Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə71/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   68   69   70   71   72   73   74   75   76
IIETI-UNDP Turizm-az

5. Nəticə və təkliflər 

 

Təhlil  göstərir  ki,  ölkədə  turizm  müəssisələrinin  sayı  artsa  da,  onların  təklif  etdikləri 



turizm  məhsullarının  çeşidi  dünya  standartlarından  geri  qalmaqdadır.  Azərbaycanda  turizm 

sənayesi  dinamik  bir  sektor  olmaqla,  ölkə  iqtisadiyyatına  verdiyi  çox  önəmli  töhfələrlə 

yanaşı,  iqtisadiyyatın  müxtəlif  sahələrində  də  əhəmiyyətli  funksiyalarını  yerinə 

yetirməkdədir.  Azərbaycanın  turizm  sektoru  lazımi  təbii,  mədəni  və  tarixi  resurslara  sahib 

olmasına və həmçinin, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə regionda rəqabət 

üstünlüyünün  mövcudluğuna  baxmayaraq,  əldə  edilən  xarici  turizm  gəliri  yetərli  səviyyədə 

deyil və hələ də dünya turizm bazarında öz potensialını tam reallaşdırmamışdır. 

Ümumiyyətlə turizm sektorunun iqtisadiyyatın digər sahələrinə təsiri yüksəkdir. Bu təsir 

özünü  xüsusilə  də  yeni  iş  yeri  yaratmaq  və  ümumiyyətlə,  məşğulluğu  təmin  edə  biləcək 

sahələrə multiplikativ effekt verir. Lakin, Azərbaycanda bu təsir heç də ölkənin malik olduğu 

resurslarla müqayisədə arzuolunan səviyyədə qiymətləndirilə bilməz. 

Azərbaycanın    turizm  xidmətləri  üzrə  kifayət  qədər  üstünliyə  malik  olan  ölkə  kimi 

xarakterizə  olunmaması,  ilk  növbədə,  ölkədə  neft  sektorunun  inkişafı  ilə  əlaqədardır.  Lakin 

ölkədə  son  dövrlərdə  turizm  sektorunda  müşahidə  edilən  müsbət  meyillər  gələcəkdə  bu 

sektorun  potensial  imkanlarının  artırılmasını,  həmçinin  onun  iqtisadiyyatın  öncül 

sahələrindən birinə çevrilməsini şərtləndirə bilər. 

Turizm  sektorunda  aparılan  tədqiqatlar  və  mövcud  materialların  təhlili  belə  bir  nəticə 

çıxarmağa  imkan verir ki, turizm industriyasının  əhəmiyyətli dərəcədə    gizli potensialından 

istifadə etməklə, onun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və ixrac gəlirlərinin artırılması 

mümkündür.  Lakin  bunun  əldə  olunması  üçün  sahədə  dövlət  tənzimlənməsi,  bazar 

münasibətlərinin  mükəmməl  inkişafı,  həmçinin  diversifikasiya  və  dünya  bazarına  çıxan 

turizm  məhsullarının  keyfiyyətinin  yüksəldilməsi  şərtlərinin  reallaşdırılması  vacibdir. 

Sektorun  inkişafında  maraqlı  olan  bütün  biznes-strukturlar  ölkənin  turizm  sektorunun 

inkişafına  böyük  dinamika  qazandıracaq  səylərdə  ümumi  bir  fikirə  gəlmələri  vacibdir. 

Həmçinin,  bu  proseslərə  turizm  sektorunun  bütün  iştirakçıları,  sahənin  mütəxəssisləri  və 

dəyərli  təcrübəyə  malik  xarici  ekspertlər,  beynəlxalq  təşkilatların  fəal  surətdə  qoşulmaları 

zəruridir. 

Turizm  sektorunun  inkişafının  sürətləndirilməsi,  fərdi  sahibkarlığa  və  kiçik  biznesə 

dövlət dəstəyinin göstərilməsi məqsədilə aparılmış tədqiqatın nəticəsi olaraq aşağıdakı siyasət 

tədbirlərinin həyata keçirilməsini məqsədəuyğun hesab edirik: 

 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin