Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


növdən olan mümkün varlıqla gerçək varlıq fərqləndiyinə görə mən hərəkət dedikdə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix11.11.2022
ölçüsü0,54 Mb.
#68497
1   ...   6   7   8   9   10   11   12   13   14
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

növdən olan mümkün varlıqla gerçək varlıq fərqləndiyinə görə mən hərəkət dedikdə 
imkan şəklində olanın həyata keçməsini başa düşürəm". 
Yeni dövrdə dünyanın mexaniki mənzərəsinin formalaşması və hərəkətin bütün növləri 
içərisində yalnız mexaniki yerdəyişmənin hərtərəfli və dərindən öyrənilməsi üzərindən 
bütövlükdə hərəkət anlayışını mexaniki yerdəyişmə ilə eyniləşdirmək meyli üstünlük təşkil 
edirdi. XVIII əsr fransız materialistlərinin bir sıra mülahizələri hərəkət anlayışının bu mexaniki 
məhdudluğuna qarşı yönəlsə də, bərəkətin keyfiyyət çoxcəhətliyi haqqındakı müddəa elm və 
fəlsəfədə yalnız XIX əsrin ikinci yarısında kök sala bildi. XIX əsrin 40-cı illərində enerjinin 
saxlanması və çevrilməsi qanununun kəşfi hərəkətin heçdən yaranmaması və itməməsi, onun 
yalnız bir keyfiyyət halından digərinə çevrilməsi haqqındakı təsəvvürün qərarlaşmasında 
həlledici rol oynadı. F.Engels həmin dövrdə elm və təbiətşünaslığın nailiyyətlərini 
ümumiləşdirərək, hərəkətin əsas formalarının aşağıdakı təsnifatını vermişdir: 
1) mexaniki hərəkət;
2) fiziki hərəkət;
3) kimyəvi hərəkət;
4) bioloji hərəkət və
5) sosial hərəkət.
Bu təsnifat XIX əsrin ortalarında elm və təbiətşünaslığın verdiyi məlumatlara 
əsaslandığından, təbiidir ki, elmin bugünkü inkişaf səviyyəsi baxımından müəyyən 
dəyişikliklərə məruz qalmaya bilməz. Həmin dövrdə mexaniki hərəkət ən sadə hərəkət növü 
hesab edilirdi və belə güman edilirdi ki, fiziki hərəkət ( istilik, elektromaqnetizm və s.) efir 
hissəciklərinin, atom və molekulların mexaniki hərəkətindən başqa bir şey deyildir. Deməli, 
belə çıxırdı ki, fiziki və digər hərəkət formalarının əsasında mexaniki hərəkət durur. Lakin 
mikrofizikanın bugünkü məlumatları sübut edir ki, əslində mexaniki hərəkətin özü yalnız 
elementar hissəciklərin çevrilməsinin, elektromaqnit, nüvə, zəif və qravitasiya qarşılıqlı 


16 
təsirlərinin mürəkkəb kombinasiyasının nəticəsində mümkün olur. Nəhayət, o dövrdə belə 
güman edilirdi ki, fiziki hərəkət kimyəvi hərəkət üçün baza rolunu oynayır. Lakin elm fiziki 
hərəkət haqqındakı təsəvvürlərə ciddi dəyişiklik gətirmişdir; bu gün fiziki hərəkətlə kimyəvi 
hərəkət arasındakı münasibəti bir mənalı qiymətləndirmək olmaz. Mikroaləmdə gedən fiziki 
qarşılıqlı təsirlər kimyəvi hərəkəti, bu axırıncı özü isə fiziki hərəkətin başqa növü olan 
molekulyar-istilik proseslərinin mövcudluğunu şərtləndirir. 
Ümumiyyətlə, hərəkət formalarının keyfiyyət müxtəlifliyi materiyanın özünün keyfiyyətcə 
müxtəlif struktur təşkili səviyyələrinə malik olması ilə şərtlənir. Materiyanın struktur 
səviyyələri onun sadədən mürəkkəbə, ibtidaidən aliliyə doğru inkişafının pillələri olduğundan 
hər bir yuxarı hərəkət formasının tarixən təşəkkül tapmasını da aşağı hərəkət formalarının 
inkişafının nəticəsi kimi təsəvvür etmək olar. Hərəkətin müxtəlif formaları arasında genetik 
əlaqə mövcuddur, yəni hər bir yuxarı hərəkət forması birdən-birə deyil, yalnız aşağı formaların 
bazasında yaranır və onları özündə əhatə edir. Lakin bu heç da o
 
demək deyildir ki, yuxarı 
hərəkət forması aşağı hərəkət formaların mexaniki məcmusundan ibarətdir. Məsələn, bioloji 
hərəkət forması mexaniki, fiziki, kimyəvi proseslər əsasında yaranır və bu hər üç hərəkət 
formasını özündə birləşdirir. Lakin bioloji hərəkəti fiziki və kimyəvi hərəkətin cəmindən ibarət 
hesab etmək kobud səhv olardı. Yuxarı hərəkət forması aşağı formalarını özündə birləşdirir, bu 
birləşmə onların sadə cəmi yox, mürəkkəb sintezindən ibarətdir. Buna görə də hər bir yuxarı 
hərəkət forması keyfiyyət özünə məxsusluğuna malik olub, aşağı hərəkət formalarında fəaliyyət 
göstərmədən spesifik qanunlara tabedir. 
Hərəkət formalarının təsnifatına dair müasir baxışlarda müəyyən təkliflər də irəli sürülür. 
Bəziləri təbiət və humanitar elmlərin nailiyyətləri əsasında hərəkətin formalarının qeyri-üzvi 
aləmdə, üzvi aləmdə və cəmiyyətdə hərəkat kimi üç formasını qeyd edirlər. Bu bölgünü başqa 
şəkildə cansız təbiətdə, canlı təbiətdə və cəmiyyətdə hərəkət kimi də ifadə edənlər var. Bu 
formaların hər birində yuxarıda qeyd olunmuş hərəkət formalarının da bir neçəsi və ya hamısı 
sintez halında fəaliyyət göstərirlər. Hərəkət formaları sırasında elektron hərəkəti, kosmik 
hərəkət, geoloji hərəkət və s. kimi yeni formalar təklif edənlər də vardır. Lakin onların sayını 
artırmağa ehtiyac yoxdur. Onlar hamısı qeyd olunmuş beş formanın bu və ya digər aspektləri, 
çalarlarıdır. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin