Bərabəryanlı üçbucağın oturacağa bitişik bucaqları bir-birinə bərabərdir



Yüklə 445 b.
tarix25.12.2016
ölçüsü445 b.


  • Həndəsə tarixi insan mədəniyyəti tarixi qədər qədim olan elmdir.Başqa elmlər kimi həndəsə elmi də insanların ehtiyac, tələbat və zəhməti nəticəsində meydana gəlmiş və inkişaf etmişdir.Hər bir elmdə olduğu kimi həndəsənin də məqsədi və özünəməxsus tədqiqat üsulları vardır.Rəvayətə görə iik həndəsə Bablistan və Misirdə yaranmışdır.Yunan həndəsəşünası Proklun dediyinə görə Nil çayı daşıb sərhədləri pozduğundan onun ətrafını tez-tez ölçmək lazım gəlirdi və bu zərurətdən həndəsə yarandı.

  • Geometriya yunanca “yer ölçürəm” deməkdir və elə buradan da götürülüb.Həmin dövrdə həndəsə də teorem isbatları olmamış, ancaq təcrübələrə əsaslanmışdır.Bu qaydalardan istifadə edərək,uzunluq,sahə və həcmölçməişləri aparılmışsa da bunlar hələ ümumiləşdirilməmiş, sistemə salmamış, riyazi elm şəklini almamış bir halda idi.

  • Misirlilər düzbucaqlının,üçbucağın və trapesiyanın sahəsi indi hesablandığı kimi təyin edə bilirdilər.Dairənin sahəsi əvəzinə tərəfi dairənin diametrinin nə bərabər olan kvadratın sahəsini qəbul edirdilər ki, bu da götürülməsinə uyğundur.Misir riyaziyyatçıları oturacaqları kvadrat olan kəsik piramidanın həcm düsturunu düzgün verə bilmişdilər.

  • Misir,Babilistan,Hindistanvə Çin kimi qədim mədəniyyətə malik olan Şərq ölkələrində yaranmış həndəsi biliklər 7 əsr əvvəl Yunanıstana keçir.

  • Qədim yunan alimləri Müteli Fales (640-548),Pifaqor (570-471),Demokrit (460-370),Əflatun (428-348) və Evkods (406-355) əldə edilən həndəsi bilikləri sistemə salmağa çalışmışlar.




  • Həndəsənin inkişafının yunan dövründə filosof Falesin böyük rolu olmuş və o aşağıdakı teoremləri isbat etmişdir.

  • Bərabəryanlı üçbucağın oturacağa bitişik bucaqları bir-birinə bərabərdir.

  • Yarımçevrə daxilinə çəkilmiş bucaq,düz bucaqdır.

  • Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir.

  • Diametr dairəni iki bərabər hissəyə bölür.

  • Üçbucaq bir tərəf və ona bitişik iki bucaq ilə müəyyən olunur.





  • Yalnız Pifaqor məktəbində aşağıdakı kəşflər oldu və həndəsə əsl elmə çevrildi.

  • Üçbucağın daxili bucaqlarının cəmi haqqında teorem.

  • Kvadrat tənliyin həllinin həndəsi üsulu.

  • Verilən çoxbucaqlıya müadil və digərinə oxşar çoxbucaqlı qurmaq.

  • Pifaqorun məşhur teoremi.

  • Beş tip düzgün çoxüzlünün varlığl.

  • Ortaq ölçüsü olmayan parçaların varlığı.









Bu məktəb Samoslu Pifaqor tərəfindən yaradılmışdır. O, qədim dünyanın demək olar ki, bütün ölkələrində olmuşdur. Məsələn, Misirdə 22 il, Babilistanda 12 il yaşamışdır. Onun məktəbində poeziya, tibb, musiqi, elm, xüsusilə ilə də riyaziyyat bir–birini əvəz etmişdir. Fəlsəfə sözünü ilk dəfə işlədən Pifaqor özünü də filosof adlandırmışdır.

  • Bu məktəb Samoslu Pifaqor tərəfindən yaradılmışdır. O, qədim dünyanın demək olar ki, bütün ölkələrində olmuşdur. Məsələn, Misirdə 22 il, Babilistanda 12 il yaşamışdır. Onun məktəbində poeziya, tibb, musiqi, elm, xüsusilə ilə də riyaziyyat bir–birini əvəz etmişdir. Fəlsəfə sözünü ilk dəfə işlədən Pifaqor özünü də filosof adlandırmışdır.

  • "Hər şey harmoniya və rəqəmlərdən ibarətdir" – Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur. F.Engels bu barədə yazırdı: "Rəqəm müəyyən qanunlara tabe olduğu kimi, bütün kainat da onlara tabedir; bununla da ilk dəfə kainatın qanunauyğunluğu haqqında fikir söyləyir". Pifaqorçuluqda rəqəmlərin mistikası və musiqidə kəmiyyət münasibətlərinin konstruksiyalaşdırılması, astroloji – musiqi quruluşları dəqiq astronomik hesablamalarla özünəməxsus şəkildə uzlaşır.

  • Pifaqor öz qarşısına həqiqətən ilahi bir məsələ – kainatın quruluşunun əsas prinsipini (arxe) üzə çıxarmaq məsələsini qoymuşdur ki, bu da ibtidai, formasız xaosu nizamlanmış, məqsədəuyğun kosmosa çevirir. Belə bir prinsiplə bir–birinə zidd element və tendensiyaların rəqəm harmoniyasını qəbul etmişdir. Pifaqorçular harmoniyanı "müxtəlif qarışıqların birləşməsi və müxtəlif fikirliyin razılığı" kimi başa düşürdülər.

  • Səciyyəvi haldır ki, Pifaqor özünü yer üzərində "ilkin və təbiətin kökündən" kosmik səsləri başa düşən yeganə adam hesab edirdi.

  • Pifaqor fəlsəfə tarixində əsasən riyaziyyat və rəqəmlər haqqında yarımelmi və mistik simvollar müəllifi kimi və bəzi etik normaların və ən çox isə metempsixoz nəzəriyyəsinin (ruhun bir canlıdan digər canlıya keçməsi) yaradıcısı kimi tanınır.

  • Pifaqorçuların səma cisimləri haqqında fərziyyələri maraq doğurur. Bizim e.ə. III əsrdə fəlsəfi istiqamət kimi pifaqorçuluq aradan çıxsa da, 2 əsrdən sonra Planotizm və digər dini–fəlsəfi istiqamətli məktəblərlə birləşərək yenidən fəaliyyət göstərməyə başlamışdır.





  • Pifaqor şöhrət və özünü təsdiq barədə, pul və gəlir barədə düşünmür, bütün ömrünü təbiətin və düşüncənin mahiyyətini öyrənməyə həsr edir. Kainatı kosmos adlandıran ilk şəxs də Pifaqor olub. O deyirdi ki, kainat kürə şəklindədir, on sferadan ibarətdir. Mərkəzdə Yerdən görünməyən od durur. Yer də daxil bütün kainat onun ətrafında fırlanır. Deyirdi ki, her şeyin mənbəyində rəqəmlər durur.

  • Dünyanı dərk etmək onu idarə edən bu rəqəmləri öyrənmək deməkdir. Bertran Rassel yazır ki, riyaziyyat deduktiv sübuti əsaslandırma kimi məhz Pifaqordan başlayır və mistisizmin xüsusi bir forması ilə sıx bağlıdır. Pifaqor deyirdi ki, Yer kürə formasındadır və kainatın mərkəzidir. Günəş, Ay və planetlər öz orbiti üzrə göydə hərəkət edir. Pifaqorun geosentrik təlimini Kopernik özünün heliosentrik sisteminin sələfi adlandırırdı. Təsadüfi deyil ki, kilsə Kopernikin sistemini "yalançı Pifaqor sistemi" elan etmişdi.

  • Ədəbiyyat

  • "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.610

  • Fərhad Hacıyev. "Görkəmli fiziklər"

  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.

  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.





  • "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.610

  • Fərhad Hacıyev. "Görkəmli fiziklər"

  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.

  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.





  • Fales fəlsəfə üçün çox böyük əhəmiyyəti olan bir ideya irəli sürdü. O, hər şeyin sudan yarandığını dedi. Bu fikir indi çoxlarına gülməli də görünə bilər. Lakin Fales bu fikirlə ilkin substansiya anlamını və ideyasını yaratdı. Bununla bütün hər şeyi əhatə edən vahid baxışla dünyanın izah edilməsinə maraq oyatdı. "Bütün şeylər Allahla doludur" – deməklə Falesin dünyanın konseptual izahına jəhdləri dönülməz bir prosesə çevirdiyini iddia etsək, səhv etmərik.





  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.

  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.

  • D. R. Dicks, Thales, The Classical Quarterly, New Series, Vol. 9, No. 2 (Nov., 1959), pp. 294—309 Online

  • D. L. Couprie, How Thales Was Able to "Predict" a Solar Eclipse Without the Help of Alleged Mesopotamian Wisdom, Early Science and Medicine, Volume 9, Number 4, 2004, pp. 321—337 (17).

  • A. A. Mosshammer, Thales’ Eclipse, Transactions of the American Philological Association, 1974, V. 111, p. 145.

  • D. Panchenko, Thales’s Prediction of a Solar Eclipse, Journal for the History of Astronomy, 1994, V. 25, p. 275. Online

  • F. R. Stephenson, L. J. Fatoohi, Thales' Prediction of a Solar Eclipse, Journal for the History of Astronomy, V. 28, p. 279. Online





Каталог: upload -> iblock
iblock -> Информированное добровольное согласие пациента на ортодонтическое лечение. Я, Борисова Александра Петровна, находясь на лечении в стоматологической клинике «Зеленое яблоко»
iblock -> Программа курса: 1 день Онтогенез зубов
iblock -> Xətai rayonu, Ə.Əliyev adına
iblock -> Mövzuya keçməmişdən ötən dərsi qismən yada salaq. Mövzuya keçməmişdən ötən dərsi qismən yada salaq
iblock -> Dərsin məqsədi Suyun dövranının yaranma səbəbini izah etmək Suyun böyük dövranının sxemini çəkməyi bacarmaq
iblock -> Sinfə suallarla müraciət olunur
iblock -> Hüseynzadə Nüşabə 195 saylı tam orta məktəbin tarix müəllimi
iblock -> Elektron Təhsil” müsabiqəsi üçün Fənn: Azərbaycan dili
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Laboratoriya hesabatı


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə