Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


Turizm sektorunda dövlət siyasətinin təhlili



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə65/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   61   62   63   64   65   66   67   68   ...   76
IIETI-UNDP Turizm-az

4.6. Turizm sektorunda dövlət siyasətinin təhlili 

 

Bu gün Azərbaycan yeni müstəqillik əldə etmiş ölkə kimi qarşısında duran problemləri 



və  məsələləri  həll  edərkən  əsasən  neft  strategiyasına  əsaslanmaqdadır.  Bu  strategiyanın 

mühüm tərkib hissələrindən biri də neft gəlirlərini düzgün istifadə etmək və ölkənin davamlı 

inkişafına  nail  olmaqdır.  Hazırda  Azərbaycanda  qeyri-neft  sektorunun  əsas  prioritet 

istiqamətlərindən  biri  kimi  turizm  sektoru  dəstəklənir.  Bunu  həm  beynəlxalq  və  regional 

bazar  konyukturası,  həm  də  Azərbaycanın  bu  sahədəki  real  imkanları,  həm  də  turizmin 

iqtisadiyyatda  çoxfunksiyalı  təsir  imkanları  obyektiv  olaraq  müəyyən  etmişdir.  Bir  faktı 

xatırlamaq  kifayətdir  ki,  qeyri-neft  sektorunda  Hökumətin  ən  iri  həcmli  layihəsi  birbaşa 

turizm sahəsindədir. Bu Qusarda, dünya standartlarına uyğun, miqyasına görə ölkənin ən iri 

qış-yay turizm kompleksinin yaradılması təşəbbüsüdür. Artıq rəsmi olaraq reallaşdrılmasına 

başlanan  bu  layihənin  ilkin  dəyəri  1,2  milyard  ABŞ  dollarıdır. 

9

  Və  ya  son  vaxtlar  geniş 



müzakirə olunan Nargin adası, rəsmi adıyla desək, Böyük Zirə adası tezliklə ayrıca bir şəhər 

də  ola  bilər.  Yerli  Aurositi  Holding  şirkəti  burada  istirahət  və  əyləncə  şəhərciyi  tikməyə 

hazırlaşır. Bu Azərbaycanda neftdən sonra ən böyük maliyyə tutumlu layihələrdir ki,  bu da 

ilk baxışdan turizmi önə çıxarır.

10

 

Hökumət  infrastruktur,  xüsusilə  sosial  infrasturktura  son  illərdəki  mühüm  diqqətin 



arxasında həm də turizmə münbit mühit yaratmaq məqsədi də durur. Azərbaycanda turizmin 

                                                 

8

 

Bu göstərici 2009-cu ildən əlavə olunub. 



9

 

www.shahdag.az/eng/page6.html



 (21.11.2009) 

10

 



www.ziraisland.com

 (21.11.2009) 




inkişaf  etdirilməsi  üçün  tarix  (6.000-dən  çox  mühafizə  olunan  yerli,  ölkə  və  dünya 

əhəmiyyətli abidə mövcuddur), mədəniyyət və təbiət (11 iqlim tipindən 9-un mövcud olması) 

potensialı  mövcuddur.  Bundan  əvvəlki  bölmədə  qeyd  olunduğu  kimi  dünyada  məlum  olan 

əksər turizm növlərinin ölkədə inkişaf etdirilməsi potensialı mövcuddur. Bura ölkənin şərqlə-

qərbin  qovşağında  olmasını,  3  böyük  dinin  bu  coğrafiyada  yaşamış  olmasını,  yüksək 

tolerantlığı  və  qonaqpərvərlik  mədəniyyətini  də  əlavə  etsək  ilk  baxışdan  yüksək  turizm 

inkişaf potensialını görmək olar.  Amma bu potensialı imkana çevirmək və inkişaf etdirmək 

uçun Hökumət haqlı olaraq müvafiq infrasturktur işlərini görməklə rəqabətqabiliyyətli turizm 

biznesi  yaratmağa  çalışır.  Ümumiyyətlə  statistik  məlumatlar  da  bu  sahədə  inkişafın  sürətlə 

getdiyini göstərir. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin