
qalıqların və əməliyyat məbləğlərinin etibarlı və dəqiq olmasının sübutu kimi qəbul edə 
bilər. Əgər əmsal gözləniləndən fərqlidirsə auditor dəyişikliyin səbəbini araşdırmalıdır. 
Nəzərə alınmalıdır ki, əmsallarda dəyişikliyin olmaması qeyri-adi dəyişiklik qədər 
mühüm ola bilər. Məsələn: 
Şirkətin fəaliyyət göstərdiyi sənaye sahəsi üzrə mənfəət marjası və qiymətlərdə 
azalma olan zaman müəssisənin ümumi mənfəətinin faiz göstəricisində dəyişiklik 
gözləmək məntiqəuyğun ola bilər. Gözlənilən dəyişiklik baş vermədikdə bunun 
səbəblərini aydınlaşdırmaq üçün araşdırmanı davam etdirmək lazımdır. 
Bu da mümkündür ki, müəyyən şərtlər əlaqələrdə dəyişikliyə səbəb olur: məsələn, 
spesifik qeyrı-adi əməliyyatlar və ya hadisələr, mühasibat dəyişiklikləri, biznes 
dəyişiklikləri, təsadüfi dəyişikliklər və ya təhriflər. 
Ümumilikdə, analitik prosedurlar aşağıdakı məqsədlər üçün istifadə olunur: 
1. Risk qiymətləndirmə prosedurları (planlaşdırma mərhələsində) 
Analitik prosedurlar audit strategiyasını müəyyənləşdirmək üçün müəssisə və onun 
mühiti barədə təsəvvür əldə etmək məqsədilə risk qiymətləndirmə prosedurları kimi 
istifadə edilə bilər və bu prosedurlar əhəmiyyətli təhrif risklərini qiymətləndirməkdə, 
müvafiq risklərə cavab reaksiyaları hazırlamaq və onları həyata keçirməkdə, məsələn, 
sonrakı audil prosedurlarının mahiyyəti, vaxtı və miqyasını müəyyən etməkdə auditora 
kömək edir. 
Prosedurlardan istifadə müştərinin böyüklüyündən və fəaliyyət dairəsinin 
mürəkkəbliyindən asılı olaraq kəskin dəyişir. Məsələn: 
İki konsern götürək və onları – X və Y kimi işarə edək. X şirkəti kiçik konserndir, 
buna görə də bu müəssisə üçün auditor tərəfindən istifadə edilən prosedurlar ümumi 
mühasibat kitabından istifadə etməklə ötən ilin və bu ilin hesabları arasındakı dəyişikliyi 
yoxlamaqdan ibarət ola bilər Y şirkət, isə böyük konserndir, buna görə də prosedurlara 
rüblük maliyyə hesabatlarının intensiv yoxlanması daxil ola bilər. Hər iki müəssisə üçün 
tətbiq edilən prosedurlar əlavə sorğular və effektiv planlaşdırma üçün əsas rolunu 
oynaya bilər. 
2. Substantiv prosedurlar 


85 
Təsdiqetmə səviyyəsində əhəmiyyətli təhrif riskinin azaldılmasında substantiv 
prosedurların tətbiqi detalların yoxlanışından daha effektiv olduqda auditor substantiv 
prosedurları həyata keçirə bilər. 
Məslən: ödənilmiş ümumi maaşların işçilərin sayı ilə müqayisəsi fərdi 
əməliyyatların yoxlanışında aşkar edilməyən qeyri-rəsmi ödənişləri əks etdirə bilər. 
Auditor analitik prosedurları auditin sonunda və ya sonuna yaxın tətbiq etməlidir 
ki, bu da auditor üçün maliyyə hesabatlarının düzgün və ədalətli olması ilə bağlı ümümi 
rəy vermək imkanı yaradacaq. 
Müəssisənin əhəmiyyətli əmsallarını eyni sənaye sahəsində fəaliyyət göstərən digər 
müəssisələrin əmsalları və ya sənaye sahəsinin orta göstəriciləri ilə müqayisə etmək 
olar. Ümumi yoxlama mərhələsindəki analitik prosedurlar əvvəllər aşkara çıxarılmamış 
və əlavə sübuta ehtiyacın olduğunu göstərən hər hansı qeyri-adi və ya gözlənilməz 
hesabların və ya əlaqələrin müəyyən olunmasında kömək edə bilər. 
Maliyyə əmsalları diqqəti maliyyə informasiyasının müxtəlif elementləri arasında 
olan qarşılıqlı əlaqələrə yönəldir. Onlar əlaqələrə yalnız iqtisadi sahə, müəssisə 
daxilində baxmır, həm də bir iqtisadi sahənin,müəssisənin digəri ilə müqayisəsinə 
imkan verir. Bu müqayisə metodu iqtisadi sahənin, müəssisənin ölçüsündən asılı deyil. 
Bir iqtisadi sahə, müəssisə ondan böyük və ya kiçik olan, hətta başqa biznes sahəsində 
olan digər bir (və ya bir qrup) iqtisadi sahə, müəssisə ilə birbaşa müqayisə edilə bilər. 
Maliyyə hesabatı əmsalı üzrə təhlil emal olunmamış rəqəmlərdən daha çox 
müqayisə üçün əsas verir. Amma müntəzəm təhlil edilməyən və başqa iqtisadi sahə, 
müəssisə ilə müqayisə edilməyən əmsallar ümumilikdə təhlil olunan iqtisadi sahə, 
muəssisənın sağlamlığı və gələcəyi üçün çox az faydalı olur. 
Aşağıda adətən auditorlar tərəfindən istifadə edilən bir neçə əsas əmsallar 
verilmişdir:

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin