Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 1. “Varlıq” anlayışı, onun əsas formaları və dialektikası



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   2   3   4   5   6   7   8   9   ...   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

Sual 1. “Varlıq” anlayışı, onun əsas formaları və dialektikası 
"Varlıq" fəlsəfi dünyagörüşünün əsasında duran mühüm anlayışlardandır. Fəlsəfənin əsas 
məsələsinin-təfəkkürlə varlığın ruhla təbiətin münasibətinin həlli ilə əlaqədar olaraq "varlıq" 
kateqoriyası və varlıq haqqında təlim olan ontologiya ətrafında həmişə kəskin mübahisələr 
getmiş və indi də getməkdədir. Çünki fəlsəfi düşüncələr üçün bu anlayışın mənası və 
əhəmiyyəti olduqca böyükdür. 
İnsanın həyat fəaliyyəti, adətən, qəbul olunan bəzi sadə və anlaşıqlı ilkin şərtlərə əsaslanır. 
Onların içərisində birincisi və universal olam insanın belə bir inamıdır ki, dünya vardır, o, 
müəyyən məkan və zamanda mövcuddur, onda nə kimi dəyişikliklərin baş verməsindən asılı 
olmayaraq, o həmişə saxlanılır. Bəzi filosoflar bildirirlər ki, dünya hər yerdə mövcuddur, eyni 
zamanda əbədidir. Başqaları isə iddia edirlər ki, dünya məkan və zaman etibarilə sonludur, onun 
əvvəli və axırı vardır. 
Varlıq probleminin birinci aspekti məhz varlıq haqqında fikirlər zənciri, hər biri sonrakı 
məsələnin qoyuluşunu doğuran suallara verilən cavablardır: Nə mövcuddur? Dünya harada 
mövcuddur? Burada və hər yerdə. O nə müddətə mövcuddur? İndi və həmişə. Bəs ayrı-ayrı 
şeylər, orqanizmlər, adamlar nə müddətə mövcuddur? Onlar sonlu və keçicidir. Yəni onlar 
yaranır, inkişaf edir və müəyyən müddətdən sonra ölüb gedirlər, lakin yox olmurlar, yeni 
formalar kəsb edir, başqa cisimlərə çevrilirlər. Problemin kökü, mənası, təbiətin keçici olmayan 
varlığının şeylərin müxtəlif hallarının ötəri olan varlığı ilə ziddiyyətli vəhdətindədir. Tam kimi 
dünyanın varlığı dünyada mövcud olan bütün şeylərin varlığından ayrılmazdır. 
Varlıq probleminin ikinci aspekti bundan ibarətdir ki, özlərinin mövcudluq formalarına 
görə müxtəlif olan təbiət, insan, fikirlər, ideyalar, cəmiyyət eyni dərəcədə mövcud olub, hər 
şeydən əvvəl öz mövcudluqlarına görə sonsuz, keçici olmayan dünyanın bütöv vəhdətini əmələ 
gətirirlər. 
Varlıq probleminin üçüncü aspekti bundan ibarətdir ki, hər bir adam öz praktiki 
fəaliyyətində dünyanın vəhdətinin ilkin şərtini təşkil edən mövcudluğu qəbul edir. O həm də 
sadəcə olaq dünyanın var olması, daim mövcud olması haqqında deyil, həmçinin özlüyündə 
dünyanın bir-birindən fərqlənən cisimlərinin vəhdətində mövcud olması haqqında fikri də qəbul 
edir. İnsana dünyanın proseslərindən baş çıxarmağa imkan verən anlayışlar sistemində "varlıq" 
kateqoriyası və ona sinonim olan "gerçəkli" və "reallıq" anlayışları xüsusi yer tutur. 
Ontologiyanın ən geniş anlayışı olan varlıq kateqoriyasının mahiyyətini dərk etmək və onu 
fəlsəfi kateqoriya kimi səciyyələndirmək üçün gerçəklik və reallıq anlayışlarına nəzər 
salmalıyıq. Ona görə ki, varlıq kateqoriyasının məzmunu məhz gerçəklik və reallıq anlayışları 
vasitəsilə açılıb konkretləşdirilir. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin