Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
304 felsefe m N9dialektika eyani

Sual 3. Dialektikanın qanunları 
Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə və əksinə keçməsi qanunu. 
Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə qarılıqlı keçməsi gerçəkliyin ən 
ümumi, obyektiv qanunlarından biridir. Bu qanunun mahiyyətini və fəaliyyət 
mexanizmini başa düşmək üçün "keyfiyyət", "xassə", "kəmiyyət", "ölçü", "sıçrayış" və 
s. anlayışları bir-birindən fərqləndirmək və mənimsəmək lazımdır.
 
Məlumdur ki, gerçəklikdə çoxsaylı predmet və hadisələr vardır. Onlar nə qədər 
çox, bir-birinə bənzər və mürəkkəb olsalar da, əsasən biz onları qarışdırmır, bir-birindən 
fərqləndiririk. Ona görə ki, onların hamısının spesifik, ancaq özünəməxsus fərqləndirici 
xüsusiyyətləri, xassələri, keyfiyyətləri vardır, məsələn, metallardan dəmir, polad, mis, 
qızıl və s. metal kimi ümumi xassələrə malik olsalar da, onların hər birinin ayrılıqda 
özünəməxsus atom çəkisi, elektriki keçirmə qabiliyyəti, hava və rütubətə davamlılığı 
xassəsi, istilik keçirmə xüsusiyyətləri və s. vardır. Predmet və hadisələri bir-birindən 
fərqləndirmək imkanı verən əsas cəhət onların özünəməxsus xassələrinin, ən başlıcası 
isə keyfiyyətlərinin olmasıdır. 
Keyfiyyət - predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet deyil, 
məhz həmin predmet edən, saysız-hesabsız başqa predmetlərdən fərqləndirən ən 
başlıca cəhətdir, bütün mühüm xassələrin, qabiliyyət və cəhətlərin məcmusudur. 
Keyfiyyət, necə deyərlər, predmetin müəyyənliyi, mənliyidir. Keyfiyyətini itirdikdə 
cisim daha mövcud halını da itirmiş olur, başqa keyfiyyətə keçmiş, çevrilmiş olur. 
Bütün predmet və hadisələrin öz keyfiyyəti olmasaydı onda biz canlını cansızdan, insanı 
başqa canlılardan, təbiətdəki müxtəlif maddələri və cəmiyyət hadisələrini bir-birindən 
fərqləndirə, ayırd edə bilməzdik. 
Məhz bu cəhətlərinə görə Hegel qeyd edirdi ki, keyfiyyət predmetin özüdür, onu 
təşkil edən cəhətdir, onsuz predmet özü mövcud olmazdı. Predmet öz keyfiyyəti ilə 
mövcuddur. Keyfiyyətini itirdikdə cismin yaşaması dayanır, daha köhnə halında mövcud 
ola bilmir. 
Keyfiyyət xassələrdə təzahür edir, xassə predmet və hadisələrin başqaları ilə 
qarşılıqlı münasibətlərində meydana çıxır. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin