SəRBƏst iŞ Fakultə: Tikinti iqtisad Kafedra: İqtisadi nəzəriyyə və marketinq İxtisas: Marketinq Fənn: Marketinqdə satışın idarə edilməsi Qrup: 779 A1 Müəllim: Kərimov Əbülfət Tələbə: Əskərli Həsənağa baki-2022 Plan


Motivləndirmənin kommunikativ strategiyasının üstün və mənfi cəhətləri



Yüklə 28,45 Kb.
səhifə2/2
tarix27.11.2022
ölçüsü28,45 Kb.
#70838
1   2
Motivləndirmənin kommunikativ strategiyasının üstün və mənfi cəhətləri

Motivləndirmənin kommunikativ strategiyasının üstün və mənfi cəhətləri.
Məqsəd və strategiyaların müəyyən edilməsi – istənilən marketinq və reklam proqramlarının məqsədlərinin verilməsi onların strategiyalarını müəyyən edilməsini tələb edir. Kommunikativ siyasətin bir elementi olan reklam siyasəti özündə reklam vasitələri sferasında istifadə olunan vacib prinsipləri birləşdirir. Kommunikatorun reklam siyasəti reklam strategiyaları portfeli vasitəsilə reallaşdırılır. Reklam strategiyası özündə reklam fəaliyyətinin planlaşdırılması proqramını, reklam vasitələrinin köməkliyi ilə reklam fəaliyyətinin vacib və strateji məqsədlərinə nail olunmasını birləşdirir. Strateji marketinq kommunikasiyası sferasıda çalışan ingilis mütəxəsisləri P.Smit, K.Berri və A.Pulford qeyd edirlər: “Reklam strategiyası məqsədli auditoriyaya hansi media vasitəsilə məlumaların çatdırılmasını müəyyən edir.” Reklam strategiyasını kommunikativ strategiya vasitəsilə idarə etmək lazımdır. Reklam strategiyasının məqsədi məqsədli auditoriyanın davranışlarına təsir edən məlumatların ötürülməsindən ibarətdir.Kampaniyanın marketinq planlaşdırma sistemində reklam strategiyası hazırlanması düzgün və dəqiq planla tərtib olunmalıdır. Reklam strategiyası reallaşdırılması sferasını reklam məlumatlarının idarəedilməsindən bütün reklam fəaliyyəti, reklam prosesində olan işçilərin idarə edilməsinə qədər genişləndirmək lazım gəlir. Kooperativin icra orqanı idarə heyəti və onun sədri hesab edilir. Kooperativin mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada əməkdə iştirakı nəzərə almaqla təkcə mənfəət deyil, həm də ləğv edilən kvota bölünür.İstehsal kooperativinin üstün cəhətləri aşağıdakılardan ibarətdir:
- kooperativin mənfəəti onun üzvləri arasında qoyduqları paya mütənasib deyil, onların əmək töhfəsinə uyğun olaraq bölüşdürülür. Bu qaydada, həmçinin kooperativ ləğv edildikdən və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak bölüşdürülür;
- qanunvericiliklə kooperativ üzvlərinin sayının məhdudlaşdırılmaması fiziki şəxslərin kooperativə daxil olmaları üçün böyük imkanlar yaradır;
- kooperativin idarə olunmasında bütün üzvlər eyni hüquqa malikdirlər, belə ki, hər birinin yalnız bir səsi vardır.
Nəticə
Məhdudlaşdırılmış artım strategiyası əsasən təşkilatların öz vəziyyətlərindən razı qaldıqları vaxtda sabit texnologiyalı yetkin sənaye sahələrində tətbiq olunur. Müəssisə seçdiyi alternativdə yüngüllük, münasiblik və daha az riskli hərəkət üsulu görmək istəyir. Ümumiyətlə konkret şəkildə desək rəhbərlik dəyişiklikləri sevmir, yəni bu strategiyaya uyğunlaşan müəssisə keçmişdə mənfəətlə işləyibsə, böyük ehtimalla o gələcəkdə də eyni stategiyaya uyğunlaşacaqdır. Əvvəlki ilin göstəricilərinin səviyyəsinə nisbətdə hər il qısa və uzunmüddətli məqsədlərin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi yolu ilə artım strategiyası həyata keçirilir. Bu daha tez-tez müraciət olunan alternativdir və onun tətbiq sahəsinə dinamik inkişaflı sahələr aid edilir. Belə strategiyaya yönümlü olan müəssisələrə rəhbərləri məhsul növünün müxtəlifliyinə üstünlük verən müəssisələr daxil oluna bilər. Dinamik sahələrdə artımın olmaması müflisləşməyə, sabit sahələrdə isə bazarın fəaliyyətdən qalmasına və mənfəətin azalmasına gətirib çıxarır. Artım iki cür ola bilər: daxili və xarici. Əmtəə çeşidinin artırılması hesabına daxili artıma nail olunur. Xarici artım isə şaquli və ya üfüqi formada bir-birilə əlaqəli sahələrdə təzahür edir. Müəssisə rəhbərlərinin az müraciət etdiyi alternativ və çox zaman sonuncu vasitə adlandırdığı bu strategiya ixtisar strategiyasıdır. Bu strategiyanın məğzi ondan ibarətdir ki, burada qarşıya qoyulan məqsədlərin səviyyəsi əvvəlki illərə nisbətdə aşağı səviyyədə müəyyənləşdirilir.İxtisar alternativinin tətbiqi zamanı bir neçə variant ola bilər ki, bunlara ləğv etmə, artığın kəsilməsi, ixtisar və orientasiyanın dəyişməsi və uyğunlaşdırma aid edilir. Strategiyaların müxtəlif növləri mövcuddur ki, bunlar məqsədlərin üstünlük dərəcəsinə görə fərqlənirlər və təşkilat öz fəaliyyətini məhz bu strategiyalar vasitəsilə yönləndirməlidir.Strategiyaların bu cür təsnifləşdirilməsinə məhsul-bazar, marketinq, rəqabət, sahələr yığınının idarə olunması, yeniliklər, kapital qoyuluşları, inkişaf, udma, xarici investisiya, xarici iqtisadi müdaxilə və ixrac fəaliyyətinin genişləndirilməsinə istiqamətləndirmə strategiyalarını daxil etmək olar.
Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin