Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə69/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   65   66   67   68   69   70   71   72   ...   76
IIETI-UNDP Turizm-az

 

 


Viza alınmasi qaydaları.  

MDB  ölkələrinin  əksər  vətəndaşları  üçün  Azərbaycana  gələrkən  viza  almaq  zərurəti 

yoxdur. Digər ölkə vətəndaşları xaricdəki Azərbaycan səfirliyində və yaxud Bakıdakı Heydər 

Əliyev beynəlxalq aeroportunda özəl şəxsdən və ya turist agentliyindən aldığı dəvət əsasında 

viza  əldə  etməlidir.  Adi  giriş-çıxış  vizası  üçün  etibarlılıq  müddəti  3  gündən  3  aya  qədər 

müəyyən edilmişdir. Çoxdəfəli giriş-çıxış vizası üçün isə bu müddət 1 ilə qədərdir. Əgər viza 

bu  müddət  ərzində  istifadə  olunmazsa  o,  etibarsız  hesab  edilir.    Qayıdış  vizası  1  aya  qədər 

olan  müddətdə  qayıdacaqları  təqdirdə  Azərbaycan  Respublikasını  tərk  edən,  şəxsi  pasportu 

olan  əcnəbilərin  müraciəti  ilə  verilə  bilər.  Bu  viza  Azərbaycan  Respublikasından  çıxma 

tarixindən  keçən  altı  ay  ərzində  istifadə  edilməzsə,  öz  etibarlılığını  itirir.  Azərbaycanda 

qalmaq  üçün  viza  müddətini  uzatmaq  istəyən  əcnəbilər  onların  hal-hazırdakı  vizalarında 

göstərilən  müddətin  bitdiyi  vaxtdan  əvvəl  bunu  etməlidir.  Azərbaycan  Respublikası  Xarici 

İşlər Nazirliyinin Konsulluq İdarəsindən viza  almaq üçün aşağıdakı sənədləri təqdim etmək 

lazımdır: 

  Doldurulmuş  viza  üçün  ərizə  anket  formasının  bir  nüsxəsi  (ərizə  anket 

formasının surəti də ola bilər);  

  Pasport; 

  Ərizə anket formasında pasport üçün nəzərdə tutulan ölçüdə şəkil

  Rüsum ödənişi ilə bağlı qəbz; 

  Qəbul edən tərəfin dəvət məktubu. 

Azərbaycan  Respublikasına  gəlmək  üçün  viza  olmadığı  təqdirdə,  təyyarə  ilə  gələn 

əcnəbilər Bakının H.Əliyev adına Beynəlxalq Hava Limanında qısa müddət ərzində adi giriş 

vizası ala bilər.  Rüsum ödənişindən əlavə aşağıdakı sənədlər də tələb olunur: 

  Doldurulmuş  viza  ərizə  anket  formasının  bir  nüsxəsi  (ərizə  anket  formasının 

surəti də ola bilər); 

  Pasport üçün nəzərdə tutulan şəkil və ya pasportun surəti. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin