Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Ziddiyyətlərin növləri və tipləri



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
304 felsefe m N9dialektika eyani

Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Ziddiyyətlərin növləri və tipləri. 
Bu 
qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini 
müəyyən edir, "inkişaf nə səbəbə baş verir?" sualmı cavab verir. Bu nöqteyi-nəzərdən 
bir sıra materialist filosoflar "əksliklərin vəhdəti və mübarizəsinə inkişafın mənbələrini 
müəyyən etdiyi üçün "dialektikanın nüvəsi, məğzi, özəyi" kimi baxırlar. Həmin 
filosoflara görə cisim və hadisələrin bir-biri və daxili tərəfləri arasındakı ziddiyyətlər, 
onların mübarizəsi və həll edilməsi hərəkət və inkişafın mənbəyi, səbəbidir, bunsuz, heç 
bir inkişaf baş verə bilməzdi. Bu mənada inkişaf "özinkişafdir", hərəkət "özhərəkətdir", 
"əksliklərin vəhdəti və mübarizəsidir". 
Əksliklərin vəhdəti və mübarizəsi qanununun
mahiyyətini, inkişaf prosesində 
rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün "eyniyyət", "fərqlilik , 
"ziddiyyət", "əkslik", "münaqişə" ("konflikt") və s. anlayışların mahiyyətini bilmək
onları fərqləndirmək zəruridir. Bu anlayışları iki mənada səciyyələndirmək olar: 
a)
"əkslik" gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi 
müəyyənlikdir, digər anlayışlar ("fərqlilik", "ziddiyyət", "münaqişə"
 
və s.) isə əksliyin 
təzahür xüsusiyyətləridir; 
b)
"əkslik" ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe 
fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür. Bu mənada 
"əkslik"
 
fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib əksliyə və münaqişəyə çevrilməsi 
prosesinin ifadəsi, ziddiyyətin yüksək və kəskin dərəcəsidir. 
Bütün predmet və hadisələrlə ümumiləşdirən, eyniləşdirən oxşar cəhətlər, həm də 
onu başqalarından ayıran fərqli cəhətlər, müxtəlifliklər vardır. Deməli, bır hadisədə onu 
həm ümumi hadisələrlə birləşdirən, "eyniləşdirən" 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin