Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


§3. Məhkəmə prosedurları, xidmət borclarına baxılması qaydası və



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə30/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   26   27   28   29   30   31   32   33   ...   113
§3. Məhkəmə prosedurları, xidmət borclarına baxılması qaydası və 
onların tətbiqi 
Prinsiplər - məhkəmə icraatı cinayət prosesi üçün tipikdir. Əgər 
vətəndaş  inzibati  qərarı  yerinə  yetirmirsə,  məhkəmə  tərəfindən  cinayət 
məsuliyyətinə  cəlb  edilə  və  törətdiyi  hüquq  pozuntusunun  ağırlığından 
asılı olaraq cərimələnə və yaxud həbs edilə bilər. 
Qanun  aktlarının,  o  cümlədən  polis  reqlametlərinin  icra 
edilməsinə gəlincə, bu sahədə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 
R  26-  15-ci  maddəsində  nəzərdə  tutulmuşdur.  Həmin  maddədə  inzibati 
hakimiyyətin qanuni qaydada qəbul etdiyi dekretləri və qərarları, yaxud 
bələdiyyə hakimiyyəti tərəfindən dərc olunmuş qərarlan pozan şəxslərə 
qarşı  cinayət  cəzası  nəzərdə  tutulur.  Bu  o  deməkdir  ki,  əgər  hökumət 
dekret vasitəsilə və yaxud mer bələdiyyə qərarı ilə polisin, misal üçün, 
yol hərəkətləri, sürətin məhdudlaşdırılması, avtomobil dayanacaqlarının 
qadağan edilməsi qaydalarına əməl olunmasına aid səlahiyyətləri barədə 
qərarlar  qəbul  edirsə,  bu  konkret  hüquq  pozuntusu  üçün  başqa  cəza 
tədbirləri nəzərdə tutulmayıbsa, cərimə şəklində sanksiyalar tətbiq edilə 
bilər. 
Bundan əlavə, digər xüsusi aktlarla inzibati xətalara görə cinayət 
sanksiyaları  müəyyənləşdirilir.  Bu,  misal  üçün  fırıldaqçıhğa  qarşı 
mübarizə haqqında 1905-ci il qanunun da nəzərdə tutulmuşdur. Həmin 
qanun son dərəcə ümumi prinsipləri müəyyənləşdirir və bu prin 
95 


siplərin  tətbiqi  qaydalannm  konkretləşdirilməsini  dekretlə  bağlayır. 
Burada söhbət istehlakçılar tərəfindən fırıldaqçılıqdan, həm də keyfiyyət 
və  kəmiyyət  baxımından  sənayeçilər  və  ticarətçilər  tərəfindən 
məhsul-məmulatın  üstünə  saxta  etiketlər  yapışdırmaq  yolu  ilə 
aldatmaqdan  gedir.  Hər  bir  məmulat  və  yaxud  məmulatın  hər  cür 
kateqoriyası üzrə inzibati aktlar, dekretlər qəbul edilir, bunlar 1905-ci il 
qanunu ilə nəzərdə tutulmuş cinyət sanksiyalarını müəyyənləşdirir: əgər 
ticarətçi dəqiq olan dekret tələblərinə və müddəalarına əməl etmirsə, onda 
ona qarşı cinayət sanksiyalarının tətbiq edilmə imkanı yaranır. 
Qanunazidd  hərəkətlərə  görə  cinayət  sanksiyaları  nəzərdə  tutan 
xüsusi  aktlardan  əlavə  müharibə  dövründə  ölkənin  təşkili  haqqında  11 
iyul  1938-ci  il  tarixli  qanun  qəbul  edilmişdir.  Bu  qanunun  çox  maraqlı 
cəhətləri vardır: müharibə dövrü üçün qəbul edilmiş qanun əvvəlki kimi 
indi də qüvvədə qalır. Müharibə qurtardıqdan sonra hökumətin ölkə üçün 
son dərəcə zəruri hesab etdiyi hər hansı müəssisənin və yaxud sahənin 
tətilçilərini məcburi qaydada işə cəlb etmək imkanı çox məhdud olduğuna 
görə bu qanun dəfələrlə tətbiq edilmişdi. Misal üçün, 1963-cü ildə tətil 
edən şaxtaçılara qarşı bu vasitədən istifadə olunmuşdu. Yeri gəlmişkən, 
qeyd  edək  ki,  bu,  hüquqi  normaların  təsirini  qiymətləndirməyə  nisbi 
yanaşma zərurətinə əyani misaldır. 
1963-cü ildə bütün şaxtaçılar məcburi qaydada işə cəlb edildilər. 
Bunun  nəticəsi  o  olmuşdur  ki,  əməyə  məcburi  qaydada  cəlb  edilə 
bilinməyən  işçilərə  qarşı  cinayət  cəzası  gözlənilirdi,  hətta  onlar  1  il 
müddətinə  həbs  cəzasına  məhkum  edilə  bilərdilər.  Lakin  10  minlərlə 
şaxtaçı  öz  əmək  vəzifələrini  yerinə  yetirməyə  məcburən  qayıtmaq 
tələbini rədd etdiyi andan etibarən aydın oldu ki, bu qanunla tətilçilərin 
hamısını  birdən  həbsxanaya  salmaq  mümkün  deyil,  ona  görə  siyasi 
motivlər  üzrə  həmin  tədbirə  görə  cinayət  məsuliyyətinə  cəlb  edilməsi 
məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, işə məcburi qaydada cəlb 
etmək haqqında qərar da səmərə vermədi. Bu, hüquqi prinsiplə gerçəklik 
arasında yaranan uyğunsuzluğu göstərən konkret hadisə idi. 
Əksinə,  məcburi  qaydada  işə  çıxmaq  haqqında  qərar  adamlann 
kiçik  qrupuna  aid  olduqda  və  yaxud  tətil  edənlərin  əsas  kütləsi  işə 
çıxmağa  razılıq  verdikdə,  yəni  verilmiş  əmrə  tabe  olduqda,  əmrə  tabe 
olmayan kiçik qrupun üzvləri barədə bu qanunun tələblərinə uyğun olaraq 
müvafiq sanksiyalar tətbiq etmək olar. 
Burada  bir  və  ya  bir  neçə  nəfərin,  hətta  bütöv  bir  müəssisənin 
kollektivinin  məcburi  işə  başlaması  barədə  idarəetmə  qərarı  icra 
edilmədiyi hallarda potensial cinayət barədə sanksiyaların tətbiq edilməsi 
məsələsi meydana çıxır. 
96 


inzibati  qərarların  cinayət  sanksiyalarından  istifadə  edilməklə 
icrasına dair yuxarıda göstərilən üsul praktik problemlərlə yanaşı, iki qrup 
hüquqi problem də yarada bilər. 
Bəzən  bu  və  ya  digər  əməlin  icra  edilməsinin  qanuna  müvafiq 
sanksiyalarla  müşayiət  olunub-olunmadığı  aydın  nəzərə çarpmır.  İkinci 
dünya müharibəsindən sonra mənzillərin müsadirəsi məsələsi ilə əlaqədar 
qanunun  təfsir  edilməsində  yaranmış  çətinlikləri  buna  misal  göstərmək 
olar. 
Mənzillərin müsadirə edilməsi 11 iyul, 1938-ci il qanunu ilə deyil, 
başqa  aktla  -  11  oktyabr,  1945-ci  il  tarixli  ordonansla  nəzərdə 
tutulmuşdur.  İlk  vaxtlar  ən  yüksək  məhkəmə  instansiyaları  belə  hesab 
edirdilər ki, bu akt cinayət sanksiyaları nəzərdə tutur və deməli, yalnız 
cinayət sanksiyalarının tətbiqi onun icrasını təmin edə bilər. Münaqişələr 
üzrə Tribunal da belə qərara gəlmişdi (Barensteynin işinə dair 30 oktyabr, 
1947-ci  il  tarixli  qərar).  Lakin  Kassasiya  Məhkəməsi  bu  məsələdə 
cinayət-hüquqi  məhdudlaşdırıcı  mənada  təfsiri  nəzərə  alaraq  başqa 
mövqe tutdu. O qeyd etdi ki, 1945-ci il ordonansmda cinayət sanksiyalan 
nəzərdə tutan heç bir müddəa yoxdur: Ona görə də belə bir vəziyyətdə bu 
məsələlərə dair sanksiyalar tətbiq etmək olmaz. 
Hər  bir  konkret  halda  əsas  qanunvericilik  aktının  cinayət 
sanksiyası nəzərdə tutub-tutmadığı məsələləri aydınlaşdırılmalıdır. 
Əgər çıxarılmış qərarlar qanuni deyildirsə, sanksiyalar tətbiq edilə 
bilməz;  Fransa  Cinayət  Məcəlləsinin  R  25-15-ci  maddəsində 
dəqiqləşdirilir ki, bu maddə «qanuni qaydada qəbul edilmiş olan», yəni 
hüquqi qüvvəyə minmiş qərarlarla əlaqədar tətbiq edilir. Rekvizisiya ilə 
əlaqədar 1938-ci il qanununda da analoji ifadəyə - «qanuni qaydada tətbiq 
edilmiş tədbirlər» ifadəsinə rast gəlinir. 
Rekvizisiya barədə əmrə tabe olmayan və yaxud polisin qərarını 
yerinə yetirməyən şəxs özünə bəraət qazandırmaq üçün qərarın qanunsuz 
olduğunu  bəyan  edə  bilər.  Bir  neçə  il  əvvəl  öz  avtomobilini  xidməti 
avtomaşınlar  üçün  nəzərdə  tutulmuş  dayanacaqda  saxlamış  bir  hüquq 
professoru  məhz  belə  etmişdi.  Professor  hesab  edirdi  ki,  istifadəçilər 
arasında  yaranmış  belə  ayrı-seçkilik  qanunsuzdur;  polis  tribunalında 
professor ona qarşı irəli sürülən ittihama etirazını bildirdi, çünki xidməti 
avtomaşınların saxlanması barədə reqlament qeyri-qanuni idi. Beləliklə, 
cinayət  işlərinə  baxan  məhkəmə  hüquq  pozuntu-  suna  dair  protokolu 
alarkən  normanın  özünün  qanuni  olub-olmadığım  aydınlaşdırmalıdır. 
Münaqişələr  üzrə  Tribunalın  məhkəmə  praktikasına  uyğun  olaraq  belə 
hallar üçün məhkəmə nəzarəti mövcuddur. Bu, elə imkandır ki, bu zaman 
hakimiyyətlərin bölüşdürülməsi prinsi 
97 


pinə əks olaraq ümumi məhkəmə, göstərilən halda cinayət işlərinə baxan 
məhkəmə  inzibati  aktın  özünün  qanuniliyi  məsələsini  həll  etmək 
hüququna  malikdir.  Əslində,  cinayət  işi  prosesinin  uzadılmasına  yol 
verilməməlidir.  Əgər  hər  hansı  bir  şəxs  cinayət  əməlinə  görə  təqib 
olunursa,  məhkəmə  icraatının  tez  həyata  keçirilməsi  onun  mənafeyinə 
uyğun  olmaqla  bərabər,  cəmiyyətin  də  xeyrinədir.  Bu  isə  o  zaman 
mümkün  olur  ki,  məhkəmə  eyni  zamanda  həm  fakta  dair  və  həm  də 
hüquqi məsələlərə dair öz rəyini bildirsin. 
Lakin  bu  qaydanın  özünün  bir  çatışmazlığı  vardır:  işə  baxan 
məhkəmə  aktın  özünün  qanunsuz  olduğunu  bilərək,  bu  barədə  hüquq 
pozuntusunun olmadığı barədə nəticə çıxara bilər, halbuki işi öz icraatına 
götürən  inzibati  məhkəmə  belə  hesab  edə  bilər  ki,  akt  qanunidir  və 
deməli,  bu  halda  o,  cinayət  hüququ  qaydasında  şəxs  barəsində  tədbir 
görməlidir.  Bu  da  yerlərdə  kontroverzalara  (ixtilaflara)  səbəb  olur. 
Söhbət Bordo-Brienn bazarı barədə işdən gedir. Həmin işlə əlaqədar bir 
sıra  qərarlar  qəbul  edilməli  olmuşdu  ki,  bunların  da  sonuncusu  və  ən 
mühümü iqtisadiyyat və maliyyə nazirinin Bordo şəhərinin apellyasiyası 
əsasında qəbul edilmiş 7 may, 1971-ci il tarixli qərar idi. Hökumət dekreti 
ilə ticarət nöqtələri üçün ayrılan yerlərin perimetri müəyyənləşdirilmişdi. 
Bunu pozanlar Fransa CM-in R 26-15-ci maddəsi əsasında məsuliyyətə 
cəlb edilmişdir. Bu işi araşdıran Kassasiya məhkəməsi belə hesab etdi ki, 
dekret özü qeyri-qanunidir. Belə halda hüquq pozuntusu faktı əsassızdır. 
Lakin  Dövlət  Şurası  bu  dekreti  qanuni  hesab  edərək,  administrasiyanı 
çıxılmaz  vəziyyətə  saldı.  Məhkəmələr  cinayət  əməlinə  görə,  təqibetmə 
formasını rədd etdiklərinə görə, o, həmin formadan, aktın mətni cinayət 
sanksiyası nəzərdə tutduğuna görə isə inzibati sanksiyalar formasından 
istifadə  edə  bilmirdi.  Çətin  vəziyyətdən çıxmaq  üçün  Dövlət  Şurasının 
qəbul  etdiyi  qərara  əsasən,  yalnız  müəyyən  perimetr  hüdudlarında 
yerləşmək  hüququ  olan,  həmin  hüquqa  malik  olmayanlar  tərəfindən 
vicdansızcasına  rəqabətdən  zərər  çəkmiş  ticarətçilərə  dəymiş  zərərin 
ödənilməsi müəyyənləşdirildi (Sastrm işinə dair 7 may, 1971-ci il tarixli 
qərar). 
Beləliklə, əgər hüquqi akta cinayət sanksiyaları nəzərdə tutulursa 
və  aktın  özü  qanunidirsə,  yalnız  cinayət  əməlinə  görə  tətbiqetmə 
formasından istifadə edilməlidir. 
Xidməti borc üzrə qərarın icrasının məhkəmə qaydası ilə yanaşı, 
yardımçı vasitə kimi inzibati yolu da vardır. Bu, xidməti borc üzrə rəsmi 
surətdə məcburi icradır ki, bəzən onu icbari icra da adlandırırlar. 
Belə rəsmi icra nəinki mümkün, həm də zəruridir. Ona görə zə 
98 


ruridir ki, güc həmişə qanun tərəfindədir. Ona görə mümkündür ki, qərar 
qəbul  edən  administrasiya  həm  ümumi  hakimiyyətə,  həm  də  icra  üçün 
zəruri olan maddi atributlara malikdir. Lakin o, heç də istisnasız olaraq 
bütün hallarda qərarları məhz bu şəkildə icra etməyə ixtiyarh deyildir. 
Söhbət icbari icradan getdiyinə görə onun hansı hallarda mümkün, 
hansı şəraitdə qanuni olduğunu və nəhayət, qərarın icra edilməsinə görə 
tətbiq  oluna  biləcək  mümkün  sanksiyalann  aydınlaşdırılması  öz  əksini 
tapır. 
Xidməti borc üzrə icranın mümkün olmasının üç halı vardır. 
Birinci imkan odur ki, aktın yerinə yetirilməsini təmin etmək üçün 
cinayət  sanksiyası  və  ya  hər  hansı  digər  məhkəmə  proseduru  olmur. 
Məhkəməyə  şikayət  vermək,  yəni  cinayət  sanksiyası  və  daha  müstəsna 
xarakter  daşıyan  digər  prosessual  formalar  adi  yolla  həyata  keçirilir. 
Lakin əgər şikayətə baxılmırsa, bu zaman xidməti borc üzrə icra qaydası 
tətbiq edilir. 
Misal üçün, əgər mənzil xüsusi şəxsin xeyrinə müsadirə olunursa
ev  sahibi  isə  qapım  açıb  onu  mənzilə  buraxmaqdan  imtina  edirsə, 
administrasiya  bilavasitə  ümumi  hakimiyyət  səlahiyyətlərindən  istifadə 
edərək həmin qapını sındıra bilər; bunun üçün onun məhkəməyə müraciət 
etməsi  lazım  deyildir,  çünki  buna  görə  cinayət  məsuliyyəti  nəzərdə 
tutulmamışdır. 
İcbari  icraya  təcili  zərurət  halında  da  yol  verilir.  Təcili  zərurət 
xüsusi  hüquqda  olduğu  kimi  inzibati  hüquqda  da  məcburi  hərəkətlərlə 
nəticələnir. Əks halda, Roma hüququndan iqtibas edilmiş məsələyə uyğun 
olaraq,  bütün  hərəkətlərə  fırıldaq  damğası  vurulmuş  olacaq  və  şəxsin 
hərəkəti saxtakarlıq obyekti olursa, onda o, əxlaqi gücə söykənə bilməz. 
Odur  ki,  qanuna  uyğun  hərəkətlər  normal  şəkildə  həyata  keçirilə 
bilmədikdə,  bunların  icrası  qarşısında  maneələr  yarandıqda  həmin 
hərəkətlərə təcili zərurətlə bəraət qazandırılır. 
Bu  müddəanı  Romye  aşağıdakı  şəkildə  xülasə  etmişdi: 
«Administrasiyanın  rolu  başlıca  olaraq  ondan  ibarətdir  ki,  ləngimədən, 
ara-  sıkəsilmədən  hərəkət  etsin,  bilavasitə  ictimai  asayişin  qorunması 
mənafeləri tələb etdiyi təqdirdə, ümumi hakimiyytəin tətbiqini hər hansı 
prosessual  formalarla  mürəkkəbləşdirməsin:  ev  yanan  zaman 
yanğınsöndürənin  göndərilməsi  üçün  hakimdən  icazə  almaq  lazım 
deyildir».  Bu  misal  və  burada  ifadə  edilmiş  fikir  inzibati  hüququn 
spesifikliyini  əyani  olaraq  əks  etdirir;  administrasiya  üstünlüyə  malik 
olmalıdır  -  ideyasına  onun  həyata  keçirməli  olduğu  vəzifələrin  ictimai 
xarakteri ilə haqq qazandırılır. Burada bir məsələ də aydınlaşdırılmalıdır: 
əgər 
99 


ev  yanırsa,  bu  işə  təcili  qarışmaq  zəruriyyəti  mövcuddurmu?  Aşağıda 
göstərilən iki qərardan görünür ki, məhkəmə praktikası dəyişə bilər və 
ayrı-ayrı hallarda məsələyə təcili müdaxilə edilə bilər. 
Münaqişələr  üzrə  Tribunalın  «Aksyon  Fransöz»ün  işinə  dair 
qərarı 6 fevral 1934-cü il hadisələrinə aiddir. Bu hadisələrin ertəsi günü 
polis  prefekti  Parisdə  və  Sena  departamentində  «Aksyon  Fran-  söz» 
qəzetinin tiracmın müsadirə edilməsi barədə sərəncam vermişdi. Bu yolla 
o,  qabaqcadan  məhkəməyə  müraciət  etmədən  icbari  icma  vasitəsindən 
istifadə etmişdi. O bunu edərkən, təcili zərurətə əsaslanmış, belə hesab 
etmişdi  ki,  o  dövrün  hadisələri  və  ehtiraslan  nəzərə  alınmaqla  həmin 
qəzetin satışı ictimai asayişin ciddi şəkildə pozulmasına səbəb ola bilərdi. 
Münaqişələr üzrə Tribunal Parisin və Sena departa- mentinin bütün satış 
məntəqələrindən  tirajın  müsadirə  edilməsinin  «ictimai  asayişi  qoruyub 
saxlamaq  və  ya  təmin  etmək  zərurətindən»  doğması  qənaətinə  gələrək 
polis prefektinin mövqeyini pislədi. Başqa sözlə. Tribunal belə hesab etdi 
ki, administrasiyanın özbaşına hərəkətləri ilə mətbuat azadlığının ciddi 
şəkildə pozulmasına bəraət qazandıran heç bir təcili zərurət olmamışdı. 
İyirmi il sonra Münaqişələr üzrə Tribunal təcili zərurət anlayışını 
qiymətləndirməkdə daha az tələbkar olmuşdu.^ Bu dəfə söhbət 1951-ci 
ildə Qərbi Almaniyanın yenidən silahlanması əleyhinə Parisin divarlarına 
vurulmuş  olan,  etiraz  plakatlarının  polis  prefektinin  əmri  ilə 
cınimasmdan  gedirdi.  Polis  prefekti təcili  zərurət  üzündən  məhkəməyə 
müraciət  etmədən  öz  qərarının  rəsmən  icrasında  xidməti  borc  üzrə  öz 
tabeliyindəki  polislərdən  istifadə  etmişdi.  Bu  dəfə  Münaqişələr  üzrə 
Tribunal  belə  nəticəyə  gəldi  ki,  polis  prefektinin  hərəkətləri  o  dövrün 
müstəsna  vəziyyəti  ilə  bağlı  olaraq  onlara  bəraət  qazandırır.  İctimai 
azadlıqların təmin edilməsində narahatlıq doğuran belə qeyri- ardıcıllıqla 
əlaqədar olaraq belə bir sual meydana çıxır: əslində 1951- ci ildə xalq 
iğtişaşları  təhlükəsi  1934-cü  ildəkindən  daha  ciddi  idi.  Lakin  nəticə 
etibarilə  normal  şəraitdə  qabaqcadan  məhkəməyə  müraciətlə  şərtlənən 
cinayət  sanksiyalarından  istifadə  imkanına  baxmayaraq,  təcili  zərurət 
hallarında və müstəsna vəziyyətlərdə icbari icradan istifadə olunmasına 
prinsipcə əməl olunmalıdır. 
Bəzi  hallarda  xidməti  borc  üzrə  icranın  mümkünlüyünü  qanun 
özü  müəyyənləşdirir.  Belə  aktların  əksəriyyətində  təcili  zərurətin 
qiymətləndirilməsi üçün əsaslar sistemləşdirilmişdir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin