Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


formasını fərqləndirmək olar: a) qeyri-üzvi, yaxud cansız materiya, b) üzvi, yaxud canlı



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

formasını fərqləndirmək olar: a) qeyri-üzvi, yaxud cansız materiya, b) üzvi, yaxud canlı 
materiya, v) ictimai-mütəşəkkil materiya. Materiyanın birinci formasına bütün cansız təbiət 
və onun müxtəlif sistemləri, ikinci formasına bütün canlı, yaxud bioloji sistemlər, üçüncü 
formasına bütün ictimai sistemlər, onların müxtəlif növləri daxildir. Materiyanın inkişaf 


14 
səviyyələrinin, növlərinin hər biri olduqca mürəkkəb olub, çox müxtəlif ünsürlərdən təşkil 
olunmuş sistemlər kimi çıxış edirlər. 
Sual 3. Hərəkət, məkan və zaman materiyanın mövcudluq formalarıdır 
İnsanların gündəlik təcrübəsi və təbiətşünaslığın verdiyi faktlar belə bir ümumfəlsəfi nəticə 
çıxarmağa imkan verir ki, dünyada mütləq sükunətdə olan heç bir reallıq mövcud deyildir. Bizi 
əhatə edən hər bir predmet və hadisədə həmişə bir-birinə əks olan iki momenti görmək 
mümkündür: bir tərəfdən obyekt öz keyfiyyət müəyyənliyini, bütövlüyünü və dayanıqlığını 
müəyyən zaman intervalı ərzində qoruyub saxlayaraq, sanki özünə bərabər qalır. Digər tərəfdən 
isə bəşər praktikası sübut edir ki, əbədi olan heç nə yoxdur; obyektin özünün-özünə bərabər 
qalması nisbi xarakter daşıyır, çünki onda baş verən aramsız dəyişiklik prosesi gec-tez 
predmetin yox olub getməsinə, yeninin yaranmasına gətirib çıxarır. Predmet və ya hadisənin 
sabitliyi, onun dayanıqlığı müvəqqəti, bu dayanıqlığın pozulmasına gətirib çıxaran dəyişilmələr 
isə arasıkəsilməz proses olduğundan obyektlərin zəruri tərəfləri kimi çıxış edən sükunət 
momenti nisbi, dəyişkənlik isə mütləq xarakter daşıyır. Dünyaya olan bu dinamik baxış tarixən 
müxtəlif formalar alan fəlsəfi hərəkət konsepsiyanı meydana gətirmişdir. 
Fəlsəfədə hərəkət dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür. Materializmə 
görə dünya yalnız materiyadan, onun hallarından və xassələrindən ibarət olduğundan və qeyd 
etdiyimiz kimi, dəyişkənlik prosesindən kənarda heç bir şey mövcud olmadığından hərəkət 
materiyanın atributu, onun "mövcudluq üsulu" kimi anlaşılır. Lakin hərəkət kateqoriyasının belə 
geniş təfsiri bütün tarixi dövrlər üçün xarakterik deyildir. 
Milet məktəbi üçün hərəkət problemi mövcud deyildir, çünki dünyanın daxili fəallığı və 
hərəkətliyi heç bir sübuta ehtiyacı olmayan özlüyündə aydın bir fakt kimi təsəvvür olunurdu, 
Belə bir dünyaduyumu, ümumiyyətlə dəyişkənlik kimi başa düşülən, mücərrəd hərəkət 
kateqoriyasını doğula bilməzdi. Təsadüfi deyildir ki, ilk yunan filosoflarının əsərlərindən bizə 
qədər gəlib çatmış fraqmentlərin heç birində hərəkəti ifadə edən mücərrəd terminlərə rast 
gəlmirik. Məsələn, Anaksimandr heç vaxt dünyanın ilk başlanğıcını - apeyronu əbədi hərəkətdə 
olan varlıq kimi deyil, "qocalmayan", "ölməyən'' və "məhv olmayan" kimi xarakterizə edir. 
Hətta qədim yunan dialektikasının nəhəng siması olan Heraklit belə ''hərəkət'', "dəyişiklik" və s. 
kimi mücərrəd sözlər işlətmir; universal ümumdünya prosesini o, "yuxarı - aşağı yol" - oddan 
dünyanın təşəkkül tapması və axırıncının yenidən oda çevrilməsi kimi ifadə edir. 
Hərəkət və sükunət haqqındakı məsələni ilk dəfə olaraq, yalnız Eley filosofları diskussiya 
predmetinə çevirdilər. Bu vaxta qədər sarsılmaz və özlüyündə aşkar bir həyat faktı qavranılan 
hərəkətin mövcudluğuna olan "anadangəlmə" inam şübhə altına alındı. Eley fəlsəfəsi hərəkət 
məsələsini məhz bir problem kimi bütün kəskinliyi ilə qədim yunan mütəfəkkirləri qarşısında 


15 
qoydu. Lakin Eley məktəbi hərəkət problemini yalnız qoymaqla kifayətlənərək, onu nəzəri 
təhlilə cəlb etmədi. Fəlsəfi hərəkət konsepsiyasının formalaşmasında son dərəcə mühüm bir 
addımı Empedokl və Anaksaqor atdılar: onlar ilk dəfə olaraq hərəkətin mənbəyi (Empedoklda 
məhəbbət və nifrət, Anaksaqorda ağıl,"nus" formasında) kimi fundamental məsələ qaldırdılar. 
Sözün tam mənasında ümumi dəyişkənlik prosesinin heç bir konkret növünə (mexaniki 
yerdəyişmə, keyfiyyətcə dəyişmə, yaranma, yox olma və s.) müncər edilməyən və intuitiv 
olaraq, ümumiyyətlə "dəyişmə" kimi qavranılan mücərrəd ''hərəkət" kateqoriyası ilə ilk dəfə 
pifaqorçuların, xüsusən Filolayın təlimində rastlaşırıq. Hərəkət haqqında ilk sistematik nəzəri 
təlimi isə yalnız Platon, xüsusən da Aristotel yaratdılar. Onlarda hərəkət haqqında 
pifaqorçuların dərin mənası olan intuitiv təsəvvürlərinin yerini hərəkət kateqoriyasına verilən 
dəqiq nəzəri təriflər əvəz etdi. Burada yalnız Aristotelin tərifini vermək kifayət edər; "Hər bir 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin