Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   13   14   15   16   17   18   19   20   ...   39
304 felsefe m N9dialektika eyani

 
(müəyyən
 
bir şeydə) 
verilmiş olsun". XVII-XVIII əsrlər metafizikləri də iddia edirdilər ki, cisim və 
hadisələrdə heç bir daxili ziddiyyətlər yoxdur, "onlar özləri-özlərinin eynidir". 
Müasir praqmatizmin nümayəndəsi 
Sidney Huq 
qeyd edir ki "Aristolel 
zamanından bəri məntiq nəzəriyyəsi belə hesab etmişdir ki, şeylər və hadisələr deyil, 
mühakimələr, iddialar, sübutlar ziddiyyətli ola bilər". Hələ vaxtilə ziddiyyətləri idealist 
mövqedən təhlil edən, onu ideyaların inkişaf mənbəyi sayan Hegel isə iddia edirdi ki, 
"ziddiyyətlər irəliyə hərəkət etdirir, inkişafı doğurur". Metafiziklərin bir çox müasir 
nümayəndələri isə predmet və hadisənin ziddiyyətli mahiyyətini
 
qəbul etmir, 
ziddiyyətin real mövcudluğunu rədd edir, onun ancaq fikirlərdə, təfəkkürdə ola 
biləcəyini söyləyir. 
Lakin əslində ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə və 
daxili tərəflərlə qarşılıqlı münasibətindən irəli gəlir: həyat və ölüm, maqnitin müsbət və 
mənfi qütbləri, canlı və cansız, müsbət və mənfi yük, təsir və əks təsir, maddələrin 
assimilyasiyası və dissimilyasiyası, siniflər mübarizəsi - məhz bu obyektiv ümumi 
qanunauyğunluğu ifadə edir. F.Engels qeyd edirdi ki, cisim ancaq daxili tərəfləri 
arasındakı qarşılıqlı münasibətdə mövcuddur. Bu münasibətlər bir-biri ilə fərqlənən, 
ziddiyyətə girən tərəflərin vəhdətini yaradır. Ziddiyyət də məhz belə tərəflər arasındakı 
münasibəti ifadə edir. Müxtəlif tərəfləri olmayan ziddiyyət yoxdur. Almanın yarısını 
yedikdən sonra onun bütöv qalmadığı kimi, ziddiyyətin də müxtəlif tərəfləri olmadan o 
mümkün deyildir". Ziddiyyətin tərəfləri bir-birini həm tələb edir, biri olmadan digəri 
yaşaya bilmir, həm də bir-birini rədd edir, aralarında mübarizə mövcud olur. Bu isə 
inkişaf üçün əbədi və obyektiv qanunauyğunluq olan "əksliklərin vəhdəti və 
mübarizəsini" doğurur. Bu, təbiətdə, cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərən ən 
universal qanunauyğunluqdur. 


18 
Əksliklərin 
mübarizəsinin 
kulminasiya 
nöqtəsi, 
toqquşması 
səviyyəsi 
münaqişədir. 
Onu deyək ki, yeninin meydana çıxması müəyyən müddət (bəzən uzun 
zaman ərzində) köhnənin içərisində, lakin köhnə ilə yeninin mübarizəsi şəraitində baş 
verir. Bəzən hətta mübarizə edən tərəflər, ziddiyyətə girən meyllər arasında müvəqqəti 
tarazlıq, müvazinət vəziyyəti də əmələ gələ bilər. Bu vaxt mənafe əksliyi olan tərəflərin 
mübarizəsi nisbəti dinc formalarda davam edir. Lakin bu müvazinət müvəqqəti, nisbi 
səciyyə daşıyır.
 
Yeninin qarşısı alınmazlığı zəminində mənafe əkslikləri kəskinləşir
köhnə yeninin qələbəsi üçün buxova çevrilir. Bu şəraitdə ziddiyyətlər kəskinləşir, 
münaqişə, toqquşma baş verir. Yeni qüvvələr qalib gəlir, köhnəlik geri çəkilir və ya ləğv 
edilir, inkişaf yeni formalarda davam edir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin