Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti



Yüklə 22,21 Kb.
səhifə3/3
tarix30.04.2023
ölçüsü22,21 Kb.
#105158
1   2   3
referat 3226

Kufə məktəbi.Kufə böyük dini mərkəz idi.Məkkə və Mədinə kimi Kufə də İslam şərqinin həm elmi,həm də mədəni mərkəzlərindən biri olmuşdur.Məhəmməd Peyğəmbər və onun əshabələri Kufədə yaşadıqları dövrdə bura daha çox diqqəti cəlb etməyə başlamışdı.Xəlifə Əli ibn Əbu Talibin vaxtında Kufə İslamiyyətin,xilafətin paytaxtı oldu.Bu müddətdə burada Fiqh,Qarelər(Qurani yaxşı,avazla oxuyanlar),qrammatiklər məktəbi yarandı.Kufə qrammatiklər məktəbi Bəsrəyə nisbətən gec yaranmışdı.Kufə qrammatiklər məktəbinin banisi Əbul Həsən Əli ibn Həmzə ibn Abdulla ibn Osman ibnFeyruz əl Kisayı idi.O,milliyətcə fars idi,əyninə geydiyi parçanın rənginə və materialına(kisədən) görə ona Kisayı ləqəbi verilmişdi.Kisayı əvvəllər Kufə məktəbinin görkəmli nümayəndələri olan Muaz ibn Müslim Əl-hərranın və sonra onun qardaşı oğlu Əbu Cəfər ər-Ruasinin yanında oxumuş,sonra onlardandaha irəli gedə bilmişdir.O,ərəb dili qanunlarını,Quranı mükəmməl öyrəndikdən sonra Bağdada köçmüş və xəlifə harunun oğlanları Əmin və Məmnunun müəllimi olmuşdur.Sibəveyhi ilə də burada görüşmüşdür.Kisayı”kitabi muxtəsərin nəhv”,”Kitabul-qiraət”,”Kitabül ədəd”,Kitabun-Novadirilkəbir vəs-səcir”,”Risalətü ma təlhənu fihil-avami”,”Kitabu məanil-Quran”adlı monumental əsərlərin müəllifidir.Bu əsərlərin çoxu itib-batmış,zəmanəmizə qədər yalnız bir əsər,”Risalətu ma təlhanu fihil-avami(avam camaatın buraxdığı səhvlər barədə kitab)gəlib çatmışdır.Kisayi Bəsrə dilçilərindən fərqli olaraq,qrammatik qayda qanunları fəsəfi mahiyyətlə birgə götürmüşdür.
Bağdad dilçilik məktəbi.Bəsrə və Kufə məktəbləri birləşərək Bağdad dilçilik məktəbini yaratmışlar.Beləliklə,Bəsrə və Kufə məktəbləri öz fəaliyyətini faktik olaraq dayandırır.Yəni Bəsrə məktəbi Əbul-Əsvad əd-Duəli ilə başlayıb Əbu Əli əl-Farisi ilə,Kufə məktəbi isə Əbu Cəfər ər-Ruasi ilə başlayaraq Əbu Əmir əz-Zahidlə qutardı.Bağdad qrammatiklərı bəsrəlilərdən daha çox kufəlilərin qrammatik konsepsiyasına əsaslanırdılar.Bundan əlavə,Bağdad qrammatikləri öz nəzəri konsepsiyalarını təcrübəyə yönəldirlər.Bağdad dilçilik məktəbinin ən görkəmli nümayəndələrindən biri Əbu Məhəmməd Abdulla ibn Quteybə əl-kufi əd-Dinəvəri(828-889)idi.Kufədə doğulmuşdur.Valideynləri Xorasandandır.;”Uyunul Əxbar”,”Ədəbul-Kitab”,”Əş-şeru Vaşşura”,”Əl maarif”,”Ğaribul-hədis”və “İrabul-Quran”kimi əsərlərin müəllifidir.Quteybə bəsrəlilərlə kufəlilərin elmi müddəalarını müqayisə edir,bəzən bu,bəzən də digər tərəfə üstünlük verirdi.
Bağdad dilçilik məktəbinin başqa bir nümayəndəsi də İranın Dinəvəri şəhərindən olan İbn Qüteybənin həmşəhərlisi Əbu hənifə Əhməd nbn Davud əd-Dinəvəridir.Onun anadan olması ili elmə məlum deyil.895-ci ildə vəfat etmişdir.Əbu hənifə Dinəvəri Bağdad dilçiləri içərisində ən çox ensiklopedik biliyə malik olması ilə seçilir.O,dövrünün həndəsə,coğrafiya,bitki aləmi,riyaziyyat,təbiətşünaslıq,astronomiya sahəsində geniş biliyə malik olmuşdur.Bundan əlavə,Quran ayələrinə təfsir yazan məşhur islamşünas kimi tarixə düşmüşdür.
Dilin yaranması ilə bağlı ərəb alimləri 3 versiya irəli sürmüşlər:1.dil Allah tərəfindən Adəmə verilmişdir. 2.dil bəşəriyyətin baniləri olan patriarx qocalar arasında əldə edilmiş razılıq əsasında yaradılmışdır.3.dil Allah tərəfindən Adəmə azacıq söz şəkilində verilmiş,lakin sonralar insanlar tərəfindən inkişaf etdirilmişdir.Qeyd edək ki,dilin yaranması fəlsəfi problemi ərəb dilçiliyində əsas yerdə dayanmır,onlar öz diqqətlərini fonetik,qramatik,leksikologiya problemlərinin araşdırılmasına yönəltmişlər.Sibaveyhi “Əl Kitab”əsərində ərəb dilinin qramatik sistemini təhlil edir.Onun bu əsərini öz aralarında rəqabət aparan Bəsrə və Kufə almləri qəbul edirdilər.Ərəb dili flektiv dil olduğundan onun faktlarını sistemə salmaq tədqiqatşılar üçün çətin idi.Ərəb dilində söz köklər samitlərdən ibarətdir,samitlərin arasına saitlər əlavə edilir.Saitlər də ədat və şəkilçilər kimi əlavə qramatik mənalar ifadə edir.Bu xüsusiyyət özünü həm söz yaradıcılığında,həm də sözlərin qramatik dəyişməsində özün göstərir.Buna görə də sözün dəyişməsində bütün fonetik tərkib iştirak edir.Hər iki məktəb ərəb dilinin təhlil və təsvirində ümumi pirinsiplər irəli sürürlər ki,onlar dili sahədə təsvir etməyə imkan verir:nəhv(genişləndirmə haqqinda təlim),sərf(dəyişikliklər haqqında təlim),təcvid(səslərin tələffüzü haqqında təlim).Hind və yunan dilçiliklərində olduğu kimi,ərəb dilçiləri də fonetikaya fikir vermişlər,lakin onlar hərf və səsləri ciddi surətdə fərqləndirməmişlər.Onlar səslərin təsnifində fizioloji cəhətə üstünlük vermişlər.Məs.Sibaveyhinin qrammatikasında danışıq səsləri əmələgəlmə yerinə görə 16 qrupa ayılmışdır.Ərəblər söz tərkibinin fonetik təhlilində uğurlar qazana bilmişdilər.Onlar söz köklərinin bu tiplərini müəyyən edə bilmişdirlər:üç samitli düzgün köklər,dörd hərfli köklər,cüt köklər,həmzəli köklər,yay hərfi ilə başlayan köklər,boş köklər,naqis köklər,düzgün olmayan köklər,eyni zamanda həm boş,həm də həmzəl köklər və s.
Ərəb dilçiliyinin əlamətdar cəhətlərindən biri də bu idi ki, o yalnız ərəb dilinin tədqiq edilməsi ilə bitmirdi.Müqayisəli dilçiliyin ilk nümayəndəsi olan Mahmud ibn Əl-Hüsyn ibn Məhəmməd Əl-Qaşqarlı türk dillərinin əksəriyyətindən külli miqdarda söz və ifadə toplamışdı.M.Qaşqarlı 1072-1083-cü illərdə çoxcildli “Divani-lüğat-it türk”adlı əsər yazmışdır.Əsərin müəllif tərəfindən yazılan əlyazması bizə gəlib çatmamışdır.Elm aləmində məlum olan və İstanbul kitabxanasında saxlanılan nüsxəsi 1266-cı ildə Azərbaycan alimi Məhəmməd Əssami tərəfindən üzü köçürülən nüsxəsidir.Onun lüğəti müəllifin sağlığında nəşr edilməmişdir.Əsər 1912-1915-ci illərdə İstanbul Kilisli Rifət tərəfindən nəşr edlmişdir.”divani-lüğət-it türk”lüğətində(ərəb dilində onların izahı ilə birlikdə)tayfa mənsubiyyəti göstərilməklə sözlər,türk tayfalarının səpələnmə arealı haqqinda məlumatlar,onların tarixi,etnoqrafiyası,poeziya və folkloru ,türk dilinin tarixi fonetikası və qrammatikası,ən köhnə türk dünyasının mənzərəsi haqqında məlumatlar daxil edilmişdir.
Ərəb dili filektiv dillərə mənsubdur.Hər bir ilk qramatik forma əksər halda üç və bəzən də dörd samitdən ibarət olan kökə istinad edir.Kökdən daxili fleksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir.isim,sifət,say kimiad qruplu sözlərin yalnız adlıq,yiyəlik və təsirlik halları,əsasən üçhallı və ikihallı olmaq üzrə iki növ hallanması,iki qramatikcinsi və üç qramatik sayı vardır.Ərəb dilində müxtəlif söz birləşmələri vardır.Bunların işərisində ərəb qramatiklərinin izafət adlandırdıqları uzlaşmayan təyini söz birləşməsi ifadə etdiyi məna çalarlıqlarının çoxluğu və ərəb dilində geniş işlədilməsi ilə başqa söz birləşmələrindən xeyli fərqlənir.Burada xəbəri ad qruplu söz və söz birləşmələri ilə ifadə edilən ismi cümlələr də çox işlənir.Xəbəri mübtədadan əvvəl gələn cüttərkibli feli cümlələrdə xəbər daim təkdə olur.
Yüklə 22,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin