Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 22,21 Kb.
səhifə2/3
tarix30.04.2023
ölçüsü22,21 Kb.
#105158
1   2   3
referat 3226

Bəsrə məktəbi.Bu şəhər ərəb mədəniyyətinin inkişafında mühüm rol oynadığına görə başqa elm və sənət sahələri kimi dilçilik də burada inkişaf etmişdir.Bəsrə məktəbinin təşəkkülündə və inkişafında aşağıdakı alimlərin xüsusi xidmətləri olmuşdur:

  1. İbn Əbu İshaq əl-hadranı(o eyni zamanda Quranın mahir oxucusu olmuşdur).

  2. Əbu Əmr bin əl-Əla

  3. Əsa bin Ömər əl-Səqəfi (710-770)

  4. Yunis ibn Həbib

  5. Xəlil ibn Əhməd Əbu-Əbdürrəhman Əl-Fərahidi

  6. Bişrəl Əmir bin Osman ibn Qənbər əl Bəsri-Sibəveyhi

Sonuncunun Bəsrə dilçiliyinin inkişafında rolu daha böyükdür.O,Xəlil ibn Əhmədin şagirddidir.Əslən ərəb olmayan Sibəveyhi ərəb dilində mükəmməl təhsil almış,sonra bütün Bəsrədə şöhrət qazanmışdır.Xüsusilə,öz müəllimi Xəlil ibn Əhmədin vəfatından sonra Bəsrə dilçilik məktəbinə rəhbbərlik etməsi və “Əl-Kitab” əsərini yazması onun şöhrətini daha da artırmışdır.Onun şəxsi həyatı ilə bağlı olan bir hadisə Bəsrə məktəbinin Kufə dilçilik məktəbi ilə birləşməsi üçün zəmin yaradır.Sibəveyhi bir dəfə Bağdad şəhərinə gəlir.Abbasi xəlifələrindən olan Harun ər Rəşidin sarayında Harunun oğlanları Əmin və Məmnunun müəllimi Kufə dilçilik məktəbinin banisi Kisayi ilə görüşür.Onlar arasında elmi mübahisələr olur.Məs.,bəsrəlilər belə hesab edirlər ki,felin ilkin forması birinci şəxsin təki,kufəlilər isə belə hesab edirlər ki,başlanğıc forma məsdərdir.Prof.V.məmmədəliyev Sibəveyhi ilə kisayı arasında gedən mübahisələrdən birini belə təsvir edir:”Kisayi Sibəveyhiyə bir sözün müəyyən bir tərkib daxilində nə cür hallanması barədə sual verir.Sibəveyhi cavab verdikdə kufəli rəqibi onun haqlı olmadığını bildirir.Məlumdur ki,ərəb qrammatikaları hər hansı bir məsələ barəsində mübahisə etdikdə və bir-biri ilə razılaşmadıqda,kimin haqlı olduğunu bilmək üçün səhraya gedib əsil,xalis ərəb hesab edilən bədəvilərdən həmin söz və ifadənin onların ləhcələrində nə cür işlədilməsini soruşurlarmış.Münsif rolunu oynayan bədəvilərin verdiyi cavabı şərtsiz qəbul edirlərmiş,bununla da mübahisəyə son qoyularmış.Sibəveyhi Kisayı ilə mübahisə etdiyi zaman qapinin ağzında və ya həyətdə şəhərdə yaşadıqları bəsrəlilər tərəfindən ləhcələri o qədər də”təmiz” hesab edilməyən hummə əşirətinə mənsub ərəblərdən biri durubmuş.Bir rəvayətə görə,Kisayı tərəfindən ələ gətirilmiş bu ərəb sualı təkrar etdikdə Sibəveyhinin deyil,Kisayının haqlı olduğunu təstiq edir və beləliklə,mübahisə bitmiş hesab olunur.Sonrakı ərəb qrammatikalarının etiraf etdiyi kimi,əslində haqlı olan Sibəveyhi bu “məğlubiyyətdən” uzun müddət özünə gələ bilməmiş,hər şeyi ataraq pərt halda vətənə qayıtmış,nisbətən gənc yaşlarında (qırxdan bir qədər artıq), bir rəvayətə görə,Şirazda,dikər rəvayətə görə isə Həmədanda və ya Savədə vəfat etmişdir.



Yüklə 22,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin