Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


Turizm potensialınn tanıdılması və informasiya xidməti



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə68/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   64   65   66   67   68   69   70   71   ...   76
IIETI-UNDP Turizm-az

 

Turizm potensialınn tanıdılması və informasiya xidməti.  

“Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət 

Proqramı (2003-2005-ci illər)”-nın tələbləri çərçivəsində Bakı, Xaçmaz, Quba, Şamaxı, Şəki, 

Lənkəranda,  eləcə  də  Dünya  Bankının  maliyyə  vəsaiti  hesabına  Lahıcda  turistlərə 

informasiyaların  çatdırılması  məqsədilə  «Turizm  İnformasiya  Mərkəzləri»  fəaliyyətə 

başlamışdır. Yuxarıda adı çəkilən informasiya mərkəzləri ilə  yanaşı Abşeron yarımadasında 

istirahət  edən  turistlərə  turizm  xidmətləri  haqqında  dolğun  informasiya  çatdırılması 

məqsədilə Zuğulba qəsəbəsində  yerləşən Gənclik beynəlxalq istirahət  mərkəzində  mövsümü 

“Turizm İnformasiya Mərkəzi” fəaliyyətə başlamışdır. 

Ölkəmizin  turizm  potensialının  beynəlxalq  aləmdə  tanınması  məqsədilə  Almaniya  və 

Avstriya  turizm  şirkətləri  və  kütləvi  informasiya  vasitələrindən  ibarət  nümayəndələr  üçün 

info-turlar  təşkil  edilmişdir.  Bununla  yanaşı,  Azərbaycanda  fəaliyyət  göstərən  turizm 

şirkətləri və KİV-dən ibarət nümayəndələr üçün Quba, Zaqatala və  Lerik rayonlarına info - 

turlar  təşkil  olunmuşdur.  Regionlara  təşkil  olunan  info  -  turların  nəticəsində,  turist  şirkətləri 

ilə  mehmanxanalar  arasında  əməkdaşlığın  yaranması  və  müqavilələrin  bağlanması  təmin 

olunmuşdur. 

Dünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda 27 sentyabr “Ümumdünya 

Turizm Günü” kimi qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər çəriçivəsində, həmçinin, 

hər il müxtəlif mövzularda - turizm sahəsində mövcud problemlər və onların həlli yollarının 

müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm infrastrukturunun 

yaradılması  və  s.  mövzusunda  “Ümumrespublika  Daxili  Turizm  Konfransları”  da  keçirilir. 

Eləcə  də,  bu  müddət  ərzində  turizm  şirkətləri,  turist  xidməti  obyektlərinin  iştirakı  ilə  Daxili 

Turizm Sərgisi də keçirilmişdir. 

Yeni  beynəlxalq  turist  marşrutlarının  yaradılması  çərçivəsində  XIX  əsrin  əvvəllərində 

Respublikamızın  Xanlar,  Tovuz,  Şəmkir,  Ağstafa  rayonlarında  məskən  salmış  və 

Azərbaycanın  tarixində,  mədəniyyətində  dərin  iz  qoymuş  almanların  yaşadığı  ərazilərdə 

mədəni  turizm  marşrutunun  yaradılması,  alman  yaşayış  məskənlərinə  aid  abidələrin  bərpa 

olunması, nümayiş obyekti kimi bu bölgədə  olan tarix - mədəniyyət abidələrinin bərpası  və 

turizm  infrastrukturunun  yaradılması  məqsədilə  «Azərbaycanda  Alman  yaşayış  məskənləri» 

adlı  layihəsi  üçün  tədbirlər  həyata  keçirilməkdədir.  Adı  çəkilən  layihə  çərçivəsində  GTZ 

təşkilatı ilə birgə Gəncəbasar bölgəsinin turizm inkişaf planının hazırlanması nəzərdə tutulur. 

Bu marşrutla  yanaşı, milli mənəvi dəyərlərin qorunması və xalqımıza çatdırılması həmçinin 

yeni turizm marşrutlarının yaradılması çərçivəsində “Gəmiqaya mədəni-turizm marşrutu”nun, 

Avropa  Şurasının  Kiyev  təşəbbüsü  çərçivəsində  həyata  keçirilməsi  nəzərdə  tutulan 

“Aleksandr  Düma  Qafqazda”  və  “Şərab  Yolları”  adlı  marşrutların  layihəsi  işlənib 

hazırlanmışdır. 

Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, “İpək Yolu” kimi bir çox tarixi 

yolların  ölkəmizin  ərazisindən  keçməsi,  bu  gündə  qərbdən-şərqə,  şimaldan-cənuba  aparan 

turizm  marşrutlarında  Azərbaycan  da  iştirak  edir.  Qeyd  etmək  istərdik  ki,  ötən  illərdə, 

İstanbuldan  başlayıb  Pekində  bitən  «İpək  Yolunda  Velosiped  Turu»  layihəsinin,  Rusiyadan 

başlayıb Hindistanda bitən «XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə” adlı turizm marşrutu 

layihələrinin  Azərbaycan  ərazisindən  keçməsi  ölkəmizin  mövcud  turizm  potensialının 

beynəlxalq aləmdə təbliğ olunması baxımından olduqca səmərəlidir. 

                                                 

14

 

http://www.eco.gov.az/b-yasaqliq.php



   


2004-cü  ildə  InWent  ixtisasartırma  və  inkişafa  dair  beynəlxalq  assosasiyası  tərəfindən, 

Cənubi  Qafqazda  Qorunan  ərazilər  və  turizmin  inkişafına  həsr  olunmuş  «Regional  inkişaf, 

konservasiya  və  sərhədyanı  əməkdaşlığın  təcrübəsi  və  perspektivləri»  mövzusunda  seminar 

keçirilmişdir . Seminarda turist şirkətləri, QHT nümayəndələri iştirak etmişdirlər. 

Azərbaycanda  ilk  dəfə  olaraq  2003-cü  ildə  26  sentyabr  tarixində  1-ci  Turizm  Filmləri 

Festivalı  keçirilmişdir.  Tədbirin  keçirilməsi  ilə  bağlı  işlər  haqqında  məlumat  vermək  üçün 

kütləvi  informasiya  vasitələrinin  iştirakı  ilə  mətbuat  konfransı  təşkil  olunmuş  və  dövlət  və 

özəl qurumların rəhbərlərinin, xarici  qonaqların iştirakı ilə keçirilən festivala turizmlə  bağlı 

hazırlanmış 70 dən artıq iş təqdim olunmuşdur. 

Hər  il  yay  turizm  mövsümü  öncəsi,  turizm  potensialı  geniş  olan  rayonlarda  fəaliyyət 

göstərən  turizm  xidməti  obyektlərinin  hazırlıq  səviyyəsinin  öyrənilməsi,  yol 

infrastrukuturunun vəziyyətinin təhlil edilməsi eləcə də digər problemlərin həlli istiqamətində 

aidiyyəti  üzrə  köməkliyin  göstərilməsi  məqsədilə  Nazirliyin  əməkdaşları  30  rayona  ezam 

olunurlar.  Ezamiyyənin  nəticəsi  olaraq,  mövcud  problemlərin  həlli  üçün  müvafiq  qurumlara 

Nazirlik  tərəfindən  müraciətlər  olunur  və  xidmət  səviyyəsi,  kadr  hazırlığı  sahəsində 

problemlərin həlli üçün tədbirlər həyata keçirilir. 

Turizm sahəsində əməkdaşıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müəyyən 

işlər görülmüşdür. Belə ki, son 5 il ərzində Azərbaycan Respublikası Hökuməti ilə Moldova 

Respublikası,  Belarus  Respublikası,  Qətər  Dövləti,  Yunanıstan  Respublikası,  Qazaxıstan 

Respublikası,  İordaniya  Haşimiyyə  Krallığı,  Fransa  Respublikası,  Tacikistan  Respublikası, 

Misir  Ərəb  Respublikası  və  Litva  Respublikası  arasında  turizm  sahəsində  əməkdaşlıq 

haqqında  Sazişlər  bağlanmışdır.  Hazırda  Azərbaycan  Respublikası  ilə  26  ölkə  (Birləşmiş 

Ərəb  Əmirlikləri,  Küveyt,  Rusiya  Federasiyası,  Səudiyyə  Ərəbistanı  Krallığı,  Avstriya 

Respublikası,  Böyük  Britaniya,  İsrail,  İran,  Bəhreyn,  Oman  Sultanlığı,  Macarıstan,  Koreya, 

İsveçrə,  Yaponiya,  İndoneziya,  Bruney  Krallığı,  Malayziya,  San  Marino,  Mərakeş, 

Argentina,  Meksika,  Makedoniya,  İsveç,  Filippin,  Kuba  və  Xorvatiya)  arasında  turizm 

sahəsində əməkdaşlıq haqqında Saziş layihələri hazırlanmışdır. 

Çoxtərəfli  əməkdaşlıq  münasibətlərinin  qurulması  və  inkişaf  etdirilməsinin  turizm 

siyasətinin  prioritet  istiqamətlərindən  biri  olduğunu  nəzərə  alaraq  Mədəniyyət  və  Turizm 

Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı 

(İKT), Müstəqil Dövlətlər Birliyinin Turizm şurası (MDB), Demokratiya və İqtisadi inkişaf 

naminə  -  GUAM  təşkilatı,  Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  (QDİƏT),  İqtisadi 

Əməkdaşlıq  Təşkilatı  (İƏT)  və  s.  beynəlxalq  təşkilatlarla  turizm  sahəsində  çoxtərəfli 

əməkdaşlığın  təşkil  edilməsi,  turizm  sahələrində  mövcud  proqramlara  qoşulma,  beynəlxalq 

tədbirlərdə  fəal  iştirakın  təmin  edilməsi,  həmçinin  yeni  təklif  və  layihələrin  hazırlanması, 

əməkdaşlığa  dair  sənədlərin  imzalanması  istiqamətində  səmərəli  və  mühüm  fəaliyyətini 

davam etdirir. 

İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri 

yüksək səviyyədə inkişaf etməkdədir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də 

onun  ixtisaslaşmış  institutları  olan  İSESKO,  İRCİCA,  SESRTCİC,  İslam  Texnologiyalar 

Universiteti  və  s.  təşkilatlar  çərçivəsində  həyata  keçirilir.  2006-cı  ilin  9-12  sentyabr 

tarixlərində  ölkəmiz  İKT  üzv  dövlətlərinin  Turizm  Nazirlərinin  V  Konfransına  ev  sahibliyi 

etmiş  və  2006-2008-ci  illər  ərzində  Turizm  Nazirlərinin  İslam  Konfransında  sədrlik  etmə 

hüququnu  əldə  etmişdir.  Konfransda  Turizmin  inkişafı  üzrə  Qətnamə,  həmçinin  Bakı 

Bəyannaməsi  qəbul  edilmişdir.  Sədrlik  ilə  əlaqədar  Mədəniyyət  və  Turizm  Nazirliyi 

tərəfindən tədbirlər planı tərtib olunmuş və hal-hazırda onun həyata keçirilməsi istiqamətində 

işlər  aparılır.  Belə  ki,  21-22  iyun  2007-ci  il  tarixlərində  Bakı  şəhərində  “İKT-na  üzv  olan 

ölkələrin iqtisadiyyatında turizmin rolu” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. 

Respublikamızın  turizm  imkanlarını  təbliğ  etmək  məqsədi  ilə  Mədəniyyət  və  Turizm 

Nazirliyi bir sıra  tədbirlər həyata  keçirir. Nazirliyin sifarişi ilə  son  beş il  ərzində  ölkəmizin 




turizm  imkanlarını  əks  etdirən  qırxdan  çox  reklam-çap  məhsulları  hazırlanmışdır.  Bunlar: 

«Turistlər  üçün  məlumat»  kitabçası,  «Azərbaycan»  açıqça  dəsti,  «Azərbaycanın  otelləri», 

«Azərbaycanın  tarixi  və  arxitektura  abidələri»,  «Bakının  teatr  və  muzeyləri»  bukletləri, 

«Azərbaycan»  və  «Bakı»  fotoalbomları,  «İpək  Yolu»,  «Xalçaçılıq»  kitabçaları, 

Azərbaycanın,  Şuşanın  və  Qarabağın  turist  xəritələri,  «Azərbaycana  Xoş  Gəlmisiniz»  CD 

diski  və  DVD  formatda  10-20  dəqiqəlik  filmlər.  Qeyd  olunan  nəşrlər,  CD  və  DVD-lər 

azərbaycan, ingilis, alman, ərəb, yapon, və rus dillərində hazırlanmışdır. 

2002-ci ildən etibarən ildə altı dəfə «Azerbaijan Review» jurnalı rus və ingilis dillərində 

nəşr  edilir.  Respublikamızda  turizm  sahəsində  görülən  işlər  haqqında  ayda  bir  dəfə  nəşr 

edilən  «ATN»  qəzetində  məlumatlar  dərc  edilir.  Adları  çəkilən  reklam-çap  məhsulları 

Beynəlxalq  turizm  sərgilərində  sərgi  iştirakçılarına  və  ziyarətçilərə,  respublikamızın  xarici 

ölkələrdəki səfirlik və nümayəndəliklərinə çatdırılır. Respublikamızın turizm potensialını əks 

etdirən  reklamlar  xarici  ölkələrdə  nəşr  edilən  turizm  xarakterli  jurnallarda  yerləşdirilir 

(«ABTA»,  «Travel  İQ»,  «Faints  and  Projects»,  “TTG  Russia»,  «Travel  Unravelled»,  «Qde 

otdıxatğ», «Otdıx v Rossii» və «World Travel Guide”).2002-ci ilin aprel ayından başlayaraq 

hər  il  «AİTF»  Beynəlxalq  turizm  sərgisi  Bakı  şəhərində  keçirilir.  Bu  sərgidə  iştirak  edən 

xarici ölkələrin turizm şirkətlərinin sayı ildən ilə artır. Əgər 2002-ci ildə 5 ölkədən 26 şirkət 

iştirak edirdisə, 2007-ci ildə ölkələrin sayı 18-ə, şirkətlərin sayı isə 60-a çatmışdır. 

Eyni zamanda 2002-ci ildə Nazirlik cəmi 2 Beynəlxalq sərgidə iştirak edirdisə, son 5 il 

ərzində  sərgilərin  coğrafiyası  genişlənmiş  və  iştirak  etdiyiniz  sərgilərin  sayı  19  çatmışdır: 

London,  Nyu-York,  Moskva,  Berlin,  Pekin,  Milan,  Madrid,  Deli,  Vyana,  Mumbai,  İstanbul, 

Tokio,  Əl-Küveyt,  Dubay,  Kiyev,  Tbilisi,  Bəhreyn,  Daşkənd,  Maxaçkala  şəhərlərində 

keçirilən  Beynəlxalq  turizm  sərgilərdir.  Bu  sərgilərdə  Nazirliklə  birlikdə  respublikamızda 

fəaliyyət göstərən bir sıra turizm şirkətləri və mehmanxana kompleksləri də təmsil olunurlar. 

Sərgilər  zamanı  respublikamıza  olan  marağın  ildən-ilə  artmasının  şahidi  oluruq.  Sərgidə 

iştirak  edən  turizm  şirkətləri  sərgi  zamanı  xarici  ölkələrin  turizm  şirkətləri  ilə  danışıqlar 

aparır və əməkdaşlıq haqqında müqavilələr imzalayırlar. 

2005-ci  ildən  başlayaraq  məşhur  xarici  televiziya  kanallarında  respublikanın  turizm 

potensialını əks etdirən reklam çarxlar yayımlanır. «CNN» televiziya kanalı vasitəsi ilə 6 ay, 

«Euronews»  televiziya  kanalı  vasitəsi  ilə  3  ay  müddətinə  həmin  reklam  çarxları 

yayımlanmışdır.  2007-ci  ildən  isə  «National  Geographic»,  «Travel  Channel»,  «CNN», 

«Euronews» televiziya kanalların nümayəndələri ilə  reklamın davamlı olaraq  yayımlanması 

ilə  əlaqədar  danışıqlar  aparılır.  Həmçinin  «Austrian  Airlines»  «British  Airways»  «AZAL» 

aviaşirkətlərinə  məxsus  təyyarələrinin  bort  jurnalarında  və  ekranlarında  reklam  çarxları 

yerləşdirilmişdir. 

Azərbaycanın  turizm  potensialını  dünyada  tanıtmaq  məqsədi  ilə  2002-ci  ildə 

www.azerbaijan.tourism.az

  saytı  işlənib  hazırlanmışdır.  Qeyd  olunan  saytın  adı  beynəlxalq 

telekanallarda  nümayiş  olunan,  Azərbaycanın  turizm  potensialını  əks  etdirən  reklam 

çarxlarında, beynəlxalq turizm sərgilərinin rəsmi kataloqlarında,  eləcə  də  digər rəsmi xarici 

mənbələrdə göstərilir. Sayt mütəmadi olaraq yeniləşdirilir. 

Görülən  bu  işlər  nəticəsində  ölkəmizə  gələn  turistlərin  sayının  ildən  ilə  artması 

müşahidə olunur. 2009-cu ilin I rübündə respublikanın sosial-iqtisadi inkişafının yekunlarına 

həsr  olunmuş  Nazirlər  Kabinetinin  geniş  tərkibli  iclasında  mədəniyyət  və  turizm  naziri 

Əbülfəz Qarayevin verdiyi məlumata görə, 2008-ci ildə Azərbaycana turist axını 2007-ci illə 

müqayisədə 39,4% artaraq, 1,4 mln. nəfər təşkil etmişdir. Ölkədə  230 turizm şirkəti, 370 otel 

fəaliyyət  göstərir  ki,  bu  da  2007-ci  illə  müqayisədə  16,9%  çoxdur.  2009-cu  ilin  birinci 

yarısında  respublikada    35  yeni  mehmanxananın  inşası  davam  edir.  Yaxın  10  ildə  ölkədə 

yerləşdirmə yerlərinin sayının ciddi ölçüdə artırılması planlaşdırılır. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin