82
Şirkətin 2009-cu il üçün büdcəsi xalis mənfəəti (vergi tutulan) 15 faiz müəyyən
etmişdir. Analitik prosedurların bir hissəsi olaraq auditorlar bunu faktiki xalis mənfəətlə
(vergi tutulan) müqayisə etməyi qərar alırlar. Auditorlar gözlənilən nəticələrdən 3 faizi
artıq fərqi əhəmiyyətli hesab edirlər.
Şirkətinin 2009-cu il üçün xalis mənfəəti (vergi tutulan) 10 faiz idi. Buna görə də
auditorlar 5 faiz fərqi anormal hesab edirlər.
Beləliklə auditorlar araşdırmanı davam etdirməli və bu fərqin səbəbini müəyyən
etmək üçün əlavə yoxlamalar keçirməlidirlər. Bu məqsədlə onlar müvafiq fərqin
səbəbini müəyyənləşdirmək üçün satınalmaların, satışların, fərdi məsrəflərin və qarışıq
gəlirlərin ətraflı təhlilini aparmalıdırlar.
Dostları ilə paylaş: