SəRBƏst iŞ Fakultə: Tikinti iqtisad Kafedra: İqtisadi nəzəriyyə və marketinq İxtisas: Marketinq Fənn: Marketinqdə satışın idarə edilməsi Qrup: 779 A1 Müəllim: Kərimov Əbülfət Tələbə: Əskərli Həsənağa baki-2022 Plan



Yüklə 28,45 Kb.
səhifə1/2
tarix27.11.2022
ölçüsü28,45 Kb.
#70838
  1   2
Motivləndirmənin kommunikativ strategiyasının üstün və mənfi cəhətləri


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Azərbaycan Memarlıq və İnşaat Universiteti
SƏRBƏST İŞ
Fakultə: Tikinti iqtisad
Kafedra: İqtisadi nəzəriyyə və marketinq
İxtisas: Marketinq
Fənn: Marketinqdə satışın idarə edilməsi
Qrup: 779 A1
Müəllim: Kərimov Əbülfət
Tələbə: Əskərli Həsənağa
BAKI-2022
Plan:

  1. Giriş

  2. Motivləndirmənin kommunikativ strategiyasının üstün və mənfi cəhətləri

  3. Nəticə


Giriş
Təşkilatın stratetegiyası dedikdə, onun qarşısında duran və perspektiv dövr üçün hesablanmış konkret məqsədlərin əldə olunmasını təmin edən tədbirlər sistemi başa düşülür. Müxtəlif alternativlərin içərisindən lazımi inkişaf strategiyasının seçilməsi və istehsal-təsərrüfat fəaliyyətinin seçilmiş bu strategiyaya istiqamətləndirilməsi strategiyanın hazırlanması və həyata keçirilməsinin mahiyyətini təşkil edir. Müasir şəraitdə inkişaf etməkdə olan strateji idarəetmə sisteminə strateji məqsədlərin həyata keçirilməsi üçün resursların ayrılması, bu strateji məqsədlərə nəzarət üçün rəhbərlik mərkəzlərinin qurulması və istehsal sahələrinin, həm də onların rəhbərlərinin strateji məqsədlərə çatması dərəcəsinə görə dəyərləndirilməsi və stimullaşdırılması daxil edilir. Müasir mərhələdə strategiyanın işlənib hazırlanması və reallaşdırılmasına münasibət əvvəlkinə nisbətdə dəyişilmişdir, belə ki, əvvəllər strategiyaya təşkilatın rəqiblərlə mübarizəsində üstünlük verən vasitə kimi baxılırdısa və bu təşilatın məhdud rəhbərlər dairəsinə məlum olurdusa, artıq açıq ifadə olunmuş strategiyaya önəm verilir. Strateji idarəetmədə ən mühüm şərtlərdən biri inkişaf strategiyasının seçilməsidir. Müəssisənin rəhbərliyi yalnız o halda strategiyanın seçilməsi mərhələsinə keçə bilər ki, o xarici təhlükə və yeni imkanları analiz edərkən onları daxili quruluş ilə uyğun vəziyyətə gətirə bilsin. Strategiyanın seçilməsi prosesi bir sıra mərhələlərdən ibarətdir.Bunlara hazırlanma, hazırlanmış məhsula son şəkil vermə və təhlil aiddir. Təcrübə zamanı bunları bir-birindən ayırmaq çətindir, çünki bu mərhələlər vahid təhlil prosesinin müxtəlif səviyyələrini özündə əks etdirir. Hazırlanma mərhələsi zamanı qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun strategiya yaradılır. Onu da qeyd etmək lazımdır ki, burada mümkün qədər çox alternativ strategiyaların işlənib hazırlanması vacib şərtlərdən biridir. Seçimi genişləndirmək və ən əlverişli variantı tapmaq üçün bu işə nəinki səriştəli rəhbərləri, eyni zamanda orta həlqə menecerləri də cəlb etmək lazımdır.


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin