Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 22,21 Kb.
səhifə1/3
tarix30.04.2023
ölçüsü22,21 Kb.
#105158
  1   2   3
referat 3226


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ


SƏRBƏST İŞ

ABBASZADƏ NİGAR

MÖVZU:ƏRƏB DİLÇİLİYİ

RƏHBƏR:BABAYEV C.M.

BAKI 2013


ƏRƏB DİLÇİLİYİ
Ərəblər dünyanın ən qədim və mədəni xalqlardan biridir.Ərəblər çox qədim (erkən padişahlıq)dövlət quruluşuna malik olmuş və ədəbiyyat,fəlsəfə,coğrafiya,riyaziyyat və s. elmlərlə hələ eramızdan çox-çox əvvəl tanış olmuşlar.Ticarətin,incəsənətin,kurstarlığın inkişafı ərəb mədəniyyətinin inkişafına xüsusi təsir göstərmişdir.Qədim İran və Ellin mədəniyyətinin ərəblərə güclü təsiri olmuşsada ,ərəblərin mədəniyyəti xilafət dövründə çiçəklənmiş ,tayfa pərakəndəliyi aradan qaldırılmış və onlar xalq kimi formalaşmışlar.Eramızın yeddinci əsrindən başlayaraq Ərəbistanda bütün elmlər ,o cümlədən,dilçilik inkişaf etməyə başlamışdır.
Ərəb dilçiliyi Çin, hind və yunan dilçiliyindən sonra yaranmasına baxmayaraq ,onlara nisbətən sürətlə və qüvvətlə inkişaf etdi.Ərəb dilçiliyinin inkişafına bir neçə faktor kömək edirdi.
Onlardan:

  1. Ərəb alimləri özlərindən əvvəl yaranmış dünya dilçilik məktəbləri ilə tanış idilər.Buna görədə həm onlar səmərəli cəhətlərdən istifadə edir,həm də metodik cəhətdən onlara əsaslanırdılar.

  2. İslam dinin meydana gəlməsi.İslam ehkamına görə həm bu,həm də axirət dünyası üçün yeganə qabil dil ərəb dilidir.Ona görə də hamı ərəbcə öyrənib danışmalıdır.Bu, ərəb olmayan müsəlmanların ərəbcə öyrənməsini məcburi etdiyi kimi ,ərəb dilçiliyinin kömək edirdi.

  3. İslam dini ərəb aləminə yeni mədəniyyət gətirdiyi kimi ,elmin bütün sahələrinin inkişafı üçün şərait yaratmışdı.Buna görə də ərəb alimləri Aristotelin”poetika”sını və hindlilərin”Kəlilə və Dimnə”əsərini ərəbcəyə çevirib Şərqdə tərcümənin əsasını qoydular.

  4. Ərəb dilçiliyi əvvəllər iki məktəbdən(Kufə və Bəsrə)ibarət idi.Bu məktəblər sonralar birləşərək vahid Bağdad dilçilik məktəbini yaratdı ki,bu da ərəb dilçiliyinin inkişafına öz təsirini göstərməyə bilməzdi.

  5. Ərəb olmayan alimlərin də öz tədqiqatını ərəbcə aparması ərəb dilçiliyinin inkişafına səbəb olurdu.Bu problem,müəyyən mənada təəssübkeşlik duyğularıda doğurmuşdu.Buna görə də ki fikir meydana gəlmişdi:birincilər doğru olaraq iddia edir ki,milliyyətcə ərəb olmayanların ərəbcə yazdıqları əsərlər ərəb dilçiliyinin inkişafına kömək etmişdir.Məs.,B.Çobanzadə yazır:”Bütün ərəb və fars ədəbiyyatının bir qismi türk və tatar alim və şairlərinin səyi nəticəsindədir”.

Başqa bir yerdə B.Çobanzadə yenə yazırdı:”Şərqdə birinci türk sərfçisi Mahmud Kaşğari əsərini ərəbcə və ərəblərə türkcəni öyrətmək niyyəti ilə yazmışdır.Bunun arxasınca gələn Cəmaləddin ibn Mühənna,Məhəmməd ibn Qeys kimi müəlliflər də eyni yoldan eyni məqsədlə keçmişlər”.
Rus alimlərindən V.A.Zveqintsev və B.N.Qolovin isə bunun tam əksini söyləyir.Onla ərəb,türk dillərini bilmədiklərindən M.Kaşğarini ərəb hesab etmişlər.Bununla onlar türk xalqlarının elm təfəkkürünün qədim olmadığını dolayı yolla sübuta yetirməyə çalışırlar.B.N.Qolovin B.A.Zveqintsvin sözlərinə əsaslanaraq yazır:”Görünür ərəb alimləri xarici dilləri də ciddi öyrənmişlər.Bu haqda dolayısı ilə Mahmud əl Kaşğarinin 1073-1074 cü ildə yazılmış çox cildlik “Türk dillər divanı”əsəri əsasında fikir yürütmək olar.V.A.Zveqintsevin fikrincə bu əsər əsl türk ensiklopediyasıdır ki,əsasında müqayisə prinsip kimi qoyulmuşdur”.
Ümumi dilçilik aspektində bir sıra alimlərərəb dilçiliyi haqqında bir-birindən fərqli olsada maraqlı fikirlər söyləmişlər.Türkolgiya aləmində isə ərəb dilçilyinin görkəmli tədqiqatçısı sayılan ərəbşünas alim Vasim Məmmədəliyevin “Ərəb dilçiliyi” adlı monumental əsəri daha çox diqqəti cəlb edir.Türkologiyada ərəb dilçiliyi haqqında maraqlı fikirlər olsa da,onların heç biri prof.V.M.Məmmədəliyevin bu əsəri səviyyəsində deyildir.Əsərdə müəllif ərəb dilçiliyinin təşəkkülündən başlamış bütün mübahisəli məsələlərinə qədər geniş və dərin təhlilini vermişdir.
Ərəb dilçilyinin əsasını qoyanlardan biri VII əsrdə yaşamışƏli ibn Əbu Talib olmuşdur.Onun göstərişi ilə Əbül-Əsvad Quranınlüğətini hazırlamış,nəhvə (qrammatikaya)dair əsər yazmışdır.
Xəlil ibn Əhməd əl-Fərahididə ərəb dilinin lüğətinin hazırlanmasında xüsusi rol oynamışdır.
Ərəb dilçilyinin təşəkkülü dövründə leksikoqrafiya xüsusi templə inkişaf edirdi.Əl-Firuzəbadinin tərtib etdiyi 60 cildlik ”Qamis” adlı lüğəti daha geniş yayılmışdır.Qamus ərəbcə okean deməkdir.Bu lüğət o qədər müvəffəqiyyətli çıxmışdır ki,ərəbcə çıxan bütün lüğətlərə sonralar ”Qamus” (okean) adı verilmişdir.Əlifba prinsipi ilə tərtib edilən ilk lüğətlər Əl-Caurharinin lüğətindən başlanır.
Ərəb dilçilyinin inkişafında bir neçə məktəbin xüsusi rolu olmuşdur.Bunlardab biri Bəsrə məktəbidir.

Yüklə 22,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin